Zəkat kitabı

Yoxsulun izahı

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْماَعِيلُ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَيْسَ الْمِسْكِينُ الَّذِي تَرُدُّهُ التَّمْرَةُ ، وَالتَّمْرَتَانِ ، وَاللُّقْمَةُ ، وَاللُّقْمَتَانِ ، إِنَّ الْمِسْكِينَ الْمُتَعَفِّفُ اقْرَؤُوا إِنْ شِئْتُمْ {لاَ يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا}.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “(İnsanlar arasında gəzib-dolaşıb) bir-iki loxma və ya bir-iki xurma ilə kifayətlənən adam heç də yoxsul deyil”. Yoxsul o adamdır ki, (onun özünə bəs edəcək qədər malı olmaz, vəziyyətinin ağır olduğunu heç kəsə bildirməz və buna görə də ona sədəqə verilməz, özü də) həya edib insanlardan heç bir şey istəməz. İstəyirsinizsə, Allahın bu ayəsini oxuyun: “...Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir...” (əl-Bəqərə, 273)”.”

Əbu Hureyra
Zəif

İstinad

Nəsəi, 2571 (Zəkat, 137)

Sunən ən-Nəsəi — Zəkat kitabı