Zəkat kitabı

Sədəqənin Peyğəmbərə ﷺ halal olmaması

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ وَاصِلٍ ، قَالَ : حَدَّثَنَا بَهْزُ بْنُ حَكِيمٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِذَا أُتِيَ بِشَيْءٍ سَأَلَ عَنْهُ أَهَدِيَّةٌ أَمْ صَدَقَةٌ ؟ فَإِنْ قِيلَ صَدَقَةٌ ، لَمْ يَأْكُلْ ، وَإِنْ قِيلَ ، هَدِيَّةٌ بَسَطَ يَدَهُ.

“Bəhz ibn Həkim atasının və babasının ﵄ belə dediklərini rəvayət etmişdir: “Peyğəmbərə ﷺ bir şey gətirildikdə bunun hədiyyə, yoxsa sədəqə olmasını soruşardı. Əgər sədəqə deyilsəydi, onu yeməz, hədiyyə deyilsəydi, əlini ona uzadıb götürərdi”.”

Bəhz ibn Həkim atasından və babasından
Səhih

İstinad

Nəsəi, 2613 (Zəkat, 179)

Sunən ən-Nəsəi — Zəkat kitabı