Zəkat kitabı

Varlı və qazanmağa gücü çatanın istəməsi

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنِي عُبَيْدُ اللهِ بْنُ عَدِيِّ بْنِ الْخِيَارِ ، أَنَّ رَجُلَيْنِ حَدَّثَاهُ أَنَّهُمَا : أَتَيَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْأَلاَنِهِ مِنَ الصَّدَقَةِ ؟ فَقَلَّبَ فِيهِمَا الْبَصَرَ ، - وَقَالَ مُحَمَّدٌ : بَصَرَهُ - فَرَآهُمَا جَلْدَيْنِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِنْ شِئْتُمَا ، وَلاَ حَظَّ فِيهَا لِغَنِيٍّ ، وَلاَ لِقَوِيٍّ مُكْتَسِبٍ.

“Ubeydullah ibn Adiy ibn əl-Xiyər ﵀ iki nəfərdən bunları rəvayət etmişdir: “Onlar Allah Elçisinin ﷺ yanına sədəqə istəmək üçün gəlmişdilər. Allah Elçisi ﷺ onlara baxıb onların sağlam olduğunu gördükdən sonra belə buyurdu: “İstəyirsənizsə, verim, amma bu sədəqədə varlı və qazanmağa gücü çatan şəxsin haqqı yoxdur”.”

Ubeydullah ibn Adiy ibn əl-Xiyər
Səhih

İstinad

Nəsəi, 2598 (Zəkat, 164)

Sunən ən-Nəsəi — Zəkat kitabı