Zəkat kitabı

Sədəqə imkana görə verilir

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا الْفَضْلُ بْنُ مُوسَى ، عَنِ الْحُسَيْنِ ، عَنْ مَنْصُورٍ ، عَنْ شَقِيقٍ ، عَنْ أَبِي مَسْعُودٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَأْمُرُنَا بِالصَّدَقَةِ فَمَا يَجِدُ أَحَدُنَا شَيْئًا يَتَصَدَّقُ بِهِ حَتَّى يَنْطَلِقَ إِلَى السُّوقِ ، فَيَحْمِلَ عَلَى ظَهْرِهِ ، فَيَجِيءَ بِالْمُدِّ فَيُعْطِيَهُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِنِّي لأَعْرِفُ الْيَوْمَ رَجُلاً لَهُ مِئَةُ أَلْفٍ مَا كَانَ لَهُ يَوْمَئِذٍ دِرْهَمٌ.

“Rəvayət edilir ki, Əbu Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ bizə sədəqə verməyimizi əmr edər, bir çoxumuz da sədəqə verməyə bir şey tapmazdı. Lakin bazara gedərək etdiyi hamballığın əvəzi olaraq bir mudd əldə edər və onu sədəqə olaraq Allah Elçisinə ﷺ verərdik. Baxıram ki, o gün bir dirhəmi olmayanların, bu gün yüz minləri var”.”

Əbu Məsud
Səhih

İstinad

Nəsəi, 2529 (Zəkat, 95)

Sunən ən-Nəsəi — Zəkat kitabı