Sunən ən-NəsəiHəcc ayinləri kitabı

Kitab 24

Həcc ayinləri kitabı

كِتَابُ مَنَاسِكِ الْحَجِّ

467

hədis

Fəsil 1

Həccin vacibliyi

بَابُ وُجُوبِ الْحَجِّ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو هِشَامٍ وَاسْمُهُ الْمُغِيرَةُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا الرَّبِيعُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ زِيَادٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : خَطَبَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ النَّاسَ ، فَقَالَ : إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ ، قَدْ فَرَضَ عَلَيْكُمُ الْحَجَّ فَقَالَ رَجُلٌ : فِي كُلِّ عَامٍ ؟ فَسَكَتَ عَنْهُ حَتَّى أَعَادَهُ ثَلاَثًا ، فَقَالَ : لَوْ قُلْتُ نَعَمْ ، لَوَجَبَتْ ، وَلَوْ وَجَبَتْ ، مَا قُمْتُمْ بِهَا ، ذَرُونِي مَا تَرَكْتُكُمْ ، فَإِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِكَثْرَةِ سُؤَالِهِمْ ، وَاخْتِلاَفِهِمْ عَلَى أَنْبِيَائِهِمْ ، فَإِذَا أَمَرْتُكُمْ بِالشَّيْءِ فَخُذُوا بِهِ مَا اسْتَطَعْتُمْ ، وَإِذَا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ ، فَاجْتَنِبُوهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ camaata xitab edərək belə buyurdu: “Allah ﷿ sizə həcci fərz (vacib) etmişdir”. Bir kişi ayağa qalxıb dedi: “Hər il?” Allah Elçisi ﷺ susdu. Həmin adam sualını üçüncü dəfə təkrar etdikdə Allah Elçisi ﷺ belə buyurdu: “Əgər bəli desəydim hər il həcc etməyiniz vacib olardı. Hər il həcc etmək vacib olsaydı, sizin buna gücünüz çatmazdı. Dediyim kimi əməl edin, çünki sizdən əvvəlkilər Peyğəmbərlərinə çox sual verdikləri və onlar üzərində də ixtilafa düşdükləri üçün həlak oldular. Sizə bir şeyi əmr etdiyim zaman gücünüz çatan qədər ona əməl edin. Qadağan etdiyim şeydən də mütləq çəkinin”.”

Əbu Hureyra
SəhihNəsəi, 2619 (Həcc, 1)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ النَّيْسَابُورِيُّ ، قَالَ : حَدَّثَنَا سَعِيدُ بْنُ أَبِي مَرْيَمَ ، قَالَ : أَنْبَأَنَا مُوسَى بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الْجَلِيلِ بْنُ حُمَيْدٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَبِي سِنَانٍ الدُّؤَلِيِّ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَامَ ، فَقَالَ : إِنَّ اللَّهَ تَعَالَى كَتَبَ عَلَيْكُمُ الْحَجَّ فَقَالَ الأَقْرَعُ بْنُ حَابِسٍ التَّمِيمِيُّ كُلُّ عَامٍ يَا رَسُولَ اللهِ ؟ فَسَكَتَ ، فَقَالَ : لَوْ قُلْتُ نَعَمْ ، لَوَجَبَتْ ، ثُمَّ إِذًا لاَ تَسْمَعُونَ ، وَلاَ تُطِيعُونَ ، وَلَكِنَّهُ حَجَّةٌ وَاحِدَةٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ ayağa duraraq belə buyurdu: “Allah sizə həcci vacib etdi”. Bu vaxt əl-Əqra ibn Habis ət-Təmimi dedi: “Hər il, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ susdu, sonra da belə buyurdu: “Bəli” desəydim hər il həcc etmək sizə vacib olacaq, sizin də buna gücünüz çatmayacaqdı. Siz həcci bir dəfə edin”.”

İbn Abbas
SəhihNəsəi, 2620 (Həcc, 2)

Fəsil 2

Ümrənin vacibliyi

وُجُوبُ الْعُمْرَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ النُّعْمَانَ بْنَ سَالِمٍ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ أَوْسٍ ، يُحَدِّثُ عَنْ أَبِي رَزِينٍ ، أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ إِنَّ أَبِي شَيْخٌ كَبِيرٌ ، لاَ يَسْتَطِيعُ الْحَجَّ ، وَلاَ الْعُمْرَةَ ، وَلاَ الظَّعْنَ ، قَالَ : فَحُجَّ ، عَنْ أَبِيكَ ، وَاعْتَمِرْ.

“Rəvayət edilir ki, Əbu Rəzin ﵁ demişdir: “Ey Allahın Elçisi! Atam çox yaşlı bir adamdır, həcc və ümrə üçün səfərə çıxmağa gücü çatmır”. Allah Elçisi ﷺ buyurdu: “Onun yerinə həcc və ümrəni sən et””

Əbu Rəzin
SəhihNəsəi, 2621 (Həcc, 3)

Fəsil 3

Qəbul edilmiş həccin fəziləti

فَضْلُ الْحَجِّ الْمَبْرُورِ

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ الصَّفَّارِ الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا سُوَيْدٌ وَهُوَ ابْنُ عَمْرٍو الْكَلْبِيُّ ، عَنْ زُهَيْرٍ ، قَالَ : حَدَّثَنَا سُهَيْلٌ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْحَجَّةُ الْمَبْرُورَةُ : لَيْسَ لَهَا جَزَاءٌ إِلاَّ الْجَنَّةُ ، وَالْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allah tərəfindən qəbul edilmiş həccin mükafatı mütləq Cənnətdir. Edilən bir ümrə isə digər ümrəyə kimi olan günahların silinməsinə səbəbdir”.”

Əbu Hureyra
SəhihNəsəi, 2622 (Həcc, 4)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي سُهَيْلٌ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : الْحَجَّةُ الْمَبْرُورَةُ : لَيْسَ لَهَا ثَوَابٌ إِلاَّ الْجَنَّةُ ، مِثْلَهُ سَوَاءً ، إِلاَّ أَنَّهُ قَالَ : تُكَفِّرُ مَا بَيْنَهُمَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurmuşdur: “Allah tərəfindən qəbul edilmiş həccin savabı ancaq Cənnətdir. İkinci dəfə ediləcək nafilə həcc də eynidir. Ancaq ikinci həcc iki həcc arasındakı günahlara kəffarədir”.”

Əbu Hureyra
SəhihNəsəi, 2623 (Həcc, 5)

Fəsil 4

Həccin fəziləti

فَضْلُ الْحَجِّ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ ابْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : سَأَلَ رَجُلٌ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ يَا رَسُولَ اللهِ : أَيُّ الأَعْمَالِ أَفْضَلُ ؟ قَالَ : الإِيمَانُ بِاللَّهِ قَالَ : ثُمَّ مَاذَا ؟ قَالَ : الْجِهَادُ فِي سَبِيلِ اللهِ قَالَ : ثُمَّ مَاذَا ؟ قَالَ : ثُمَّ الْحَجُّ الْمَبْرُورُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ belə demişdir: “Bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Hansı əməl daha fəzilətlidir”. Allah Elçisi ﷺ belə buyurdu: “Allaha iman gətirmək”. Kişi dedi: “Sonra hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Allah yolunda cihad”. Kişi yenə soruşdu: “Daha sonra hansıdır?” Allah Elçisi ﷺ buyurdu: “Allah tərəfindən qəbul edilmiş həcc”.”

Əbu Hureyra
SəhihNəsəi, 2624 (Həcc, 6)

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ بْنِ مَثْرُودٍ ، قَالَ حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ مَخْرَمَةَ ، عَنْ أَبِيهِ ، قَالَ سَمِعْتُ سُهَيْلَ بْنَ أَبِي صَالِحٍ ، قَالَ : سَمِعْتُ أَبِي يَقُولُ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَفْدُ اللهِ ثَلاَثَةٌ : الْغَازِي ، وَالْحَاجُّ ، وَالْمُعْتَمِرُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allahın elçiləri üç növdür; qazilər, həcc edənlər və ümrə edənlər”.”

Əbu Hureyra
SəhihNəsəi, 2625 (Həcc, 7)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، عَنِ اللَّيْثِ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ ابْنِ أَبِي هِلاَلٍ ، عَنْ يَزِيدَ بْنِ عَبْدِ اللهِ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ ، عَنْ أَبِي سَلَمَةَ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : جِهَادُ الْكَبِيرِ ، وَالصَّغِيرِ ، وَالضَّعِيفِ ، وَالْمَرْأَةِ : الْحَجُّ ، وَالْعُمْرَةُ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Böyüyün, kiçiyin, zəifin və qadının cihadı həcc və ümrədir”.”

Əbu Hureyra
HəsənNəsəi, 2626 (Həcc, 8)

أَخْبَرَنَا أَبُو عَمَّارٍ الْحُسَيْنُ بْنُ حُرَيْثٍ الْمَرْوَزِيُّ ، قَالَ : حَدَّثَنَا الْفُضَيْلُ وَهُوَ ابْنُ عِيَاضٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي حَازِمٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ حَجَّ هَذَا الْبَيْتَ فَلَمْ يَرْفُثْ ، وَلَمْ يَفْسُقْ ، رَجَعَ كَمَا وَلَدَتْهُ أُمُّهُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim bu Evi (Kəbəni) həcc edər və həcc əsnasında qadını ilə yaxınlıq etməz və günahı tərk edərsə, anasından yeni doğulmuş kimi günahsız olar”.”

Əbu Hureyra
SəhihNəsəi, 2627 (Həcc, 9)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ حَبِيبٍ وَهُوَ ابْنُ أَبِي عَمْرَةَ ، عَنْ عَائِشَةَ بِنْتِ طَلْحَةَ ، قَالَتْ : أَخْبَرَتْنِي أُمُّ الْمُؤْمِنِينَ عَائِشَةُ قَالَتْ : قُلْتُ يَا رَسُولَ اللهِ ، أَلاَ نَخْرُجُ فَنُجَاهِدَ مَعَكَ ، فَإِنِّي لاَ أَرَى عَمَلاً فِي الْقُرْآنِ ، أَفْضَلَ مِنَ الْجِهَادِ ، قَالَ : لاَ ، وَلَكُنَّ أَحْسَنُ الْجِهَادِ وَأَجْمَلُهُ ، حَجُّ الْبَيْتِ ، حَجٌّ مَبْرُورٌ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi! Səninlə çıxıb cihad etməyəcəyikmi? Çünki mən Quranda cihaddan daha fəzilətli bir əməl görmürəm”. Peyğəmbər ﷺ buyurdu: “Xeyr, sizin edəcəyiniz ən yaxşı və ən gözəl cihad Kəbəni təvaf etməklə edilən qəbul edilmiş həccdir”.”

Aişə
SəhihNəsəi, 2628 (Həcc, 10)

Fəsil 5

Ümrənin fəziləti

فَضْلُ الْعُمْرَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ سُمَيٍّ ، عَنْ أَبِي صَالِحٍ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا ، وَالْحَجُّ الْمَبْرُورُ ، لَيْسَ لَهُ جَزَاءٌ إِلاَّ الْجَنَّةُ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “İki ümrə, aralarında edilən günahlara kəffarədir. Allah tərəfindən qəbul edilmiş həccin mükafatı isə yalnız Cənnətdir”.”

Əbu Hureyra
SəhihNəsəi, 2629 (Həcc, 11)

Fəsil 6

Həcc və ümrəni birlikdə etməyin fəziləti

فَضْلُ الْمُتَابَعَةِ بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا أَبُو عَتَّابٍ ، قَالَ : حَدَّثَنَا عَزْرَةُ بْنُ ثَابِتٍ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ ، فَإِنَّهُمَا : يَنْفِيَانِ الْفَقْرَ ، وَالذُّنُوبَ ، كَمَا يَنْفِي الْكِيرُ خَبَثَ الْحَدِيدِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həcc ilə ümrəni birlikdə edin. Həcc və ümrə kasıblıq və günahları körüyün dəmir paslarını tökdüyü kimi əridib yox edir”.”

İbn Abbas
SəhihNəsəi, 2630 (Həcc, 12)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَيَّانَ أَبُو خَالِدٍ ، عَنْ عَمْرِو بْنِ قَيْسٍ ، عَنْ عَاصِمٍ ، عَنْ شَقِيقٍ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : تَابِعُوا بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ ، فَإِنَّهُمَا : يَنْفِيَانِ الْفَقْرَ وَالذُّنُوبَ ، كَمَا يَنْفِي الْكِيرُ : خَبَثَ الْحَدِيدِ وَالذَّهَبِ وَالْفِضَّةِ ، وَلَيْسَ لِلْحَجِّ الْمَبْرُورِ ثَوَابٌ دُونَ الْجَنَّةِ.

“Rəvayət edilir ki, Abdullah demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Həcc ilə ümrəni birlikdə edin, çünki ümrə və həcc kasıblığı və günahları körüyün dəmir, qızıl və gümüşü əritdiyi kimi əridib yox edir. Allah tərəfindən qəbul edilən həccin savabı isə ancaq Cənnətdir”.”

Abdullah
SəhihNəsəi, 2631 (Həcc, 13)

Fəsil 7

Həcc etməyi nəzir edən, lakin həcc etmədən ölən şəxsin yerinə edilən həcc

الْحَجُّ عَنِ الْمَيِّتِ الَّذِي نَذَرَ أَنْ يَحُجَّ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ ، يُحَدِّثُ عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ امْرَأَةً نَذَرَتْ أَنْ تَحُجَّ ، فَمَاتَتْ ، فَأَتَى أَخُوهَا النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَأَلَهُ عَنْ ذَلِكَ ؟ فَقَالَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَى أُخْتِكَ دَيْنٌ أَكُنْتَ قَاضِيَهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَاقْضُوا اللَّهَ ، فَهُوَ أَحَقُّ بِالْوَفَاءِ.

“İbn Abbasdan ﵄ rəvayət edilir ki, bir qadın həccə getməyi nəzir etdi, lakin getməzdən əvvəl vəfat etdi. Qadının qardaşı Peyğəmbərin ﷺ yanına gələrək nə etməsi barədə soruşdu. Peyğəmbər ﷺ də belə buyurdu: “Bacının borcu olsa, ödəyərdin?” Adam: “Bəli”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Elə isə Allaha olan borcunu da ödə, çünki ödənilməyə daha layiq olan borc Allahın borcudur”.”

İbn Abbas
SəhihNəsəi, 2632 (Həcc, 14)

Fəsil 8

Həcc edə bilmədən ölənin adından həcc

الْحَجُّ عَنِ الْمَيِّتِ ، الَّذِي لَمْ يَحُجَّ.

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا أَبُو التَّيَّاحِ ، قَالَ : حَدَّثَنِي مُوسَى بْنُ سَلَمَةَ الْهُذَلِيُّ ، أَنَّ ابْنَ عَبَّاسٍ ، قَالَ : أَمَرَتِ امْرَأَةٌ سِنَانَ بْنَ سَلَمَةَ الْجُهَنِيَّ أَنْ يَسْأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ أُمَّهَا مَاتَتْ وَلَمْ تَحُجَّ ، أَفَيُجْزِئُ عَنْ أُمِّهَا أَنْ تَحُجَّ عَنْهَا ؟ قَالَ : نَعَمْ ، لَوْ كَانَ عَلَى أُمِّهَا دَيْنٌ فَقَضَتْهُ عَنْهَا ، أَلَمْ يَكُنْ يُجْزِئُ عَنْهَا فَلْتَحُجَّ عَنْ أُمِّهَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Sinan ibn Sələmə əl-Cuhəninin zövcəsi, Allah Elçisindən ﷺ həcc ziyarətini edə bilmədən vəfat edən anasının yerinə həcc etməsinin soruşulmasını istədi. Allah Elçisi ﷺ də: “Bəli. Anasının borcu olsaydı, onu ödəyərdimi? Eləcə də anasının adına həcc etsin”.”

İbn Abbas
SəhihNəsəi, 2633 (Həcc, 15)

أَخْبَرَنِي عُثْمَانُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ حَكِيمٍ الأَوْدِيُّ ، قَالَ : حَدَّثَنَا حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ الرُّؤَاسِيُّ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ ابْنُ زَيْدٍ ، عَنْ أَيُّوبَ السَّخْتِيَانِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ امْرَأَةً سَأَلَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَبِيهَا ، مَاتَ وَلَمْ يَحُجَّ ؟ قَالَ : حُجِّي عَنْ أَبِيكِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir qadın Allah Elçisinə ﷺ həcc edə bilmədən ölən atası haqqında soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Atanın yerinə həcc et”.”

İbn Abbas
SəhihNəsəi, 2634 (Həcc, 16)

Fəsil 9

Səfərə çıxmağa taqəti olmayan kimsənin yerinə başqa birisi həcc edə bilərmi?

الْحَجُّ عَنِ الْحَيِّ الَّذِي لاَ يَسْتَمْسِكُ عَلَى الرَّحْلِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ امْرَأَةً مِنْ خَثْعَمَ سَأَلَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَدَاةَ جَمْعٍ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ فَرِيضَةُ اللهِ فِي الْحَجِّ عَلَى عِبَادِهِ ، أَدْرَكَتْ أَبِي شَيْخًا كَبِيرًا ، لاَ يَسْتَمْسِكُ عَلَى الرَّحْلِ ، أَفَأَحُجُّ عَنْهُ ؟ قَالَ : نَعَمْ

“İbn Abbasdan ﵄ rəvayət edilir ki, Xasam tayfasından olan bir qadın Müzdəlifə günü Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi! Allahın qullarına vacib buyurduğu həcc qoca atama da vacib oldu. Atamın səfərə çıxmağa taqəti yoxdur, onun yerinə mən həcc edə bilərəm?” Allah Elçisi ﷺ də: ”Bəli” deyə buyurdu.”

İbn Abbas
SəhihNəsəi, 2635 (Həcc, 17)

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ أَبُو عُبَيْدِ اللهِ الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

İbn Abbas
ZəifNəsəi, 2636 (Həcc, 18)

Fəsil 10

Ümrə edə bilməyənin yerinə başqasının ümrə etməsi

الْعُمْرَةُ عَنِ الرَّجُلِ الَّذِي لاَ يَسْتَطِيعُ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ النُّعْمَانِ بْنِ سَالِمٍ ، عَنْ عَمْرِو بْنِ أَوْسٍ ، عَنْ أَبِي رَزِينٍ الْعُقَيْلِيِّ ، أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ إِنَّ أَبِي شَيْخٌ كَبِيرٌ ، لاَ يَسْتَطِيعُ الْحَجَّ ، وَلاَ الْعُمْرَةَ ، وَالظَّعْنَ قَالَ : حُجَّ ، عَنْ أَبِيكَ ، وَاعْتَمِرْ.

“Rəvayət edilir ki, Əbu Rəzin əl-Uqeyli ﵁ Allah Elçisinə ﷺ dedi: “Ey Allahın Elçisi, mənim atam çox qoca bir kişidir, ona görə nə həcc, nə ümrə, nə də bir yola çıxa bilmir”. Allah Elçisi ﷺ buyurdu: “Atanızın adından həcc edin və ümrə edin”.”

Əbu Rəzin əl-Uqeyli
SəhihNəsəi, 2637 (Həcc, 19)

Fəsil 11

Həccin də digər borclar kimi bir borc olması

تَشْبِيهُ قَضَاءِ الْحَجِّ بِقَضَاءِ الدَّيْنِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ يُوسُفَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ الزُّبَيْرِ ، قَالَ : جَاءَ رَجُلٌ مِنْ خَثْعَمَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : إِنَّ أَبِي شَيْخٌ كَبِيرٌ ، لاَ يَسْتَطِيعُ الرُّكُوبَ ، وَأَدْرَكَتْهُ فَرِيضَةُ اللهِ فِي الْحَجِّ ، فَهَلْ يُجْزِئُ أَنْ أَحُجَّ عَنْهُ ؟ قَالَ : آنْتَ أَكْبَرُ وَلَدِهِ ؟ قَالَ : نَعَمْ ، قَالَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَيْهِ دَيْنٌ أَكُنْتَ تَقْضِيهِ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَحُجَّ عَنْهُ.

“Rəvayət edilir ki, Abdullah ibn əz-Zubeyr ﵄ demişdir: “Xasam tayfasından bir kişi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Atam çox qocadır. Bir miniyə minib səfərə çıxa biləcək vəziyyətdə deyil. Özünə də həcc vacib olmuş vəziyyətdədir, onun yerinə mən həcc edə bilərəm?” Allah Elçisi ﷺ buyurdu: “Atanın böyük oğlu sənsən?” Həmin kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ buyurdu: “Atanın borcu olsaydı, sən onu ödəyərdin?” Kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ də buyurdu: “Elə isə onun yerinə sən həcc et”.”

Abdullah ibn əz-Zubeyr
ZəifNəsəi, 2638 (Həcc, 20)

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ النَّسَائِيُّ ، عَنْ عَبْدِ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الْحَكَمِ بْنِ أَبَانَ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ إِنَّ أَبِي مَاتَ ، وَلَمْ يَحُجَّ ، أَفَأَحُجُّ عَنْهُ ؟ قَالَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَى أَبِيكَ دَيْنٌ أَكُنْتَ قَاضِيَهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَدَيْنُ اللهِ أَحَقُّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi dedi: “Ey Allahın Elçisi! Atam həcc etmədən öldü. Onun yerinə mən həcc edə bilərəm?” Allah Elçisi ﷺ dedi: “Atanın bir borcu olsa onu sən ödəyərdin?” Kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ də buyurdu: “Allaha olan borc ödənilməyə daha layiqdir”.”

İbn Abbas
SəhihNəsəi, 2639 (Həcc, 21)

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، عَنْ هُشَيْمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي إِسْحَاقَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً سَأَلَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ أَبِي أَدْرَكَهُ الْحَجُّ ، وَهُوَ شَيْخٌ كَبِيرٌ ، لاَ يَثْبُتُ عَلَى رَاحِلَتِهِ ، فَإِنْ شَدَدْتُهُ خَشِيتُ أَنْ يَمُوتَ ، أَفَأَحُجُّ عَنْهُ ؟ قَالَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَيْهِ دَيْنٌ فَقَضَيْتَهُ أَكَانَ مُجْزِئًا ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَحُجَّ عَنْ أَبِيكَ.

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisinin ﷺ yanına gələrək soruşdu: “Atamın boynunda həcc ziyarəti var, lakin o çox qocadır. Miniyə minə bilməz, miniyə bağlasam da öləcəyindən qorxuram. Onun yerinə mən həcc edə bilərəm?” Allah Elçisi ﷺ dedi: “Əgər atanın bir borcu olsa ödəyərsən?” Kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ də buyurdu: “Elə isə atanın yerinə həcc et”.”

Abdullah ibn Abbas
ZəifNəsəi, 2640 (Həcc, 22)

Fəsil 12

Qadın kişinin yerinə həcc edə bilərmi?

حَجُّ الْمَرْأَةِ عَنِ الرَّجُلِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ الْفَضْلُ بْنُ عَبَّاسٍ رَدِيفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَجَاءَتْهُ امْرَأَةٌ مِنْ خَثْعَمَ تَسْتَفْتِيهِ ، وَجَعَلَ الْفَضْلُ يَنْظُرُ إِلَيْهَا ، وَتَنْظُرُ إِلَيْهِ ، وَجَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَصْرِفُ وَجْهَ الْفَضْلِ إِلَى الشِّقِّ الآخَرِ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنَّ فَرِيضَةَ اللهِ فِي الْحَجِّ عَلَى عِبَادِهِ أَدْرَكَتْ أَبِي شَيْخًا كَبِيرًا ، لاَ يَسْتَطِيعُ أَنْ يَثْبُتَ عَلَى الرَّاحِلَةِ ، أَفَأَحُجُّ عَنْهُ ؟ قَالَ : نَعَمْ ، وَذَلِكَ فِي حَجَّةِ الْوَدَاعِ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ demişdir: “Fədl ibn Abbas Allah Elçisinin ﷺ tərkində idi. Xasam tayfasından olan bir qadın Allah Elçisindən ﷺ fətva soruşmağa gəlmişdi. Bu vaxt Fədl ilə qadın bir-birinə baxmağa başladı. Allah Elçisi ﷺ də Fədlin üzünü digər tərəfə çevirdi. Qadın dedi: “Ey Allahın Elçisi! Allahın qullarına vacib buyurduğu həcc atama da vacib oldu, lakin atam miniyə minəcək vəziyyətdə deyil. Onun yerinə mən həcc edə bilərəmmi?” Allah Elçisi ﷺ: “Bəli”- dedi. Bu hadisə vida həccində olmuşdu”.”

Abdullah ibn Abbas
SəhihNəsəi, 2641 (Həcc, 23)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ سُلَيْمَانَ بْنَ يَسَارٍ ، أَخْبَرَهُ أَنَّ ابْنَ عَبَّاسٍ ، أَخْبَرَهُ أَنَّ امْرَأَةً مِنْ خَثْعَمَ اسْتَفْتَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، وَالْفَضْلُ بْنُ عَبَّاسٍ رَدِيفُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنَّ فَرِيضَةَ اللهِ فِي الْحَجِّ عَلَى عِبَادِهِ أَدْرَكَتْ أَبِي شَيْخًا كَبِيرًا ، لاَ يَسْتَوِي عَلَى الرَّاحِلَةِ ، فَهَلْ يَقْضِي عَنْهُ أَنْ أَحُجَّ عَنْهُ ؟ فَقَالَ لَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : نَعَمْ فَأَخَذَ الْفَضْلُ بْنُ عَبَّاسٍ يَلْتَفِتُ إِلَيْهَا ، وَكَانَتِ امْرَأَةً حَسْنَاءَ ، وَأَخَذَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْفَضْلَ فَحَوَّلَ وَجْهَهُ مِنَ الشِّقِّ الآخَرِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Xasəm qəbiləsindən bir qadın vida həccində fətva soruşmaq üçün Allah Elçisinin ﷺ yanına gəldi. Fədl ibn Abbas da Allah Elçisinin ﷺ miniyində onunla birlikdə idi. Qadın dedi: “Ey Allahın Elçisi! Allahın qullarına vacib buyurduğu həcc ziyarəti qoca atama da vacib oldu, lakin o, miniyə minə biləcək vəziyyətdə deyil. Mən onun yerinə həcc etsəm borcu yerinə yetirilmiş olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli”. O əsnada miniyin arxasında olan Fədl ibn Abbas qadına baxırdı, qadın çox gözəl idi. Allah Elçisi ﷺ Fədlin üzünü digər tərəfə çevirdi”.”

İbn Abbas
SəhihNəsəi, 2642 (Həcc, 24)

Fəsil 13

Kişi qadının yerinə həcc edə bilərmi?

حَجُّ الرَّجُلِ عَنِ الْمَرْأَةِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا هِشَامٌ ، عَنْ مُحَمَّدٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي إِسْحَاقَ ، عَنْ سُلَيْمَانَ بْنِ يَسَارٍ ، عَنِ الْفَضْلِ بْنِ عَبَّاسٍ ، أَنَّهُ كَانَ رَدِيفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَجَاءَهُ رَجُلٌ فَقَالَ : يَا رَسُولَ اللهِ إِنَّ أُمِّي عَجُوزٌ كَبِيرَةٌ ، وَإِنْ حَمَلْتُهَا لَمْ تَسْتَمْسِكْ ، وَإِنْ رَبَطْتُهَا خَشِيتُ أَنْ أَقْتُلَهَا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَرَأَيْتَ لَوْ كَانَ عَلَى أُمِّكَ دَيْنٌ أَكُنْتَ قَاضِيَهُ ؟ قَالَ : نَعَمْ ، قَالَ : فَحُجَّ عَنْ أُمِّكَ.

