Kimdənsə nəsə istəməkdən uzaq durmaq
أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عَطَاءِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، أَنَّ نَاسًا مِنَ الأَنْصَارِ ، سَأَلُوا رَسُولَ اللهِ ، فَأَعْطَاهُمْ ، ثُمَّ سَأَلُوهُ ، فَأَعْطَاهُمْ حَتَّى إِذَا نَفِدَ مَا عِنْدَهُ ، قَالَ : مَا يَكُونُ عِنْدِي مِنْ خَيْرٍ ، فَلَنْ أَدَّخِرَهُ عَنْكُمْ ، وَمَنْ يَسْتَعْفِفْ يُعِفَّهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنْ يَصْبِرْ ، يُصَبِّرْهُ اللَّهُ ، وَمَا أُعْطِيَ أَحَدٌ عَطَاءً هُوَ خَيْرٌ ، وَأَوْسَعُ مِنَ الصَّبْرِ.
“Əbu Səid əl-Xudri ﵁ rəvayət edir ki, ənsardan olan adamlar Allah Elçisindən ﷺ istədilər. Allah Elçisi ﷺ onların istədiyini verdi. Sonra yenə istədilər, yenə verdi. Allah Elçisinin ﷺ yanında mal qurtarana qədər onlara verdi, sonra belə buyurdu: “Məndə olandan sizə verməyə heç nə əsirgəmərəm, amma kim ləyaqətli olmağı istəyərsə, Allah ﷿ onu ləyaqətli edər. Kim səbirli olmağı istəyərsə, Allah onu səbirli edər. Heç kimə səbirdən daha xeyirli və daha geniş bir şey verilməmişdir”.”
İstinad
Nəsəi, 2588 (Zəkat, 154)
Sunən ən-Nəsəi — Zəkat kitabı