Zəkat kitabı

Zəkat verməmək haqda

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، فِي حَدِيثِهِ عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْمَعْرُورِ بْنِ سُوَيْدٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : جِئْتُ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ جَالِسٌ فِي ظِلِّ الْكَعْبَةِ ، فَلَمَّا رَآنِي مُقْبِلاً ، قَالَ : هُمُ الأَخْسَرُونَ وَرَبِّ الْكَعْبَةِ ، فَقُلْتُ : مَا لِي لَعَلِّي أُنْزِلَ فِيَّ شَيْءٌ ، قُلْتُ : مَنْ هُمْ فِدَاكَ أَبِي وَأُمِّي ، قَالَ : الأَكْثَرُونَ أَمْوَالاً ، إِلاَّ مَنْ قَالَ : هَكَذَا وَهَكَذَا وَهَكَذَا حَتَّى بَيْنَ يَدَيْهِ ، وَعَنْ يَمِينِهِ ، وَعَنْ شِمَالِهِ ، ثُمَّ قَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ، لاَ يَمُوتُ رَجُلٌ فَيَدَعُ إِبِلاً أَوْ بَقَرًا لَمْ يُؤَدِّ زَكَاتَهَا ، إِلاَّ جَاءَتْ يَوْمَ الْقِيَامَةِ أَعْظَمَ مَا كَانَتْ وَأَسْمَنَهُ تَطَؤُهُ بِأَخْفَافِهَا ، وَتَنْطَحُهُ بِقُرُونِهَا ، كُلَّمَا نَفِدَتْ أُخْرَاهَا أُعِيدَتْ أُولاَهَا حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Bir dəfə Peyğəmbər ﷺ Kəbənin kölgəsində oturduğu vaxt mən onun yanına gəldim. Məni gördükdə çevrilib belə dedi: “Kəbənin Rəbbinə and olsun ki, onlar ziyana uğrayanlardır”. Öz-özümə: “Görəsən, mənimlə əlaqəli bir şeymi nazil oldu?” deyərək, “Anam-atam sənə fəda olsun, onlar kimdir, ey Allahın Elçisi?” dedim. O belə buyurdu: “Var-dövləti çox olanların, mallarını xeyirli şeylərə və yaxşılıqlara, sağına və soluna paylayanlardan başqa hamısı ziyan içində olacaqlar”. Sonra dedi: “Canım Əlində Olana and olsun! Dəvə və inəklərin zəkatını verməyən adam Qiyamət günü gətiriləcək və həmin heyvanlar daha sağlam olduqları halda onu tapdalayacaq və buynuzları ilə vuracaqlar. Sonra yenidən onu tadalayıb buynuzları ilə vuracaqlar. Bu, insanların haqq-hesabı qurtarana qədər belə davam edəcək”.”

Əbu Zərr
Səhih

İstinad

Nəsəi, 2440 (Zəkat, 6)

Sunən ən-Nəsəi — Zəkat kitabı