“Rəvayət edilir ki, Fadl ibn Abbas ﵄ Allah Elçisinin ﷺ miniyinin arxasında oturmuşdu. Bir kişi Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi! Anam qoca bir qadındır, miniyə mindirsəm üzərində dayana bilməz, bağlayacağım halda isə öləcəyindən qorxuram”. Allah Elçisi ﷺ buyurdu: “Ananın bir borcu olsa onu ödəyərdinmi?” Kişi: “Bəli” dedi. Allah Elçisi ﷺ buyurdu: “Elə isə ananın adından həcci sən et”.”

Fadl ibn Abbas
ZəifNəsəi, 2643 (Həcc, 25)

Fəsil 14

Kişinin böyük oğlu onun yerinə həcc edirmi?

مَا يُسْتَحَبُّ أَنْ يَحُجَّ عَنِ الرَّجُلِ أَكْبَرُ وَلَدِهِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ سُفْيَانَ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ يُوسُفَ ، عَنْ ابْنِ الزُّبَيْرِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لِرَجُلٍ : أَنْتَ أَكْبَرُ وَلَدِ أَبِيكَ ، فَحُجَّ عَنْهُ.

“İbn əz-Zubeyr ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ bir kişiyə buyurdu: “Atanın ən böyük oğlu sənsən, ona görə də onun yerinə sən həcc et”.”

İbn əz-Zubeyr
ZəifNəsəi, 2644 (Həcc, 26)

Fəsil 15

Kiçik uşağın həcci

الْحَجُّ بِالصَّغِيرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ امْرَأَةً رَفَعَتْ صَبِيًّا لَهَا إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir qadın uşağını Allah Elçisinə ﷺ göstərərək dedi: “Bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
SəhihNəsəi, 2645 (Həcc, 27)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ السَّرِيِّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مُحَمَّدِ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : رَفَعَتِ امْرَأَةٌ صَبِيًّا لَهَا مِنْ هَوْدَجٍ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın dəvə üzərində oturduğu vəziyyətdə əlindəki uşağı Allah Elçisinə ﷺ göstərərək soruşdu: “Ey Allahın Elçisi, bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
SəhihNəsəi, 2646 (Həcc, 28)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : رَفَعَتِ امْرَأَةٌ إِلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَبِيًّا ، فَقَالَتْ : أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın əlindəki uşağı Allah Elçisinə ﷺ tərəf qaldıraraq soruşdu: “Bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
SəhihNəsəi, 2647 (Həcc, 29)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ عُقْبَةَ (ح) وَحَدَّثَنَا الْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ سُفْيَانَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : صَدَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا كَانَ بِالرَّوْحَاءِ لَقِيَ قَوْمًا فَقَالَ : مَنْ أَنْتُمْ ؟ قَالُوا : الْمُسْلِمُونَ ، قَالُوا : مَنْ أَنْتُمْ ؟ قَالُوا : رَسُولُ اللهِ قَالَ : فَأَخْرَجَتِ امْرَأَةٌ صَبِيًّا مِنَ الْمِحَفَّةِ ، فَقَالَتْ : أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Ravhə deyilən yerə çatdıqda bir toplumla qarşılaşdı və onlardan soruşdu: “Siz kimsiniz?” Onlar da: “Müsəlmanlarıq” dedilər. Bu dəfə onlar: “Siz kimsiniz?”- deyərək soruşdular. Bu tərəfdə olanlar da: “Allahın Elçisidir”- dedilər. Ravi deyir: “Bu əsnada bir qadın dəvə üzərindəki xərəkdən bir uşaq çıxararaq soruşdu: “Bu uşaq üçün həcc ziyarəti olarmı?” Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
SəhihNəsəi, 2648 (Həcc, 30)

أَخْبَرَنَا سُلَيْمَانُ بْنُ دَاوُدَ بْنِ حَمَّادِ بْنِ سَعْدٍ ابْن أَخِي رِشْدِينَ بْنِ سَعْدٍ أَبُو الرَّبِيعِ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَالِكُ بْنُ أَنَسٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ بِامْرَأَةٍ وَهِيَ فِي خِدْرِهَا مَعَهَا صَبِيٌّ ، فَقَالَتْ : أَلِهَذَا حَجٌّ ؟ قَالَ : نَعَمْ ، وَلَكِ أَجْرٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ bir qadının yanından keçmişdi. Qadın pərdənin arxasında idi. Yanında da bir uşağı vardı. Qadın: “Bu uşaq üçün həcc ziyarəti varmı?” deyərək soruşdu. Allah Elçisi ﷺ buyurdu: “Bəli, savabı isə sənədir”.”

İbn Abbas
SəhihNəsəi, 2649 (Həcc, 31)

Fəsil 16

Allah Elçisinin ﷺ həcc etmək üçün Mədinədən çıxdığı vaxt

الْوَقْتُ الَّذِي خَرَجَ فِيهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْمَدِينَةِ لِلْحَجِّ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ أَبِي زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : أَخْبَرَتْنِي عَمْرَةُ ، أَنَّهَا سَمِعَتْ عَائِشَةَ ، تَقُولُ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقِعْدَةِ ، لاَ نُرَى إِلاَّ الْحَجَّ حَتَّى إِذَا دَنَوْنَا مِنْ مَكَّةَ ، أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ إِذَا طَافَ بِالْبَيْتِ أَنْ يَحِلَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Zil-Qadənin sonuna beş gün qalmış həcc etmək üçün Mədinədən çıxmışdıq. Məkkəyə yaxınlaşdığımızda Allah Elçisi ﷺ yanında qurbanı olmayan kimsələrin evi təvafdan sonra ehramdan çıxmalarını əmr etdi”.”

Aişə
SəhihNəsəi, 2650 (Həcc, 32)

Fəsil 17

Mədinəlilərin miqat yeri

الْمَوَاقِيتُ مِيقَاتُ أَهْلِ الْمَدِينَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَخْبَرَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يُهِلُّ أَهْلُ الْمَدِينَةِ مِنْ ذِي الْحُلَيْفَةِ ، وَأَهْلُ الشَّامِ مِنَ الْجُحْفَةِ ، وَأَهْلُ نَجْدٍ مِنْ قَرْنٍ قَالَ عَبْدُ اللهِ : وَبَلَغَنِي أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : وَيُهِلُّ أَهْلُ الْيَمَنِ مِنْ يَلَمْلَمَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Mədinə əhalisi Zul-Huleyfədən, Şam əhalisi Cuhfədən, Nəcd əhalisi Qarndan ehrama girirlər”. Abdullah deyir: “Mənə gəlib çatdığına görə Allah Elçisi ﷺ belə buyurdu: “Yəmənlilər də Yələmləmdən ehrama girirlər”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2651 (Həcc, 33)

Fəsil 18

Şamlıların ehrama girəcəkləri yer

مِيقَاتُ أَهْلِ الشَّامِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ بْنُ سَعْدٍ ، قَالَ : حَدَّثَنَا نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَجُلاً قَامَ فِي الْمَسْجِدِ فَقَالَ : يَا رَسُولَ اللهِ ، مِنْ أَيْنَ تَأْمُرُنَا أَنْ نُهِلَّ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُهِلُّ أَهْلُ الْمَدِينَةِ مِنْ ذِي الْحُلَيْفَةِ ، وَيُهِلُّ أَهْلُ الشَّامِ مِنَ الْجُحْفَةِ ، وَيُهِلُّ أَهْلُ نَجْدٍ مِنْ قَرْنٍ قَالَ ابْنُ عُمَرَ : وَيَزْعُمُونَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : وَيُهِلُّ أَهْلُ الْيَمَنِ مِنْ يَلَمْلَمَ وَكَانَ ابْنُ عُمَرَ يَقُولُ : لَمْ أَفْقَهْ هَذَا مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Bir kişi məsciddə ayağa qalxaraq belə dedi: “Ey Allahın Elçisi, haradan ehrama girməyimizi əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Mədinə əhalisi Zul-Huleyfədə; Şam əhalisi Cuhfədə, Nəcd əhalisi Qarnda ehrama girirlər”. İbn Ömər dedi: “Bəzi kimsələrin deməsinə görə Allah Elçisi ﷺ demişdir: “Yəmən əhalisi də “Yələmləm” deyilən yerdən ehrama girirlər”. İbn Ömər belə deyirdi: “Mən bunu birbaşa Allah Elçisinin ﷺ özündən eşitmədim”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2652 (Həcc, 34)

Fəsil 19

Misirlilərin ehrama girəcəkləri yer

مِيقَاتُ أَهْلِ مِصْرَ

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ بَهْرَامٍ ، قَالَ : حَدَّثَنَا الْمُعَافَى ، عَنْ أَفْلَحَ بْنِ حُمَيْدٍ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَقَّتَ لأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ ، وَلأَهْلِ الشَّامِ وَمِصْرَ الْجُحْفَةَ ، وَلأَهْلِ الْعِرَاقِ ذَاتَ عِرْقٍ ، وَلأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ Mədinə əhalisi üçün Zul-Huleyfəni, Şam və Misir əhalisi üçün Cuhfəni, İraq əhalisi üçün Zətu-İrqi, Yəmən əhalisi üçün də Yələmləmi ehrama girmə yeri olaraq təyin etmişdir”.”

Aişə
SəhihNəsəi, 2653 (Həcc, 35)

Fəsil 20

Yəmənlilərin ehrama girəcəkləri yer

مِيقَاتُ أَهْلِ الْيَمَنِ

أَخْبَرَنَا الرَّبِيعُ بْنُ سُلَيْمَانَ صَاحِبُ الشَّافِعِيِّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ حَسَّانَ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، وَحَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ ، وَلأَهْلِ الشَّامِ الْجُحْفَةَ ، وَلأَهْلِ نَجْدٍ قَرْنًا ، وَلأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ ، وَقَالَ : هُنَّ لَهُنَّ وَلِكُلِّ آتٍ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِهِنَّ فَمَنْ كَانَ أَهْلُهُ دُونَ الْمِيقَاتِ حَيْثُ يُنْشِئُ حَتَّى يَأْتِيَ ذَلِكَ عَلَى أَهْلِ مَكَّةَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Mədinə əhalisi üçün Zul-Huleyfəni, Şam əhalisi üçün Cuhfəni, Nəcd əhalisi üçün “Qarn” deyilən yeri, Yəmən əhalisi üçün də “Yələmləm” deyilən yeri ehrama girmək üçün yer olaraq təyin etmiş və buyurmuşdur: “Təyin edilən yerlər həm oranın camaatı üçün, həm də başqa yerlərdən gəlib oradan keçən kimsələr üçündür. Bundan başqa Məkkəyə bu sərhədlərdən daha yaxın yerdə olanlar elə o yerlərdən ehrama girirlər və Məkkəyə elə gəlirlər”.”

İbn Abbas
SəhihNəsəi, 2654 (Həcc, 36)

Fəsil 21

Nəcdlilərin ehrama girəcəkləri yer

مِيقَاتُ أَهْلِ نَجْدٍ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يُهِلُّ أَهْلُ الْمَدِينَةِ مِنْ ذِي الْحُلَيْفَةِ ، وَأَهْلُ الشَّامِ مِنَ الْجُحْفَةِ ، وَأَهْلُ نَجْدٍ مِنْ قَرْنٍ ، وَذُكِرَ لِي وَلَمْ أَسْمَعْ أَنَّهُ قَالَ : وَيُهِلُّ أَهْلُ الْيَمَنِ مِنْ يَلَمْلَمَ.

“Səlim atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mədinə əhalisi Zul-Huleyfədən, Şam əhalisi Cuhfədən, Nəcd əhalisi “Qarn” deyilən yerdən ehrama girirlər”. Mən özüm birbaşa eşitmədim, amma belə deyilmişdir: “Yəmən əhalisi də Yələmləmdən ehrama girirlər”.”

Səlim atasından
SəhihNəsəi, 2655 (Həcc, 37)

Fəsil 22

İraqlıların ehrama girəcəkləri yer

مِيقَاتُ أَهْلِ الْعِرَاقِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَمَّارٍ الْمَوْصِلِيُّ ، قَالَ : حَدَّثَنَا أَبُو هَاشِمٍ مُحَمَّدُ بْنُ عَلِيٍّ ، عَنِ الْمُعَافَى ، عَنْ أَفْلَحَ بْنِ حُمَيْدٍ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : وَقَّتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ ، وَلأَهْلِ الشَّامِ وَمِصْرَ الْجُحْفَةَ ، وَلأَهْلِ الْعِرَاقِ ذَاتَ عِرْقٍ ، وَلأَهْلِ نَجْدٍ قَرْنًا ، وَلأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: Allah Elçisi ﷺ Mədinə əhalisi üçün Zul-Huleyfəni, Şam əhalisi və Misir əhalisi üçün Cuhfəni, İraq əhalisi üçün Zəti-İrqi, Nəcd əhalisi üçün Qarnı, Yəmən əhalisi üçün də Yələmləməni ehrama giriləcək yer olaraq təyin etmişdir”.”

Aişə
SəhihNəsəi, 2656 (Həcc, 38)

Fəsil 23

Kəbəyə miqatlardan daha yaxın olanlar nə edir?

مَنْ كَانَ أَهْلُهُ دُونَ الْمِيقَاتِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، عَنْ مُحَمَّدِ بْنِ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : وَقَّتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ ، وَلأَهْلِ الشَّامِ الْجُحْفَةَ ، وَلأَهْلِ نَجْدٍ قَرْنًا ، وَلأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ ، قَالَ : هُنَّ لَهُمْ وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِمَّنْ سِوَاهُنَّ ، لِمَنْ أَرَادَ الْحَجَّ وَالْعُمْرَةَ ، وَمَنْ كَانَ دُونَ ذَلِكَ مِنْ حَيْثُ بَدَا حَتَّى يَبْلُغَ ذَلِكَ أَهْلَ مَكَّةَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: Allah Elçisi ﷺ Mədinə əhalisi üçün Zul-Huleyfəni, Şam əhalisi üçün Cuhfəni, Nəcd əhalisi üçün Qarnı, Yəmən əhalisi üçün Yələmləməni ehrama giriləcək yer olaraq təyin etdi və belə buyurdu: “Bura oranın camaatı və kənardan gəlib oradan keçərək həcc və ümrə etmək istəyən kimsələr üçündür. Məkkəyə daha yaxın olanlar isə olduqları yerdən ehrama girirlər. Məkkəyə gələnə qədər vəziyyət belədir”.”

İbn Abbas
SəhihNəsəi, 2657 (Həcc, 39)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمْرٍو ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَقَّتَ لأَهْلِ الْمَدِينَةِ ذَا الْحُلَيْفَةِ ، وَلأَهْلِ الشَّامِ الْجُحْفَةَ ، وَلأَهْلِ الْيَمَنِ يَلَمْلَمَ ، وَلأَهْلِ نَجْدٍ قَرْنًا ، فَهُنَّ لَهُمْ وَلِمَنْ أَتَى عَلَيْهِنَّ مِنْ غَيْرِ أَهْلِهِنَّ مِمَّنْ كَانَ يُرِيدُ الْحَجَّ وَالْعُمْرَةَ ، فَمَنْ كَانَ دُونَهُنَّ فَمِنْ أَهْلِهِ ، حَتَّى أَنَّ أَهْلَ مَكَّةَ يُهِلُّونَ مِنْهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Mədinə əhalisi üçün Zul-Huleyfəni, Şam əhalisi üçün Cuhfəni, Yəmən əhalisi üçün Yələmləməni, Nəcd əhalisi üçün Qarnı ehrama giriləcək yer olaraq təyin etmişdir. Təyin edilən yerlər oranın camaatı üçün və oradan keçərək həcc və ümrə etmək istəyən hər kəs üçündür. Bu hüdudlardan daha içəridə olanlar (Məklkəyə daha yaxın olanlar) Məkkəyə qədər olduqları yerdən ehrama girə bilərlər.”

İbn Abbas
SəhihNəsəi, 2658 (Həcc, 40)

Fəsil 24

Gecənin sonunda Zul-Huleyfədə düşərgə salmaq

التَّعْرِيسُ بِذِي الْحُلَيْفَةِ

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ بْنِ مَثْرُودٍ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، قَالَ : ابْنُ شِهَابٍ ، أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ أَبَاهُ ، قَالَ : بَاتَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِذِي الْحُلَيْفَةِ بِبَيْدَاءَ ، وَصَلَّى فِي مَسْجِدِهَا.

“Abdullah ibn Ömərdən ﵄ rəvayət edilir ki, atası belə demişdir: “Allah Elçisi ﷺ Zul-Huleyfədəki “Beyda” deyilən yerdə gecələdi və o məsciddə namaz qıldı”.”

Ubeydullah ibn Abdullah ibn Ömər atasından
SəhihNəsəi, 2659 (Həcc, 41)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، عَنْ سُوَيْدٍ ، عَنْ زُهَيْرٍ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ وَهُوَ فِي الْمُعَرَّسِ بِذِي الْحُلَيْفَةِ أُتِيَ فَقِيلَ لَهُ : إِنَّكَ بِبَطْحَاءَ مُبَارَكَةٍ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Zul-Huleyfədə “əl-Muarras” deyilən yerdə olarkən ona “Siz mübarək Bəthədəsiniz” deyildi.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2660 (Həcc, 42)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَاخَ بِالْبَطْحَاءِ الَّذِي بِذِي الْحُلَيْفَةِ وَصَلَّى بِهَا.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Zul-Huleyfədəki “Bəthə” deyilən yerdə gecələdi və orada namaz qıldı.”

İbn Ömər
SəhihNəsəi, 2661 (Həcc, 43)

Fəsil 25

əl-Beyda

الْبَيْدَاءُ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا النَّضْرُ وَهُوَ ابْنُ شُمَيْلٍ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ وَهُوَ ابْنُ عَبْدِ الْمَلِكِ ، عَنِ الْحَسَنِ ، عَنْ أَنَسِ ابْنِ مَالِكٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ بِالْبَيْدَاءِ ، ثُمَّ رَكِبَ وَصَعِدَ جَبَلَ الْبَيْدَاءِ فَأَهَلَّ بِالْحَجِّ وَالْعُمْرَةِ ، حِينَ صَلَّى الظُّهْرَ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ “əl-Beyda” deyilən yerdə Zöhr namazını qıldı, sonra miniyinə minərək “əl-Beyda” dağına çıxdı. O, Zöhr namazını qıldıqdan sonra həcc və ümrə niyyəti ilə ehrama girdi.”

Ənəs ibn Malik
ZəifNəsəi, 2662 (Həcc, 44)

Fəsil 26

Ehrama girmək üçün qüsl almaq

الْغُسْلُ لِلإِهْلاَلِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ أَسْمَاءَ بِنْتِ عُمَيْسٍ ، أَنَّهَا وَلَدَتْ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ الصِّدِّيقِ بِالْبَيْدَاءِ ، فَذَكَرَ أَبُو بَكْرٍ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : مُرْهَا فَلْتَغْتَسِلْ ، ثُمَّ لِتُهِلَّ.

“Rəvayət edilir ki, Əsma bint Umeys ﵂ Muhəmməd ibn Əbu Bəkr əs-Siddiqi “əl-Beyda” deyilən yerdə doğdu. Əbu Bəkr vəziyyəti Allah Elçisinə ﷺ bildirdikdə Allah Elçisi ﷺ belə buyurdu: “Ona qüsl alıb ehrama girməsini əmr et”.”

Əsma bint Umeys
SəhihNəsəi, 2663 (Həcc, 45)

أَخْبَرَنِي أَحْمَدُ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ النَّسَائِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنِي سُلَيْمَانُ بْنُ بِلاَلٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى وَهُوَ ابْنُ سَعِيدٍ الأَنْصَارِيُّ ، قَالَ : سَمِعْتُ الْقَاسِمَ بْنَ مُحَمَّدٍ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ أَبِي بَكْرٍ ، أَنَّهُ خَرَجَ حَاجًّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَجَّةَ الْوَدَاعِ ، وَمَعَهُ امْرَأَتُهُ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ الْخَثْعَمِيَّةُ ، فَلَمَّا كَانُوا بِذِي الْحُلَيْفَةِ ، وَلَدَتْ أَسْمَاءُ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ ، فَأَتَى أَبُو بَكْرٍ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَخْبَرَهُ ، فَأَمَرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَأْمُرَهَا ، أَنْ تَغْتَسِلَ ثُمَّ تُهِلَّ بِالْحَجِّ ، وَتَصْنَعَ مَا يَصْنَعُ النَّاسُ ، إِلاَّ أَنَّهَا لاَ تَطُوفُ بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Əbu Bəkr ﵁ Allah Elçisi ﷺ ilə birgə Vida həcci üçün yola çıxmışdı, yanında həyat yoldaşı Əsma bint Umeys əl-Xasəmiyyə də vardı. Zul-Huleyfədə olduqları vaxt Əsma Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Əbu Bəkr bunu Allah Elçisinə ﷺ bildirdikdə Allah Elçisi ﷺ Əbu Bəkrə həyat yoldaşına qüsl etməsini, həcc niyyəti ilə ehrama girməsini, insanların bütün etdiklərini etməsini, ancaq Kəbəni təvaf etməməsini söyləməsini əmr etdi.”

Əbu Bəkr
SəhihNəsəi, 2664 (Həcc, 46)

Fəsil 27

Ehramlı ikən qüsl almaq

غُسْلُ الْمُحْرِمِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ اللهِ بْنِ حُنَيْنٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، وَالْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، أَنَّهُمَا اخْتَلَفَا بِالأَبْوَاءِ فَقَالَ ابْنُ عَبَّاسٍ : يَغْسِلُ الْمُحْرِمُ رَأْسَهُ ، وَقَالَ الْمِسْوَرُ : لاَ يَغْسِلُ رَأْسَهُ ، فَأَرْسَلَنِي ابْنُ عَبَّاسٍ إِلَى أَبِي أَيُّوبَ الأَنْصَارِيِّ أَسْأَلُهُ عَنْ ذَلِكَ فَوَجَدْتُهُ يَغْتَسِلُ بَيْنَ قَرْنَيِ الْبِئْرِ ، وَهُوَ مُسْتَتِرٌ بِثَوْبٍ ، فَسَلَّمْتُ عَلَيْهِ ، وَقُلْتُ : أَرْسَلَنِي إِلَيْكَ عَبْدُ اللهِ بْنُ عَبَّاسٍ أَسْأَلُكَ ، كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغْسِلُ رَأْسَهُ وَهُوَ مُحْرِمٌ ؟ : فَوَضَعَ أَبُو أَيُّوبَ يَدَهُ عَلَى الثَّوْبِ فَطَأْطَأَهُ حَتَّى بَدَا رَأْسُهُ ، ثُمَّ قَالَ لِإِنْسَانٍ : يَصُبُّ عَلَى رَأْسِهِ ، ثُمَّ حَرَّكَ رَأْسَهُ بِيَدَيْهِ ، فَأَقْبَلَ بِهِمَا ، وَأَدْبَرَ ، وَقَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ.

“Rəvayət edilir ki, Abdullah ibn Abbas ﵄ və Misvər ibn Məxramə Əbva deyilən yerdə bir ixtilafa düşdülər. İbn Abbas: “Ehramlı kimsə başını yuya bilər” deyərkən, Misvər: “Başını yuya bilməz” deyirdi. İbn Abbas məni (ravini) Əbu Əyyub əl-Ənsarinin yanına göndərdi ki, ondan bu barədə soruşum. Yanına gəldikdə onu quyunun iki dirəyi arasında bir paltarla gizlənib yuyunarkən gördüm, salam verdim və: “Məni Abdullah ibn Abbas sənin yanına göndərib soruşum ki, Allah Elçisi ﷺ ehramlı ikən başını yuyardımı?” Əbu Əyyub əlini paltarın üstünə qoyub onu başı görünənə qədər aşağı saldı, sonra kiməsə onun başına su tökməsini buyurdu. Sonra əlləri ilə başını irəli və arxaya sürtdü və dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

Abdullah ibn Abbas
SəhihNəsəi, 2665 (Həcc, 47)

Fəsil 28

Ehramlı kimsənin sarı və zəfəran rəngli bir şey geyinməsinin qadağan olması

النَّهْيُ عَنِ الثِّيَابِ الْمَصْبُوغَةِ بِالْوَرْسِ وَالزَّعْفَرَانِ فِي الإِحْرَامِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنْ يَلْبَسَ الْمُحْرِمُ ثَوْبًا مَصْبُوغًا بِزَعْفَرَانٍ أَوْ بِوَرْسٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ zəfəran və ya sarıkök ilə boyanmış paltar geyinməyi qadağan etmişdir”.”

İbn Ömər
SəhihNəsəi, 2666 (Həcc, 48)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : سُئِلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَا يَلْبَسُ الْمُحْرِمُ مِنَ الثِّيَابِ ؟ قَالَ : لاَ يَلْبَسُ الْقَمِيصَ ، وَلاَ الْبُرْنُسَ ، وَلاَ السَّرَاوِيلَ ، وَلاَ الْعِمَامَةَ ، وَلاَ ثَوْبًا مَسَّهُ وَرْسٌ ، وَلاَ زَعْفَرَانٌ ، وَلاَ خُفَّيْنِ إِلاَّ لِمَنْ لاَ يَجِدُ نَعْلَيْنِ ، فَإِنْ لَمْ يَجِدْ نَعْلَيْنِ ، فَلْيَقْطَعْهُمَا حَتَّى يَكُونَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisindən ﷺ ehramlı kimsənin hansı paltarları geyinməsinin qadağan olduğu soruşuldu. Allah Elçisi ﷺ belə buyurdu: “Köynək, burnus, şalvar, əmmamə, sarıkök və zəfəranla boyanmış paltarlar və xuff geyinə bilməzlər, amma səndəl tapa bilməyənlər xufflarını topuqdan aşağı kəsərək geyinə bilərlər”.”

