Fitrə zəkatında un verilməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، قَالَ : سَمِعْتُ عِيَاضَ بْنَ عَبْدِ اللهِ ، يُخْبِرُ عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : لَمْ نُخْرِجْ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ صَاعًا مِنْ تَمْرٍ ، أَوْ صَاعًا مِنْ شَعِيرٍ ، أَوْ صَاعًا مِنْ زَبِيبٍ ، أَوْ صَاعًا مِنْ دَقِيقٍ ، أَوْ صَاعًا مِنْ أَقِطٍ ، أَوْ صَاعًا مِنْ سُلْتٍ ثُمَّ شَكَّ سُفْيَانُ ، فَقَالَ : دَقِيقٍ أَوْ سُلْتٍ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Biz Allah Elçisinin ﷺ dövründə xurmadan bir saa və ya arpadan bir saa və ya kişmişdən bir saa və ya undan bir saa və ya qurudulmuş pendirdən və ya yulafdan bir saa fitrə zəkatı çıxarardıq”. Süfyan dəqiq yadda saxlamayaraq dedi: “Ya un, ya da yulafdan”.”
İstinad
Nəsəi, 2514 (Zəkat, 80)
Sunən ən-Nəsəi — Zəkat kitabı