Zəkat kitabı

Dəvələrin zəkatını verməkdən imtina edən

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ عَيَّاشٍ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، قَالَ : حَدَّثَنِي أَبُو الزِّنَادِ ، مِمَّا حَدَّثَهُ عَبْدُ الرَّحْمَنِ الأَعْرَجُ ، مِمَّا ذَكَرَ أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يُحَدِّثُ بِهِ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : تَأْتِي الإِبِلُ عَلَى رَبِّهَا عَلَى خَيْرِ مَا كَانَتْ إِذَا هِيَ لَمْ يُعْطِ فِيهَا حَقَّهَا تَطَؤُهُ بِأَخْفَافِهَا ، وَتَأْتِي الْغَنَمُ عَلَى رَبِّهَا عَلَى خَيْرِ مَا كَانَتْ إِذَا لَمْ يُعْطِ فِيهَا حَقَّهَا تَطَؤُهُ بِأَظْلاَفِهَا وَتَنْطَحُهُ بِقُرُونِهَا ، قَالَ : وَمِنْ حَقِّهَا أَنْ تُحْلَبَ عَلَى الْمَاءِ ، أَلاَ لاَ يَأْتِيَنَّ أَحَدُكُمْ يَوْمَ الْقِيَامَةِ بِبَعِيرٍ يَحْمِلُهُ عَلَى رَقَبَتِهِ لَهُ رُغَاءٌ ، فَيَقُولُ : يَا مُحَمَّدُ ، فَأَقُولُ : لاَ أَمْلِكُ لَكَ شَيْئًا قَدْ بَلَّغْتُ ، أَلاَ لاَ يَأْتِيَنَّ أَحَدُكُمْ يَوْمَ الْقِيَامَةِ بِشَاةٍ يَحْمِلُهَا عَلَى رَقَبَتِهِ لَهَا يُعَارٌ ، فَيَقُولُ : يَا مُحَمَّدُ ، فَأَقُولُ لاَ أَمْلِكُ لَكَ شَيْئًا قَدْ بَلَّغْتُ . قَالَ : وَيَكُونُ كَنْزُ أَحَدِهِمْ يَوْمَ الْقِيَامَةِ شُجَاعًا أَقْرَعَ يَفِرُّ مِنْهُ صَاحِبُهُ وَيَطْلُبُهُ أَنَا كَنْزُكَ ، فَلاَ يَزَالُ حَتَّى يُلْقِمَهُ أُصْبُعَهُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Qiyamət günü zəkatı verilməyən dəvələr dünyadakından daha güclü və daha yaxşı halda yiyəsinin yanına gələcək və onu tapdalayacaqlar. Zəkatı verilməyən qoyunlar da əvvəlkindən daha güclü və daha yaxşı vəziyyətdə gətirilib dırnaqları ilə yiyəsini tapdalayacaq və buynuzları ilə vuracaqlar. Heyvanların su içirdildikləri yerlərdə süd sağılması da onların haqlarındandır. Sizdən biri Qiyamət günü dəvəsinə yüklənərək və dəvə kimi böyürərək: “Ey Muhəmməd!” deyərək gəlməsin. Mən ona deyəcəyəm: “Mən sənə bir köməklik edə bilmərəm, çünki sənə bunu çatdırmışdım”. Sizdən biri Qiyamət günü qoyununu çiyninə alıb qoyun kimi mələyərək: “Ey Muhəmməd!” deyərək gəlməsin. Mən ona deyəcəyəm: “Mən sənə bir köməklik edə bilmərəm, çünki sənə bunu çatdırmışdım”. Qiyamət günü sizdən birinin zəkatı verilməmiş xəzinəsi varsa, həmin mallar başının tükü tökülmüş ilan şəklində yiyəsinin barmağından tutub “mən sənin malların və xəzinənəm” deyəcək”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2448 (Zəkat, 14)

Sunən ən-Nəsəi — Zəkat kitabı