Səlim atasından
SəhihNəsəi, 2667 (Həcc, 49)

Fəsil 29

Ehramlı olaraq cübbə geyinmək

الْجُبَّةُ فِي الإِحْرَامِ

أَخْبَرَنَا نُوحُ بْنُ حَبِيبٍ الْقُوْمَسِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : قَالَ حَدَّثَنِي عَطَاءٌ ، عَنْ صَفْوَانَ بْنِ يَعْلَى بْنِ أُمَيَّةَ ، عَنْ أَبِيهِ ، أَنَّهُ قَالَ : لَيْتَنِي أَرَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُنْزَلُ عَلَيْهِ ، فَبَيْنَا نَحْنُ بِالْجِعِرَّانَةِ ، وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي قُبَّةٍ فَأَتَاهُ الْوَحْيُ ، فَأَشَارَ إِلَيَّ عُمَرُ أَنْ تَعَالَ ، فَأَدْخَلْتُ رَأْسِي الْقُبَّةَ فَأَتَاهُ رَجُلٌ قَدْ أَحْرَمَ فِي جُبَّةٍ بِعُمْرَةٍ مُتَضَمِّخٌ بِطِيبٍ فَقَالَ : يَا رَسُولَ اللهِ مَا تَقُولُ فِي رَجُلٍ قَدْ أَحْرَمَ فِي جُبَّةٍ إِذْ أُنْزِلَ عَلَيْهِ الْوَحْيُ فَجَعَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَغِطُّ لِذَلِكَ فَسُرِّيَ عَنْهُ ، فَقَالَ : أَيْنَ الرَّجُلُ الَّذِي سَأَلَنِي آنِفًا ؟ فَأُتِيَ بِالرَّجُلِ فَقَالَ : أَمَّا الْجُبَّةُ فَاخْلَعْهَا ، وَأَمَّا الطِّيبُ فَاغْسِلْهُ ، ثُمَّ أَحْدِثْ إِحْرَامًا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : ثُمَّ أَحْدِثْ إِحْرَامًا مَا أَعْلَمُ أَحَدًا قَالَهُ غَيْرَ نُوحِ بْنِ حَبِيبٍ ، وَلاَ أَحْسِبُهُ مَحْفُوظًا ، وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“Safvan ibn Yalə ibn Umeyyə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz əl-Ciranədə olarkən dedim: “Allah Elçisini ﷺ görə bilsəydim...”. O, bir çadırda idi. Bu əsnada ona vəhy gəlmişdi. Ömər mənə ora gəlməyimi işarə etdi. Başımı çadırdan içəri saldıqda Allah Elçisinin ﷺ yanına bir nəfərin gəldiyini, ümrə niyyəti ilə bir cübbə geyərək ehrama girdiyini və ətir vurduğunu gördüm. O dedi: “Ey Allahın Elçisi, ehram paltarının əvəzinə bir cübbə geyinmiş adama nə deyirsən?” Bu vaxt vəhy gəldi və Allah Elçisi ﷺ xırıltılı səs çıxarmağa başladı. Vəhy qurtardıqdan sonra isə buyurdu: “Bir az əvvəl sual verən kişi haradadır?” Kişi onun yanına gətirildikdə Peyğəmbər ﷺ buyurdu: “Cübbəni çıxart, vurduğun ətiri yu və ehrama yenidən gir”.”

Safvan ibn Yalə ibn Umeyyə atasından
ZəifNəsəi, 2668 (Həcc, 50)

Fəsil 30

Ehrama girənin köynək geyinməsinin qadağan olması

النَّهْيُ عَنْ لُبْسِ الْقَمِيصِ لِلْمُحْرِمِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَا يَلْبَسُ الْمُحْرِمُ مِنَ الثِّيَابِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَلْبَسُوا الْقُمُصَ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ الْخِفَافَ ، إِلاَّ أَحَدٌ لاَ يَجِدُ نَعْلَيْنِ ، فَلْيَلْبَسْ خُفَّيْنِ ، وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ تَلْبَسُوا شَيْئًا مَسَّهُ الزَّعْفَرَانُ ، وَلاَ الْوَرْسُ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisindən ﷺ ehramlı olanın nəyi geyinə biləcəyini soruşdu. Allah Elçisi ﷺ də buyurdu: “Köynəklər, əmmamələr, şalvarlar, burnus və xuflar geyinməyin! Yalnız ayaqqabı tapa bilməyənlər xuffun (dəri corabın) topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin zəfəran və sarıkök dəymiş libas geyinməyin!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 2669 (Həcc, 51)

Fəsil 31

Ehramlı olan kimsənin şalvar geyməsinin qadağan olması

النَّهْيُ عَنْ لُبْسِ السَّرَاوِيلِ فِي الإِحْرَامِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، قَالَ : حَدَّثَنِي نَافِعٌ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً قَالَ : يَا رَسُولَ اللهِ مَا نَلْبَسُ مِنَ الثِّيَابِ إِذَا أَحْرَمْنَا ؟ قَالَ : لاَ تَلْبَسُوا الْقَمِيصَ وَقَالَ عَمْرٌو مَرَّةً أُخْرَى : الْقُمُصَ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْخُفَّيْنِ ، إِلاَّ أَنْ لاَ يَكُونَ لأَحَدِكُمْ نَعْلاَنِ ، فَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ ثَوْبًا مَسَّهُ وَرْسٌ ، وَلاَ زَعْفَرَانٌ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişi dedi: “Ey Allahın Elçisi, ehramlı ikən nə geyinə bilmərik?” Peyğəmbər ﷺ buyurdu: “Köynəklər, əmmamələr, şalvarlar və xuflar geyinməyin! Yalnız ayaqqabı tapa bilməyənlər xuffun topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin sarıkök və zəfəran dəymiş libas geyinməyin!””

İbn Ömər
SəhihNəsəi, 2670 (Həcc, 52)

Fəsil 32

İzar tapa bilməyənin şalvar geyməsinə rüsxət verilməsi

الرُّخْصَةُ فِي لُبْسِ السَّرَاوِيلِ لِمَنْ لاَ يَجِدُ الإِزَارَ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمْرٍو ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَخْطُبُ وَهُوَ يَقُولُ : السَّرَاوِيلُ لِمَنْ لاَ يَجِدُ الإِزَارَ ، وَالْخُفَّيْنِ لِمَنْ لاَ يَجِدُ النَّعْلَيْنِ لِلْمُحْرِمِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ xütbə deyərək belə buyurduğunu eşitdim: “İzar tapa bilməyən şalvar, ayaqqabı tapa bilməyən isə xuff geyinə bilər”.”

İbn Abbas
SəhihNəsəi, 2671 (Həcc, 53)

أَخْبَرَنِي أَيُّوبُ بْنُ مُحَمَّدٍ الْوَزَّانُ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، عَنْ أَيُّوبَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ لَمْ يَجِدْ إِزَارًا ، فَلْيَلْبَسْ سَرَاوِيلَ ، وَمَنْ لَمْ يَجِدْ نَعْلَيْنِ فَلْيَلْبَسْ خُفَّيْنِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: “İzar tapa bilməyən şalvar, ayaqqabı tapa bilməyən isə xuff geyinə bilər”.”

İbn Abbas
SəhihNəsəi, 2672 (Həcc, 54)

Fəsil 33

Ehramlı qadının üzünü örtməsinin qadağan olması

النَّهْيُ عَنْ أَنْ تَنْتَقِبَ الْمَرْأَةُ الْحَرَامُ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَامَ رَجُلٌ ، فَقَالَ : يَا رَسُولَ اللهِ مَاذَا تَأْمُرُنَا أَنْ نَلْبَسَ مِنَ الثِّيَابِ فِي الإِحْرَامِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَلْبَسُوا الْقَمِيصَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ الْخِفَافَ ، إِلاَّ أَنْ يَكُونَ أَحَدٌ لَيْسَتْ لَهُ نَعْلاَنِ فَلْيَلْبَسِ الْخُفَّيْنِ مَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ تَلْبَسُوا شَيْئًا مِنَ الثِّيَابِ مَسَّهُ الزَّعْفَرَانُ ، وَلاَ الْوَرْسُ ، وَلاَ تَنْتَقِبُ الْمَرْأَةُ الْحَرَامُ ، وَلاَ تَلْبَسُ الْقُفَّازَيْنِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir kişi ayağa durub dedi: “Ey Allahın Elçisi, sən bizə ehramlı ikən hansı paltarı geyinməyi əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Köynək, şalvarlar, əmmamələr, burnus və xuflar geyinməyin! Yalnız ayaqqabısı olmayan kimsə xuffun topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin zəfəran və sarıkök dəymiş libas geyinməyin! Qadın da üzünü ötrməsin və əlcək geyinməsin!””

İbn Ömər
SəhihNəsəi, 2673 (Həcc, 55)

Fəsil 34

Ehramlı kimsənin burnus geyməsinin qadağan olması

النَّهْيُ عَنْ لُبْسِ الْبَرَانِسِ فِي الإِحْرَامِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا يَلْبَسُ الْمُحْرِمُ مِنَ الثِّيَابِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَلْبَسُوا الْقَمِيصَ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ الْخِفَافَ ، إِلاَّ أَحَدٌ لاَ يَجِدُ نَعْلَيْنِ ، فَلْيَلْبَسْ خُفَّيْنِ ، وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ تَلْبَسُوا شَيْئًا مَسَّهُ الزَّعْفَرَانُ ، وَلاَ الْوَرْسُ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisindən ﷺ ehramlının hansı paltar geyinə bilməsi haqda soruşduqda Peyğəmbər ﷺ buyurdu: “Köynək, əmmamə, şalvarlar, burnus və xuflar geyinməyin! Yalnız ayaqqabı tapa bilməyən kimsə xuffun topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin zəfəran və sarıkök dəymiş bir şey geyinməyin!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 2674 (Həcc, 56)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، وَعَمْرُو بْنُ عَلِيٍّ ، قَالاَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى وَهُوَ ابْنُ سَعِيدٍ الأَنْصَارِيُّ ، عَنْ عُمَرَ بْنِ نَافِعٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً سَأَلَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا نَلْبَسُ مِنَ الثِّيَابِ إِذَا أَحْرَمْنَا ؟ قَالَ : لاَ تَلْبَسُوا الْقَمِيصَ وَلاَ السَّرَاوِيلاَتِ وَلاَ الْعَمَائِمَ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ الْخِفَافَ إِلاَّ أَنْ يَكُونَ أَحَدٌ لَيْسَتْ لَهُ نَعْلاَنِ ، فَلْيَلْبَسِ الْخُفَّيْنِ أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ وَلاَ تَلْبَسُوا مِنَ الثِّيَابِ شَيْئًا مَسَّهُ وَرْسٌ وَلاَ زَعْفَرَانٌ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisindən ﷺ soruşdu: “Biz ehramlı ikən hansı paltarı geyinə bilmərik?” Peyğəmbər ﷺ buyurdu: “Köynək, şalvarlar, əmmamələr, burnus, xuflar geyinməyin! Yalnız ayaqqabısı olmayan kəs xuffun topuqdan aşağı hissəsini kəsib geyinsin. Həmçinin sarıkök və zəfəran dəymiş bir paltar geyinməyin!””

İbn Ömər
SəhihNəsəi, 2675 (Həcc, 57)

Fəsil 35

Ehramlı kimsənin əmmamə geyməsinin qadağan olması

النَّهْيُ عَنْ لُبْسِ الْعِمَامَةِ فِي الإِحْرَامِ

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : نَادَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ : مَا نَلْبَسُ إِذَا أَحْرَمْنَا ؟ قَالَ : لاَ تَلْبَسِ الْقَمِيصَ وَلاَ الْعِمَامَةَ ، وَلاَ السَّرَاوِيلَ وَلاَ الْبُرْنُسَ ، وَلاَ الْخُفَّيْنِ إِلاَّ أَنْ لاَ تَجِدَ نَعْلَيْنِ فَإِنْ لَمْ تَجِدِ النَّعْلَيْنِ فَمَا دُونَ الْكَعْبَيْنِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir kişi uca səslə Peyğəmbərə ﷺ dedi: “Ehrama girdikdə nə geyinək?” Allah Elçisi ﷺ buyurdu: “Köynək geyinmə! Əmmamə geyinmə! Şalvar və burnus geyinmə! Xuff geyinmə! Səndəl tapa bilməyən (xuffun) topuqlarını kəsib geyinə bilər”.”

İbn Ömər
SəhihNəsəi, 2676 (Həcc, 58)

أَخْبَرَنَا أَبُو الأَشْعَثِ أَحْمَدُ بْنُ الْمِقْدَامِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : نَادَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ ، فَقَالَ : مَا نَلْبَسُ إِذَا أَحْرَمْنَا ؟ قَالَ : لاَ تَلْبَسِ الْقَمِيصَ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْخِفَافَ ، إِلاَّ أَنْ لاَ يَكُونَ نِعَالٌ ، فَإِنْ لَمْ يَكُنْ نِعَالٌ فَخُفَّيْنِ دُونَ الْكَعْبَيْنِ ، وَلاَ ثَوْبًا مَصْبُوغًا بِوَرْسٍ ، أَوْ زَعْفَرَانٍ ، أَوْ مَسَّهُ وَرْسٌ ، أَوْ زَعْفَرَانٌ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir kişi uca səslə Peyğəmbərə ﷺ dedi: “Ehrama girdikdə nə geyinək?” Allah Elçisi ﷺ buyurdu: “Köynək geyinmə! Əmmamə geyinmə! Burnus geyinmə! Şalvar geyinmə! Xuff geyinmə! Səndəl tapa bilməyən topuqlarını kəsib geyinə bilər. Sarıkök və zəfəran boyası ilə rənglənmiş paltarlar geyinməyin!””

İbn Ömər
SəhihNəsəi, 2677 (Həcc, 59)

Fəsil 36

Ehramlı kimsənin xuff geyməsinin qadağan olması

النَّهْيُ عَنْ لُبْسِ الْخُفَّيْنِ فِي الإِحْرَامِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ أَبِي زَائِدَةَ ، قَالَ : أَنْبَأَنَا عُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لاَ تَلْبَسُوا فِي الإِحْرَامِ الْقَمِيصَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْعَمَائِمَ ، وَلاَ الْبَرَانِسَ ، وَلاَ الْخِفَافَ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Ehrama girdikdə köynək geyinməyin! Şalvar geyinməyin! Əmmamə geyinməyin! Burnus geyinməyin! Xuff geyinməyin!””

İbn Ömər
SəhihNəsəi, 2678 (Həcc, 60)

Fəsil 37

Ehramlı kimsənin ayaqqabı tapa bilməyəndə xuff geyməsinə rüsxət verilməsi

الرُّخْصَةُ فِي لُبْسِ الْخُفَّيْنِ فِي الإِحْرَامِ ، لِمَنْ لاَ يَجِدُ نَعْلَيْنِ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ زُرَيْعٍ ، قَالَ : أَنْبَأَنَا أَيُّوبُ ، عَنْ عَمْرٍو ، عَنْ جَابِرِ بْنِ زَيْدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِذَا لَمْ يَجِدْ إِزَارًا ، فَلْيَلْبَسِ السَّرَاوِيلَ ، وَإِذَا لَمْ يَجِدِ النَّعْلَيْنِ ، فَلْيَلْبَسِ الْخُفَّيْنِ ، وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “(Ehrama girdikdə) izar tapa bilməyən şalvar geyinsin! Ayaqqabı tapa bilməyən kəs xuffun topuqlarından aşağı hissəsini kəsib geyinsin!””

İbn Abbas
ZəifNəsəi, 2679 (Həcc, 61)

Fəsil 38

Ehramlı kimsənin ayaqqabı geyindikdə topuqlarını kəsib geyinməsi

قَطْعُهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِذَا لَمْ يَجِدِ الْمُحْرِمُ النَّعْلَيْنِ فَلْيَلْبَسِ الْخُفَّيْنِ ، وَلْيَقْطَعْهُمَا أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlı olan kimsə ayaqqabı tapa bilmədikdə xuffun topuqlarından aşağı hissəsini kəsib geyinsin!””

İbn Ömər
SəhihNəsəi, 2680 (Həcc, 62)

Fəsil 39

Ehramlı qadının əlcək geyinməsinin qadağan olması

النَّهْيُ عَنْ أَنْ تَلْبَسَ الْمُحْرِمَةُ الْقُفَّازَيْنِ

أَخْبَرَنَا سُوَيْدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَجُلاً قَامَ فَقَالَ : يَا رَسُولَ اللهِ ، مَاذَا تَأْمُرُنَا أَنْ نَلْبَسَ مِنَ الثِّيَابِ فِي الإِحْرَامِ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ تَلْبَسُوا الْقُمُصَ ، وَلاَ السَّرَاوِيلاَتِ ، وَلاَ الْخِفَافَ ، إِلاَّ أَنْ يَكُونَ رَجُلٌ لَهُ نَعْلاَنِ ، فَلْيَلْبَسِ الْخُفَّيْنِ أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ ، وَلاَ يَلْبَسْ شَيْئًا مِنَ الثِّيَابِ مَسَّهُ الزَّعْفَرَانُ ، وَلاَ الْوَرْسُ ، وَلاَ تَنْتَقِبُ الْمَرْأَةُ الْحَرَامُ ، وَلاَ تَلْبَسُ الْقُفَّازَيْنِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, bir kişi ayağa durub dedi: “Ey Allahın Elçisi, ehramda olduğumuz zaman bizə nə geyinməyi əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “Köynək geyinməyin! Şalvar geyinməyin! Xuff geyinməyin, yalnız ayaqqabı tapa bilməyən topuqdan yuxarını kəsib geyinə bilər. Zəfərana və sarıkökə boyanmış paltarlar geyinməyin! Qadınlar isə üzlərini bağlamasınlar və əlcək geyinməsinlər”.”

İbn Ömər
SəhihNəsəi, 2681 (Həcc, 63)

Fəsil 40

Ehramlı kimsənin saçını qırxdırması

التَّلْبِيدُ عِنْدَ الإِحْرَامِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ ، قَالَ : أَخْبَرَنِي نَافِعٌ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أُخْتِهِ حَفْصَةَ قَالَتْ : قُلْتُ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَا رَسُولَ اللهِ ، مَا شَأْنُ النَّاسِ حَلُّوا ، وَلَمْ تَحِلَّ مِنْ عُمْرَتِكَ ؟ قَالَ : إِنِّي لَبَّدْتُ رَأْسِي ، وَقَلَّدْتُ هَدْيِي ، فَلاَ أُحِلُّ حَتَّى أُحِلَّ مِنَ الْحَجِّ.

“Abdullah ibn Ömər ﵄ bacısı Həfsanın belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi, nəyə görə sən ehramlı olduğun halda insanlar ümrə ehramından çıxıblar?” Peyğəmbər ﷺ buyurdu: “Mən saçımı qırxdırdım, qurbanlıq heyvanıma da işarə vurub (kəsməyə) göndərdim. Ona görə də həcci bitirənə kimi ehramdan çıxmayacam”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2682 (Həcc, 64)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ وَهْبٍ ، أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهِلُّ مُلَبِّدًا.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ ehramlı ikən təlbiyə dediyini görmüşəm”.”

Səlim atasından
SəhihNəsəi, 2683 (Həcc, 65)

Fəsil 41

Ehramda olarkən ətir vurmaq

إِبَاحَةُ الطِّيبِ عِنْدَ الإِحْرَامِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمْرٍو ، عَنْ سَالِمٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، عِنْدَ إِحْرَامِهِ حِينَ أَرَادَ أَنْ يُحْرِمَ ، وَعِنْدَ إِحْلاَلِهِ ، قَبْلَ أَنْ يُحِلَّ بِيَدَيَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ ehrama girərkən və ehramdan çıxarkən öz əllərimlə gözəl bir ətir vurdum”.”

Aişə
SəhihNəsəi, 2684 (Həcc, 66)

أَخْبَرَنَا قُتَيْبَةُ بنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِإِحْرَامِهِ ، قَبْلَ أَنْ يُحْرِمَ ، وَلِحِلِّهِ قَبْلَ أَنْ يَطُوفَ بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ ehrama girməzdən qabaq və Kəbəni təvaf etməzdən qabaq ehramdan çıxması üçün gözəl ətir vurdum”.”

Aişə
SəhihNəsəi, 2685 (Həcc, 67)

أَخْبَرَنَا حُسَيْنُ بْنُ مَنْصُورِ بْنِ جَعْفَرٍ النَّيْسَابُورِيُّ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِإِحْرَامِهِ ، قَبْلَ أَنْ يُحْرِمَ ، وَلِحِلِّهِ حِينَ أَحَلَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ ehrama girməmişdən qabaq və ehramı çıxardıqdan sonra gözəl ətir vurmuşdum”.”

Aişə
SəhihNəsəi, 2686 (Həcc, 68)

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ أَبُو عُبَيْدِ اللهِ الْمَخْزُومِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِحُرْمِهِ ، حِينَ أَحْرَمَ ، وَلِحِلِّهِ بَعْدَ مَا رَمَى جَمْرَةَ الْعَقَبَةِ ، قَبْلَ أَنْ يَطُوفَ بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ ehrama girməyə hazırlanarkən, Kəbəni təvaf etməzdən qabaq, böyük sütunu daşladıqdan sonra və Kəbəni təvafdan qabaq ehramdan çıxmağa hazırlaşarkən gözəl ətir vurmuşdum”.”

Aişə
SəhihNəsəi, 2687 (Həcc, 69)

أَخْبَرَنَا عِيسَى بْنُ مُحَمَّدٍ أَبُو عُمَيْرٍ ، عَنْ ضَمْرَةَ ، عَنِ الأَوْزَاعِيِّ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِإِحْلاَلِهِ ، وَطَيَّبْتُهُ لِإِحْرَامِهِ طِيبًا لاَ يُشْبِهُ طِيبَكُمْ هَذَا ، تَعْنِي لَيْسَ لَهُ بَقَاءٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ ehrama girdikdən qabaq və ehramdan çıxdıqdan sonra gözəl ətir vurmuşdum, lakin o ətir sizin ətirlərə bənzəməzdi. Onun heç bir izi qalmazdı”.”

Aişə
SəhihNəsəi, 2688 (Həcc, 70)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْتُ لِعَائِشَةَ بِأَيِّ شَيْءٍ طَيَّبْتِ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَتْ : بِأَطْيَبِ ، الطِّيبِ ، عِنْدَ حُرْمِهِ وَحِلِّهِ.

“Osman ibn Urva atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Aişəyə dedim: “Allah Elçisi ﷺ necə ətir vurardı?” Aişə dedi: “O, ehrama girərkən də, ehramdan çıxarkən də mən ətirlərin ən yaxşısından ona vurardım”.”

Osman ibn Urva atasından
SəhihNəsəi, 2689 (Həcc, 71)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ يَحْيَى بْنِ الْوَزِيرِ بْنِ سُلَيْمَانَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، عَنْ أَبِيهِ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ عُثْمَانَ بْنِ عُرْوَةَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أُطَيِّبُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، عِنْدَ إِحْرَامِهِ ، بِأَطْيَبِ مَا أَجِدُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: Allah Elçisi ﷺ ehrama girdikdə tapa bildiyim ən yaxşı ətiri ona vurardım”.”

Aişə
SəhihNəsəi, 2690 (Həcc, 72)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أُطَيِّبُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بِأَطْيَبِ مَا أَجِدُ لِحُرْمِهِ ، وَلِحِلِّهِ وَحِينَ يُرِيدُ أَنْ يَزُورَ الْبَيْتَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ehrama girərkən, ehramdan çıxarkən və Kəbəni təvaf etmək istədiyi vaxt tapa bildiyim ən yaxşı ətiri ona vurardım”.”

Aişə
SəhihNəsəi, 2691 (Həcc, 73)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنِ الْقَاسِمِ ، قَالَ : قَالَتْ عَائِشَةُ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَبْلَ أَنْ يُحْرِمَ ، وَيَوْمَ النَّحْرِ ، قَبْلَ أَنْ يَطُوفَ بِالْبَيْتِ ، بِطِيبٍ فِيهِ مِسْكٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ehrama girməmişdən qabaq, Qurban bayramı günü və Kəbəni təvaf etməzdən qabaq mən ona müşk ətiri vurardım”.”

Aişə
SəhihNəsəi, 2692 (Həcc, 74)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ نَصْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْوَلِيدِ يَعْنِي الْعَدَنِيَّ ، عَنْ سُفْيَانَ (ح) وَأَنْبَأَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : أَنْبَأَنَا إِسْحَاقُ يَعْنِي الأَزْرَقَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنِ الْحَسَنِ بْنِ عُبَيْدِ اللهِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَأَنِّي أَنْظُرُ إِلَى وَبِيصِ الطِّيبِ فِي رَأْسِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَهُوَ مُحْرِمٌ وَقَالَ أَحْمَدُ بْنُ نَصْرٍ فِي حَدِيثِهِ : وَبِيصِ طِيبِ الْمِسْكِ فِي مَفْرِقِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq başına vurduğum (müşk) ətirinin parlaqlığını, sanki hələ də görürəm”.”

Aişə
SəhihNəsəi, 2693 (Həcc, 75)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، قَالَ : قَالَ لِي إِبْرَاهِيمُ : حَدَّثَنِي الأَسْوَدُ ، عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا ، قَالَتْ : لَقَدْ كَانَ يُرَى وَبِيصُ الطِّيبِ ، فِي مَفَارِقِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq saçlarını ayıraraq başının ortasına vurduğu ətirin parlaqlığı görünürdü”.”

Aişə
SəhihNəsəi, 2694 (Həcc, 76)

Fəsil 42

Ehramda olarkən ətirin vurulduğu yer

مَوْضِعُ الطِّيبِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَأَنِّي أَنْظُرُ إِلَى وَبِيصِ الطِّيبِ فِي رَأْسِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq başına vurduğu ətirin parlaqlığını, sanki hələ də görürəm”.”

Aişə
SəhihNəsəi, 2695 (Həcc, 77)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَنْظُرُ إِلَى وَبِيصِ الطِّيبِ فِي أُصُولِ شَعْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq başına saçlarının dibinə vurduğu ətirin parlaqlığına baxardım”.”

Aişə
SəhihNəsəi, 2696 (Həcc, 78)

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، يَعْنِي ابْنَ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنِي شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَأَنِّي أَنْظُرُ إِلَى وَبِيصِ الطِّيبِ فِي مَفْرِقِ رَأْسِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq saçlarını ayırdığı yerə vurduğu ətirin parlaqlığını, sanki hələ də görürəm”.”

Aişə
SəhihNəsəi, 2697 (Həcc, 79)

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ الْعَسْكَرِيُّ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ جَعْفَرٍ غُنْدُرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَقَدْ رَأَيْتُ وَبِيصَ الطِّيبِ فِي رَأْسِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq başına vurduğu ətirin parlaqlığını görmüşəm”.”

Aişə
SəhihNəsəi, 2698 (Həcc, 80)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَأَنِّي أَنْظُرُ إِلَى وَبِيصِ الطِّيبِ فِي مَفَارِقِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ يُهِلُّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ ehrama girməmişdən qabaq saçlarını ayırdığı yerə vurduğu ətirin parlaqlığını, sanki hələ də görürəm”.”

Aişə
SəhihNəsəi, 2699 (Həcc, 81)

أَخْبَرَنَا قُتَيْبَةُ ، وَهَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - وَقَالَ هَنَّادٌ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ - إِذَا أَرَادَ أَنْ يُحْرِمَ ادَّهَنَ بِأَطْيَبِ ، مَا يَجِدُهُ حَتَّى أَرَى وَبِيصَهُ فِي رَأْسِهِ وَلِحْيَتِهِ تَابَعَهُ إِسْرَائِيلُ عَلَى هَذَا الْكَلاَمِ ، وَقَالَ : عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ehrama girmək istədikdə tapa bildiyi ən gözəl ətir və yağdan istifadə edərdi. Onun saç və saqqalından yağın və ətirin parlaqlığı görünürdü”.”

