Zəkat kitabı

Zəkat verməmək haqda

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي عَرُوبَةَ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ أَبِي عَمْرٍو الْغُدَانِيِّ ، أَنَّ أَبَا هُرَيْرَةَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَقُولُ : أَيُّمَا رَجُلٍ كَانَتْ لَهُ إِبِلٌ لاَ يُعْطِي حَقَّهَا فِي نَجْدَتِهَا وَرِسْلِهَا ، قَالُوا : يَا رَسُولَ اللهِ ، مَا نَجْدَتُهَا وَرِسْلُهَا ؟ قَالَ : فِي عُسْرِهَا وَيُسْرِهَا ، فَإِنَّهَا تَأْتِي يَوْمَ الْقِيَامَةِ كَأَغَذِّ مَا كَانَتْ وَأَسْمَنِهِ وَآشَرِهِ ، يُبْطَحُ لَهَا بِقَاعٍ قَرْقَرٍ فَتَطَؤُهُ بِأَخْفَافِهَا ، إِذَا جَاءَتْ أُخْرَاهَا أُعِيدَتْ عَلَيْهِ أُولاَهَا فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ،حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ فَيَرَى سَبِيلَهُ ، وَأَيُّمَا رَجُلٍ كَانَتْ لَهُ بَقَرٌ لاَ يُعْطِي حَقَّهَا فِي نَجْدَتِهَا وَرِسْلِهَا ، فَإِنَّهَا تَأْتِي يَوْمَ الْقِيَامَةِ أَغَذَّ مَا كَانَتْ وَأَسْمَنَهُ وَآشَرَهُ ، يُبْطَحُ لَهَا بِقَاعٍ قَرْقَرٍ ، فَتَنْطَحُهُ كُلُّ ذَاتِ قَرْنٍ بِقَرْنِهَا ، وَتَطَؤُهُ كُلُّ ذَاتِ ظِلْفٍ بِظِلْفِهَا ، إِذَا جَاوَزَتْهُ أُخْرَاهَا أُعِيدَتْ عَلَيْهِ أُولاَهَا فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ، حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ فَيَرَى سَبِيلَهُ ، وَأَيُّمَا رَجُلٍ كَانَتْ لَهُ غَنَمٌ لاَ يُعْطِي حَقَّهَا فِي نَجْدَتِهَا وَرِسْلِهَا ، فَإِنَّهَا تَأْتِي يَوْمَ الْقِيَامَةِ كَأَغَذِّ مَا كَانَتْ وَأَكْثَرِهِ وَأَسْمَنِهِ وَآشَرِهِ ، ثُمَّ يُبْطَحُ لَهَا بِقَاعٍ قَرْقَرٍ فَتَطَؤُهُ كُلُّ ذَاتِ ظِلْفٍ بِظِلْفِهَا ، وَتَنْطَحُهُ كُلُّ ذَاتِ قَرْنٍ بِقَرْنِهَا ، لَيْسَ فِيهَا عَقْصَاءُ وَلاَ عَضْبَاءُ ، إِذَا جَاوَزَتْهُ أُخْرَاهَا أُعِيدَتْ عَلَيْهِ أُولاَهَا فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ ، حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ فَيَرَى سَبِيلَهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Kimin dəvələri olduğu halda darlıqda və ya bolluqda ikən zəkatını verməzsə...”. Səhabələr dedilər: “Ey Allahın Elçisi, darlıq və bolluq nə deməkdir?” Allah Elçisi ﷺ buyurdu: “Asanlıq və çətinlik halları deməkdir. Qiyamət günü dəvələri daha canlı və kök halda gələcəklər və geniş bir ərazidə qoyulmuş yiyələrini yerə yıxıb tapdalayacaqlar. Dəvələrin sonuncusu gəldikdə əvvəlkilər yenidən gəlib onu yerə yıxıb tapdalayacaqlar. Bu hal müddəti əlli min olan Qiyamət günü bütün insanlar haqq-hesab olub qurtarana qədər davam edəcək. Sonra isə adam gedəcəyi yeri görəcək. Kimin inəkləri olduğu halda darlıqda və ya bolluqda ikən zəkatını verməzsə, Qiyamət günü inəkləri daha canlı və kök halda gələcəklər və geniş bir ərazidə qoyulmuş yiyələrini yerə yıxıb tapdalayacaq, buynuzları ilə vuracaqlar. İnəklərin sonuncusu gəldikdə əvvəlkilər yenidən gəlib onu yerə yıxıb tapdalayacaq və buynuzlayacaqlar. Onların buynuzlarında heç bir qırıqlıq olmayacaq. Qoyunları da eyni şəkildə sonuncusu gəldikdə əvvəlkilər yenidən gəlib onu yerə yıxıb tapdalayacaq. Bu əzab, müddəti əlli min il olan Qiyamət günündə bəndələr arasında haqq-hesab edilənə qədər davam edəcəkdir. Sonra isə həmin adam gedəcəyi yeri görəcək”.”

Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2442 (Zəkat, 8)

Sunən ən-Nəsəi — Zəkat kitabı