Zəkat kitabı

Çətin vəziyyətdə olan adamın istəməsi

أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ بْنِ عَبْدِ الْجَبَّارِ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ ، عَنْ حَكِيمِ بْنِ حِزَامٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا حَكِيمُ إِنَّ هَذَا الْمَالَ خَضِرَةٌ حُلْوَةٌ ، فَمَنْ أَخَذَهُ بِطِيبِ نَفْسٍ ، بُورِكَ لَهُ فِيهِ ، وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ ، لَمْ يُبَارَكْ لَهُ فِيهِ ، وَكَانَ كَالَّذِي يَأْكُلُ ، وَلاَ يَشْبَعُ ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ istədim, o verdi, mən ondan istədim, o verdi, mən yenə ondan istədim, o verdi. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Ey Həkim, bu dünya malı şirin və cəzbedicidir. Kim onu qəlb rahatlığı ilə götürərsə, onun üçün bərəkətli olar. Kim onu acgözlük və hərisliklə götürərsə, onun üçün bərəkəti olmaz. O, yeyib doymayan adama bənzəyir. Verən əl alan əldən daha xeyirlidir”.”

Həkim ibn Hizam
Səhih

İstinad

Nəsəi, 2601 (Zəkat, 167)

Sunən ən-Nəsəi — Zəkat kitabı