Aişə
SəhihNəsəi, 2700 (Həcc, 82)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ إِسْرَائِيلَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الأَسْوَدِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أُطَيِّبُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بِأَطْيَبِ مَا كُنْتُ أَجِدُ مِنَ الطِّيبِ حَتَّى أَرَى وَبِيصَ الطِّيبِ فِي رَأْسِهِ ، وَلِحْيَتِهِ قَبْلَ أَنْ يُحْرِمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ ehrama girməzdən qabaq tapa bildiyim ən gözəl ətiri ona vurardım və onun saç-saqqalına baxan kimi ətirin parlaqlığını görürdüm”.”

Aişə
SəhihNəsəi, 2701 (Həcc, 83)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَقَدْ رَأَيْتُ وَبِيصَ الطِّيبِ ، فِي مَفَارِقِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بَعْدَ ثَلاَثٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ saçlarının arasına vurduğu ətirin parlaqlığını üç gün sonra da görmüşdüm”.”

Aişə
SəhihNəsəi, 2702 (Həcc, 84)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا شَرِيكٌ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَرَى وَبِيصَ الطِّيبِ فِي مَفْرِقِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعْدَ ثَلاَثٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisinin ﷺ saçlarının arasına vurduğu ətirin izinin parlaqlığını üç gün sonra da görmüşdüm”.”

Aişə
SəhihNəsəi, 2703 (Həcc, 85)

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ بِشْرٍ ، يَعْنِي ابْنَ الْمُفَضَّلِ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ ، عَنْ أَبِيهِ ، قَالَ : سَأَلْتُ ابْنَ عُمَرَ عَنِ الطِّيبِ عِنْدَ الإِحْرَامِ ، فَقَالَ : لأَنْ أَطَّلِيَ بِالْقَطِرَانِ أَحَبُّ إِلَيَّ مِنْ ذَلِكَ ، فَذَكَرْتُ ذَلِكَ لِعَائِشَةَ فَقَالَتْ : يَرْحَمُ اللَّهُ أَبَا عَبْدِ الرَّحْمَنِ ، لَقَدْ كُنْتُ أُطَيِّبُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَطُوفُ فِي نِسَائِهِ ، ثُمَّ يُصْبِحُ يَنْضَحُ طِيبًا.

“İbrahim ibn Muhəmməd ibn əl-Muntəşir atasının ﵁ belə dediyini rəvayət etmişdir: “İbn Ömərdən ehrama girərkən ətir vurmaq haqda soruşdum. O dedi: “Ehrama girəndə ətir vuracağamsa, elə qətran vuraram”. Bunu Aişəyə danışdıqda buyurdu: “Allah Əbu Abdur-Rahmənə rəhm etsin! Mən Allah Elçisinə ﷺ gözəl ətir vurardım, o da zövcələrinin yanına gedərdi. Səhər olduqda belə o ətirin qoxusu hiss edilərdi”.”

İbrahim ibn Muhəmməd ibn əl-Muntəşir atasından
SəhihNəsəi, 2704 (Həcc, 86)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ وَكِيعٍ ، عَنْ مِسْعَرٍ ، وَسُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ مُحَمَّدِ بْنِ الْمُنْتَشِرِ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ ، يَقُولُ : لأَنْ أُصْبِحَ مُطَّلِيًا بِقَطِرَانٍ ، أَحَبُّ إِلَيَّ مِنْ أَنْ أُصْبِحَ مُحْرِمًا أَنْضَحُ طِيبًا ، فَدَخَلْتُ عَلَى عَائِشَةَ فَأَخْبَرْتُهَا بِقَوْلِهِ ، فَقَالَتْ : طَيَّبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَطَافَ فِي نِسَائِهِ ، ثُمَّ أَصْبَحَ مُحْرِمًا.

“İbrahim ibn Muhəmməd ibn əl-Muntəşir atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən İbn Ömərin belə dediyini eşitdim: “Ehramlı ikən ətir vurub sabahlamaqdansa, qətran vurub sabahlamağım mənim üçün daha xeyirlidir”. Mən Aişənin yanına gedərək bu sözləri ona xəbər verdim. Aişə dedi: “Mən Allah Elçisinə ﷺ gözəl ətir vurdum, o da zövcələrinə baş çəkdi. Səhər olduqda isə o ətirin qoxusu getmədən ehrama girdi”.”

İbrahim ibn Muhəmməd ibn əl-Muntəşir atasından
SəhihNəsəi, 2705 (Həcc, 87)

Fəsil 43

Ehramlı olana zəfəran ətiri sürtmək

الزَّعْفَرَانُ لِلْمُحْرِمِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ إِسْمَعِيلَ ، عَنْ عَبْدِ الْعَزِيزِ ، عَنْ أَنَسٍ ، قَالَ : نَهَى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَتَزَعْفَرَ الرَّجُلُ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ ehramlı kişiyə zəfəran ətiri sürtməyi qadağan etmişdir”.”

Ənəs
SəhihNəsəi, 2706 (Həcc, 88)

أَخْبَرَنِي كَثِيرُ بْنُ عُبَيْدٍ ، عَنْ بَقَيَّةَ ، عَنْ شُعْبَةَ ، قَالَ : حَدَّثَنِي إِسْمَعِيلُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : نَهَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، عَنِ التَّزَعْفُرِ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ ehramlı olana zəfəran ətiri sürtməyi qadağan etmişdir”.”

Ənəs ibn Malik
SəhihNəsəi, 2707 (Həcc, 89)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَبْدِ الْعَزِيزِ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَهَى عَنِ التَّزَعْفُرِ قَالَ حَمَّادٌ : يَعْنِي لِلرِّجَالِ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ ehramlıya zəfəran ətiri sürtməyi qadağan etmişdir. Ravi Həmməd deyir: “Kişilər üçün”.”

Ənəs
SəhihNəsəi, 2708 (Həcc, 90)

Fəsil 44

Ehramlı olanın başqa ətirlər vurması

فِي الْخَلُوقِ لِلْمُحْرِمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ صَفْوَانَ بْنِ يَعْلَى ، عَنْ أَبِيهِ ، أَنَّ رَجُلاً أَتَى النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَقَدْ أَهَلَّ بِعُمْرَةٍ ، وَعَلَيْهِ مُقَطَّعَاتٌ وَهُوَ مُتَضَمِّخٌ بِخَلُوقٍ ، فَقَالَ : أَهْلَلْتُ بِعُمْرَةٍ فَمَا أَصْنَعُ ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَا كُنْتَ صَانِعًا فِي حَجِّكَ قَالَ : كُنْتُ أَتَّقِي هَذَا ، وَأَغْسِلُهُ ، فَقَالَ : مَا كُنْتَ صَانِعًا فِي حَجِّكَ ، فَاصْنَعْهُ فِي عُمْرَتِكَ.

“Safvan ibn Yalə atasından ﵁ rəvayət edir ki, bir dəfə ümrə niyyəti ilə ehrama girən bir kişiyinin əynində tikilmiş bir paltar var idi, paltarına isə müxtəlif ətirlər vurmuşdu. O, Peyğəmbərə ﷺ dedi: “Ümrə niyyəti ilə ehrama girmişəm, nə etməliyəm?” Peyğəmbər ﷺ buyurdu: “Həcdə nə etmisənsə onu et”. Kişi dedi: “Bu ətirdən çəkinirəm və onu yumaq istəyirəm”. Peyğəmbər ﷺ buyurdu: “Həcdə nə etmisənsə ümrədə də onu et”.”

Safvan ibn Yalə atasından
SəhihNəsəi, 2709 (Həcc, 91)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ ، قَالَ : حَدَّثَنَا أَبِي قَالَ : سَمِعْتُ قَيْسَ بْنَ سَعْدٍ ، يُحَدِّثُ عَنْ عَطَاءٍ ، عَنْ صَفْوَانَ بْنِ يَعْلَى ، عَنْ أَبِيهِ ، قَالَ : أَتَى رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ وَهُوَ بِالْجِعِرَّانَةِ ، وَعَلَيْهِ جُبَّةٌ وَهُوَ مُصَفِّرٌ لِحْيَتَهُ وَرَأْسَهُ ، فَقَالَ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَحْرَمْتُ بِعُمْرَةٍ وَأَنَا كَمَا تَرَى ؟ فَقَالَ : انْزِعْ عَنْكَ الْجُبَّةَ ، وَاغْسِلْ عَنْكَ الصُّفْرَةَ ، وَمَا كُنْتَ صَانِعًا فِي حَجَّتِكَ ، فَاصْنَعْهُ فِي عُمْرَتِكَ.

“Safvan ibn Yalə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Ciranə adlı yerdə olduqda əynində bir cübbə olan, saçını və saqqalını boyamış bir kişi onun yanına gələrək dedi: “Ey Allahın Elçisi, gördüyün bu halda ümrə niyyəti ilə ehrama girmişəm, nə etməliyəm?” Allah Elçisi ﷺ buyurdu: “Cübbəni çıxar, saç və saqqalındakı boyaları yu! Həcdə nə etmisənsə ümrədə də onu et”.”

Safvan ibn Yalə atasından
SəhihNəsəi, 2710 (Həcc, 92)

Fəsil 45

Ehramlı olanın sürmədən istifadə etməsi

الْكُحْلُ لِلْمُحْرِمِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ بْنِ مُوسَى ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، عَنْ أَبَانَ بْنِ عُثْمَانَ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : فِي الْمُحْرِمِ إِذَا اشْتَكَى رَأْسَهُ ، وَعَيْنَيْهِ أَنْ يُضَمِّدَهُمَا بِصَبِرٍ.

“Əban ibn Osman atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehramlı olan başından və gözündən narahat olsa, ağrıyan yerə “sabir” deyilən ağrıkəsicidən vursun”.”

Əban ibn Osman atasından
SəhihNəsəi, 2711 (Həcc, 93)

Fəsil 46

Ehramlı olanın boyanmış paltar geyməsinin bəyənilməməsi

الْكَرَاهِيَةُ فِي الثِّيَابِ الْمُصَبَّغَةِ لِلْمُحْرِمِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي قَالَ : أَتَيْنَا جَابِرًا فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوِ اسْتَقْبَلْتُ مِنْ أَمْرِي ، مَا اسْتَدْبَرْتُ لَمْ أَسُقِ الْهَدْيَ ، وَجَعَلْتُهَا عُمْرَةً ، فَمَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ فَلْيُحْلِلْ ، وَلْيَجْعَلْهَا عُمْرَةً وَقَدِمَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ مِنَ الْيَمَنِ بِهَدْيٍ ، وَسَاقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مِنَ الْمَدِينَةِ هَدْيًا وَإِذَا فَاطِمَةُ قَدْ لَبِسَتْ ثِيَابًا صَبِيغًا ، وَاكْتَحَلَتْ قَالَ : فَانْطَلَقْتُ مُحَرِّشًا أَسْتَفْتِي رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ إِنَّ فَاطِمَةَ لَبِسَتْ ثِيَابًا صَبِيغًا ، وَاكْتَحَلَتْ ، وَقَالَتْ : أَمَرَنِي بِهِ أَبِي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : صَدَقَتْ ، صَدَقَتْ ، صَدَقَتْ ، أَنَا أَمَرْتُهَا.

“Cəfər ibn Muhəmməd atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Biz Cabirin yanına gələrək ondan Peyğəmbərin ﷺ həcci haqda ondan soruşduq. O, bizə Allah Elçisinin ﷺ belə buyurduğunu söylədi: “Belə olacağını bilsəydim qurban göndərməz və ümrəyə etmək üçün niyyət edərdim. Kimin yanında qurbanlıq heyvanı yoxdursa, ümrəsini edib ehramdan çıxsın”. Əli ﵁ Yəməndən qurban gətirmişdi. Allah Elçisi ﷺ onu Mədinədən Məkkəyə göndərmişdi. Bu arada Fatimə rənglənmiş paltarlar geyinib gözünə sürmə çəkmişdi. Fatimənin bu halı Əlinin xoşuna gəlmədi və soruşmaq üçün Allah Elçisinin ﷺ yanına gedərək dedi: “Ey Allahın Elçisi, Fatimə rənglənmiş paltarlar geyinib gözünə sürmə çəkib və “atam belə əmr etdi” deyir”. Peyğəmbər ﷺ buyurdu: “Düz deyir! Düz deyir! Düz deyir! Ona mən əmr etdim”.”

Cəfər ibn Muhəmməd atasından
SəhihNəsəi, 2712 (Həcc, 94)

Fəsil 47

Vəfat edən ehramlı kimsənin üzünün və başının açıq kəfənlənməsi

تَخْمِيرُ الْمُحْرِمِ وَجْهَهُ وَرَأْسَهُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ أَبَا بِشْرٍ يُحَدِّثُ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً وَقَعَ عَنْ رَاحِلَتِهِ ، فَأَقْعَصَتْهُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ ، وَيُكَفَّنُ فِي ثَوْبَيْنِ خَارِجًا رَأْسُهُ وَوَجْهُهُ ، فَإِنَّهُ يُبْعَثُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi miniyindən yıxılaraq öldü. Allah Elçisi ﷺ də belə buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki parça ilə kəfənləyin, amma başını və üzünü açıq saxlayın, çünki o, Qiyamət günü təlbiyə deyərək diriləcək”.”

İbn Abbas
SəhihNəsəi, 2713 (Həcc, 95)

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ الصَّفَّارُ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ يَعْنِي الْحَفَرِيَّ ، عَنْ سُفْيَانَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : مَاتَ رَجُلٌ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ ، وَسِدْرٍ ، وَكَفِّنُوهُ فِي ثِيَابِهِ ، وَلاَ تُخَمِّرُوا وَجْهَهُ وَرَأْسَهُ ، فَإِنَّهُ يُبْعَثُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “(Həcdə) bir kişi vəfat etdi. Peyğəmbər ﷺ buyurdu: “Onu su və sidr ilə qüsl edin., üstündəki parça ilə kəfənləyin. Lakin üzünü və başını açıq saxlayın, çünki o, Qiyamət günü təlbiyə deyərək diriləcək”.”

İbn Abbas
SəhihNəsəi, 2714 (Həcc, 96)

Fəsil 48

İfrad həcci

إِفْرَادُ الْحَجِّ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، وَإِسْحَقُ بْنُ مَنْصُورٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَفْرَدَ الْحَجَّ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ İfrad həcci etmişdir.”

Aişə
ZəifNəsəi, 2715 (Həcc, 97)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الأَسْوَدِ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : أَهَلَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحَجِّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ yalnız həcc niyyəti ilə ehrama girdi”.”

Aişə
SəhihNəsəi, 2716 (Həcc, 98)

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، عَنْ حَمَّادٍ ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مُوَافِينَ لِهِلاَلِ ذِي الْحِجَّةِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ شَاءَ أَنْ يُهِلَّ بِحَجٍّ فَلْيُهِلَّ ، وَمَنْ شَاءَ أَنْ يُهِلَّ بِعُمْرَةٍ فَلْيُهِلَّ بِعُمْرَةٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Zil-Hiccə ayının hilalının görünməsinə beş gün qalmış (Zil-Qadə ayının 25-i) yola çıxdıq. Allah Elçisi ﷺ buyurdu: “Həcc etmək istəyən həcc niyyəti ilə, ümrə etmək istəyən ümrə niyyəti ilə ehrama girsin”.”

Aişə
SəhihNəsəi, 2717 (Həcc, 99)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ الطَّبَرَانِيُّ أَبُو بَكْرٍ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ حَنْبَلٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، حَدَّثَنِي مَنْصُورٌ ، وَسُلَيْمَانُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لاَ نَرَى إِلاَّ أَنَّهُ الْحَجُّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə yalnız həcc etmək niyyəti ilə yola çıxdıq”.”

Aişə
SəhihNəsəi, 2718 (Həcc, 100)

Fəsil 49

Qiran həcci

الْقِرَانُ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ أَبِي وَائِلٍ ، قَالَ : قَالَ الصُّبَيُّ بْنُ مَعْبَدٍ : كُنْتُ أَعْرَابِيًّا نَصْرَانِيًّا فَأَسْلَمْتُ ، فَكُنْتُ حَرِيصًا عَلَى الْجِهَادِ ، فَوَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَأَتَيْتُ رَجُلاً مِنْ عَشِيرَتِي يُقَالُ لَهُ هُرَيْمُ بْنُ عَبْدِ اللهِ فَسَأَلْتُهُ فَقَالَ : اجْمَعْهُمَا ، ثُمَّ اذْبَحْ مَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ، فَأَهْلَلْتُ بِهِمَا ، فَلَمَّا أَتَيْتُ الْعُذَيْبَ لَقِيَنِي سَلْمَانُ بْنُ رَبِيعَةَ وَزَيْدُ بْنُ صُوحَانَ ، وَأَنَا أُهِلُّ بِهِمَا ، فَقَالَ أَحَدُهُمَا لِلآخَرِ : مَا هَذَا بِأَفْقَهَ مِنْ بَعِيرِهِ ، فَأَتَيْتُ عُمَرَ فَقُلْتُ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ إِنِّي أَسْلَمْتُ ، وَأَنَا حَرِيصٌ عَلَى الْجِهَادِ ، وَإِنِّي وَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَأَتَيْتُ هُرَيْمَ بْنَ عَبْدِ اللهِ فَقُلْتُ : يَا هَنَاهْ إِنِّي وَجَدْتُ الْحَجَّ وَالْعُمْرَةَ مَكْتُوبَيْنِ عَلَيَّ ، فَقَالَ : اجْمَعْهُمَا ، ثُمَّ اذْبَحْ مَا اسْتَيْسَرَ مِنَ الْهَدْيِ ، فَأَهْلَلْتُ بِهِمَا ، فَلَمَّا أَتَيْنَا الْعُذَيْبَ لَقِيَنِي سَلْمَانُ بْنُ رَبِيعَةَ وَزَيْدُ بْنُ صُوحَانَ فَقَالَ أَحَدُهُمَا لِلآخَرِ : مَا هَذَا بِأَفْقَهَ مِنْ بَعِيرِهِ ، فَقَالَ عُمَرُ : هُدِيتَ لِسُنَّةِ نَبِيِّكَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “əs-Subey ibn Məbəd demişdir: “Mən xristian bir bədəvi idim, sonra müsəlman oldum. Cihad etməyə çox meyilli idim. Sonra həcc və ümrənin boynuma vacib olduğunu bildim. Mən bunu tayfamdan olan Hureym ibn Abdullah adlı bir kişidən soruşdum. O da dedi: “Həcc və ümrəni birlikdə et, sonra sənə asan gələn bir qurban kəs”. Mən də həcc və ümrə niyəti ilə ehrama girdim. Uzeyb adlı yerə gəldikdə Salman ibn Rabia və Zeyd ibn Suhan ilə rastlaşdım. Onlar mənim həcc və ümrə niyyəti ilə ehrama girdiyimi gördükdə bir-birinə dedilər: “Bunun öz dəvəsi qədər belə anlayışı yoxdur”. Bundan sonra mən Ömərin yanına gəlib şikayət edərək dedim: “Ey möminlərin əmiri, mən müsəlman oldum, cihada da çox meyilli insanam. Boynuma həcc və ümrənin vacib olduğunu görən kimi Hureym ibn Abdullahın yanına gəldim və həcc ilə ümrənin boynuma vacib olduğunu ona dedim. O da: “Həcc və ümrəni birlikdə et, sonra da sənə asan gələn qurban heyvanı kəs”- dedi. Mən həcc və ümrə niyyəti ilə ehrama girdim. Uzeyb adlı yerə gəldikdə Salman ibn Rabia və Zeyd ibn Suhan ilə rastlaşdım. Onlar bir-birinə belə dedilər: “Bunun öz dəvəsi qədər də anlayışı yoxdur”. Ömər dedi: “Sən sənin Peyğəmbərinin ﷺ sünnəsinə müvafiq olmusan”.”

Əbu Vail
SəhihNəsəi, 2719 (Həcc, 101)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا مُصْعَبُ بْنُ الْمِقْدَامِ ، عَنْ زِائِدَةَ ، عَنْ مَنْصُورٍ ، عَنْ شَقِيقٍ ، قَالَ : أَنْبَأَنَا الصُّبَيُّ فَذَكَرَ مِثْلَهُ ، قَالَ : فَأَتَيْتُ عُمَرَ فَقَصَصْتُ عَلَيْهِ الْقِصَّةَ إِلاَّ قَوْلَهُ يَا هَنَاهْ.

“Yuxarıdakı hədisin mətninin oxşarıdır.”

əs-Subeyy
SəhihNəsəi, 2720 (Həcc, 102)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، يَعْنِي ابْنَ إِسْحَاقَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ (ح) وَأَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ الْحَسَنِ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : قَالَ ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي حَسَنُ بْنُ مُسْلِمٍ ، عَنْ مُجَاهِدٍ وَغَيْرِهِ ، عَنْ رَجُلٍ مِنْ أَهْلِ الْعِرَاقِ ، يُقَالُ لَهُ : شَقِيقُ بْنُ سَلَمَةَ أَبُو وَائِلٍ أَنَّ رَجُلاً مِنْ بَنِي تَغْلِبَ يُقَالُ لَهُ : الصُّبَيُّ بْنُ مَعْبَدٍ وَكَانَ نَصْرَانِيًّا فَأَسْلَمَ فَأَقْبَلَ فِي أَوَّلِ مَا حَجَّ ، فَلَبَّى بِحَجٍّ وَعُمْرَةٍ جَمِيعًا ، فَهُوَ كَذَلِكَ يُلَبِّي بِهِمَا جَمِيعًا ، فَمَرَّ عَلَى سَلْمَانَ بْنِ رَبِيعَةَ وَزَيْدِ بْنِ صُوحَانَ ، فَقَالَ أَحَدُهُمَا : لأَنْتَ أَضَلُّ مِنْ جَمَلِكَ ، هَذَا فَقَالَ الصُّبَيُّ : فَلَمْ يَزَلْ فِي نَفْسِي حَتَّى لَقِيتُ عُمَرَ بْنَ الْخَطَّابِ فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ : هُدِيتَ لِسُنَّةِ نَبِيِّكَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ شَقِيقٌ : وَكُنْتُ أَخْتَلِفُ أَنَا وَمَسْرُوقُ بْنُ الأَجْدَعِ إِلَى الصُّبَيِّ بْنِ مَعْبَدٍ ، نَسْتَذْكِرُهُ فَلَقَدِ اخْتَلَفْنَا إِلَيْهِ مِرَارًا ، أَنَا وَمَسْرُوقُ بْنُ الأَجْدَعِ.

“Rəvayət edilir ki, Əbu Vail ﵀ demişdir: “Təğlib tayfasından olan əs-Subey ibn Məbəd adlı bir kişi əvvəllər xiristian idi. Sonra o müsəlman oldu və boynuna həcc vacib olmuşdu. Ona görə həcc və ümrə niyəti ilə ehrama girdi. Yolda Salman ibn Rabia və Zeyd ibn Suhan ilə rastlaşdı. Onlardan biri dedi: “Sən yolunu dəvəndən daha çox azmısan”. Subey deyir: “Bu söz mənə o qədər pis təsir etdi ki, Ömərin yanına gəlib olanları ona xəbər verdim. Ömər dedi: “Sən sənin Peyğəmbərinin ﷺ sünnəsinə müvafiq olmusan”.”

Əbu Vail
SəhihNəsəi, 2721 (Həcc, 103)

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا عِيسَى وَهُوَ ابْنُ يُونُسَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ مُسْلِمٍ الْبَطِينِ ، عَنْ عَلِيِّ بْنِ حُسَيْنٍ ، عَنْ مَرْوَانَ بْنِ الْحَكَمِ ، قَالَ : كُنْتُ جَالِسًا عِنْدَ عُثْمَانَ فَسَمِعَ عَلِيًّا يُلَبِّي بِعُمْرَةٍ ، وَحَجَّةٍ ، فَقَالَ : أَلَمْ نَكُنْ نُنْهَى عَنْ هَذَا ، قَالَ : بَلَى ، وَلَكِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُلَبِّي بِهِمَا جَمِيعًا ، فَلَمْ أَدَعْ قَوْلَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لِقَوْلِكَ.

“Rəvayət edilir ki, Mərvan ibn əl-Həkəm ﵀ demişdir: “Bir dəfə mən Osmanın yanında oturmuşdum. O, Əlinin həcc və ümrəni birlikdə etdiyini eşitdi və dedi: “Məgər biz bunu qadağan etməmişdik?” Əli dedi: “Bəli, lakin mən Allah Elçisinin ﷺ bu ikisini birlikdə etdiyini eşitmişəm və sənin əmrinə görə Allah Elçisinin ﷺ sözünü tərk edə bilmərəm”.”

Mərvan ibn əl-Həkəm
SəhihNəsəi, 2722 (Həcc, 104)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو عَامِرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، قَالَ : قَالَ سَمِعْتُ عَلِيَّ بْنَ حُسَيْنٍ ، يُحَدِّثُ عَنْ مَرْوَانَ ، أَنَّ عُثْمَانَ نَهَى عَنِ الْمُتْعَةِ ، وَأَنْ يَجْمَعَ الرَّجُلُ بَيْنَ الْحَجِّ وَالْعُمْرَةِ ، فَقَالَ عَلِيٌّ : لَبَّيْكَ بِحَجَّةٍ وَعُمْرَةٍ مَعًا ، فَقَالَ عُثْمَانُ : أَتَفْعَلُهَا ، وَأَنَا أَنْهَى عَنْهَا ، فَقَالَ عَلِيٌّ : لَمْ أَكُنْ لأَدَعَ سُنَّةَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَحَدٍ مِنَ النَّاسِ

“Mərvan ﵀ rəvayət edir ki, Osman təməttu həccini etməyi qadağan etmişdi. Əlinin həcc ilə ümrəni birlikdə etməsi üçün: “Ləbbeyk, həcc və ümrəni birlikdə edirəm” deməsini gördükdə Osman dedi: “Mənim qadağama baxmayaraq sən həcc ilə ümrəni birlikdə edirsən?” Əli dedi: “İnsanlardan birinin əmri ilə Allah Elçisinin ﷺ sünnəsini tərk edə bilmərəm”.”

Mərvan
SəhihNəsəi, 2723 (Həcc, 105)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا النَّضْرُ ، عَنْ شُعْبَةَ بِهَذَا الإِسْنَادِ مِثْلَهُ.

“Yuxarıdakı hədisin mətni ilə eynidir.”

Mərvan
ZəifNəsəi, 2724 (Həcc, 106)

أَخْبَرَنِي مُعَاوِيَةُ بْنُ صَالِحٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ مَعِينٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ ، قَالَ : كُنْتُ مَعَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ حِينَ أَمَّرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْيَمَنِ ، فَلَمَّا قَدِمَ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ عَلِيٌّ : فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : كَيْفَ صَنَعْتَ ؟ قُلْتُ : أَهْلَلْتُ بِإِهْلاَلِكَ ، قَالَ : فَإِنِّي سُقْتُ الْهَدْيَ ، وَقَرَنْتُ قَالَ : وَقَالَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَصْحَابِهِ : لَوِ اسْتَقْبَلْتُ مِنْ أَمْرِي ، مَا اسْتَدْبَرْتُ لَفَعَلْتُ كَمَا فَعَلْتُمْ ، وَلَكِنِّي سُقْتُ الْهَدْيَ ، وَقَرَنْتُ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Bir dəfə Allah Elçisi ﷺ Əli ibn Əbu Talibi Yəmənə əmir təyin etdikdə onun yanında idim. Əli Yəməndən Peyğəmbərin ﷺ yanına gəldi. Əli deyir: “Peyğəmbərin ﷺ yanına gəldikdə Allah Elçisi ﷺ buyurdu: “Nə etdin?” Mən də: “Sənin ehrama girdiyin kimi ehrama girdim”. Allah Elçisi ﷺ buyurdu: “Mən qurbanlıq heyvanı göndərdim və qiran həcci etməyə niyyət etdim”. Sonra səhabələrinə dedi: “Əgər işlərin belə olacağını bilsəydim, sizin kimi edərdim, lakin qurbanlıq heyvanı göndərdiyimə görə qiran həcci etməyə niyyət etdim”.”

