Zəkat kitabı

Ehtiyacı olan adam sədəqə verərsə, bu sədəqə ona qaytarılırmı?

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ عَجْلاَنَ ، عَنْ عِيَاضٍ ، عَنْ أَبِي سَعِيدٍ ، أَنَّ رَجُلاً دَخَلَ الْمَسْجِدَ يَوْمَ الْجُمُعَةِ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فَقَالَ : صَلِّ رَكْعَتَيْنِ ثُمَّ جَاءَ الْجُمُعَةَ الثَّانِيَةَ ، وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ ، فَقَالَ : صَلِّ رَكْعَتَيْنِ ثُمَّ جَاءَ الْجُمُعَةَ الثَّالِثَةَ ، فَقَالَ : صَلِّ رَكْعَتَيْنِ ثُمَّ قَالَ : تَصَدَّقُوا فَتَصَدَّقُوا ، فَأَعْطَاهُ ثَوْبَيْنِ ثُمَّ قَالَ : تَصَدَّقُوا فَطَرَحَ أَحَدَ ثَوْبَيْهِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَلَمْ تَرَوْا إِلَى هَذَا ، أَنَّهُ دَخَلَ الْمَسْجِدَ بِهَيْئَةٍ بَذَّةٍ فَرَجَوْتُ أَنْ تَفْطِنُوا لَهُ ، فَتَتَصَدَّقُوا عَلَيْهِ ، فَلَمْ تَفْعَلُوا ، فَقُلْتُ : تَصَدَّقُوا ، فَتَصَدَّقْتُمْ فَأَعْطَيْتُهُ ثَوْبَيْنِ ، ثُمَّ قُلْتُ : تَصَدَّقُوا ، فَطَرَحَ أَحَدَ ثَوْبَيْهِ ، خُذْ ثَوْبَكَ ، وَانْتَهَرَهُ.

“Əbu Səid ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ cümə günü xütbə deyərkən bir kişi məscidə daxil oldu. Allah Elçisi ﷺ buyurdu: “İki rükət namaz qıl!” Sonra növbəti cümə olduqda Allah Elçisi ﷺ xütbə deyərkən yenə o kişi gəldi və Allah Elçisi ﷺ ona buyurdu: “İki rükət namaz qıl!” Sonra üçüncü cümədə o kişi gəldi və Allah Elçisi ﷺ buyurdu: “İki rükət namaz qıl!” Sonra dedi: “(Bu adama) sədəqə verin!” Biz ona iki paltar verdik. Allah Elçisi ﷺ yenə buyurdu: “(Ona) sədəqə verin!” Həmin adam da ona verilən iki paltardan birini çıxartdı. Allah Elçisi ﷺ buyurdu: “Onun məscidə pis paltarla gəldiyini görmürsünüz!? Sizin sədəqə verəcəyinizi zənn etmişdim, lakin bunu etmədiniz. Mən “Sədəqə verin!” dedim, ondan sonra sədəqə olaraq iki paltar verdiniz. Sonra “Sədəqə verin!” dedim, o adam da paltarlarından birini çıxarıb sədəqə olaraq verdi”. Allah Elçisi ﷺ həmin adama buyurdu: “Paltarını geri götür!””

Əbu Səid
Həsən

İstinad

Nəsəi, 2536 (Zəkat, 102)

Sunən ən-Nəsəi — Zəkat kitabı