Zəkat kitabı

Çətin vəziyyətdə olan adamın istəməsi

أَخْبَرَنِي الرَّبِيعُ بْنُ سُلَيْمَانَ بْنِ دَاوُدَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ بْنُ بَكْرٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، وَسَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ حَكِيمَ بْنَ حِزَامٍ ، قَالَ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَعْطَانِي ، ثُمَّ سَأَلْتُهُ ، فَأَعْطَانِي ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا حَكِيمُ إِنَّ هَذَا الْمَالَ حُلْوَةٌ ، فَمَنْ أَخَذَهُ بِسَخَاوَةِ نَفْسٍ ، بُورِكَ لَهُ فِيهِ ، وَمَنْ أَخَذَهُ بِإِشْرَافِ نَفْسٍ ، لَمْ يُبَارَكْ لَهُ فِيهِ ، وَكَانَ كَالَّذِي يَأْكُلُ ، وَلاَ يَشْبَعُ ، وَالْيَدُ الْعُلْيَا ، خَيْرٌ مِنَ الْيَدِ السُّفْلَى قَالَ حَكِيمٌ : فَقُلْتُ يَا رَسُولَ اللهِ : وَالَّذِي بَعَثَكَ بِالْحَقِّ ، لاَ أَرْزَأُ أَحَدًا بَعْدَكَ حَتَّى أُفَارِقَ الدُّنْيَا بِشَيْءٍ.

“Rəvayət edilir ki, Həkim ibn Hizam ﵁ demişdir: “Mən Allah Elçisindən ﷺ istədim, o verdi, mən istədim, o verdi, mən yenə istədim, o verdi. Sonra Allah Elçisi ﷺ belə buyurdu: “Ey Həkim, həqiqətən, bu mal şirin və cəzbedicidir. Kim onu səxavətli nəfs ilə götürərsə, onun üçün bərəkətli olar. Kim onu acgözlük və hərisliklə götürərsə, onun bərəkəti olmaz. O, yeyib doymayan adama bənzəyir. Verən əl alan əldən daha xeyirlidir”. Həkim deyir: “Mən dedim: “Ey Allahın Elçisi, səni haqq ilə göndərənə and olsun! Ölənə qədər dünyaya aid heç nəyi heç kimdən istəməyəcəyəm”.”

Həkim ibn Hizam
Səhih

İstinad

Nəsəi, 2603 (Zəkat, 169)

Sunən ən-Nəsəi — Zəkat kitabı