əl-Bəra
SəhihNəsəi, 2725 (Həcc, 107)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى الصَّنْعَانِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنِي حُمَيْدُ بْنُ هِلاَلٍ ، قَالَ : سَمِعْتُ مُطَرِّفًا ، يَقُولُ : قَالَ لِي عِمْرَانُ بْنُ حُصَيْنٍ : جَمَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ حَجٍّ وَعُمْرَةٍ ، ثُمَّ تُوُفِّيَ قَبْلَ أَنْ يَنْهَى عَنْهَا ، وَقَبْلَ أَنْ يَنْزِلَ الْقُرْآنُ بِتَحْرِيمِهِ.

“Rəvayət edilir ki, İmran ibn Husayn ﵁ demişdir: “Allah Elçisi ﷺ həcc və ümrəni birləşdirdi. Sonra isə bu qaydanı qadağan edən bir Quran ayəsi nazil olmadığı kimi, özü də bunu qadağan etmədən dünyasını dəyişdi”.”

İmran ibn Husayn
SəhihNəsəi, 2726 (Həcc, 108)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ مُطَرِّفٍ ، عَنْ عِمْرَانَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمَعَ بَيْنَ حَجٍّ وَعُمْرَةٍ ، ثُمَّ لَمْ يَنْزِلْ فِيهَا كِتَابٌ ، وَلَمْ يَنْهَ عَنْهُمَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِيهِمَا رَجُلٌ بِرَأْيِهِ مَا شَاءَ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ həcc və ümrəni birləşdirdi. Sonra isə Kitabdan bu qaydanı qadağan edən bir bir şey nazil olmadığı kimi, Peyğəmbər ﷺ də bu qaydanı qadağan etmədi, lakin bir kişi öz istəyinə görə hərəkət etdi.”

İmran
SəhihNəsəi, 2727 (Həcc, 109)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا مُسْلِمُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ مُسْلِمٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ وَاسِعٍ ، عَنْ مُطَرِّفِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : قَالَ لِي عِمْرَانُ بْنُ حُصَيْنٍ : تَمَتَّعْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : إِسْمَعِيلُ بْنُ مُسْلِمٍ ثَلاَثَةٌ هَذَا أَحَدُهُمْ لاَ بَأْسَ بِهِ ، وَإِسْمَعِيلُ بْنُ مُسْلِمٍ شَيْخٌ يَرْوِي عَنْ أَبِي الطُّفَيْلِ لاَ بَأْسَ بِهِ ، وَإِسْمَعِيلُ بْنُ مُسْلِمٍ يَرْوِي عَنِ الزُّهْرِيِّ ، وَالْحَسَنُ مَتْرُوكُ الْحَدِيثِ.

“Rəvayət edilir ki, Mutarrif ibn Abdullah ﵁ demişdir: “İmran ibn Husayn mənə dedi: “Biz Allah Elçisi ﷺ ilə birlikdə təməttu həcci etmişik”.”

Mutarrif ibn Abdullah
SəhihNəsəi, 2728 (Həcc, 110)

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، عَنْ هُشَيْمٍ ، عَنْ يَحْيَى ، وَعَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ ، وَحُمَيْدٌ الطَّوِيلُ (ح) وَأَنْبَأَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الْعَزِيزِ بْنُ صُهَيْبٍ ، وَحُمَيْدٌ الطَّوِيلُ ، وَيَحْيَى بْنُ أَبِي إِسْحَاقَ ، كُلُّهُمْ عَنْ أَنَسٍ ، سَمِعُوهُ يَقُولُ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَبَّيْكَ عُمْرَةً وَحَجًّا ، لَبَّيْكَ عُمْرَةً وَحَجًّا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həcc və ümrəyə niyyət etdim! Həcc və ümrəyə niyyət etdim!””

Ənəs
SəhihNəsəi, 2729 (Həcc, 111)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي أَسْمَاءَ ، عَنْ أَنَسٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُلَبِّي بِهِمَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ həcc və ümrəyə birlikdə niyyət edərək ehrama girdiyini eşitdim”.”

Ənəs
SəhihNəsəi, 2730 (Həcc, 112)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ الطَّوِيلُ ، قَالَ : أَنْبَأَنَا بَكْرُ بْنُ عَبْدِ اللهِ الْمُزَنِيُّ ، قَالَ : سَمِعْتُ أَنَسًا ، يُحَدِّثُ قَالَ : سَمِعْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُلَبِّي بِالْعُمْرَةِ وَالْحَجِّ جَمِيعًا ، فَحَدَّثْتُ بِذَلِكَ ابْنَ عُمَرَ فَقَالَ : لَبَّى بِالْحَجِّ وَحْدَهُ ، فَلَقِيتُ أَنَسًا فَحَدَّثْتُهُ ، بِقَوْلِ ابْنِ عُمَرَ فَقَالَ أَنَسٌ : مَا تَعُدُّونَا إِلاَّ صِبْيَانًا ، سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : لَبَّيْكَ عُمْرَةً ، وَحَجًّا مَعًا.

“Rəvayət edilir ki, Abdullah əl-Muzəni ﵀ demişdir: “Mən Ənəsin belə dediyini eşitdim: “Mən Allah Elçisinin ﷺ həcc və ümrəyə birlikdə niyyət edərək ehrama girdiyini eşitmişəm”. Bunu İbn Ömərə danışdıqda mənə: “Yalnız həcc niyyəti ilə ehrama gir!” dedi. Sonra Ənəs ilə rastlaşdım və ona İbn Ömərin dediklərini söylədim. Ənəs dedi: “Siz bizi uşaq sayırsınız? Allah Elçinin ﷺ birbaşa özündən: “Ümrə və həccə birlikdə niyyət etdim” dediyini eşitmişəm”.”

Ənəs
SəhihNəsəi, 2731 (Həcc, 113)

Fəsil 50

Təməttu həcci

التَّمَتُّعُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ الْمُخَرِّمِيُّ ، قَالَ : حَدَّثَنَا حُجَيْنُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عُقَيْلٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا ، قَالَ : تَمَتَّعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ ، وَأَهْدَى وَسَاقَ مَعَهُ الْهَدْيَ بِذِي الْحُلَيْفَةِ ، وَبَدَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَهَلَّ بِالْعُمْرَةِ ، ثُمَّ أَهَلَّ بِالْحَجِّ ، وَتَمَتَّعَ النَّاسُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ ، فَكَانَ مِنَ النَّاسِ مَنْ أَهْدَى فَسَاقَ الْهَدْيَ ، وَمِنْهُمْ مَنْ لَمْ يُهْدِ ، فَلَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ قَالَ لِلنَّاسِ : مَنْ كَانَ مِنْكُمْ أَهْدَى ، فَإِنَّهُ لاَ يَ حِلُّ مِنْ شَيْءٍ حَرُمَ مِنْهُ ، حَتَّى يَقْضِيَ حَجَّهُ ، وَمَنْ لَمْ يَكُنْ أَهْدَى ، فَلْيَطُفْ بِالْبَيْتِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ وَلْيُقَصِّرْ ، وَلْيَحْلِلْ ، ثُمَّ لِيُهِلَّ بِالْحَجِّ ، ثُمَّ لِيُهْدِ ، وَمَنْ لَمْ يَجِدْ هَدْيًا فَلْيَصُمْ ثَلاَثَةَ أَيَّامٍ فِي الْحَجِّ ، وَسَبْعَةً إِذَا رَجَعَ إِلَى أَهْلِهِ ، فَطَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ قَدِمَ مَكَّةَ ، وَاسْتَلَمَ الرُّكْنَ أَوَّلَ شَيْءٍ ، ثُمَّ خَبَّ ثَلاَثَةَ أَطْوَافٍ مِنَ السَّبْعِ ، وَمَشَى أَرْبَعَةَ أَطْوَافٍ ، ثُمَّ رَكَعَ حِينَ قَضَى طَوَافَهُ بِالْبَيْتِ فَصَلَّى عِنْدَ الْمَقَامِ رَكْعَتَيْنِ ، ثُمَّ سَلَّمَ فَانْصَرَفَ فَأَتَى الصَّفَا فَطَافَ بِالصَّفَا وَالْمَرْوَةِ سَبْعَةَ أَطْوَافٍ ، ثُمَّ لَمْ يَحِلَّ مِنْ شَيْءٍ حَرُمَ مِنْهُ حَتَّى قَضَى حَجَّهُ وَنَحَرَ هَدْيَهُ يَوْمَ النَّحْرِ ، وَأَفَاضَ فَطَافَ بِالْبَيْتِ ، ثُمَّ حَلَّ مِنْ كُلِّ شَيْءٍ حَرُمَ مِنْهُ ، وَفَعَلَ مِثْلَ مَا فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَنْ أَهْدَى وَسَاقَ الْهَدْيَ مِنَ النَّاسِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Vida həccində həcc və ümrəyə niyyət edərək təməttu həcci etdi. O özü ilə qurban kəsəcəyi heyvanı da gətirmişdi. Zul-Huleyfədə ümrə etmək üçün ehrama girdikdən sonra həcc etmək üçün yenidən ehrama girdi. Camaat da Allah Elçisi ﷺ ilə birlikdə həcc və ümrə niyyəti ilə təməttu həcci etdilər. Camaatdan kimisi qurbanlıq gətirmişdi, kimisi də gətirməmişdi. Allah Elçisi ﷺ Məkkəyə gəldikdə camaata belə buyurdu: “İçinizdən kim qurbanını əvvəlcədən gətiribsə, həccini tamamlayana qədər ehramlıya haram olan şeylər ona da haramdır. Kim də qurbanını gətirməyibsə, Kəbəni təvaf etsin, Səfa və Mərva arasında səy etsin, başını qırxdırsın və ehramdan çıxsın, sonra həcc üçün yenidən ehrama girərək qurbanını gətirsin. Kim qurban tapa bilməsə, üç gün həcdə, yeddi gün də ailəsinin yanına qayıdandan sonra oruc tutsun”. Allah Elçisi ﷺ Məkkəyə gəlib təvafını etdi. Əvvəlcə Qara daşa toxundu, sonra yeddi təvaf əsnasında ilk üç dövrəni sürətlə, qalan dördünü də adi addımlarla təvaf etdi. Təvafını bitirdikdən sonra İbrahim məqamında iki rükət namaz qıldı. Sonra salam verib Səfa təpəsinə gələrək Səfa və Mərva arasında yeddi səy etdi. Sonra həccini edib qurbanını kəsənə qədər ehramlı olana haram olan şeylərə diqqət etdi. İfadə təvafını edərək ehramdan çıxdı və ehramlıya haram olan şeylar ona halal oldu. Camaatdan əvvəlcədən qurban gətirənlər də Allah Elçisinin ﷺ etdiyi kimi etdilər”.”

Abdullah ibn Ömər
ZəifNəsəi, 2732 (Həcc, 114)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ حَرْمَلَةَ ، قَالَ : سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ ، يَقُولُ : حَجَّ عَلِيٌّ وَعُثْمَانُ فَلَمَّا كُنَّا بِبَعْضِ الطَّرِيقِ نَهَى عُثْمَانُ عَنِ التَّمَتُّعِ فَقَالَ عَلِيٌّ إِذَا رَأَيْتُمُوهُ قَدْ ارْتَحَلَ فَارْتَحِلُوا فَلَبَّى عَلِيٌّ وَأَصْحَابُهُ بِالْعُمْرَةِ ، فَلَمْ يَنْهَهُمْ عُثْمَانُ فَقَالَ عَلِيٌّ : أَلَمْ أُخْبَرْ أَنَّكَ تَنْهَى عَنِ التَّمَتُّعِ قَالَ : بَلَى ، قَالَ لَهُ عَلِيٌّ : أَلَمْ تَسْمَعْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَمَتَّعَ قَالَ : بَلَى.

“Rəvayət edilir ki, Səid ibn əl-Museyyib ﵀ demişdir: “Əli və Osman həcc edirdilər. Yolda Osman təməttu həccini qadağan etdi. Əli dedi: “Onun yola düşdüyünü gördüyünüz vaxt siz də yola düşün”. Əli və dostları ümrə etmək üçün ehrama girdilər, Osman isə onlara mane olmadı. Əli dedi: “Məgər sən təməttu həccini etməyi qadağan etmədinmi?” Osman dedi: “Bəli”. Əli dedi: “Məgər sən Allah Elçisinin ﷺ təməttu həcci etdiyini eşitmədinmi?” Osman dedi: “Eşitmişəm”.”

Səid ibn əl-Museyyib
SəhihNəsəi, 2733 (Həcc, 115)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ اللهِ ابْنِ الْحَارِثِ بْنِ نَوْفَلِ بْنِ الْحَارِثِ بْنِ عَبْدِ الْمُطَّلِبِ ، أَنَّهُ حَدَّثَهُ أَنَّهُ سَمِعَ سَعْدَ بْنَ أَبِي وَقَّاصٍ ، وَالضَّحَّاكَ بْنَ قَيْسٍ ، عَامَ حَجَّ مُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ وَهُمَا يَذْكُرَانِ التَّمَتُّعَ بِالْعُمْرَةِ إِلَى الْحَجِّ فَقَالَ الضَّحَّاكُ : لاَ يَصْنَعُ ذَلِكَ ، إِلاَّ مَنْ جَهِلَ أَمْرَ اللهِ تَعَالَى ؟ فَقَالَ سَعْدٌ : بِئْسَمَا قُلْتَ يَا ابْنَ أَخِي قَالَ الضَّحَّاكُ فَإِنَّ عُمَرَ بْنَ الْخَطَّابِ نَهَى عَنْ ذَلِكَ ، قَالَ سَعْدٌ : قَدْ صَنَعَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَصَنَعْنَاهَا مَعَهُ.

“Rəvayət edilir ki, Səd ibn Əbu Vaqqas ﵁ ilə Dahhaq ibn Qeys Müaviyə ibn Əbu Süfyan ilə həcc etdiyi il təməttu həcci haqda belə deyilir: “Dahhak Sədə dedi: “Həcci bu şəkildə edənlər Uca Allahın əmrlərini bilməyənlərdir”. Səd dedi: “Yaxşı şey demədin, qardaşım oğlu!” Dahhak dedi: “Ömər təməttu həccini qadağan etmişdi”. Səd isə dedi: “Allah Elçisi ﷺ belə etdi, biz də eynisini etmişdik”.”

Səd ibn Əbu Vaqqas
ZəifNəsəi, 2734 (Həcc, 116)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ - وَاللَّفْظُ لَهُ - قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ إِبْرَاهِيمَ بْنِ أَبِي مُوسَى ، عَنْ أَبِي مُوسَى ، أَنَّهُ كَانَ يُفْتِي بِالْمُتْعَةِ ، فَقَالَ لَهُ رَجُلٌ : رُوَيْدَكَ بِبَعْضِ فُتْيَاكَ ، فَإِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ أَمِيرُ الْمُؤْمِنِينَ فِي النُّسُكِ بَعْدُ حَتَّى لَقِيتُهُ فَسَأَلْتُهُ ، فَقَالَ عُمَرُ : قَدْ عَلِمْتُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ فَعَلَهُ ، وَلَكِنْ كَرِهْتُ أَنْ يَظَلُّوا مُعَرِّسِينَ بِهِنَّ فِي الأَرَاكِ ، ثُمَّ يَرُوحُوا بِالْحَجِّ ، تَقْطُرُ رُؤُوسُهُمْ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ təməttu həccini etməyə icazə verirdi. Bir kişi ona dedi: “Fətvalarında ehtiyatlı ol! Yəqin ki, möminlərin əmirinin bu haqda yeni əmrini bilmirsən”. Əbu Musa Ömərin yanına gəldikdə Ömər dedi: “Mən Peyğəmbərin ﷺ belə etdiyini bilirəm, lakin Ərak deyilən yerdə kişilərin öz qadınları ilə yaxınlıq etdikdən sonra saçlarından su damcıları axa-axa həcc etmələri xoşuma gəlmir”.”

Əbu Musa
SəhihNəsəi, 2735 (Həcc, 117)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ الْحَسَنِ بْنِ شَقِيقٍ ، قَالَ : أَنْبَأَنَا أَبِي ، قَالَ : أَنْبَأَنَا أَبُو حَمْزَةَ ، عَنْ مُطَرِّفٍ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : سَمِعْتُ عُمَرَ ، يَقُولُ : وَاللَّهِ إِنِّي لأَنْهَاكُمْ عَنِ الْمُتْعَةِ ، وَإِنَّهَا لَفِي كِتَابِ اللهِ وَلَقَدْ فَعَلَهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَعْنِي الْعُمْرَةَ فِي الْحَجِّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Ömərin belə dediyini eşitdim: “Vallahi, Allahın Kitabında olmasına və Allah Elçisinin ﷺ etdiyini bilməyimə rəğmən, mən təməttu həccini – ümrə və həcci birlikdə etməyi qadağan etdim”.”

İbn Abbas
SəhihNəsəi, 2736 (Həcc, 118)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ هِشَامِ بْنِ حُجَيْرٍ ، عَنْ طَاوُوسٍ ، قَالَ : قَالَ مُعَاوِيَةُ لاِبْنِ عَبَّاسٍ : أَعَلِمْتَ أَنِّي قَصَّرْتُ مِنْ رَأْسِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عِنْدَ الْمَرْوَةِ ؟ قَالَ : لاَ ، يَقُولُ ابْنُ عَبَّاسٍ : هَذَا مُعَاوِيَةُ يَنْهَى النَّاسَ عَنِ الْمُتْعَةِ ، وَقَدْ تَمَتَّعَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Tavus ﵀ demişdir: “Müaviyə İbn Abbasa dedi: “Mərva təpəsində Allah Elçisinin ﷺ saçlarını qısaltdığını bilmirsənmi?” O dedi: “Xeyr”. İbn Abbas deyərdi: “Bu Müaviyə Peyğəmbərin ﷺ təməttu həccini etdiyinə baxmayaraq, onu qadağan etmişdir”.”

Tavus
SəhihNəsəi, 2737 (Həcc, 119)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ قَيْسٍ وَهُوَ ابْنُ مُسْلِمٍ ، عَنْ طَارِقِ بْنِ شِهَابٍ ، عَنْ أَبِي مُوسَى ، قَالَ : قَدِمْتُ عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ بِالْبَطْحَاءِ فَقَالَ : بِمَا أَهْلَلْتَ ؟ قُلْتُ : أَهْلَلْتُ بِإِهْلاَلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : هَلْ سُقْتَ مِنْ هَدْيٍ ؟ قُلْتُ : لاَ ، قَالَ : فَطُفْ بِالْبَيْتِ وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ حِلَّ فَطُفْتُ بِالْبَيْتِ وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ أَتَيْتُ امْرَأَةً مِنْ قَوْمِي فَمَشَطَتْنِي ، وَغَسَلَتْ رَأْسِي ، فَكُنْتُ أُفْتِي النَّاسَ بِذَلِكَ فِي إِمَارَةِ أَبِي بَكْرٍ ، وَإِمَارَةِ عُمَرَ ، وَإِنِّي لَقَائِمٌ بِالْمَوْسِمِ إِذْ جَاءَنِي رَجُلٌ فَقَالَ : إِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ أَمِيرُ الْمُؤْمِنِينَ فِي شَأْنِ النُّسُكِ ، قُلْتُ : يَا أَيُّهَا النَّاسُ مَنْ كُنَّا أَفْتَيْنَاهُ بِشَيْءٍ فَلْيَتَّئِدْ ، فَإِنَّ أَمِيرَ الْمُؤْمِنِينَ قَادِمٌ عَلَيْكُمْ ، فَأْتَمُّوا بِهِ فَلَمَّا قَدِمَ قُلْتُ : يَا أَمِيرَ الْمُؤْمِنِينَ مَا هَذَا الَّذِي أَحْدَثْتَ فِي شَأْنِ النُّسُكِ ؟ قَالَ : إِنْ نَأْخُذْ بِكِتَابِ اللهِ عَزَّ وَجَلَّ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ قَالَ : {وَأَتِمُّوا الْحَجَّ وَالْعُمْرَةَ لِلَّهِ} وَإِنْ نَأْخُذْ بِسُنَّةِ نَبِيِّنَا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَإِنَّ نَبِيَّنَا صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمْ يَحِلَّ حَتَّى نَحَرَ الْهَدْيَ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Allah Elçisi ﷺ əl-Bətha deyilən yerdə olanda mən onun yanına gəldim. O mənə dedi: “Sən ehrama necə girdin?” Mən dedim: “Peyğəmbərin ﷺ girdiyi kimi”. Peyğəmbər ﷺ dedi: “Özünlə qurban gətirmisən?” Mən: “Xeyr” dedim. O dedi: “Elə isə Kəbəni təvaf et, Səfa və Mərva arasında səy et, sonra da ehramdan çıx!” Mən də Kəbəni təvaf edib, Səfa və Mərva arasında səy etdikdən sonra tayfamızdan bir qadının yanına gəldim, o da saçlarımı düzəldib daradıqdan sonra başımı yudu. Sonralar Əbu Bəkr və Ömərin əmir olduqları dövrdə insanlara bu haqda Peyğəmbərdən ﷺ eşitdiyimə uyğun fətva verirdim. Bir dəfə həcc mövsümündə bir kişi yanıma gəlib mənə dedi: “Yəqin ki, möminlərin əmirinin həccə aid yeni əmrini bilmirsən”. Mən də insanlara dedim: “Ey insanlar, mənim həccə aid dediklərimi etməkdə tələsməyin. Möminlərin əmiri gəldikdə onun dediyini edin!” Xəlifə gəldikdə dedim: “Ey möminlərin əmiri, həcc mövzusuna dair yeni əmriniz nədir?” Ömər dedi: “Əgər Allahın Kitabına baxsaq, orada Allah “Allah üçün həcc və ümrəni tam yerinə yetirin...” (əl-Bəqərə, 196) buyurur. Peyğəmbərin ﷺ sünnəsinə baxdıqda Peyğəmbər ﷺ buyurur: “Ehramda olan insan Qurban kəsilənə qədər ona haram olan heç nəyi etmir”.”

Əbu Musa
SəhihNəsəi, 2738 (Həcc, 120)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ بْنُ مُسْلِمٍ ، عَنْ مُحَمَّدِ بْنِ وَاسِعٍ ، عَنْ مُطَرِّفٍ ، قَالَ : قَالَ لِي عِمْرَانُ بْنُ حُصَيْنٍ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ تَمَتَّعَ وَتَمَتَّعْنَا مَعَهُ قَالَ فِيهَا قَائِلٌ بِرَأْيِهِ.

“Rəvayət edilir ki, Mutarrif ﵀ demişdir: “İmran ibn Husayn mənə dedi: “Allah Elçisi ﷺ təməttu həcci etdikdə biz onunla birlikdə təməttu həcci etmişdik. Ancaq bir adam var ki, ictihad edərək öz rəyi ilə hərəkət edir”.”

Mutarrif
SəhihNəsəi, 2739 (Həcc, 121)

Fəsil 51

Ehrama girərkən “bəsmələ”ni tərk etmək

تَرْكُ التَّسْمِيَةِ عِنْدَ الإِهْلاَلِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَكَثَ بِالْمَدِينَةِ تِسْعَ حِجَجٍ ، ثُمَّ أُذِّنَ فِي النَّاسِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَاجِّ هَذَا الْعَامِ فَنَزَلَ الْمَدِينَةَ بَشَرٌ كَثِيرٌ كُلُّهُمْ يَلْتَمِسُ أَنْ يَأْتَمَّ بِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَيَفْعَلُ مَا يَفْعَلُ ، فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لِخَمْسٍ بَقِينَ مِنْ ذِي الْقِعْدَةِ ، وَخَرَجْنَا مَعَهُ ، قَالَ جَابِرٌ : وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ أَظْهُرِنَا عَلَيْهِ ، يَنْزِلُ الْقُرْآنُ وَهُوَ يَعْرِفُ تَأْوِيلَهُ ، وَمَا عَمِلَ بِهِ مِنْ شَيْءٍ عَمِلْنَا ، فَخَرَجْنَا لاَ نَنْوِي إِلاَّ الْحَجَّ.

“Rəvayət edilir ki, Cəfər ibn Muhəmməd ﵀ demişdir: “Atam deyir ki, biz Cabir ibn Abdullahın yanına getdik və ona Peyğəmbərin ﷺ həcci haqda sual verdik. Cabir bizə danışdı ki, Allah Elçisi ﷺ Mədinədə doqquz il qaldıqdan sonra insanlara bu il həccə gedəcəyini elan etdirdi. Ona görə də Peyğəmbərlə ﷺ birlikdə həccə getmək üçün ətrafdan bir çox insan Mədinəyə gəlmişdi. Onlar Allah Elçisinin ﷺ etdiyini edəcəkdilər. Allah Elçisi ﷺ Zil-Qadə ayının sona çatmasına beş gün qalmış yola çıxdı. Biz də onunla birlikdə yola çıxdıq”. Cabir deyir: “Allah Elçisi ﷺ bizim aramızda ikən ona Quran nazil edilir, o da onu bizə izah edirdi. O nə edirdisə, biz də eynisini edirdik. Yola çıxarkən də niyyətimiz yalnız həcc etmək idi”.”

Cəfər ibn Muhəmməd
SəhihNəsəi, 2740 (Həcc, 122)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ - وَاللَّفْظُ لِمُحَمَّدٍ - قَالاَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا لاَ نَنْوِي إِلاَّ الْحَجَّ فَلَمَّا ، كُنَّا بِسَرِفَ حِضْتُ ، فَدَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَا أَبْكِي فَقَالَ : أَحِضْتِ قُلْتُ : نَعَمْ ، قَالَ : إِنَّ هَذَا شَيْءٌ كَتَبَهُ اللَّهُ عَزَّ وَجَلَّ عَلَى بَنَاتِ آدَمَ ، فَاقْضِي مَا يَقْضِي الْمُحْرِمُ ، غَيْرَ أَنْ لاَ تَطُوفِي بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz yalnız həcc etmək niyyəti ilə çıxdıq və Sərif deyilən yerə çatdıqda mən heyz oldum. Mən ağlayarkən Allah Elçisi ﷺ mənim yanıma gəldi və dedi: “Heyzmi oldun?” Mən də: “Bəli” dedim. O buyurdu: “Bu, Allahın ﷿ Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən, Evi (Kəbəni) təvaf etməkdən başqa hacıların yerinə yetirdiyini (həcc əməllərinin hamısını) yerinə yetir”.”

