Zəkat kitabı

Fitrə zəkatında buğda verilməsi

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنِ الْحَسَنِ ، أَنَّ ابْنَ عَبَّاسٍ ، خَطَبَ بِالْبَصْرَةِ فَقَالَ : أَدُّوا زَكَاةَ صَوْمِكُمْ ، فَجَعَلَ النَّاسُ يَنْظُرُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَقَالَ : مَنْ هَاهُنَا مِنْ أَهْلِ الْمَدِينَةِ قُومُوا إِلَى إِخْوَانِكُمْ فَعَلِّمُوهُمْ ، فَإِنَّهُمْ لاَ يَعْلَمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَرَضَ صَدَقَةَ الْفِطْرِ عَلَى الصَّغِيرِ وَالْكَبِيرِ ، وَالْحُرِّ وَالْعَبْدِ ، وَالذَّكَرِ وَالأُنْثَى نِصْفَ صَاعِ بُرٍّ ، أَوْ صَاعًا مِنْ تَمْرٍ أَوْ شَعِيرٍ قَالَ الْحَسَنُ : فَقَالَ عَلِيٌّ : أَمَّا إِذَا أَوْسَعَ اللَّهُ فَأَوْسِعُوا أَعْطُوا صَاعًا مِنْ بُرٍّ أَوْ غَيْرِهِ.

“Həsən əl-Bəsri ﵀ rəvayət edir ki, bir dəfə İbn Abbas Bəsrədə xütbə dedi: “Orucunuzun zəkatını verin!” İnsanlar bir-birinə baxmağa başladılar. İbn Abbas dedi: “Burada Mədinədən olanlar haradadır?! Qalxın qardaşlarınızı öyrədin, çünki onlar bilmirlər. Həqiqətən, Allah Elçisi ﷺ fitr sədəqəsini yarım saa buğdadan, bir saa xurma və ya arpadan verilməsini kiçik, böyük, azad, kölə, kişi və qadın hamıya vacib etmişdir”. Həsən deyir ki, Əli belə dedi: “Əgər Allah sizə bol nemət verirsə, siz də buğda və digər şeylərdən bol verin”.”

Həsən
Zəif

İstinad

Nəsəi, 2515 (Zəkat, 81)

Sunən ən-Nəsəi — Zəkat kitabı