Zəkat kitabı

Qoyunların zəkatı

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ النَّسَائِيُّ ، قَالَ : أَنْبَأَنَا سُرَيْجُ بْنُ النُّعْمَانِ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ ثُمَامَةَ بْنِ عَبْدِ اللهِ بْنِ أَنَسِ بْنِ مَالِكٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ : أَنَّ أَبَا بَكْرٍ ، رَضِيَ اللَّهُ عَنْهُ كَتَبَ لَهُ أَنَّ هَذِهِ فَرَائِضُ الصَّدَقَةِ الَّتِي فَرَضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمُسْلِمِينَ الَّتِي أَمَرَ اللَّهُ بِهَا رَسُولَهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَمَنْ سُئِلَهَا مِنَ الْمُسْلِمِينَ عَلَى وَجْهِهَا فَلْيُعْطِهَا ، وَمَنْ سُئِلَ فَوْقَهَا فَلاَ يُعْطِهِ فِيمَا دُونَ خَمْسٍ وَعِشْرِينَ مِنَ الإِبِلِ فِي خَمْسِ ذَوْدٍ شَاةٌ ، فَإِذَا بَلَغَتْ خَمْسًا وَعِشْرِينَ فَفِيهَا بِنْتُ مَخَاضٍ إِلَى خَمْسٍ وَثَلاَثِينَ ، فَإِنْ لَمْ تَكُنِ ابْنَةُ مَخَاضٍ فَابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَثَلاَثِينَ فَفِيهَا بِنْتُ لَبُونٍ إِلَى خَمْسٍ وَأَرْبَعِينَ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَأَرْبَعِينَ فَفِيهَا حِقَّةٌ طَرُوقَةُ الْفَحْلِ إِلَى سِتِّينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَسِتِّينَ فَفِيهَا جَذَعَةٌ إِلَى خَمْسَةٍ وَسَبْعِينَ ، فَإِذَا بَلَغَتْ سِتَّةً وَسَبْعِينَ فَفِيهَا ابْنَتَا لَبُونٍ إِلَى تِسْعِينَ ، فَإِذَا بَلَغَتْ إِحْدَى وَتِسْعِينَ فَفِيهَا حِقَّتَانِ طَرُوقَتَا الْفَحْلِ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ عَلَى عِشْرِينَ وَمِائَةٍ فَفِي كُلِّ أَرْبَعِينَ ابْنَةُ لَبُونٍ وَفِي كُلِّ خَمْسِينَ حِقَّةٌ ، فَإِذَا تَبَايَنَ أَسْنَانُ الإِبِلِ فِي فَرَائِضِ الصَّدَقَاتِ فَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْجَذَعَةِ وَلَيْسَتْ عِنْدَهُ جَذَعَةٌ وَعِنْدَهُ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ الْحِقَّةُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ جَذَعَةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ وَلَيْسَتْ عِنْدَهُ وَعِنْدَهُ ابْنَةُ لَبُونٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ بِنْتِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيُعْطِيهِ الْمُصَّدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ بِنْتِ لَبُونٍ وَلَيْسَتْ عِنْدَهُ بِنْتُ لَبُونٍ وَعِنْدَهُ بِنْتُ مَخَاضٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ وَيَجْعَلُ مَعَهَا شَاتَيْنِ إِنْ اسْتَيْسَرَتَا لَهُ أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ ابْنَةِ مَخَاضٍ وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ ابْنُ لَبُونٍ ذَكَرٌ فَإِنَّهُ يُقْبَلُ مِنْهُ وَلَيْسَ مَعَهُ شَيْءٌ ، وَمَنْ لَمْ يَكُنْ عِنْدَهُ إِلاَّ أَرْبَعَةٌ مِنَ الإِبِلِ فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي صَدَقَةِ الْغَنَمِ فِي سَائِمَتِهَا إِذَا كَانَتْ أَرْبَعِينَ فَفِيهَا شَاةٌ إِلَى عِشْرِينَ وَمِائَةٍ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا شَاتَانِ إِلَى مِائَتَيْنِ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِيهَا ثَلاَثُ شِيَاهٍ إِلَى ثَلاَثِ مِئَةٍ ، فَإِذَا زَادَتْ وَاحِدَةً فَفِي كُلِّ مِئَةٍ شَاةٌ ، وَلاَ تُؤْخَذُ فِي الصَّدَقَةِ هَرِمَةٌ وَلاَ ذَاتُ عَوَارٍ وَلاَ تَيْسُ الْغَنَمِ إِلاَّ أَنْ يَشَاءَ الْمُصَّدِّقُ ، وَلاَ يُجْمَعُ بَيْنَ مُتَفَرِّقٍ ، وَلاَ يُفَرَّقُ بَيْنَ مُجْتَمِعٍ خَشْيَةَ الصَّدَقَةِ ، وَمَا كَانَ مِنْ خَلِيطَيْنِ فَإِنَّهُمَا يَتَرَاجَعَانِ بَيْنَهُمَا بِالسَّوِيَّةِ ، وَإِذَا كَانَتْ سَائِمَةُ الرَّجُلِ نَاقِصَةً مِنْ أَرْبَعِينَ شَاةً وَاحِدَةً فَلَيْسَ فِيهَا شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا ، وَفِي الرِّقَةِ رُبْعُ الْعُشْرِ ، فَإِنْ لَمْ يَكُنِ الْمَالُ إِلاَّ تِسْعِينَ وَمِائَةً فَلَيْسَ فِيهِ شَيْءٌ إِلاَّ أَنْ يَشَاءَ رَبُّهَا.