Zəkat kitabı

İnəklərin zəkatını verməkdən imtina edən

أَخْبَرَنَا وَاصِلُ بْنُ عَبْدِ الأَعْلَى ، عَنْ ابْنِ فُضَيْلٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا مِنْ صَاحِبِ إِبِلٍ وَلاَ بَقَرٍ وَلاَ غَنَمٍ لاَ يُؤَدِّي حَقَّهَا ، إِلاَّ وُقِفَ لَهَا يَوْمَ الْقِيَامَةِ بِقَاعٍ قَرْقَرٍ تَطَؤُهُ ذَاتُ الأَظْلاَفِ بِأَظْلاَفِهَا ، وَتَنْطَحُهُ ذَاتُ الْقُرُونِ بِقُرُونِهَا ، لَيْسَ فِيهَا يَوْمَئِذٍ جَمَّاءُ وَلاَ مَكْسُورَةُ الْقَرْنِ . قُلْنَا : يَا رَسُولَ اللهِ ، وَمَاذَا حَقُّهَا ؟ قَالَ : إِطْرَاقُ فَحْلِهَا ، وَإِعَارَةُ دَلْوِهَا ، وَحَمْلٌ عَلَيْهَا فِي سَبِيلِ اللهِ ، وَلاَ صَاحِبِ مَالٍ لاَ يُؤَدِّي حَقَّهُ ، إِلاَّ يُخَيَّلُ لَهُ يَوْمَ الْقِيَامَةِ شُجَاعٌ أَقْرَعُ يَفِرُّ مِنْهُ صَاحِبُهُ وَهُوَ يَتَّبِعُهُ يَقُولُ لَهُ : هَذَا كَنْزُكَ الَّذِي كُنْتَ تَبْخَلُ بِهِ ، فَإِذَا رَأَى أَنَّهُ لاَ بُدَّ لَهُ مِنْهُ أَدْخَلَ يَدَهُ فِي فِيهِ ، فَجَعَلَ يَقْضَمُهَا كَمَا يَقْضَمُ الْفَحْلُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Dəvənin, inəyin və qoyunun zəkatını verməyən elə bir adam yoxdur ki, zəkatını vermədiyi həmin heyvanlar Qiyamət günü bir meydanda yiyəsini dırnaqları və buynuzları ilə vurmasınlar. O gün buynuzsuz və ya buynuzu qırıq heyvan olmayacaq”. Biz dedik: “Ey Allahın Elçisi, o heyvanların haqqı nədir?” Allah Elçisi ﷺ buyurdu: “Heyvanların erkəklərini başqalarına tumluq olaraq vermək, həmçinin Allah xatirinə yük daşımaq üçün o heyvanları kirayə verməkdir. Bu heyvanlardan başqa digər mallarının zəkatını verməyən elə bir adam yoxdur ki, zəkatını vermədiyi həmin mal-dövlət Qiyamət günü başının tükləri tökülmüş bir ilan şəklində gəlməsin. Yiyəsi ondan qaçacaq, o isə yiyəsinin ardı ilə düşüb belə deyəcək: “Bu, sənin xəsislik etdiyin sərvətindir”. Yiyəsi görəcək ki, ondan xilas olmaq mümkün deyil və əlini o ilanın ağzına qoyacaq. İlan da güclü bir heyvan kimi dişləri ilə əlini çeynəyib əzməyə başlayacaq”.”

Cabir ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 2454 (Zəkat, 20)

Sunən ən-Nəsəi — Zəkat kitabı