Zəkat kitabı

Ondabir və iyirmidəbir nə vaxt vacib olur?

أَخْبَرَنَا هَارُونُ بْنُ سَعِيدِ بْنِ الْهَيْثَمِ أَبُو جَعْفَرٍ الأَيْلِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فِيمَا سَقَتِ السَّمَاءُ وَالأَنْهَارُ وَالْعُيُونُ أَوْ كَانَ بَعْلاً الْعُشْرُ ، وَمَا سُقِيَ بِالسَّوَانِي وَالنَّضْحِ نِصْفُ الْعُشْرِ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Yağışla, çayla və bulaq suyu ilə suvarılan və ya dibinə su tökülmədən kökündən su içən (bitkilərdən yığılan) məhsulun ondan biri (zəkat verilməlidir). Daşınma yolu ilə və ya süni yolla suvarılan (ərazilərdən götürülmüş) məhsulun isə ondan birinin yarısı (yəni iyirmidəbiri zəkat verilməlidir)”.”

Səlim atasından
Səhih

İstinad

Nəsəi, 2488 (Zəkat, 54)

Sunən ən-Nəsəi — Zəkat kitabı