Zəkat kitabı

Allah ﷿ rizası üçün istəyənə verməyən

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي فُدَيْكٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ أَبِي ذِئْبٍ ، عَنْ سَعِيدِ بْنِ خَالِدٍ الْقَارِظِيِّ ، عَنْ إِسْمَعِيلَ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَلاَ أُخْبِرُكُمْ بِخَيْرِ النَّاسِ مَنْزِلاً ؟ قُلْنَا : بَلَى يَا رَسُولَ اللهِ قَالَ : رَجُلٌ آخِذٌ بِرَأْسِ فَرَسِهِ فِي سَبِيلِ اللهِ عَزَّ وَجَلَّ حَتَّى يَمُوتَ ، أَوْ يُقْتَلَ ، وَأُخْبِرُكُمْ بِالَّذِي يَلِيهِ ؟ قُلْنَا : نَعَمْ يَا رَسُولَ اللهِ ، قَالَ : رَجُلٌ مُعْتَزِلٌ فِي شِعْبٍ يُقِيمُ الصَّلاَةَ ، وَيُؤْتِي الزَّكَاةَ ، وَيَعْتَزِلُ شُرُورَ النَّاسِ ، وَأُخْبِرُكُمْ بِشَرِّ النَّاسِ ؟ قُلْنَا : نَعَمْ يَا رَسُولَ اللهِ ، قَالَ : الَّذِي يُسْأَلُ بِاللَّهِ عَزَّ وَجَلَّ ، وَلاَ يُعْطِي بِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Məqamına görə insanların ən xeyirlisini sizə xəbər verimmi?” Biz dedik: “Əlbəttə, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Ölənə və ya öldürülənə qədər Allah ﷿ yolunda atının yüyənini buraxmayan kimsədir. Bundan sonra kimin olduğunu sizə xəbər verimmi?” Biz dedik: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Bir dağın başında qalıb namaz qılan, zəkat verən, insanların şərindən və şərlilərindən uzaq qalan kimsədir. Sonra sizə insanların ən şər olanları haqda xəbər verimmi?” Biz dedik: “Bəli, ey Allahın Elçisi!” Allah Elçisi ﷺ buyurdu: “Allah ﷿ rizası üçün istəyən kimsəyə verməyən kimsədir”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2569 (Zəkat, 135)

Sunən ən-Nəsəi — Zəkat kitabı