Həcc etməyi nəzir edən, lakin həcc etmədən ölən şəxsin yerinə edilən həcc
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ ، يُحَدِّثُ عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ امْرَأَةً نَذَرَتْ أَنْ تَحُجَّ ، فَمَاتَتْ ، فَأَتَى أَخُوهَا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَأَلَهُ عَنْ ذَلِكَ ؟ فَقَالَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَى أُخْتِكَ دَيْنٌ أَكُنْتَ قَاضِيَهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَاقْضُوا اللَّهَ ، فَهُوَ أَحَقُّ بِالْوَفَاءِ.
“İbn Abbasdan ﵄ rəvayət edilir ki, bir qadın həccə getməyi nəzir etdi, lakin getməzdən əvvəl vəfat etdi. Qadının qardaşı Peyğəmbərin ﷺ yanına gələrək nə etməsi barədə soruşdu. Peyğəmbər ﷺ də belə buyurdu: “Bacının borcu olsa, ödəyərdin?” Adam: “Bəli”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə Allaha olan borcunu da ödə, çünki ödənilməyə daha layiq olan borc Allahın borcudur”.”
İstinad
Nəsəi, 2632 (Həcc, 14)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı