İstəyən kimdir?
أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي الرِّجَالِ ، عَنْ عُمَارَةَ بْنِ غَزِيَّةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : سَرَّحَتْنِي أُمِّي إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَيْتُهُ وَقَعَدْتُ ، فَاسْتَقْبَلَنِي ، وَقَالَ : مَنِ اسْتَغْنَى : أَغْنَاهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنِ اسْتَعَفَّ : أَعَفَّهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنِ اسْتَكْفَى : كَفَاهُ اللَّهُ عَزَّ وَجَلَّ ، وَمَنْ سَأَلَ وَلَهُ قِيمَةُ أُوقِيَّةٍ : فَقَدْ أَلْحَفَ ، فَقُلْتُ : نَاقَتِي الْيَاقُوتَةُ ، خَيْرٌ مِنْ أُوقِيَّةٍ فَرَجَعْتُ ، وَلَمْ أَسْأَلْهُ.
“Abdur-Rahmən ibn Əbu Səid əl-Xudri atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Anam məni Allah Elçisinin ﷺ yanına göndərmişdi. Mən onun yanına gəldikdə məni qarşıladı və belə buyurdu: “Kim başqalarına möhtac olmaq istəməzsə, Allah ﷿ onu heç kimə möhtac etməz. Ləyaqətli olmaq istəyəni, Allah ﷿ ləyaqətli edər. Kim ehtiyacına kifayət edəcək qədər yaşayış istəyərsə, Allah ﷿ onu heç kimə möhtac etməz. Kim qırx dirhəmi ola-ola istəyərsə, ehtiyacı olmadığı halda istəmiş olar”. Mən öz-özümə: “Mənim yaqut rəngli dəvəm qırx dirhəmdən də çox edər” dedim və qayıdaraq bir şey istəmədim”.”
İstinad
Nəsəi, 2595 (Zəkat, 161)
Sunən ən-Nəsəi — Zəkat kitabı