Zəkat kitabı

Sədəqəni artıq verərsə nə olur?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَاللَّفْظُ لَهُ ، قَالاَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي إِسْمَعِيلَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ هِلاَلٍ ، قَالَ : قَالَ جَرِيرٌ : أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَاسٌ مِنَ الأَعْرَابِ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ ، يَأْتِينَا نَاسٌ مِنْ مُصَدِّقِيكَ يَظْلِمُونَ ، قَالَ : أَرْضُوا مُصَدِّقِيكُمْ ، قَالُوا : وَإِنْ ظَلَمَ ؟ قَالَ : أَرْضُوا مُصَدِّقِيكُمْ ، ثُمَّ قَالُوا : وَإِنْ ظَلَمَ ؟ قَالَ : أَرْضُوا مُصَدِّقِيكُمْ قَالَ جَرِيرٌ : فَمَا صَدَرَ عَنِّي مُصَدِّقٌ مُنْذُ سَمِعْتُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلاَّ وَهُوَ رَاضٍ.

“Rəvayət edilir ki, Cərir ﵁ demişdir: “Bədəvilərdən bir dəstə Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ey Allahın Elçisi, sənin zəkat məmurların gəlib bizə zülm edirlər”. Peyğəmbər ﷺ buyurdu: “Məmurlarımı razı salın!” Bədəvilər dedilər: “Zülm etsələr də?” Peyğəmbər ﷺ buyurdu: “Məmurlarımı razı salın!” Bədəvilər yenə dedilər: “Zülm etsələr də?” Peyğəmbər ﷺ buyurdu: “Məmurlarımı razı salın!” Cərir deyir: “Mən bu sözləri Allah Elçisindən ﷺ eşidəndən bəri həmişə zəkat məmurunu razı etdim”.”

Cərir
Səhih

İstinad

Nəsəi, 2460 (Zəkat, 26)

Sunən ən-Nəsəi — Zəkat kitabı