Zəkat kitabı

Sədəqə imkana görə verilir

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ عَجْلاَنَ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، وَالْقَعْقَاعُ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : سَبَقَ دِرْهَمٌ مِئَةَ أَلْفِ دِرْهَمٍ قَالُوا : وَكَيْفَ ؟ قَالَ : كَانَ لِرَجُلٍ دِرْهَمَانِ تَصَدَّقَ بِأَحَدِهِمَا ، وَانْطَلَقَ رَجُلٌ إِلَى عُرْضِ مَالِهِ ، فَأَخَذَ مِنْهُ مِئَةَ أَلْفِ دِرْهَمٍ فَتَصَدَّقَ بِهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bir dirhəm yüz min dirhəmi qabaqladı”. Səhabələr dedilər: “Bu necə olur?” Allah Elçisi ﷺ buyurdu: “Bir kişinin iki dirhəmi var, o da bunlardan birini sədəqə verir. Bir kişinin də çoxlu mal-dövləti var, ondan götürüb yüz min dirhəmini sədəqə verir”.”

Əbu Hureyra
Həsən

İstinad

Nəsəi, 2527 (Zəkat, 93)

Sunən ən-Nəsəi — Zəkat kitabı