Zəkatın vacib olması
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، قَالَ : أَنْبَأَنَا خَالِدٌ ، عَنْ ابْنِ أَبِي هِلاَلٍ ، عَنْ نُعَيْمٍ الْمُجْمِرِ أَبِي عَبْدِ اللهِ ، قَالَ : أَخْبَرَنِي صُهَيْبٌ ، أَنَّهُ سَمِعَ مِنْ أَبِي هُرَيْرَةَ ، وَمِنْ أَبِي سَعِيدٍ ، يَقُولاَنِ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا ، فَقَالَ : وَالَّذِي نَفْسِي بِيَدِهِ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ أَكَبَّ ، فَأَكَبَّ كُلُّ رَجُلٍ مِنَّا يَبْكِي لاَ نَدْرِي عَلَى مَاذَا حَلَفَ ، ثُمَّ رَفَعَ رَأْسَهُ فِي وَجْهِهِ الْبُشْرَى ، فَكَانَتْ أَحَبَّ إِلَيْنَا مِنْ حُمْرِ النَّعَمِ ، ثُمَّ قَالَ : مَا مِنْ عَبْدٍ يُصَلِّي الصَّلَوَاتِ الْخَمْسَ ، وَيَصُومُ رَمَضَانَ ، وَيُخْرِجُ الزَّكَاةَ ، وَيَجْتَنِبُ الْكَبَائِرَ السَّبْعَ ، إِلاَّ فُتِّحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ ، فَقِيلَ لَهُ : ادْخُلْ بِسَلاَمٍ.
“Rəvayət edilir ki, Əbu Hureyra və Əbu Səid ﵄ demişlər: “Allah Elçisi ﷺ bir gün xütbə deyərək üç dəfə: “Canım Əlində Olana and olsun!” dedi, sonra ağladı. Sonra biz də ağlamağa başladıq. Biz onun nə üçün and içdiyini bilmirdik. Sonra başını qaldırdı. Onun üzündə sevinc hissləri var idi. Onun bu halı bizim üçün qırmızı dəvə dəstələrindən daha xeyirli idi. O buyurdu: “Hansı bəndə beş vaxt namaz qılar, Ramazan orucunu tutar, zəkatı verər və yeddi böyük günahdan çəkinərsə, onun üçün Cənnətin qapıları açılar və ona belə deyilər: “Salamatlıqla daxil ol!””
İstinad
Nəsəi, 2438 (Zəkat, 4)
Sunən ən-Nəsəi — Zəkat kitabı