Zəkatı çox verməmək üçün ayrılıqda hesaba alınması lazım olanları bir yerdə, bir yerdə hesaba alınması lazım olanları ayıraraq hesablamaq haqda
أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ هُشَيْمٍ ، عَنْ هِلاَلِ بْنِ خَبَابٍ ، عَنْ مَيْسَرَةَ أَبِي صَالِحٍ ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ ، قَالَ : أَتَانَا مُصَدِّقُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَيْتُهُ فَجَلَسْتُ إِلَيْهِ فَسَمِعْتُهُ يَقُولُ : إِنَّ فِي عَهْدِي أَنْ لاَ نَأْخُذَ رَاضِعَ لَبَنٍ ، وَلاَ نَجْمَعَ بَيْنَ مُتَفَرِّقٍ ، وَلاَ نُفَرِّقَ بَيْنَ مُجْتَمِعٍ ، فَأَتَاهُ رَجُلٌ بِنَاقَةٍ كَوْمَاءَ فَقَالَ : خُذْهَا ، فَأَبَى.
“Rəvayət edilir ki, Suveyd ibn Ğafələ ﵁ demişdir: “Peyğəmbərin ﷺ zəkat məmuru bizə gəlmişdi. Onun yanına gəlib oturdum və dediyini eşitdim: “Südündən istifadə etmək üçün saxlanılan sağmal heyvanlardan zəkat alınmaması bizə əmr edildi. Həmçinin insanların mallarını çox zəkat almaq üçün birləşdirməməyimiz və az zəkat üçün ayırmamağımız da bizə əmr edildi”. Bu əsnada bir nəfər yaşlı bir dəvə gətirdi və: “Bunu götür!” dedi. Zəkat məmuru isə götürmədi”.”
İstinad
Nəsəi, 2457 (Zəkat, 23)
Sunən ən-Nəsəi — Zəkat kitabı