Sədəqə bir adama verildikdə onun sədəqəni başqasına verməsi sədəqə olmur
أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ أَسَدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا الْحَكَمُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، أَنَّهَا أَرَادَتْ أَنْ تَشْتَرِيَ بَرِيرَةَ فَتُعْتِقَهَا ، وَإِنَّهُمُ اشْتَرَطُوا وَلاَءَهَا ، فَذَكَرَتْ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : اشْتَرِيهَا ، وَأَعْتِقِيهَا ، فَإِنَّ الْوَلاَءَ لِمَنْ أَعْتَقَ وَخُيِّرَتْ حِينَ أُعْتِقَتْ ، وَأُتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِلَحْمٍ ، فَقِيلَ : هَذَا مِمَّا تُصُدِّقَ بِهِ عَلَى بَرِيرَةَ فَقَالَ : هُوَ لَهَا صَدَقَةٌ ، وَلَنَا هَدِيَّةٌ ، وَكَانَ زَوْجُهَا حُرًّا.
“əl-Əsvəd ﵀ rəvayət edir ki, Aişə Bərira adlı köləni alıb azad etmək istədi, lakin Bəriranın ağaları ağalıq haqqının onlara aid olmasını tələb etdilər. Aişə vəziyyəti Allah Elçisinə ﷺ bildirdikdə o dedi: “Onu al və azad et, çünki ağalıq haqqı azad edənə aiddir”. Beləliklə Bərira pul ilə alınaraq azad edildi. Bundan sonra Allah Elçisinə ﷺ bir qədər ət gətirildi. Ona deyildi: “Bu ət Bəriraya sədəqə olaraq verilən ətdəndir”. Allah Elçisi ﷺ buyurdu: “Bu ət ona sədəqədir, bizə isə Bəriranın hədiyyəsidir. Onun əri də azad insandır”.”
İstinad
Nəsəi, 2614 (Zəkat, 180)
Sunən ən-Nəsəi — Zəkat kitabı