Zəkat kitabı

Allahın ﷿ Üzü xatirinə istəyən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا الْمُعْتَمِرُ ، قَالَ سَمِعْتُ بَهْزَ بْنَ حَكِيمٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ جَدِّهِ ، قَالَ : قُلْتُ : يَا نَبِيَّ اللهِ مَا أَتَيْتُكَ حَتَّى حَلَفْتُ أَكْثَرَ مِنْ عَدَدِهِنَّ لأَصَابِعِ يَدَيْهِ ، أَلاَّ آتِيَكَ ، وَلاَ آتِيَ دِينَكَ ، وَإِنِّي كُنْتُ امْرَأً لاَ أَعْقِلُ شَيْئًا ، إِلاَّ مَا عَلَّمَنِي اللَّهُ وَرَسُولُهُ ، وَإِنِّي أَسْأَلُكَ بِوَجْهِ اللهِ عَزَّ وَجَلَّ بِمَا بَعَثَكَ رَبُّكَ إِلَيْنَا ؟ قَالَ : بِالإِسْلاَمِ قَالَ : قُلْتُ وَمَا آيَاتُ الإِسْلاَمِ ؟ قَالَ : أَنْ تَقُولَ : أَسْلَمْتُ وَجْهِي إِلَى اللهِ عَزَّ وَجَلَّ ، وَتَخَلَّيْتُ ، وَتُقِيمَ الصَّلاَةَ ، وَتُؤْتِيَ الزَّكَاةَ ، كُلُّ مُسْلِمٍ عَلَى مُسْلِمٍ مُحَرَّمٌ أَخَوَانِ نَصِيرَانِ لاَ يَقْبَلُ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ مُشْرِكٍ بَعْدَمَا أَسْلَمَ عَمَلاً ، أَوْ يُفَارِقَ الْمُشْرِكِينَ إِلَى الْمُسْلِمِينَ.

“Bəhz ibn Həkəm atasının və babasının ﵄ belə dediyini rəvayət etmişdir: “Mən dedim: “Ey Allahın Peyğəmbəri! Sənin yanına gəlməməyə və dinini qəbul etməməyə əlimin barmaqlarının sayı qədər and içmişdim. Mən Allah və Onun Elçisinin öyrətdiyindən başqa bir şey bilməyən adam idim. Mən səndən Allahın Üzü xatirinə soruşuram, Rəbbin səni nə ilə göndərdi?” Allah Elçisi ﷺ: “İslamla” dedi. Bəhz dedi: “İslamın əlamətləri nədir?” Allah Elçisi ﷺ buyurdu: “Allahın Üzü xatirinə İslamı qəbul etdim və İslamdan başqa hər şeydən uzaqlaşdım deməyin, namaz qılmağın, zəkat verməyin və müsəlmanın müsəlmana canının, namusunun və malının haram olduğunu bilməyin, ona görə yaşamağın və müsəlmanların qardaş olduqlarını bilməyin, müsəlman olan birinin müşriklərin arasında qalmayaraq müsəlmanların yanına gəlməsinin lazım bilmirsə, Allahın onun heç bir əməlini qəbul etməyəcəyini bilməyindir”.”

Bəhz ibn Həkəm atasından və babasından
Həsən

İstinad

Nəsəi, 2568 (Zəkat, 134)

Sunən ən-Nəsəi — Zəkat kitabı