Fitrə zəkatının miqdarı
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ وَهُوَ ابْنُ الْحَارِثِ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنِ الْحَسَنِ ، قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ - وَهُوَ أَمِيرُ الْبَصْرَةِ - فِي آخِرِ الشَّهْرِ أَخْرِجُوا زَكَاةَ صَوْمِكُمْ ، فَنَظَرَ النَّاسُ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَقَالَ : مَنْ هَاهُنَا مِنْ أَهْلِ الْمَدِينَةِ قُومُوا فَعَلِّمُوا إِخْوَانَكُمْ فَإِنَّهُمْ لاَ يَعْلَمُونَ أَنَّ هَذِهِ الزَّكَاةَ فَرَضَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى كُلِّ ذَكَرٍ وَأُنْثَى ، حُرٍّ وَمَمْلُوكٍ ، صَاعًا مِنْ شَعِيرٍ أَوْ تَمْرٍ أَوْ نِصْفَ صَاعٍ مِنْ قَمْحٍ ، فَقَامُوا. خَالَفَهُ هِشَامٌ ، فَقَالَ : عَنْ مُحَمَّدِ بْنِ سِيرِينَ.
“Rəvayət edilir ki, Həsən əl-Bəsri ﵀ demişdir: “Bəsrənin valisi olanda İbn Abbas Ramazan ayının sonunda dedi: “Orucunuzun zəkatı olan fitrəni verin”. İnsanlar bir-birinə baxmağa başladılar. İbn Abbas dedi: “Kim Mədinədəndirsə, qalxsın və qardaşlarını öyrətsin, çünki onlar bilmirlər. Bu fitrə zəkatını Allah Elçisi ﷺ bir saa arpa və ya bir saa xurma və ya yarım saa buğda verilməsini hər bir kişiyə və qadına, azad olana və köləyə vacib etmişdir”. Oradakılar da ayağa durdular”.”
İstinad
Nəsəi, 2508 (Zəkat, 74)
Sunən ən-Nəsəi — Zəkat kitabı