Zəkat kitabı

Verən əl daha üstündür

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي سَعِيدٌ ، وَعُرْوَةُ ، سَمِعَا حَكِيمَ بْنَ حِزَامٍ ، يَقُولُ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ فَأَعْطَانِي ، ثُمَّ قَالَ : إِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ ، فَمَنْ أَخَذَهُ بِطِيبِ نَفْسٍ ، بُورِكَ لَهُ فِيهِ ، وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ ، لَمْ يُبَارَكْ لَهُ فِيهِ ، وَكَانَ كَالَّذِي يَأْكُلُ وَلاَ يَشْبَعُ ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ dünya malı istədim, verdi. Sonra yenə istədim, yenə verdi. Sonra yenə istədim, yenə verdi, sonra buyurdu: “Bu dünya malı gözoxşayan və şirindir. Kim təmiz nəfs ilə götürərsə, onun üçün bərəkətli olar. Kim də acgözlüklə götürərsə, onun üçün bərəkətli olmaz. Belələri yeyib doymayan şəxslər kimidir. Verən əl alan əldən daha xeyirlidir”.”

Həkim ibn Hizam
Səhih

İstinad

Nəsəi, 2531 (Zəkat, 97)

Sunən ən-Nəsəi — Zəkat kitabı