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Əbu Bəkr ﵁ ona zəkat mövzusunda Allahın və Onun Elçisinin ﷺ fərz (vacib) etdiyi miqdarları belə yazmışdır: Müsəlmanlardan buna uyğun zəkat istənilərsə, versin. Bundan çoxu istənilərsə verməsin. İyirmi beş dəvəyə qədər hər beş dəvəyə görə bir qoyun, iyirmi beşdən otuz beşə qədər bir yaşı tamam olmuş bir dişi dəvə zəkat olaraq verilir. Əgər bir yaşı tamam olmuş dişi dəvə yoxdursa, iki yaşı tamam olmuş bir erkək dəvə verilməlidir. Otuz altıdan qırx beşə qədər iki yaşı tamam olmuş bir dişi dəvə zəkat olaraq verilməlidir. Qırx altıdan altmışa qədər üç yaşı tamam olmuş toxumluq bir dəvə verilir. Altmış birdən yetmiş beşə qədər dörd yaşı tamam olmuş dişi dəvə zəkat olaraq verilir. Yetmiş altıdan doxsana qədər iki yaşı tamam olmuş iki dişi dəvə zəkat olaraq verilir. Doxsan birdən yüz iyirmiyə qədər üç yaşı tamam olmuş toxumluq iki erkək dəvə verilir. Yüz iyirmidən sonra hər qırx dəvəyə iki yaşı tamam olmuş bir dişi dəvə və hər əlli dəvəyə üç yaşı tamam olmuş bir dişi dəvə zəkat olaraq verilir. Zəkat üçün lazım olan yaşda dəvə tapılmasa, birinin dörd yaşı tamam olmuş bir dəvə zəkat verməsi lazım olduğu halda bu yaşda dəvəsi olmasa, üç yaşı tamam olmuş dəvəsi olarsa, ondan bu dəvə zəkat olaraq götürülür. Həmçinin hansı daha rahatdırsa, ya iki qoyun, ya da iyirmi dirhəm alınır. Kimin üç yaşı tamam olmuş bir dəvə verməsi lazım olar, lakin belə bir dəvəsi tapılmazsa, dörd yaşı tamam olmuş bir dəvəsi olarsa, zəkat olaraq bu dəvə götürülür. Zəkat məmuru bu adama ya iyirmi dirhəm, ya da iki qoyun verir. Kimin iki yaşı tamam olmuş bir dişi dəvə zəkat verməsi lazımdırsa, lakin belə bir dəvəsi yoxdursa, bir yaşı tamam olmuş bir dişi dəvəsi varsa, zəkat məmuru həm bunu götürür, həm də həmin adama hansı rahatdırsa, iki qoyun və ya iyirmi dirhəm götürür. Kim bir yaşı tamam olmuş bir dəvəni zəkat olaraq verməlidirsə, belə bir dəvə yoxdursa və iki yaşı tamam olmuş dəvəsi varsa, onun əvəzinə bu dəvə alınır və zəkat məmuru iki qoyunu və ya iyirmi dirhəmi ona geri qaytarır. Dörd dəvəsi olana zəkat düşmür, amma yiyəsi istəsə verə bilər. Otlaqda qidalanan qoyunların sayı qırxa çatdıqda, bir qoyun zəkat olaraq verilir. Yüz iyirmi ədəd qoyuna qədər bu say dəyişmir. Yüz iyirmi birdən iki yüzə qədər iki qoyun zəkat olaraq verilir. İki yüz birdən üç yüzə qədər üç qoyun zəkat olaraq verilir. Üç yüz birdən sonra hər yüz qoyuna bir qoyun zəkat verilir. Yaşlı, naqis heyvanlarla sürünün qoçu zəkat kimi götürülmür. Amma yiyəsi istəsə verə bilər. Mal-qara sahibi çox verməmək üçün, zəkat məmuru da çox almamaq üçün ayrılıqda hesaba alınması lazım olanları bir yerdə, bir yerdə hesaba alınması lazım olanları ayıraraq hesablaya bilməz. Şərik mallarda zəkat olaraq alınan heyvan şəriklər tərəfindən şəriklik səviyyəsinə görə bərabər şəkildə ödənir. Otlaqda qidalanan heyvanlar qırxdan bir əskik olarsa, bunlara zəkat düşmür. Amma yiyəsi istəsə verə bilər. Gümüşün zəkatı qırxdabirdir. Yüz doxsan dirhəm gümüşü olana zəkat düşmür, amma yiyəsi istəsə verə bilər”.”

Ənəs ibn Malik
Səhih

İstinad

Nəsəi, 2455 (Zəkat, 21)

Sunən ən-Nəsəi — Zəkat kitabı