Zəkat kitabı

Zəkatın bir bölgədən başqa bölgəyə aparılması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا زَكَرِيَّا بْنُ إِسْحَاقَ ، وَكَانَ ثِقَةً ، عَنْ يَحْيَى بْنِ عَبْدِ اللهِ بْنِ صَيْفِيٍّ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ مُعَاذَ بْنَ جَبَلٍ إِلَى الْيَمَنِ فَقَالَ : إِنَّكَ تَأْتِي قَوْمَا أَهْلَ كِتَابٍ فَادْعُهُمْ إِلَى شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَأَنِّي رَسُولُ اللهِ ، فَإِنْ هُمْ أَطَاعُوكَ ، فَأَعْلِمْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ افْتَرَضَ عَلَيْهِمْ : خَمْسَ صَلَوَاتٍ فِي كُلِّ يَوْمٍ وَلَيْلَةٍ ، فَإِنْ هُمْ أَطَاعُوكَ ، فَأَعْلِمْهُمْ أَنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَدِ افْتَرَضَ عَلَيْهِمْ صَدَقَةً فِي أَمْوَالِهِمْ ، تُؤْخَذُ مِنْ أَغْنِيَائِهِمْ ، فَتُوضَعُ فِي فُقَرَائِهِمْ ، فَإِنْ هُمْ أَطَاعُوكَ لِذَلِكَ ، فَإِيَّاكَ وَكَرَائِمَ أَمْوَالِهِمْ ، وَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ ، فَإِنَّهَا لَيْسَ بَيْنَهَا وَبَيْنَ اللهِ عَزَّ وَجَلَّ حِجَابٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Muaz ibn Cəbəli Yəmənə göndərərkən ona belə buyurdu: “Sən Kitab əhlindən olan bir qövmün yanına gedirsən. Onları Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və mənim Allahın elçisi olduğuma şəhadət verməyə dəvət et. Əgər bu işdə sənə itaət etsələr, onlara xəbər ver ki, Allah ﷿ onlara gündəlik olaraq beş vaxt namaz qılmağı vacib buyurmuşdur. Əgər bu işdə sənə itaət etsələr, onları xəbərdar et ki, Allah ﷿ onlara zəkat verməyi, varlılarından götürülüb kasıblarına paylanılmasını vacib buyurmuşdur. Əgər bu işdə də sənə itaət etsələr, onda onların mallarının ən qiymətlisini götürməkdən çəkin və məzlumun bədduasından qorx. Çünki onunla Allah ﷿ arasında (bu bədduanın qarşısını ala biləcək) heç bir pərdə yoxdur”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2522 (Zəkat, 88)

Sunən ən-Nəsəi — Zəkat kitabı