Zəkat kitabı

Xəsis adamın sədəqəsi

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، ثُمَّ قَالَ : حَدَّثَنَاهُ أَبُو الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنَّ مَثَلَ الْمُنْفِقِ الْمُتَصَدِّقِ ، وَالْبَخِيلِ كَمَثَلِ رَجُلَيْنِ عَلَيْهِمَا جُبَّتَانِ - أَوْ جُنَّتَانِ - مِنْ حَدِيدٍ ، مِنْ لَدُنْ ثُدِيِّهِمَا إِلَى تَرَاقِيهِمَا ، فَإِذَا أَرَادَ الْمُنْفِقُ أَنْ يُنْفِقَ اتَّسَعَتْ عَلَيْهِ الدِّرْعُ أَوْ مَرَّتْ حَتَّى تُجِنَّ بَنَانَهُ ، وَتَعْفُوَ أَثَرَهُ ، وَإِذَا أَرَادَ الْبَخِيلُ أَنْ يُنْفِقَ قَلَصَتْ وَلَزِمَتْ كُلُّ حَلْقَةٍ مَوْضِعَهَا ، حَتَّى إِذَا أَخَذَتْهُ بِتَرْقُوَتِهِ - أَوْ بِرَقَبَتِهِ ، يَقُولُ أَبُو هُرَيْرَةَ : أَشْهَدُ أَنَّهُ رَأَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُوَسِّعُهَا ، فَلاَ تَتَّسِعُ ، قَالَ طَاوُوسٌ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يُشِيرُ بِيَدِهِ وَهُوَ يُوَسِّعُهَا وَلاَ تَتَوَسَّعُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sədəqə verən əliaçıq adamla xəsisin misalı, əyninə dəmirdən cübbə geymiş, cübbə də onların boyunlarından sinələrinə qədər tutmuş iki nəfərin misalına bənzəyir. Əliaçıq adam sədəqə vermək istədikdə bu cübbə barmaqlarının ucunu örtənə və ayaq izlərini silənədək genişlənir. Xəsis adam sədəqə vermək istədikdə əynindəki cübbənin həlqəsi olduğu yerə yapışır və cübbəni genişləndirməyə qoymur”. Əbu Hureyra dedi: “Allah Elçisi ﷺ demək istəmişdir ki, həmin adam zirehi genişləndirməyə çalışsa da genişlənmir”. Tavus deyir: “Mən Əbu Hureyranın belə dediyini eşitdim: “Peyğəmbər ﷺ əli ilə cübbəni genişləndirməyə çalışır, lakin cübbə genişlənmir ki, genişlənmir”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2547 (Zəkat, 113)

Sunən ən-Nəsəi — Zəkat kitabı