Aişə
SəhihNəsəi, 2741 (Həcc, 123)

Fəsil 52

Ehramlının niyyəti dilinə gətirmədən həcc etməsi

الْحَجُّ بِغَيْرِ نِيَّةٍ يَقْصِدُهُ الْمُحْرِمُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي قَيْسُ بْنُ مُسْلِمٍ ، قَالَ : سَمِعْتُ طَارِقَ بْنَ شِهَابٍ ، قَالَ : قَالَ أَبُو مُوسَى : أَقْبَلْتُ مِنَ الْيَمَنِ وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُنِيخٌ بِالْبَطْحَاءِ حَيْثُ حَجَّ ، فَقَالَ : أَحَجَجْتَ ؟ قُلْتُ : نَعَمْ ، قَالَ : كَيْفَ قُلْتَ ؟ قَالَ : قُلْتُ لَبَّيْكَ بِإِهْلاَلٍ كَإِهْلاَلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَطُفْ بِالْبَيْتِ وَبِالصَّفَا وَالْمَرْوَةِ ، وَأَحِلَّ فَفَعَلْتُ ثُمَّ أَتَيْتُ امْرَأَةً فَفَلَتْ رَأْسِي ، فَجَعَلْتُ أُفْتِي النَّاسَ بِذَلِكَ ، حَتَّى كَانَ فِي خِلاَفَةِ عُمَرَ ، فَقَالَ لَهُ رَجُلٌ : يَا أَبَا مُوسَى رُوَيْدَكَ بَعْضَ فُتْيَاكَ فَإِنَّكَ لاَ تَدْرِي مَا أَحْدَثَ أَمِيرُ الْمُؤْمِنِينَ فِي النُّسُكِ بَعْدَكَ ، قَالَ أَبُو مُوسَى : يَا أَيُّهَا النَّاسُ مَنْ كُنَّا أَفْتَيْنَاهُ فَلْيَتَّئِدْ ، فَإِنَّ أَمِيرَ الْمُؤْمِنِينَ قَادِمٌ عَلَيْكُمْ ، فَأْتَمُّوا بِهِ ، وَقَالَ عُمَرُ : إِنْ نَأْخُذْ بِكِتَابِ اللهِ فَإِنَّهُ يَأْمُرُنَا بِالتَّمَامِ ، وَإِنْ نَأْخُذْ بِسُنَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَإِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لَمْ يَحِلَّ حَتَّى بَلَغَ الْهَدْيُ مَحِلَّهُ.

“Rəvayət edilir ki, Əbu Musa ﵁ demişdir: “Yəməndən təzə gəlmişdim. Allah Elçisi ﷺ isə həcc etmək üçün yola çıxıb əl-Bətha deyilən yerdə idi və mənə dedi: “Həcc üçün niyyət etmisənmi?” Mən: “Bəli” dedim. O dedi: “(Niyyət etdikdə) nə dedin?” Mən dedim: “Peyğəmbər ﷺ nə üçün ehrama giribsə, mən də onun üçün ehrama girib niyyət etdim”. Peyğəmbər ﷺ buyurdu: “Kəbəni təvaf et, Səfa və Mərva arasında səy et və ehramdan çıx!” Onun dediklərini etdim, qadınımın yanına gəldim, saçımı daradı. Ömərin xəlifəliyi dövrünə qədər insanlara həcc ilə əlaqəli suallara bu şəkildə fətva verirdim. Bir kişi mənə dedi: “Ey Əbu Musa, ehtiyatlı ol! Yəqin ki, möminlərin əmirinin həccə aid yeni əmrini bilmirsən”. Mən də insanlara dedim: “Ey insanlar, mənim həccə aid dediklərimi etməkdə tələsməyin. Möminlərin əmiri gəldikdə onun dediyini edin!” Xəlifə gəldikdə dedim: “Ey möminlərin əmiri, həcc mövzusuna dair yeni əmriniz nədir?” Ömər gəldikdə dedi: “Əgər Allahın Kitabına baxsaq, orada Allah “Allah üçün həcc və ümrəni tam yerinə yetirin...” (əl-Bəqərə, 196) buyurur. Peyğəmbərin ﷺ sünnəsinə baxdıqda Peyğəmbər ﷺ buyurur: “Qurban kəsilənə qədər ehramlı ehramdan çıxmırdı”.”

Əbu Musa
SəhihNəsəi, 2742 (Həcc, 124)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ عَلِيًّا قَدِمَ مِنَ الْيَمَنِ بِهَدْيٍ ، وَسَاقَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْمَدِينَةِ هَدْيًا ، قَالَ لِعَلِيٍّ : بِمَا أَهْلَلْتَ ؟ قَالَ : قُلْتُ اللَّهُمَّ إِنِّي أُهِلُّ بِمَا أَهَلَّ بِهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَمَعِيَ الْهَدْيُ ، قَالَ : فَلاَ تَحِلَّ.

“Rəvayət edilir ki, Cəfər ibn Muhəmməd ﵀ demişdir: “Atam deyir ki, biz Cabir ibn Abdullahın yanına getdik və ona Peyğəmbərin ﷺ həcci haqda sual verdik. Cabir bizə danışdı ki, Əli Yəməndən qurbanlıq bir heyvan gətirmişdi. Allah Elçisi ﷺ onu Mədinədən qurbanlıq kimi göndərdi. Bu arada Peyğəmbər ﷺ Əliyə dedi: “Ehrama necə girdin?” Əli dedi: “Allahım, Allah Elçisi ﷺ ehrama hansı niyyətlə girdisə, mən də o niyyətlə girdim” dedim, yanımda da qurbanım var”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə ehramdan çıxma!””

Cəfər ibn Muhəmməd
SəhihNəsəi, 2743 (Həcc, 125)

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : عَطَاءٌ ، قَالَ جَابِرٌ : قَدِمَ عَلِيٌّ مِنْ سِعَايَتِهِ ، فَقَالَ لَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : بِمَا أَهْلَلْتَ يَا عَلِيُّ ؟ قَالَ : بِمَا أَهَلَّ بِهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَاهْدِ ، وَامْكُثْ حَرَامًا كَمَا أَنْتَ قَالَ : وَأَهْدَى عَلِيٌّ لَهُ هَدْيًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Əli zəkat yığmaq işindən qayıtmışdı. Peyğəmbər ﷺ ona dedi: “Ehrama hansı niyyətlə girdin, ey Əli?” Əli dedi: “Peyğəmbər ﷺ ehrama girdiyi niyyətlə ehrama girdim”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə qurbanı göndər və ehramlı olan vəziyyətdə qal”. Əli də qurbanını göndərdi”.”

Cabir
SəhihNəsəi, 2744 (Həcc, 126)

أَخْبَرَنِي أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنِي يَحْيَى بْنُ مَعِينٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : حَدَّثَنَا يُونُسُ بْنُ أَبِي إِسْحَاقَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الْبَرَاءِ قَالَ : كُنْتُ مَعَ عَلِيٍّ حِينَ اَمَّرَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْيَمَنِ فَأَصَبْتُ مَعَهُ أَوَاقِيَ ، فَلَمَّا قَدِمَ عَلِيٌّ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ عَلِيٌّ وَجَدْتُ فَاطِمَةَ قَدْ نَضَحَتِ الْبَيْتَ بِنَضُوحٍ قَالَ فَتَخَطَّيْتُهُ فَقَالَتْ لِي مَا لَكَ فَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ أَمَرَ أَصْحَابَهُ فَأَحَلُّوا قَالَ قُلْتُ اِنِّي أَهْلَلْتُ بِإِهْلاَلِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ ، فَأَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لِي كَيْفَ صَنَعْتَ قُلْتُ إِنِّي أَهْلَلْتُ بِمَا أَهْلَلْتَ قَالَ : فَإِنِّي قَدْ سُقْتُ الْهَدْىَ وَقَرَنْتُ.

“Rəvayət edilir ki, əl-Bəra ﵁ demişdir: “Peyğəmbər ﷺ Əlini Yəmənə əmir təyin etdiyi vaxt mən də Əlinin yanında idim. Ondan sonra mal-dövlətim çoxaldı. Əli Yəməndən Peyğəmbərin ﷺ yanına qayıtdı. Əli deyir: “Evə gəlib gördüm ki, Fatimə evin bütün künclərinə ətir vurub. Onun üstünə getdim. Fatimə dedi: “Sənə nə olub? Allah Elçisi ﷺ səhabələrinə belə etməyi əmr etdi. Onlar da ehramdan çıxıb belə etdilər”. Mən də: “Peyğəmbərin ﷺ niyyət etdiyinə niyyət edib ehrama girdim” deyib Peyğəmbərin ﷺ yanına gəldim. Peyğəmbər ﷺ mənə dedi: “Necə niyyət edərək ehrama girdin?” Mən dedim: “Sən nəyə niyyət etdinsə, mən də eyni cür niyyət etdim”. Peyğəmbər ﷺ buyurdu: “Elə isə mən qurban göndərdim və Qiran həccinə niyyət etdim”.”

əl-Bəra
SəhihNəsəi, 2745 (Həcc, 127)

Fəsil 53

Ümrəyə niyyət edərək ehrama girən şəxs həcc edə bilərmi?

إِذَا أَهَلَّ بِعُمْرَةٍ هَلْ يَجْعَلُ مَعَهَا حَجًّا

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، أَنَّ ابْنَ عُمَرَ ، أَرَادَ الْحَجَّ عَامَ نَزَلَ الْحَجَّاجُ ، بَابْنِ الزُّبَيْرِ فَقِيلَ لَهُ : إِنَّهُ كَائِنٌ بَيْنَهُمْ قِتَالٌ ، وَأَنَا أَخَافُ أَنْ يَصُدُّوكَ ، قَالَ : لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ ، أُسْوَةٌ حَسَنَةٌ ، إِذًا أَصْنَعُ كَمَا صَنَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِنِّي أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ عُمْرَةً ثُمَّ خَرَجَ حَتَّى إِذَا كَانَ بِظَاهِرِ الْبَيْدَاءِ ، قَالَ : مَا شَأْنُ الْحَجِّ وَالْعُمْرَةِ إِلاَّ وَاحِدٌ أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ حَجًّا مَعَ عُمْرَتِي وَأَهْدَى هَدْيًا اشْتَرَاهُ بِقُدَيْدٍ ، ثُمَّ انْطَلَقَ يُهِلُّ بِهِمَا جَمِيعًا حَتَّى قَدِمَ مَكَّةَ فَطَافَ بِالْبَيْتِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، وَلَمْ يَزِدْ عَلَى ذَلِكَ ، وَلَمْ يَنْحَرْ ، وَلَمْ يَحْلِقْ ، وَلَمْ يُقَصِّرْ ، وَلَمْ يَحِلَّ مِنْ شَيْءٍ حَرُمَ مِنْهُ حَتَّى كَانَ يَوْمُ النَّحْرِ فَنَحَرَ ، وَحَلَقَ فَرَأَى أَنْ قَدْ قَضَى طَوَافَ الْحَجِّ وَالْعُمْرَةِ بِطَوَافِهِ الأَوَّلِ ، وَقَالَ ابْنُ عُمَرَ : كَذَلِكَ فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Nafi ﵀ rəvayət edir ki, Həccacın Məkkədə İbn əz-Zubeyri mühasirədə saxladığı vaxt İbn Ömər həcc etmək istədi. Mən də ona dedim: “Orada onların arasında döyüş gedir, ona görə sənin həcc etməyinə mane olacaqlarından qorxuram”. O dedi: “Allahın Elçisində sizin üçün gözəl nümunə var. O, nə edibsə, biz də onu edəcəyik. Mən ümrə edəcəyimə sizi şahid tuturam”. Sonra yola düşdü. əl-Beyda deyilən tərəfə gəldikdə: “Həcc də ümrə də eyni şeydir. Ona görə həcc ilə ümrəni birlikdə edəcəyəm” dedi və Qudeyddən aldığı qurbanı Məkkəyə göndərdi. Özü isə ümrə və həcc etmək üçün ehrama girib yola düşdü. Məkkəyə gəldikdə Kəbəni təvaf etdi, Səfa və Mərva arasında səy etdikdən sonra başqa heç nə etmədi. Nə qurban kəsdi, nə saçını qırxdı, nə də saçını qısaltdı. Bayram gününə qədər ehramlı olana haram olan heç nəyi etmədi. Bayram günü isə qurbanını kəsdi, başını qırxdırdı, həcc və ümrə təvafını bir dəfədə etdi. Sonra İbn Ömər dedi: “Allah Elçisi ﷺ belə etmişdir”.”

Nafi
SəhihNəsəi, 2746 (Həcc, 128)

Fəsil 54

Təlbiyə necə deyilir?

كَيْفَ التَّلْبِيَةُ

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، قَالَ : إِنَّ سَالِمًا ، أَخْبَرَنِي أَنَّ أَبَاهُ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهِلُّ يَقُولُ : لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ ، لاَ شَرِيكَ لَكَ وَإِنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ كَانَ يَقُولُ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَرْكَعُ بِذِي الْحُلَيْفَةِ رَكْعَتَيْنِ ، ثُمَّ إِذَا اسْتَوَتْ بِهِ النَّاقَةُ قَائِمَةً عِنْدَ مَسْجِدِ ذِي الْحُلَيْفَةِ ، أَهَلَّ بِهَؤُلاَءِ الْكَلِمَاتِ.

“Səlim ﵀ rəvayət edir ki, atası (İbn Ömər) demişdir: “Mən Allah Elçisinin ﷺ ehrama girərkən belə dediyini eşitdim: “Ləbbeyk, Alla:hummə ləbbeyk! Ləbbeyk lə: şəri:kə ləkə ləbbeyk! İnnəl-həmdə van-ni'mətə ləkə val-mulkə, lə: şəri:kə lək!” Abdullah ibn Ömər belə deyərdi: “Allah Elçisi ﷺ Zul-Huleyfədə iki rükət namaz qıldı. Sonra dəvəsinin üstündə Zul-Huleyfə məscidinin yanında yuxarıda qeyd edilən kəlmələri deyərək ehrama girdi”.”

Səlim
SəhihNəsəi, 2747 (Həcc, 129)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ زَيْدًا ، وَأَبَا بَكْرٍ ابْنَيْ مُحَمَّدِ بْنِ زَيْدٍ أَنَّهُمَا ، سَمِعَا نَافِعًا ، يُحَدِّثُ عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ كَانَ يَقُولُ : لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ ، لاَ شَرِيكَ لَكَ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə deyirdi: “Ləbbeyk, Alla:hummə ləbbeyk! Ləbbeyk lə: şəri:kə ləkə ləbbeyk! İnnəl-həmdə van-ni'mətə ləkə val-mulkə, lə: şəri:kə lək!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 2748 (Həcc, 130)

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، قَالَ : تَلْبِيَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ لَبَّيْكَ ، لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ ، لاَ شَرِيكَ لَكَ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ təlbiyəni belə dedi: “Ləbbeyk, Alla:hummə ləbbeyk! Ləbbeyk lə: şəri:kə ləkə ləbbeyk! İnnəl-həmdə van-ni'mətə ləkə val-mulkə, lə: şəri:kə lək!””

Abdullah ibn Ömər
SəhihNəsəi, 2749 (Həcc, 131)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا أَبُو بِشْرٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَتْ تَلْبِيَةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمُلْكَ ، لاَ شَرِيكَ لَكَ وَزَادَ فِيهِ ابْنُ عُمَرَ : لَبَّيْكَ لَبَّيْكَ وَسَعْدَيْكَ ، وَالْخَيْرُ فِي يَدَيْكَ ، وَالرَّغْبَاءُ إِلَيْكَ ، وَالْعَمَلُ.

“Ubeydullah ibn Abdullah ibn Ömər atasının ﵄ belə dediyini rəvayət etmişdir: “Allah Elçisinin ﷺ təlbiyə deməsi belə idi: “Ləbbeyk, Alla:hummə ləbbeyk. Ləbbeyk lə: şəri:kə ləkə ləbbeyk, innəl-həmdə van-nimətə ləkə val-mulkə, lə: şəri:kə lək!” İbn Ömər bu əlavəni etmişdir: “Ləbbeyk, ləbbeyk, va səadeyk, val-xayru fi: yədeyk, var-rağbə:u ileyk, val-aməl!””

Ubeydullah ibn Abdullah ibn Ömər atasından
SəhihNəsəi, 2750 (Həcc, 132)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَبَانَ بْنِ تَغْلِبَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، قَالَ : كَانَ مِنْ تَلْبِيَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ لاَ شَرِيكَ لَكَ لَبَّيْكَ ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Peyğəmbərin ﷺ təlbiyə deməsi belə idi: “Ləbbeyk, Alla:hummə ləbbeyk! Ləbbeyk lə: şəri:kə ləkə ləbbeyk, innəl-həmdə van-nimətə ləkə!””

Abdullah ibn Məsud
SəhihNəsəi, 2751 (Həcc, 133)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حُمَيْدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ الْفَضْلِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : كَانَ مِنْ تَلْبِيَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لَبَّيْكَ إِلَهَ الْحَقِّ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ أَعْلَمُ أَحَدًا أَسْنَدَ هَذَا ، عَنْ عَبْدِ اللهِ بْنِ الْفَضْلِ ، إِلاَّ عَبْدَ الْعَزِيزِ ، رَوَاهُ إِسْمَعِيلُ بْنُ أُمَيَّةَ عَنْهُ مُرْسَلاً.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Peyğəmbərin ﷺ təlbiyə deməsi belə idi: “Ləbbeyk, ilə:həl-haqq!””

Əbu Hureyra
SəhihNəsəi, 2752 (Həcc, 134)

Fəsil 55

Təlbiyəni uca səslə demək

رَفْعُ الصَّوْتِ بِالإِهْلاَلِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ خَلاَّدِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : جَاءَنِي جِبْرِيلُ فَقَالَ لِي : يَا مُحَمَّدُ مُرْ أَصْحَابَكَ أَنْ يَرْفَعُوا أَصْوَاتَهُمْ بِالتَّلْبِيَةِ.

“Xalləd ibn əs-Səib atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Cəbrail mənim yanıma gəldi və dedi: “Ey Muhəmməd, səhabələrinə əmr et ki, təlbiyəni uca səslə desinlər”.”

Xalləd ibn əs-Səib atasından
SəhihNəsəi, 2753 (Həcc, 135)

Fəsil 56

Ehrama girdikdə edilən əməl

الْعَمَلُ فِي الإِهْلاَلِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا عَبْدُ السَّلاَمِ ، عَنْ خُصَيْفٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَهَلَّ فِي دُبُرِ الصَّلاَةِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ namazdan sonra ehrama girdi.”

İbn Abbas
ZəifNəsəi, 2754 (Həcc, 136)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، أَنْبَأَنَا النَّضْرُ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَنَسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى الظُّهْرَ بِالْبَيْدَاءِ ثُمَّ رَكِبَ ، وَصَعِدَ جَبَلَ الْبَيْدَاءِ ، وَأَهَلَّ بِالْحَجِّ وَالْعُمْرَةِ حِينَ صَلَّى الظُّهْرَ.

“Ənəs ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ “əl-Beyda” adlı yerdə Zöhr namazını qıldı, miniyinə minib əl-Beyda dağına qalxdı. Zöhr namazını qıldıqdan sonra həcc və ümrə niyyəti ilə ehrama girdi”.”

Ənəs
ZəifNəsəi, 2755 (Həcc, 137)

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، قَالَ : سَمِعْتُ جَعْفَرَ بْنَ مُحَمَّدٍ يُحَدِّثُ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ فِي حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا أَتَى ذَا الْحُلَيْفَةِ ، صَلَّى وَهُوَ صَامِتٌ حَتَّى أَتَى الْبَيْدَاءَ.

“Rəvayət edilir ki, Cabir ﵁ Peyğəmbərin ﷺ həcci haqda dedi ki, Peyğəmbər ﷺ Zul-Huleyfəyə gəldikdə namaz qıldı. əl-Beyda deyilən yerə gələnə qədər də susdu.”

Cabir
SəhihNəsəi, 2756 (Həcc, 138)

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ حَاتِمِ بْنِ إِسْمَاعِيلَ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ سَالِمٍ ، أَنَّهُ سَمِعَ أَبَاهُ ، يَقُولُ : بَيْدَاؤُكُمْ هَذِهِ الَّتِي تَكْذِبُونَ فِيهَا عَلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَا أَهَلَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِلاَّ مِنْ مَسْجِدِ ذِي الْحُلَيْفَةِ.

“Rəvayət edilir ki, Səlim atasının ﵁ belə dediyini eşitmişdir: “Beyda adlı yerdə olan halınızla Allah Elçisini ﷺ inkar edirsiniz. Allah Elçisi ﷺ Zul-Huleyfə məscidindən başqa heç yerdə ehrama girmədi”.”

Səlim atasından
SəhihNəsəi, 2757 (Həcc, 139)

أَخْبَرَنِي عِيسَى بْنُ إِبْرَاهِيمَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ سَالِمَ بْنَ عَبْدِ اللهِ أَخْبَرَهُ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَرْكَبُ رَاحِلَتَهُ بِذِي الْحُلَيْفَةِ ثُمَّ يُهِلُّ ، حِينَ تَسْتَوِي بِهِ قَائِمَةً.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisini ﷺ Zul-Huleyfədə miniyinə minərkən gördüm. Miniyə qalxarkən təlbiyə gətirməyə başladı”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2758 (Həcc, 140)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي صَالِحُ بْنُ كَيْسَانَ (ح) وَأَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا إِسْحَاقُ ، يَعْنِي ابْنَ يُوسُفَ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ أَنَّهُ كَانَ يُخْبِرُ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَهَلَّ حِينَ اسْتَوَتْ بِهِ رَاحِلَتُهُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ miniyinə minərkən təlbiyə gətirməyə başlayardı.”

İbn Ömər
SəhihNəsəi, 2759 (Həcc, 141)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ عُبَيْدِ اللهِ ، وَابْنِ جُرَيْجٍ ، وَابْنِ إِسْحَاقَ ، وَمَالِكِ بْنُ أَنَسٍ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ عُبَيْدِ بْنِ جُرَيْجٍ ، قَالَ : قُلْتُ لاِبْنِ عُمَرَ : رَأَيْتُكَ تُهِلُّ إِذَا اسْتَوَتْ بِكَ نَاقَتُكَ ، قَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُهِلُّ إِذَا اسْتَوَتْ بِهِ نَاقَتُهُ وَانْبَعَثَتْ.

“Rəvayət edilir ki, Ubeyd ibn Cureyc ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Dəvənin səni qaldırıb apararkən təlbiyə gətirdiyini gördüm”. İbn Ömər dedi: “Mən də Allah Elçisinin ﷺ dəvə dikəlib yola düşdükdə təlbiyə gətirdiyini görmüşəm”.”

Ubeyd ibn Cureyc
SəhihNəsəi, 2760 (Həcc, 142)

Fəsil 57

Nifaslı qadınların ehrama girməsi

إِهْلاَلُ النُّفَسَاءِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : أَقَامَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تِسْعَ سِنِينَ ، لَمْ يَحُجَّ ، ثُمَّ أَذَّنَ فِي النَّاسِ بِالْحَجِّ ، فَلَمْ يَبْقَ أَحَدٌ يَقْدِرُ أَنْ يَأْتِيَ رَاكِبًا ، أَوْ رَاجِلاً إِلاَّ قَدِمَ ، فَتَدَارَكَ النَّاسُ لِيَخْرُجُوا مَعَهُ حَتَّى جَاءَ ذَا الْحُلَيْفَةِ فَوَلَدَتْ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ ، فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : اغْتَسِلِي ، وَاسْتَثْفِرِي بِثَوْبٍ ، ثُمَّ أَهِلِّي فَفَعَلَتْ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Allah Elçisi ﷺ doqquz il həcc etməmişdi. Sonra insanlara həcc edəcəyini bildirdi. Minikli və piyada getməyə gücü çatan hər kəs Allah Elçisi ﷺ ilə birlikdə həcc etmək üçün Mədinəyə axışıb Allah Elçisi ﷺ ilə yola çıxdılar. Onlar Zul-Huleyfəyə çatdıqda Əsma bint Umeys Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Əsma Allah Elçisinə ﷺ xəbər göndərdikdə Allah Elçisi ﷺ buyurdu: “Qüsl al, bir bez parçadan istifadə et və ehrama gir!” Əsma da onun dediyini etdi”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2761 (Həcc, 143)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا إِسْمَعِيلُ وَهُوَ ابْنُ جَعْفَرٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ رَضِيَ اللَّهُ عَنْهُ ، قَالَ : نَفَسَتْ أَسْمَاءُ بِنْتُ عُمَيْسٍ مُحَمَّدَ بْنَ أَبِي بَكْرٍ ، فَأَرْسَلَتْ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَسْأَلُهُ كَيْفَ تَفْعَلُ ؟ فَأَمَرَهَا أَنْ تَغْتَسِلَ ، وَتَسْتَثْفِرَ بِثَوْبِهَا ، وَتُهِلَّ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Əsma bint Umeys Muhəmməd ibn Əbu Bəkri dünyaya gətirdi. Əsma Allah Elçisinə ﷺ ondan nə edəcəyi haqda soruşmaq üçün xəbər göndərdikdə Allah Elçisi ﷺ ona qüsl almağı, bir bez parçasından istifadə etməyi və ehrama girməyi əmr etdi.”

