Dirhəmi olmayıb ona bərabər bir şeyi olan
قَالَ الْحَارِثُ بْنُ مِسْكِينٍ : ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : أَنْبَأَنَا مَالِكٌ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ رَجُلٍ مِنْ بَنِي أَسَدٍ قَالَ : نَزَلْتُ أَنَا وَأَهْلِي ، بِبَقِيعِ الْغَرْقَدِ فَقَالَتْ لِي أَهْلِي : اذْهَبْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَلْهُ لَنَا شَيْئًا نَأْكُلُهُ ، فَذَهَبْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَوَجَدْتُ عِنْدَهُ رَجُلاً يَسْأَلُهُ ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : لاَ أَجِدُ مَا أُعْطِيكَ فَوَلَّى الرَّجُلُ عَنْهُ وَهُوَ مُغْضَبٌ ، وَهُوَ يَقُولُ : لَعَمْرِي إِنَّكَ لَتُعْطِي مَنْ شِئْتَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّهُ لَيَغْضَبُ عَلَيَّ أَنْ لاَ أَجِدَ مَا أُعْطِيهِ ، مَنْ سَأَلَ مِنْكُمْ وَلَهُ أُوقِيَّةٌ أَوْ عِدْلُهَا ، فَقَدْ سَأَلَ إِلْحَافًا قَالَ الأَسَدِيُّ : فَقُلْتُ لَلَقْحَةٌ لَنَا خَيْرٌ مِنْ أُوقِيَّة ، وَالأُوقِيَّةُ : أَرْبَعُونَ دِرْهَمًا ، فَرَجَعْتُ ، وَلَمْ أَسْأَلْهُ ، فَقَدِمَ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ ذَلِكَ ، شَعِيرٌ ، وَزَبِيبٌ ، فَقَسَّمَ لَنَا مِنْهُ حَتَّى أَغْنَانَا اللَّهُ عَزَّ وَجَلَّ.
“Əta ibn Yəsar ﵁ Bəni Əsəd tayfasından olan bir kişinin belə dediyini rəvayət etmişdir: “Mən və ailəm Bəqiul-Ğarqadda məskunlaşdıq. Ailə üzvlərim mənə dedi: “Allah Elçisinin ﷺ yanına get və yeməyə bir şey istə”. Mən də onun yanına getdim. Onun yanında bir şey istəyən bir adam var idi. Allah Elçisi ﷺ ona belə deyirdi: “Sənə verməyə bir şeyim yoxdur”. Adam qəzəbli halda geri qayıtdı və bu əsnada belə deyirdi: “Ömrümə and olsun ki, istədiyin adamlara verirsən”. Allah Elçisi ﷺ buyurdu: “Ona verəcək bir şey olmadığına görə mənə qəzəbi tutur. Birinizin qırx dirhəmi və ona bərabər bir malı varsa, bu halda bir şey istəyirsə, o, ehtiyacı olmadan istəyəndir”. Mən də öz-özümə: “Mənim çoxlu süd verən bir dəvəm var. Bu dəvəm qırx dirhəmdən çox edir”- dedim və heç bir şey istəmədən geriyə qayıtdım. Bu hadisədən sonra Allah Elçisinə ﷺ arpa və quru üzüm gətirildi, o da o gətiriləndən bizim aramızda paylaşdırdı və Allah ﷿ bizi bu şeylərlə varlandırdı”.”
İstinad
Nəsəi, 2596 (Zəkat, 162)
Sunən ən-Nəsəi — Zəkat kitabı