Kölənin verdiyi sədəqə
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي ابْنُ أَبِي بُرْدَةَ ، قَالَ : سَمِعْتُ أَبِي يُحَدِّثُ ، عَنْ أَبِي مُوسَى ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : عَلَى كُلِّ مُسْلِمٍ صَدَقَةٌ قِيلَ : أَرَأَيْتَ إِنْ لَمْ يَجِدْهَا ؟ قَالَ : يَعْتَمِلُ بِيَدِهِ ، فَيَنْفَعُ نَفْسَهُ ، وَيَتَصَدَّقُ قِيلَ : أَرَأَيْتَ إِنْ لَمْ يَفْعَلْ ؟ قَالَ : يُعِينُ ذَا الْحَاجَةِ الْمَلْهُوفَ قِيلَ : فَإِنْ لَمْ يَفْعَلْ ؟ قَالَ : يَأْمُرُ بِالْخَيْرِ قِيلَ : أَرَأَيْتَ إِنْ لَمْ يَفْعَلْ ؟ قَالَ : يُمْسِكُ عَنِ الشَّرِّ ، فَإِنَّهَا صَدَقَةٌ.
“Əbu Musa ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Hər bir müsəlman sədəqə verməlidir”. Ona deyildi: “Bəs (sədəqə verməyə) bir şey tapmasa necə?” Peyğəmbər ﷺ dedi: “Öz əlləri ilə işləyib qazansın və (bu qazancından) həm özü faydalansın, həm də (başqalarına) sədəqə versin”. Ona deyildi: “Bəs bunu edə bilməsə necə?” Peyğəmbər ﷺ dedi: “Ehtiyacı olan çarəsiz adama kömək etsin”. Ona deyildi: “Bunu da edə bilməsə necə?” Peyğəmbər ﷺ dedi: “Xeyrə təşviq etsin”. Ona deyildi: “Bunu da edə bilməsə necə?” Peyğəmbər ﷺ buyurdu: “Şər əməllərdən çəkinsin. Həqiqətən də, bu onun üçün sədəqə olar”.”
İstinad
Nəsəi, 2538 (Zəkat, 104)
Sunən ən-Nəsəi — Zəkat kitabı