Cabir
SəhihNəsəi, 2762 (Həcc, 144)

Fəsil 58

Ümrə niyyəti ilə ehramda olanın heyz olduqda həcci buraxmaqdan qorxması

فِي الْمُهِلَّةِ بِالْعُمْرَةِ تَحِيضُ وَتَخَافُ فَوْتَ الْحَجِّ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : أَقْبَلْنَا مُهِلِّينَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِحَجٍّ مُفْرَدٍ ، وَأَقْبَلَتْ عَائِشَةُ مُهِلَّةً بِعُمْرَةٍ حَتَّى إِذَا كُنَّا بِسَرِفَ ، عَرَكَتْ حَتَّى إِذَا قَدِمْنَا طُفْنَا بِالْكَعْبَةِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، فَأَمَرَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَنْ يَحِلَّ مِنَّا مَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ ، قَالَ : فَقُلْنَا حِلُّ مَاذَا ؟ قَالَ : الْحِلُّ كُلُّهُ فَوَاقَعْنَا النِّسَاءَ ، وَتَطَيَّبْنَا بِالطِّيبِ ، وَلَبِسْنَا ثِيَابَنَا وَلَيْسَ بَيْنَنَا وَبَيْنَ عَرَفَةَ إِلاَّ أَرْبَعُ لَيَالٍ ، ثُمَّ أَهْلَلْنَا يَوْمَ التَّرْوِيَةِ ، ثُمَّ دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى عَائِشَةَ فَوَجَدَهَا تَبْكِي ، فَقَالَ : مَا شَأْنُكِ ؟ فَقَالَتْ : شَأْنِي أَنِّي قَدْ حِضْتُ ، وَقَدْ حَلَّ النَّاسُ ، وَلَمْ أُحْلِلْ ، وَلَمْ أَطُفْ بِالْبَيْتِ ، وَالنَّاسُ يَذْهَبُونَ إِلَى الْحَجِّ الآنَ ، فَقَالَ : إِنَّ هَذَا أَمْرٌ كَتَبَهُ اللَّهُ عَلَى بَنَاتِ آدَمَ ، فَاغْتَسِلِي ، ثُمَّ أَهِلِّي بِالْحَجِّ فَفَعَلَتْ ، وَوَقَفَتِ الْمَوَاقِفَ حَتَّى إِذَا طَهُرَتْ طَافَتْ بِالْكَعْبَةِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ قَالَ : قَدْ حَلَلْتِ مِنْ حَجَّتِكِ ، وَعُمْرَتِكِ جَمِيعًا فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنِّي أَجِدُ فِي نَفْسِي أَنِّي لَمْ أَطُفْ بِالْبَيْتِ حَتَّى حَجَجْتُ ، قَالَ : فَاذْهَبْ بِهَا يَا عَبْدَ الرَّحْمَنِ فَأَعْمِرْهَا مِنَ التَّنْعِيمِ وَذَلِكَ لَيْلَةَ الْحَصْبَةِ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “İfrad həccini etmək üçün Allah Elçisi ﷺ ilə birlikdə idik. Aişə isə ehrama ümrə niyyəti ilə girmişdi və Sərif adlı yerə çatdıqda heyz oldu. Biz Kəbəni təvaf etdik, Səfa və Mərva arasında səy etdik. Allah Elçisi ﷺ bizə əmr edərək dedi: “Özü ilə qurban gətirməyənlər ehramdan çıxsınlar”. Biz dedik: “Hansı ehramdan?” O dedi: “Hamısından”. Biz də bundan sonra qadınlarımızla birlikdə olduq, gözəl ətirlərlə ətirləndik və paltarlarımızı geyindik. Arafaya getməyə yalnız dörd gecə qalmışdı. Tərviyə günü yenidən ehrama girdik. Allah Elçisi ﷺ Aişənin yanına gəldikdə onun ağladığını gördü və dedi: “Nə olub?” Aişə dedi: “Heyz olmuşam. Hamı ehramdan çıxdı, mən isə çıxmadım, təvaf etmədim. İndi hamı həcc etməyə gedir”. Allah Elçisi ﷺ buyurdu: “Bu, Allahın ﷿ Adəm qızları üçün əzəldən müəyyən etdiyi bir işdir. Buna görə də sən qüsl al və həcc niyəti ilə ehrama gir!” Aişə onun dediyi kimi etdi. Dayanılan yerlərdə dayandı, təmizləndikdən sonra Kəbəni təvaf etdi, Səfa və Mərva arasında da səy etdi. Bütün bunlardan sonra Peyğəmbər ﷺ buyurdu: “Həccin də, ümrən də yerinə yetirildi”. Aişə dedi: “Ey Allahın Elçisi, həcc edilənə qədər Kəbəni təvaf etmədiyimə görə özümdə naqislik hiss edirəm”. Allah Elçisi ﷺ Əbu Abdur-Rahmənə (Əbu Bəkrə) buyurdu: “Minadan qayıtdığın gecə Tənim adlı yerdə ehrama girsin və ona ümrə elətdir!” Bu hadisə Minadan enəndə əl-Həsbə günü baş vermişdir”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2763 (Həcc, 145)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، فَأَهْلَلْنَا بِعُمْرَةٍ ، ثُمَّ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ كَانَ مَعَهُ هَدْيٌ ، فَلْيُهْلِلْ بِالْحَجِّ مَعَ الْعُمْرَةِ ثُمَّ لاَ يَحِلَّ ، حَتَّى يَحِلَّ مِنْهُمَا جَمِيعًا ، فَقَدِمْتُ مَكَّةَ ، وَأَنَا حَائِضٌ ، فَلَمْ أَطُفْ بِالْبَيْتِ ، وَلاَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، فَشَكَوْتُ ذَلِكَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : انْقُضِي رَأْسَكِ ، وَامْتَشِطِي ، وَأَهِلِّي بِالْحَجِّ ، وَدَعِي الْعُمْرَةَ فَفَعَلْتُ ، فَلَمَّا قَضَيْتُ الْحَجَّ ، أَرْسَلَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَعَ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرٍ إِلَى التَّنْعِيمِ ، فَاعْتَمَرْتُ ، قَالَ : هَذِهِ مَكَانُ عُمْرَتِكِ ، فَطَافَ الَّذِينَ أَهَلُّوا بِالْعُمْرَةِ بِالْبَيْتِ ، وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ حَلُّوا ، ثُمَّ طَافُوا طَوَافًا آخَرَ بَعْدَ أَنْ رَجَعُوا مِنْ مِنًى لِحَجِّهِمْ ، وَأَمَّا الَّذِينَ جَمَعُوا الْحَجَّ وَالْعُمْرَةَ ، فَإِنَّمَا طَافُوا طَوَافًا وَاحِدًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Vida həccində biz Allah Elçisi ﷺ ilə birlikdə yola çıxmışdıq. Biz ümrə niyyəti ilə ehrama girdik. Sonra Allah Elçisi ﷺ buyurdu: “Kim yanında qurbanlıq heyvan gətiribsə, həcc ilə birlikdə ümrəni də niyyət edərək ehrama girsin, ikisini də bitirməyənə qədər ehramdan çıxmasın”. Məkkəyə gəldikdə mən heyz oldum. Nə Kəbəni təvaf edə bildim, nə də Səfa və Mərva arasında səy edə bildim. Bu vəziyyətdən Allah Elçisinə ﷺ şikayət etdikdə o belə dedi: “Hörükləri açıb saçını dara, həcc niyyəti ilə ehrama gir, ümrəni tərk et!” Mən onun dediklərini etdim, həcci bitirdikdən sonra Peyğəmbər ﷺ məni Abdur-Rahmən ibn Əbu Bəkrlə birlikdə Tənim adlı yerə göndərdi. Mən ümrəni oradan etdim. Abdur-Rahmən dedi: “Bura sənin ümrə edəcəyin yerdir”. Sonra ümrə niyyəti ilə ehrama girənlər ümrə etmək üçün Kəbəni təvaf etdilər, Səfa və Mərva arasında da səy etdilər, sonra isə ehramdan çıxdılar. Sonra Minadan qayıdaraq həcc niyyətilə təvaf etdilər, həcc və ümrə niyyəti ilə birlikdə ehrama girənlər yalnız bir dəfə təvaf etdilər”.”

Aişə
SəhihNəsəi, 2764 (Həcc, 146)

Fəsil 59

Həcc edərkən niyyətdə şərt qoymaq

الاِشْتِرَاطُ فِي الْحَجِّ

أَخْبَرَنَا هَارُونُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا حَبِيبٌ ، عَنْ عَمْرِو بْنِ هَرِمٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، وَعِكْرِمَةُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ ضُبَاعَةَ أَرَادَتِ الْحَجَّ ، فَأَمَرَهَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنْ تَشْتَرِطَ ، فَفَعَلَتْ ، عَنْ أَمْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir dəfə Dubəa həcc etmək istədi Peyğəmbər ﷺ ona şərt qoyaraq həcc etmək əmrini verdi. O da Allah Elçisinin ﷺ əmrini yerinə yetirdi.”

İbn Abbas
SəhihNəsəi, 2765 (Həcc, 147)

Fəsil 60

Həcc edərkən niyyətdə şərt qoyanda nə deyilir?

كَيْفَ يَقُولُ إِذَا اشْتَرَطَ

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا أَبُو النُّعْمَانِ ، قَالَ : حَدَّثَنَا ثَابِتُ بْنُ يَزِيدَ الأَحْوَلُ ، قَالَ : حَدَّثَنَا هِلاَلُ بْنُ خَبَابٍ ، قَالَ : سَأَلْتُ سَعِيدَ بْنَ جُبَيْرٍ ، عَنِ الرَّجُلِ يَحُجُّ يَشْتَرِطُ ؟ قَالَ : الشَّرْطُ بَيْنَ النَّاسِ فَحَدَّثْتُهُ ، حَدِيثَهُ يَعْنِي عِكْرِمَةَ فَحَدَّثَنِي ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ ضُبَاعَةَ بِنْتَ الزُّبَيْرِ بْنِ عَبْدِ الْمُطَّلِبِ أَتَتِ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنِّي أُرِيدُ الْحَجَّ فَكَيْفَ أَقُولُ ؟ قَالَ : قُولِي ، لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، وَمَحِلِّي مِنَ الأَرْضِ حَيْثُ تَحْبِسُنِي ، فَإِنَّ لَكِ عَلَى رَبِّكِ مَا اسْتَثْنَيْتِ.

“Rəvayət edilir ki, Hilal ibn Xabbab ﵀ demişdir: “Mən Səid ibn Cubeyrdən şərt ilə həcc edən adam haqda soruşdum. O dedi: “Şərt insanlar arasında olur”. Mən də ona İkrimənin hadisəsini danışdım. Səid İbn Abbasdan rəvayət etdi ki, bir dəfə Dubəa bint əz-Zubeyr ibn Abdul-Muttalib Peyğəmbərin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən həcc etmək istəyirəm, nə deməliyəm?” Allah Elçisi ﷺ buyurdu: “De: “Ləbbeyk, Alla:hummə ləbbeyk! Ehramdan çıxacağım yer həcc etməyimə mane olan hər hansı bir yerdir”. Rəbbinə belə bir şərt qoşmağın sənin üçün daha yaxşıdır”.”

Hilal ibn Xabbab
SəhihNəsəi, 2766 (Həcc, 148)

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَنْبَأَنَا أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ طَاوُوسًا ، وَعِكْرِمَةَ ، يُخْبِرَانِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : جَاءَتْ ضُبَاعَةُ بِنْتُ الزُّبَيْرِ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَتْ : يَا رَسُولَ اللهِ إِنِّي امْرَأَةٌ ثَقِيلَةٌ ، وَإِنِّي أُرِيدُ الْحَجَّ فَكَيْفَ تَأْمُرُنِي أَنْ أُهِلَّ ؟ قَالَ : أَهِلِّي وَاشْتَرِطِي ، إِنَّ مَحِلِّي حَيْثُ حَبَسْتَنِي.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Dubəa bint əz-Zubeyr Allah Elçisinin ﷺ yanına gələrək dedi: “Ey Allahın Elçisi, mən çəkisi ağır (kök) qadınam və həcc etmək istəyirəm. Ehrama girərkən mənə nə deməyi əmr edirsən?” Allah Elçisi ﷺ buyurdu: “De: “Həcc üçün ehrama girib çıxacağım yer, xəstəliyimə görə məni saxladığın yerdir”.”

İbn Abbas
SəhihNəsəi, 2767 (Həcc, 149)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، وَعَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى ضُبَاعَةَ فَقَالَتْ : يَا رَسُولَ اللهِ ، إِنِّي شَاكِيَةٌ ، وَإِنِّي أُرِيدُ الْحَجَّ ، فَقَالَ لَهَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : حُجِّي ، وَاشْتَرِطِي إِنَّ مَحِلِّي حَيْثُ تَحْبِسُنِي قَالَ إِسْحَاقُ : قُلْتُ لِعَبْدِ الرَّزَّاقِ : كِلاَهُمَا عَنْ عَائِشَةَ هِشَامٌ وَالزُّهْرِيُّ ؟ قَالَ : نَعَمْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ أَعْلَمُ أَحَدًا أَسْنَدَ هَذَا الْحَدِيثَ عَنِ الزُّهْرِيِّ غَيْرَ مَعْمَرٍ وَاللَّهُ سُبْحَانَهُ وَتَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Dubəanın yanına gəldi. Dubəa dedi: “Ey Allahın Elçisi, mənim xəstəliyim var və həcc etmək istəyirəm”. Peyğəmbər ﷺ ona buyurdu: “Ehramdan çıxacağım yer xəstəliyimə görə məni saxladığın yerdir” niyyəti ilə şərt qoşaraq həcc et!””

Aişə
SəhihNəsəi, 2768 (Həcc, 150)

Fəsil 61

Şərtli niyyətlə həcci yarımçıq qalan nə etməlidir?

مَا يَفْعَلُ مَنْ حُبِسَ عَنِ الْحَجِّ وَلَمْ يَكُنِ اشْتَرَطَ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، قَالَ : كَانَ ابْنُ عُمَرَ يُنْكِرُ الاِشْتِرَاطَ فِي الْحَجِّ ، وَيَقُولُ : أَلَيْسَ حَسْبُكُمْ سُنَّةُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِنْ حُبِسَ أَحَدُكُمْ عَنِ الْحَجِّ طَافَ بِالْبَيْتِ ، وَبِالصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ حَلَّ مِنْ كُلِّ شَيْءٍ حَتَّى يَحُجَّ عَامًا قَابِلاً ، وَيُهْدِي ، وَيَصُومُ ، إِنْ لَمْ يَجِدْ هَدْيًا.

“Rəvayət edilir ki, Səlim ﵀ demişdir: “İbn Ömər şərtli niyyət ilə həcc etməyi qəbul etməz və belə deyərdi: “Allah Elçisinin ﷺ sünnəsi sizə kifayət etmirmi? Əgər sizdən birinizin həcc etməsinə əngəl yaranarsa, Kəbəni təvaf etsin, Səfa və Mərva arasında səy etsin, gələn il yenidən həcc edənə qədər ehramdan çıxsın. Qurbanı varsa göndərsin, yoxdursa oruc tutsun”.”

Səlim
SəhihNəsəi, 2769 (Həcc, 151)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ أَنَّهُ كَانَ يُنْكِرُ الاِشْتِرَاطَ فِي الْحَجِّ ، وَيَقُولُ : مَا حَسْبُكُمْ سُنَّةُ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِنَّهُ لَمْ يَشْتَرِطْ ، فَإِنْ حَبَسَ أَحَدَكُمْ حَابِسٌ ، فَلْيَأْتِ الْبَيْتَ فَلْيَطُفْ بِهِ ، وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، ثُمَّ لِيَحْلِقْ ، أَوْ يُقَصِّرْ ، ثُمَّ لِيُحْلِلْ ، وَعَلَيْهِ الْحَجُّ مِنْ قَابِلٍ.

“Səlim ﵀ rəvayət edir ki, atası (İbn Ömər) şərtli niyyət ilə həcc etməyi qəbul etməz və belə deyərdi: “Sizin Peyğəmbərin ﷺ sünnəsi sizə kifayət edir. O, yerinə yetirəcəyi həcdə qarşısına bir əngəlin çıxacağına qarşı bir şərt qoymamışdı. Əgər sizdən birinizin həcc etməsinə maneə yaranarsa, Kəbəyə gedib onu təvaf etsin, Səfa və Mərva arasında səy etdikdən sonra saçını qırxıb qısaltsın və ehramdan çıxsın. Həccini isə gələn il etsin”.”

Səlim
SəhihNəsəi, 2770 (Həcc, 152)

Fəsil 62

Qurbanlıq heyvanlara işarə qoyulması

إِشْعَارُ الْهَدْيِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ ثَوْرٍ ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ (ح) وَأَنْبَأَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنِ الْمِسْوَرِ بْنِ مَخْرَمَةَ ، وَمَرْوَانَ بْنِ الْحَكَمِ قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ زَمَنَ الْحُدَيْبِيَةِ فِي بِضْعَ عَشْرَةَ مِئَةً مِنْ أَصْحَابِهِ حَتَّى إِذَا كَانُوا بِذِي الْحُلَيْفَةِ ، قَلَّدَ الْهَدْيَ ، وَأَشْعَرَ وَأَحْرَمَ بِالْعُمْرَةِ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, əl-Misvər ibn Məxramə və Mərvan ibn əl-Həkəm ﵀ demişlər: “Allah Elçisi ﷺ Hudeybiyə vaxtı mindən çox səhabə ilə Məkkəyə doğru yola çıxdı və Zul-Huleyfəyə çatdıqda yanlarında olan qurbanlara işarə üçün boyunlarına ip keçirdilər və ümrə niyyəti ilə ehrama girdilər”.”

əl-Misvər ibn Məxramə və Mərvan ibn əl-Həkəm
SəhihNəsəi, 2771 (Həcc, 153)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنِي أَفْلَحُ بْنُ حُمَيْدٍ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَشْعَرَ بُدْنَهُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ qurbanlıq dəvələrini işarələmişdir.”

Aişə
SəhihNəsəi, 2772 (Həcc, 154)

Fəsil 63

Qurbanlıq heyvanların hansı tərəfinə işarə qoyulur?

أَيَّ الشِّقَّيْنِ يُشْعِرُ

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، عَنْ هُشَيْمٍ ، عَنْ شُعْبَةَ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي حَسَّانَ الأَعْرَجِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَشْعَرَ بُدْنَهُ مِنَ الْجَانِبِ الأَيْمَنِ ، وَسَلَتَ الدَّمَ عَنْهَا ، وَأَشْعَرَهَا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ qurban kəsmək üçün ayrılan dəvələrin hörgüclərinin sağ tərəflərini bıçaqla bir az kəsərək qan axıtdı və o qanı da barmağı ilə yayaraq qurbanlıq olduğuna işarə etdi.”

İbn Abbas
SəhihNəsəi, 2773 (Həcc, 155)

Fəsil 64

Heyvanların üzərindəki qan izinin onların qurbanlıq olduqlarına işarə olması

بَابُ سَلْتِ الدَّمِ عَنِ الْبُدْنِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي حَسَّانَ الأَعْرَجِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا كَانَ بِذِي الْحُلَيْفَةِ ، أَمَرَ بِبَدَنَتِهِ فَأُشْعِرَ فِي سَنَامِهَا مِنَ الشِّقِّ الأَيْمَنِ ، ثُمَّ سَلَتَ عَنْهَا ، وَقَلَّدَهَا نَعْلَيْنِ فَلَمَّا اسْتَوَتْ بِهِ عَلَى الْبَيْدَاءِ أَهَلَّ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Zul-Huleyfəyə gəldikdə qurbanlıq bir dəvə ayrılmasını və dəvənin hörgücünün sağ tərəfinə qurbanlıq olmasını bildirmək üçün çərtərək bir (qan) işarəsinin və həmin qanın qurbanlıq olmasını bildirmək üçün qalmasını əmr etdi. Onun qurbanlıq olmasını bildirmək üçün dəvənin boynuna işarə üçün iki ayaqqabı bağladı və əl-Beyda deyilən yerə gələn kimi ehrama girdi.”

İbn Abbas
SəhihNəsəi, 2774 (Həcc, 156)

Fəsil 65

Qurbanlıq heyvanların boyun ipləri

فتل القلائد

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنِ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ وَعَمْرَةَ بِنْتِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَائِشَةَ أَنَّهَا قَالَتْ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُهْدِي مِنَ الْمَدِينَةِ فَأَفْتِلُ قَلاَئِدَ هَدْيِهِ ، ثُمَّ لاَ يَجْتَنِبُ شَيْئًا مِمَّا يَجْتَنِبُهُ الْمُحْرِمُ

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Mədinədən qurbanlıq heyvan göndərdi. Mən də bu heyvanın qurbanlıq olduğunu bildirən və boynuna işarə üçün taxılan iplər hörərdim. O da ehramsız olan adamların etdiyini edərdi”.”

Aişə
SəhihNəsəi, 2775 (Həcc, 157)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، قَالَ : أَنْبَأَنَا يَزِيدُ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيَبْعَثُ بِهَا ، ثُمَّ يَأْتِي مَا يَأْتِي الْحَلاَلُ قَبْلَ أَنْ يَبْلُغَ الْهَدْيُ مَحِلَّهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurbanlıq heyvanlarının boynuna işarə üçün taxılan ipləri hörərdim. Allah Elçisi ﷺ qurbanıq heyvanlar göndərdiyi yerə çatana qədər ehramsız adam kimi olardı”.”

Aişə
SəhihNəsəi, 2776 (Həcc, 158)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا عَامِرٌ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : إِنْ كُنْتُ لأَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ يُقِيمُ وَلاَ يُحْرِمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurbanlıq heyvanlarının boynuna işarə üçün taxılan ipləri hörərdim. Allah Elçisi ﷺ ehrama girmədən gözləyərdi”.”

Aişə
SəhihNəsəi, 2777 (Həcc, 159)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدٍ الضَّعِيفُ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ الْقَلاَئِدَ لِهَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَيُقَلِّدُ هَدْيَهُ ، ثُمَّ يَبْعَثُ بِهَا ، ثُمَّ يُقِيمُ لاَ يَجْتَنِبُ شَيْئًا مِمَّا يَجْتَنِبُهُ الْمُحْرِمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurbanlıq heyvanlarının boynuna işarə üçün taxılan ipləri hörərdim. O da ipləri qurbanlıq heyvanlarının boyunlarına taxar və onları Məkkəyə göndərər, sonra isə ehramsız adam kimi olardı”.”

Aişə
SəhihNəsəi, 2778 (Həcc, 160)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، عَنْ عَبِيدَةَ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَقَدْ رَأَيْتُنِي أَفْتِلُ قَلاَئِدَ الْغَنَمِ لِهَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ يَمْكُثُ حَلاَلاً.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurbanlıq heyvanlarının boynuna işarə üçün taxılan ipləri hördüyümü bilirəm. Peyğəmbər ﷺ də ehramsız halda gözləyərdi”.”

Aişə
SəhihNəsəi, 2779 (Həcc, 161)

Fəsil 66

Qurbanlıq heyvanların boyun ipləri nədən hörülmüşdü?

مَا يُفْتَلُ مِنْهُ الْقَلاَئِدُ

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ ، يَعْنِي ابْنَ حَسَنٍ ، عَنْ ابْنِ عَوْنٍ ، عَنِ الْقَاسِمِ ، عَنْ أُمِّ الْمُؤْمِنِينَ ، قَالَتْ : أَنَا فَتَلْتُ تِلْكَ الْقَلاَئِدَ مِنْ عِهْنٍ كَانَ عِنْدَنَا ، ثُمَّ أَصْبَحَ فِينَا ، فَيَأْتِي مَا يَأْتِي الْحَلاَلُ مِنْ أَهْلِهِ ، وَمَا يَأْتِي الرَّجُلُ مِنْ أَهْلِهِ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Mən qurbanlıq heyvanlarının boynuna işarə üçün taxılan ipləri bizdə olan yundan hörərdim. Peyğəmbər ﷺ bizim yanımızda sabahlayar, zövcələrinə münasibətdə bir kişi üçün halal olanları edərdi”.”

Möminlərin anası
SəhihNəsəi, 2780 (Həcc, 162)

Fəsil 67

Qurbanlıq heyvana işarə qoyulması

تَقْلِيدُ الْهَدْيِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، حَدَّثَنِي مَالِكٌ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، عَنْ حَفْصَةَ زَوْجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّهَا قَالَتْ : يَا رَسُولَ اللهِ مَا شَأْنُ النَّاسِ قَدْ حَلُّوا بِعُمْرَةٍ وَلَمْ تَحْلِلْ أَنْتَ مِنْ عُمْرَتِكَ ؟ قَالَ : إِنِّي لَبَّدْتُ رَأْسِي وَقَلَّدْتُ هَدْيِي فَلاَ أَحِلُّ حَتَّى أَنْحَرَ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Həfsa ﵂ demişdir: “Ey Allahın Elçisi! Bu insanlara nə olur? Nəyə görə sən ehramdan çıxmamış onlar ehramdan çıxırlar?!” Peyğəmbər ﷺ buyurdu: “Mən uzun müddət ehramda olduğuma görə saçlarımı qırxdım, kəsəcəyim qurbana da işarə vurdum. Ona görə də qurban kəsənə qədər ehramda qalacağam”.”

Həfsa
SəhihNəsəi, 2781 (Həcc, 163)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا مُعَاذٌ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي حَسَّانَ الأَعْرَجِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا أَتَى ذَا الْحُلَيْفَةِ ، أَشْعَرَ الْهَدْيَ فِي جَانِبِ السَّنَامِ الأَيْمَنِ ، ثُمَّ أَمَاطَ عَنْهُ الدَّمَ ، وَقَلَّدَهُ نَعْلَيْنِ ، ثُمَّ رَكِبَ نَاقَتَهُ ، فَلَمَّا اسْتَوَتْ بِهِ الْبَيْدَاءَ ، لَبَّى وَأَحْرَمَ عِنْدَ الظُّهْرِ ، وَأَهَلَّ بِالْحَجِّ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Zul-Huleyfəyə gəldikdə kəsəcəyi qurbanlıq dəvənin hörgücünün sağ tərəfinə qurbanlıq olmasını bildirmək üçün çərtərək işarə qoydu və boynuna ayaqqabı bağladı. Sonra dəvəsinə minərək yola düşdü və əl-Beyda deyilən yerə gələn kimi təlbiyə deyərək ehrama girdi və Zöhr vaxtı həcc etmək üçün niyyət etdi”.”

İbn Abbas
SəhihNəsəi, 2782 (Həcc, 164)

Fəsil 68

Qurbanlıq dəvəyə işarə qoyulması

تَقْلِيدُ الإِبِلِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا قَاسِمٌ وَهُوَ ابْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا أَفْلَحُ ، عَنِ الْقَاسِمِ بْنِ مُحَمَّدٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : فَتَلْتُ قَلاَئِدَ بُدْنِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدَيَّ ، ثُمَّ قَلَّدَهَا ، وَأَشْعَرَهَا وَوَجَّهَهَا إِلَى الْبَيْتِ ، وَبَعَثَ بِهَا ، وَأَقَامَ فَمَا حَرُمَ عَلَيْهِ شَيْءٌ كَانَ لَهُ حَلاَلاً.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurban kəsmək üçün ayırdığı dəvələrin boyunlarına işarə üçün taxılan ipləri hörmüşdüm. Allah Elçisi ﷺ onları dəvələrin boyunlarına bağladı və başqa bir işarə də qoyub Kəbəyə tərəf göndərdi. Həmiçinin qurbanlıq heyvanlar göndərdiyi yerə çatana qədər o, ehramsız adam kimi idi”.”

Aişə
SəhihNəsəi, 2783 (Həcc, 165)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : فَتَلْتُ قَلاَئِدَ بُدْنِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ لَمْ يُحْرِمْ ، وَلَمْ يَتْرُكْ شَيْئًا مِنَ الثِّيَابِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurban kəsmək üçün ayırdığı dəvələrin boyunlarına işarə üçün taxılan ipləri hörürdüm. Sonra Allah Elçisi ﷺ ehrama girmədi və paltarını da çıxarmadı”.”

Aişə
SəhihNəsəi, 2784 (Həcc, 166)

Fəsil 69

Qurbanlıq qoyuna işarə qoyulması

تَقْلِيدُ الْغَنَمِ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مَنْصُورٍ ، قَالَ : سَمِعْتُ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَنَمًا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurban kəsmək üçün ayırdığı qoyunların boyunlarına işarə üçün taxılan ipləri hörərdim”.”

Aişə
SəhihNəsəi, 2785 (Həcc, 167)

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سُلَيْمَانَ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ يُهْدِي الْغَنَمَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ qurban kəsmək üçün qoyun da göndərərdi.”

Aişə
SəhihNəsəi, 2786 (Həcc, 168)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَهْدَى مَرَّةً غَنَمًا ، وَقَلَّدَهَا.

“Aişə ﵂ rəvayət edir ki, bir dəfə Allah Elçisi ﷺ qurban kəsmək üçün qoyunlar göndərmiş və boyunlarına işarə üçün iplər taxmışdı.”

Aişə
SəhihNəsəi, 2787 (Həcc, 169)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَنَمًا ، ثُمَّ لاَ يُحْرِمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurban kəsmək üçün ayırdığı qoyunların boyunlarına işarə üçün taxılan ipləri hörərdim. Peyğəmbər ﷺ onları göndərənə qədər ehrama girməzdi”.”

