Zəkat kitabı

Sədəqə verməyə təşviq etmək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَعْبَدِ بْنِ خَالِدٍ ، عَنْ حَارِثَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : تَصَدَّقُوا ، فَإِنَّهُ سَيَأْتِي عَلَيْكُمْ زَمَانٌ يَمْشِي الرَّجُلُ بِصَدَقَتِهِ ، فَيَقُولُ الَّذِي يُعْطَاهَا لَوْ جِئْتَ بِهَا بِالأَمْسِ قَبِلْتُهَا ، فَأَمَّا الْيَوْمَ فَلاَ.

“Rəvayət edilir ki, Harisə ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Sədəqə verin! Sizə elə bir zaman gələcək ki, bir kişi sədəqəsi ilə gəlib birinə sədəqə vermək istədikdə o deyəcək: “Dünən gətirsəydin götürərdim, bu gün isə ehtiyacım yoxdur”.”

Harisə
Səhih

İstinad

Nəsəi, 2555 (Zəkat, 121)

Sunən ən-Nəsəi — Zəkat kitabı