Zəkat kitabı

Qoyunların zəkatını verməkdən imtina edən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنِ الْمَعْرُورِ بْنِ سُوَيْدٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ صَاحِبِ إِبِلٍ وَلاَ بَقَرٍ وَلاَ غَنَمٍ لاَ يُؤَدِّي زَكَاتَهَا ، إِلاَّ جَاءَتْ يَوْمَ الْقِيَامَةِ أَعْظَمَ مَا كَانَتْ وَأَسْمَنَهُ ، تَنْطَحُهُ بِقُرُونِهَا ، وَتَطَؤُهُ بِأَخْفَافِهَا ، كُلَّمَا نَفِدَتْ أُخْرَاهَا أَعَادَتْ عَلَيْهِ أُولاَهَا ، حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin dəvəsi, inəyi və qoyunu olarsa, lakin onların zəkatını verməzsə, həmin heyvanlar Qiyamət günü dünyada olduqlarından daha sağlam və daha cüssəli halda gətirilib yiyələrini buynuzları ilə vurub tapdalayacaqlar. Sonda olan heyvan tapdalamanı bitirdikdə, əvvəlkilər yenidən gəlib bunu insanların sorğu-sualı bitincəyə qədər davam edəcəklər”.”

Əbu Zərr
Səhih

İstinad

Nəsəi, 2456 (Zəkat, 22)

Sunən ən-Nəsəi — Zəkat kitabı