Zəkat kitabı

Fitrə zəkatında kişmişin verilməsi

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنْ دَاوُدَ بْنِ قَيْسٍ ، عَنْ عِيَاضِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : كُنَّا نُخْرِجُ صَدَقَةَ الْفِطْرِ إِذْ كَانَ فِينَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَاعًا مِنْ طَعَامٍ ، أَوْ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ أَقِطٍ فَلَمْ نَزَلْ كَذَلِكَ حَتَّى قَدِمَ مُعَاوِيَةُ مِنَ الشَّامِ ، وَكَانَ فِيمَا عَلَّمَ النَّاسَ أَنَّهُ قَالَ : مَا أَرَى مُدَّيْنِ مِنْ سَمْرَاءِ الشَّامِ إِلاَّ تَعْدِلُ صَاعًا مِنْ هَذَا ، قَالَ : فَأَخَذَ النَّاسُ بِذَلِكَ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Allah Elçisi ﷺ bizimlə birlikdə olduqda ərzaqdan bir saa, və ya xurmadan bir saa və ya arpadan bir saa və ya qurudulmuş pendirdən bir saa fitrə zəkatı çıxarardıq. Müaviyə Şamdan gələn dövrə qədər bir dəyişiklik olmadı. Müaviyə insanlara öyrədərək belə dedi: “İki mudd Şam buğdası bu verilənlərə bərabərdir”. İnsanlar da buğda üçün bu ölçünü əsas götürdülər”.”

Əbu Səid
Səhih

İstinad

Nəsəi, 2513 (Zəkat, 79)

Sunən ən-Nəsəi — Zəkat kitabı