Aişə
SəhihNəsəi, 2788 (Həcc, 170)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَنَمًا ، ثُمَّ لاَ يُحْرِمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ qurban kəsmək üçün ayırdığı qoyunların boyunlarına işarə üçün taxılan ipləri hörərdim. Peyğəmbər ﷺ onları göndərənə qədər ehrama girməzdi”.”

Aişə
SəhihNəsəi, 2789 (Həcc, 171)

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ عِيسَى ثِقَةٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الصَّمَدِ بْنُ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ مُحَمَّدِ بْنِ جُحَادَةَ (ح) وَأَنْبَأَنَا عَبْدُ الْوَارِثِ بْنُ عَبْدِ الصَّمَدِ بْنِ عَبْدِ الْوَارِثِ ، قَالَ : حَدَّثَنِي أَبُو مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدُ بْنُ جُحَادَةَ ، عَنِ الْحَكَمِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنَّا نُقَلِّدُ الشَّاةَ ، فَيُرْسِلُ بِهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَلاَلاً لَمْ يُحْرِمْ مِنْ شَيْءٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz qurban kəsilməsi üçün göndəriləcək qoyunların boyunlarına işarə üçün taxılan ipləri hörərdik. Allah Elçisi ﷺ ehrama girmədən onları (Məkkəyə) göndərərdi”.”

Aişə
SəhihNəsəi, 2790 (Həcc, 172)

Fəsil 70

Qurbanlıq heyvanın boynuna işarə üçün ayaqqabı asmaq

تَقْلِيدُ الْهَدْيِ نَعْلَيْنِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ الدَّسْتَوَائِيُّ ، عَنْ قَتَادَةَ ، عَنْ أَبِي حَسَّانَ الأَعْرَجِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا أَتَى ذَا الْحُلَيْفَةِ أَشْعَرَ الْهَدْيَ مِنْ جَانِبِ السَّنَامِ الأَيْمَنِ ، ثُمَّ أَمَاطَ عَنْهُ الدَّمَ ، ثُمَّ قَلَّدَهُ نَعْلَيْنِ ، ثُمَّ رَكِبَ نَاقَتَهُ ، فَلَمَّا اسْتَوَتْ بِهِ الْبَيْدَاءَ أَحْرَمَ بِالْحَجِّ ، وَأَحْرَمَ عِنْدَ الظُّهْرِ ، وَأَهَلَّ بِالْحَجِّ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Zul-Huleyfəyə gəldikdə qurbanlıq dəvələrin hörgüclərinin sağ tərəfini bir az kəsərək işarə qoydu. Sonra qanı dayandırdı və qurbanlıq olduğunu bildirmək üçün dəvənin boynuna iki ayaqqabı asdı. Sonra öz dəvəsinə minərək Zöhr vaxtı əl-Beyda deyilən yerə gəldi. Orada həcc niyyəti ilə ehrama girdi və həcc təlbiyəsini dedi”.”

İbn Abbas
SəhihNəsəi, 2791 (Həcc, 173)

Fəsil 71

Qurbanlıq göndərdikdə ehrama girmək lazımdırmı?

هَلْ يُحْرِمُ إِذَا قَلَّدَ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّهُمْ كَانُوا إِذَا كَانُوا حَاضِرِينَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْمَدِينَةِ ، بَعَثَ بِالْهَدْيِ ، فَمَنْ شَاءَ أَحْرَمَ ، وَمَنْ شَاءَ تَرَكَ.

“Cabir ﵁ rəvayət edir ki, onlar Allah Elçisi ﷺ ilə birlikdə Mədinədə idilər. Allah Elçisi ﷺ qurban kəsiləcək heyvanını göndərdi və kimisi ehrama girdi, kimisi də girmədi.”

Cabir
SəhihNəsəi, 2792 (Həcc, 174)

Fəsil 72

Qurbanlıq göndərənin ehrama girməsi vacibdirmi?

هَلْ يُوجِبُ تَقْلِيدُ الْهَدْيِ إِحْرَامًا

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ مَالِكٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدَيَّ ، ثُمَّ يُقَلِّدُهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ ، ثُمَّ يَبْعَثُ بِهَا مَعَ أَبِي ، فَلاَ يَدَعُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَيْئًا أَحَلَّهُ اللَّهُ عَزَّ وَجَلَّ لَهُ ، حَتَّى يَنْحَرَ الْهَدْيَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ göndərəcəyi qurbanlıq heyvanların boyunlarına taxmaq üçün ipləri əlimlə hörərdim. Sonra Allah Elçisi ﷺ onları öz əlləri ilə bağlayar və sonra onları atamla (Məkkəyə) göndərərdi. Qurban kəsənə qədər Allahın ona halal etdiyi şeyləri də haram saymazdı”.”

Aişə
SəhihNəsəi, 2793 (Həcc, 175)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، وَقُتَيْبَةُ ، عَنْ سُفْيَانَ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، ثُمَّ لاَ يَجْتَنِبُ شَيْئًا مِمَّا يَجْتَنِبُهُ الْمُحْرِمُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ göndərəcəyi qurbanlıq heyvanların boyunlarına taxmaq üçün ipləri hörərdim. O, ehramlının çəkindiyi şeylərdən çəkinməzdi (ehrama girməzdi)”.”

Aişə
SəhihNəsəi, 2794 (Həcc, 176)

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ الْقَاسِمِ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، قَالَ : قَالَتْ عَائِشَةُ : كُنْتُ أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلاَ يَجْتَنِبُ شَيْئًا وَلاَ نَعْلَمُ الْحَجَّ يُحِلُّهُ ، إِلاَّ الطَّوَافُ بِالْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ göndərəcəyi qurbanlıq heyvanların boyunlarına taxmaq üçün ipləri hörərdim. O, ehramlıya qadağan olmuş şeylərdən çəkinməzdi. Biz onun Kəbəni təvaf etməsindən həcc etdiyini bilərdik”.”

Aişə
SəhihNəsəi, 2795 (Həcc, 177)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا أَبُو الأَحْوَصِ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : إِنْ كُنْتُ لأَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَيُخْرَجُ بِالْهَدْيِ مُقَلَّدًا ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُقِيمٌ مَا يَمْتَنِعُ مِنْ نِسَائِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ göndərəcəyi qurbanlıq heyvanların boyunlarına taxmaq üçün ipləri hörərdim. Allah Elçisi ﷺ qurbanlığın boynunda işarə taxılmış halda onları yola çıxarar, özü isə icazə verilən işləri edər, hətta zövcələri ilə yaxınlıq da edərdi”.”

Aişə
SəhihNəsəi, 2796 (Həcc, 178)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائَشَةَ ، قَالَتْ : لَقَدْ رَأَيْتُنِي أَفْتِلُ قَلاَئِدَ هَدْيِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْغَنَمِ ، فَيَبْعَثُ بِهَا ، ثُمَّ يُقِيمُ فِينَا حَلاَلاً.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mənim Allah Elçisinin ﷺ qurbanlıq qoyunu (Məkkəyə) göndərdiyini və o qoyunun boyun iplərini hördüyümü xatırlayardım. Qoyunların boyun iplərini taxdıqdan sonra heyvanı göndərər, özü isə ehrama girmədən yanımızda qalardı”.”

Aişə
SəhihNəsəi, 2797 (Həcc, 179)

Fəsil 73

Qurbanlıq heyvanın əvvəlcədən göndərilməsi

سَوْقُ الْهَدْيِ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبُ بْنُ إِسْحَاقَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ سَمِعَهُ يُحَدِّثُ ، عَنْ جَابِرٍ ، أَنَّهُ سَمِعَهُ يُحَدِّثُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سَاقَ هَدْيًا فِي حَجِّهِ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qurbanlıq heyvanını həcc etməzdən qabaq göndərmişdir.”

Cabir
SəhihNəsəi, 2798 (Həcc, 180)

Fəsil 74

Qurbanlıq dəvəyə minmək

رُكُوبُ الْبَدَنَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الزِّنَادِ ، عَنِ الأَعْرَجِ ، عَنْ أَبِي هُرَيْرَةَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَأَى رَجُلاً يَسُوقُ بَدَنَةً ، قَالَ : ارْكَبْهَا قَالَ : يَا رَسُولَ اللهِ إِنَّهَا بَدَنَةٌ ، قَالَ : ارْكَبْهَا ، وَيْلَكَ فِي الثَّانِيَةِ ، أَوْ فِي الثَّالِثَةِ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişinin qurbanını (Məkkəyə) göndərdiyini və özünün də piyada getdiyini gördü və ona: “Dəvəyə min!” dedi. O da dedi: “Ey Allahın Elçisi, axı o qurban kəsilmək üçündür”. Allah Elçisi ﷺ: “Onu min, ay biçarə!” deyərək bunu iki və ya üç dəfə təkrarladı.”

Əbu Hureyra
SəhihNəsəi, 2799 (Həcc, 181)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدَةُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلاً يَسُوقُ بَدَنَةً ، فَقَالَ : ارْكَبْهَا قَالَ : إِنَّهَا بَدَنَةٌ ، قَالَ : ارْكَبْهَا قَالَ : إِنَّهَا بَدَنَةٌ ، قَالَ فِي الرَّابِعَةِ : ارْكَبْهَا ، وَيْلَكَ.

“Ənəs rəvayət edir ki, Allah Elçisi ﷺ bir kişinin qurbanını (Məkkəyə) göndərdiyini (və özünün də piyada getdiyini) gördü və ona: “Onu min!” dedi. O da dedi: “Axı o qurban kəsilmək üçündür”. Allah Elçisi ﷺ yenə: “Onu min!” O da dedi: “Axı o qurban kəsilmək üçündür”. Allah Elçisi ﷺ dördüncü dəfə dedi: “Onu min, ay biçarə!””

Ənəs
SəhihNəsəi, 2800 (Həcc, 182)

Fəsil 75

Piyada gedərək yorulanın qurbanlıq dəvəyə minə bilməsi

رُكُوبُ الْبَدَنَةِ لِمَنْ جَهَدَهُ الْمَشْيُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلاً يَسُوقُ بَدَنَةً ، وَقَدْ جَهَدَهُ الْمَشْيُ ، قَالَ : ارْكَبْهَا قَالَ : إِنَّهَا بَدَنَةٌ ، قَالَ : ارْكَبْهَا ، وَإِنْ كَانَتْ بَدَنَةً.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir kişinin qurbanını (Məkkəyə) göndərdiyini və özünün də piyada getdiyini gördü və ona: “Onu min!” dedi. O da: “Axı o qurban kəsilmək üçündür” dedi. Allah Elçisi ﷺ yenə: “Qurbanlıq olsa da onu min!”- dedi.”

Ənəs
SəhihNəsəi, 2801 (Həcc, 183)

Fəsil 76

Yaxşı işlər üçün qurbanlıq dəvəyə minilməsi

رُكُوبُ الْبَدَنَةِ بِالْمَعْرُوفِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، قَالَ : سَمِعْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَسْأَلُ عَنْ رُكُوبِ الْبَدَنَةِ فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : ارْكَبْهَا بِالْمَعْرُوفِ إِذَا أُلْجِئْتَ إِلَيْهَا حَتَّى تَجِدَ ظَهْرًا.

“Rəvayət edilir ki, Əbuz-Zubeyr ﵁ demişdir: “Mən Cabir ibn Abdullahın qurbanlıq dəvəyə minmək haqda Allah Elçisindən ﷺ soruşduğunu eşitdim. Allah Elçisi ﷺ buyurdu: “Başqa bir minik tapana qədər məcburiyyət qarşısında minmək olar”.”

Əbuz-Zubeyr
SəhihNəsəi, 2802 (Həcc, 184)

Fəsil 77

Qurbanlıq dəvəni Məkkəyə göndərməyənin həcci ümrə niyyətinə çevirməsi

إِبَاحَةُ فَسْخِ الْحَجِّ بِعُمْرَةٍ لِمَنْ لَمْ يَسُقِ الْهَدْيَ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلاَ نُرَى إِلاَّ الْحَجَّ ، فَلَمَّا قَدِمْنَا مَكَّةَ طُفْنَا بِالْبَيْتِ ، أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ ، أَنْ يَحِلَّ فَحَلَّ مَنْ لَمْ يَكُنْ سَاقَ الْهَدْيَ وَنِسَاؤُهُ لَمْ يَسُقْنَ فَأَحْلَلْنَ ، قَالَتْ عَائِشَةُ : فَحِضْتُ فَلَمْ أَطُفْ بِالْبَيْتِ ، فَلَمَّا كَانَتْ لَيْلَةُ الْحَصْبَةِ ، قُلْتُ : يَا رَسُولَ اللهِ ، يَرْجِعُ النَّاسُ بِعُمْرَةٍ وَحَجَّةٍ ، وَأَرْجِعُ أَنَا بِحَجَّةٍ ، قَالَ : أَوَ مَا كُنْتِ طُفْتِ لَيَالِيَ قَدِمْنَا مَكَّةَ قُلْتُ : لاَ ، قَالَ : فَاذْهَبِي مَعَ أَخِيكِ إِلَى التَّنْعِيمِ ، فَأَهِلِّي بِعُمْرَةٍ ، ثُمَّ مَوْعِدُكِ مَكَانُ كَذَا ، وَكَذَا.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə yalnız həcc etmək niyyəti ilə yola çıxdıq. Məkkəyə gəldikdə Kəbəni təvaf etdik. Allah Elçisi ﷺ qurbanlıq heyvan göndərməyənlərin ehramdan çıxmasını buyurdu. Bu səbəbdən qurbanlıq göndərməyənlər ehramdan çıxdılar. Peyğəmbərin ﷺ zövcələri də qurbanlıq heyvan göndərməmişdilər. Ona görə onlar da ehramdan çıxdılar”. Aişə deyir: “Mən heyzli olduğum üçün təvaf edə bilməmişdim. Minadan geri qayıdan gecə Allah Elçisinə ﷺ dedim: “Ey Allahın Elçisi! Hamı həcc və ümrə edib qayıdır, mən isə yalnız həcc etmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Məkkəyə gəldiyimiz gecə təvaf etməmişdin?” Mən də: “Xeyr” dedim. Allah Elçisi ﷺ buyurdu: “Elə isə qardaşınla birlikdə “ət-Tənim” deyilən yerə get, ümrə niyyəti ilə ehrama gir, ümrədə edilməsi lazım olan şeyləri et və yanımıza qayıt”.”

Aişə
SəhihNəsəi, 2803 (Həcc, 185)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ يَحْيَى ، عَنْ عَمْرَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لاَ نُرَى إِلاَّ أَنَّهُ الْحَجُّ ، فَلَمَّا دَنَوْنَا مِنْ مَكَّةَ ، أَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَنْ كَانَ مَعَهُ هَدْيٌ أَنْ يُقِيمَ عَلَى إِحْرَامِهِ ، وَمَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ أَنْ يَحِلَّ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz yalnız həcc etmək niyyəti ilə Allah Elçisi ﷺ ilə yola çıxdıq. Məkkəyə gəldikdə Kəbəni təvaf etdik. Allah Elçisi ﷺ qurbanlıq heyvanı yanında olanlara ehramda qalmalarını, qurbanlıq heyvanı olmayanların isə ehramdan çıxmalarını buyurdu”.”

Aişə
SəhihNəsəi, 2804 (Həcc, 186)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَطَاءٌ ، عَنْ جَابِرٍ ، قَالَ : أَهْلَلْنَا أَصْحَابَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْحَجِّ خَالِصًا لَيْسَ مَعَهُ غَيْرُهُ خَالِصًا وَحْدَهُ ، فَقَدِمْنَا مَكَّةَ صَبِيحَةَ رَابِعَةٍ ، مَضَتْ مِنْ ذِي الْحِجَّةِ ، فَأَمَرَنَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : أَحِلُّوا ، وَاجْعَلُوهَا عُمْرَةً فَبَلَغَهُ عَنَّا أَنَّا نَقُولُ : لَمَّا لَمْ يَكُنْ بَيْنَنَا وَبَيْنَ عَرَفَةَ إِلاَّ خَمْسٌ ، أَمَرَنَا أَنْ نَحِلَّ فَنَرُوحَ إِلَى مِنًى ، وَمَذَاكِيرُنَا تَقْطُرُ مِنَ الْمَنِيِّ ، فَقَامَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَطَبَنَا ، فَقَالَ : فَقَدْ بَلَغَنِي الَّذِي قُلْتُمْ ، وَإِنِّي لأَبَرُّكُمْ وَأَتْقَاكُمْ ، وَلَوْلاَ الْهَدْيُ لَحَلَلْتُ ، وَلَوِ اسْتَقْبَلْتُ مِنْ أَمْرِي ، مَا اسْتَدْبَرْتُ مَا أَهْدَيْتُ قَالَ : وَقَدِمَ عَلِيٌّ مِنَ الْيَمَنِ فَقَالَ : بِمَا أَهْلَلْتَ ؟ قَالَ بِمَا أَهَلَّ بِهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : فَأَهْدِ ، وَامْكُثْ حَرَامًا كَمَا أَنْتَ قَالَ وَقَالَ سُرَاقَةُ بْنُ مَالِكِ بْنِ جُعْشُمٍ : يَا رَسُولَ اللهِ ، أَرَأَيْتَ عُمْرَتَنَا هَذِهِ لِعَامِنَا هَذَا أَوْ لِلأَبَدِ ؟ قَالَ : هِيَ لِلأَبَدِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisinin ﷺ səhabələri olaraq yalnız həcc etmək niyyəti ilə ehrama girdik. Zil-Hiccənin dördüncü səhəri Məkkəyə gəldik. Allah Elçisi ﷺ ehramdan çıxmağımızı buyurdu və həcc niyyətimizi ümrə niyyəti ilə dəyişməyi əmr etdi. Arafaya çıxmağımıza beş gün qalmışdı ki, ehrama girib Minaya getməyimizi əmr etdi. (Zövcələrimizdən ayrı qaldığımıza görə) cinsiyyət üzvümüzdən məzi gəlirdi. Bu əsnada Peyğəmbər ﷺ qalxaraq bizə bir xütbə dedi: “Danışdıqlarınız mənə çatdı. Mən sizin aranızda Allaha ən çox itaət edən və yolunu Allahın Kitabı ilə getməyə çalışanınızam. Əgər qurbanlığımı (Məkkəyə) göndərməsəydim, mən də ehramdan çıxardım. Belə olacağını bilsəydim, qurbanlığı göndərməzdim”. Bu vaxt Əli Yəməndən qayıtmışdı. Peyğəmbər ﷺ ona dedi: “Ehram hansı niyyətlə girdin?” O da: “Allah Elçisi ﷺ hansı niyyətlə ehrama girdisə, mən də o niyyətlə ehrama girdim”- dedi. Peyğəmbər ﷺ buyurdu: “Qurbanlıq heyvanını göndər və indi olduğun kimi ehramlı olaraq qal”. Bu vaxt Suraqa ibn Malik ibn Cuşum dedi: “Ey Allahın Elçisi! Bu şəkildə edilən ümrə yalnız bu il üçün belədir, yoxsa həmişə belə olacaq?” Peyğəmbər ﷺ buyurdu: “Həmişə belə olacaq”.”

Cabir
SəhihNəsəi, 2805 (Həcc, 187)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ طَاوُوسٍ ، عَنْ سُرَاقَةَ بْنِ مَالِكِ بْنِ جُعْشُمٍ ، أَنَّهُ قَالَ : يَا رَسُولَ اللهِ أَرَأَيْتَ عُمْرَتَنَا هَذِهِ لِعَامِنَا أَمْ لأَبَدٍ ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : هِيَ لأَبَدٍ.

“Rəvayət edilir ki, bir dəfə Suraqa ibn Malik ibn Cuşum ﵁ dedi: “Ey Allahın Elçisi! Bu şəkildə edilən ümrə yalnız bu il üçün belədir, yoxsa həmişə belə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Həmişə belə olacaq”.”

Suraqa ibn Malik ibn Cuşum
SəhihNəsəi, 2806 (Həcc, 188)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ عَبْدَةَ ، عَنْ ابْنِ أَبِي عَرُوبَةَ ، عَنْ مَالِكِ بْنِ دِينَارٍ ، عَنْ عَطَاءٍ ، قَالَ : قَالَ سُرَاقَةُ : تَمَتَّعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَتَمَتَّعْنَا مَعَهُ ، فَقُلْنَا : أَلَنَا خَاصَّةً أَمْ لأَبَدٍ ؟ قَالَ : بَلْ لأَبَدٍ.

“Rəvayət edilir ki, Suraqa ﵁ demişdir: “Allah Elçisi ﷺ təməttu həcci etdikdə biz də təməttu həcci etdik. Biz ona dedik: “Bu şəkildə xüsusi haldır, yoxsa həmişə belə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Xeyr, həmişə belə olacaq”.”

Suraqa
SəhihNəsəi, 2807 (Həcc, 189)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الْعَزِيزِ وَهُوَ الدَّرَاوَرْدِيُّ ، عَنْ رَبِيعَةَ بْنِ أَبِي عَبْدِ الرَّحْمَنِ ، عَنِ الْحَارِثِ بْنِ بِلاَلٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قُلْتُ : يَا رَسُولَ اللهِ أَفَسْخُ الْحَجِّ لَنَا خَاصَّةً أَمْ لِلنَّاسِ عَامَّةً ؟ قَالَ : بَلْ لَنَا خَاصَّةً.

“Haris ibn Bilal atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Peyğəmbərə ﷺ dedim: “Ey Allahın Elçisi, həcc niyyəti ilə başlayıb bunu ümrəyə çevirmək yalnız bizə aiddir, yoxsa bütün insanlara?” Peyğəmbər ﷺ buyurdu: “Yalnız bizə xasdır”.”

Haris ibn Bilal atasından
ZəifNəsəi, 2808 (Həcc, 190)

أَخْبَرَنَا عَمْرُو بْنُ يَزِيدَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الأَعْمَشِ ، وَعَيَّاشٌ الْعَامِرِيُّ ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ ، فِي مُتْعَةِ الْحَجِّ قَالَ : كَانَتْ لَنَا رُخْصَةً.

“İbrahim ət-Teymi atasından ﵀ rəvayət edir ki, Əbu Zərr təməttu həcci haqda demişdir: “Bu yalnız bizə icazəlidir”.”

İbrahim ət-Teymi atasından
SəhihNəsəi, 2809 (Həcc, 191)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، وَمُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالاَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ عَبْدَ الْوَارِثِ بْنَ أَبِي حَنِيفَةَ ، قَالَ : سَمِعْتُ إِبْرَاهِيمَ التَّيْمِيَّ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : فِي مُتْعَةِ الْحَجِّ لَيْسَتْ لَكُمْ ، وَلَسْتُمْ مِنْهَا فِي شَيْءٍ ، إِنَّمَا كَانَتْ رُخْصَةً لَنَا ، أَصْحَابَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Təməttu həcci yalnız sizə xas deyil, (bütün insanlara xasdır), lakin həcc niyyəti ilə başladılan ibadətin ümrə niyyətinə dəyişdirilməsi yalnız Muhəmmədin ﷺ səhabələrinə xasdır”.”

Əbu Zərr
SəhihNəsəi, 2810 (Həcc, 192)

أَخْبَرَنَا بِشْرُ بْنُ خَالِدٍ ، قَالَ : أَنْبَأَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : كَانَتْ الْمُتْعَةُ رُخْصَةً لَنَا.

“İbrahim ət-Teymi atasından ﵁ rəvayət edir ki, Əbu Zərr demişdir: “Təməttu həcci yalnız bizə icazəlidir”.”

İbrahim ət-Teymi atasından
SəhihNəsəi, 2811 (Həcc, 193)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلُ بْنُ مُهَلْهَلٍ ، عَنْ بَيَانٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي الشَّعْثَاءِ ، قَالَ : كُنْتُ مَعَ إِبْرَاهِيمَ النَّخَعِيِّ ، وَإِبْرَاهِيمَ التَّيْمِيِّ فَقُلْتُ : لَقَدْ هَمَمْتُ أَنْ أَجْمَعَ الْعَامَ الْحَجَّ وَالْعُمْرَةَ ، فَقَالَ إِبْرَاهِيمُ : لَوْ كَانَ أَبُوكَ لَمْ يَهُمَّ بِذَلِكَ ، قَالَ : وَقَالَ إِبْرَاهِيمُ التَّيْمِيُّ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي ذَرٍّ قَالَ : إِنَّمَا كَانَتِ الْمُتْعَةُ لَنَا خَاصَّةً.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Əbu əş-Şə'səi ﵀ demişdir: “Bir dəfə İbrahim ən-Nəxainin və İbrahim ət-Teyminin yanında idim. Mən dedim: “Bu il həcc ilə ümrəni birləşdirməyə qərar vermişəm”. İbrahim dedi: “Atan olsaydı, belə etməzdi”. Sonra İbrahilm ət-Teymi atasından rəvayət edərək Əbu Zərin belə dediyini buyurdu: “Təməttu həcci yalnız bizə icazəlidir”.”

Abdur-Rahmən ibn Əbu əş-Şə'səi
SəhihNəsəi, 2812 (Həcc, 194)

أَخْبَرَنَا عَبْدُ الأَعْلَى بْنُ وَاصِلِ بْنِ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، عَنْ وُهَيْبِ بْنِ خَالِدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانُوا يُرَوْنَ أَنَّ الْعُمْرَةَ ، فِي أَشْهُرِ الْحَجِّ مِنْ أَفْجَرِ الْفُجُورِ فِي الأَرْضِ ، وَيَجْعَلُونَ الْمُحَرَّمَ صَفَرَ ، وَيَقُولُونَ : إِذَا بَرَأَ الدَّبَرْ ، وَعَفَا الْوَبَرْ ، وَانْسَلَخَ صَفَرْ - أَوْ قَالَ : دَخَلَ صَفَرْ - فَقَدْ حَلَّتِ الْعُمْرَةُ لِمَنِ اعْتَمَرْ ، فَقَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ صَبِيحَةَ رَابِعَةٍ مُهِلِّينَ بِالْحَجِّ فَأَمَرَهُمْ أَنْ يَجْعَلُوهَا عُمْرَةً فَتَعَاظَمَ ذَلِكَ عِنْدَهُمْ ، فَقَالُوا : يَا رَسُولَ اللهِ أَيُّ الْحِلِّ ؟ قَالَ : الْحِلُّ كُلُّهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Cahiliyyə vaxtı həcc aylarında ümrə etmək yer üzündə edilən pisliklərin ən pisi sayılırdı. Ona görə də Muhərrəm ayının yerini Səfər ayı ilə dəyişdirir və deyirdilər: “Dəvələrin yaraları sağalıb tükləri çıxdıqda və Səfər ayı girdikdə ümrə etmək istəyən edə bilər”. Peyğəmbər ﷺ və səhabələri Məkkəyə gəldikdə həcc niyyəti ilə ehrama girdiklərinin dördüncü günün səhəri Peyğəmbər ﷺ onlara həcc niyyətlərini ümrə ilə dəyişdirmələrini əmr etdi. Bu, onlar üçün böyük bir hadisə idi, ona görə belə dedilər: “Ey Allahın Elçisi, ehramdan necə çıxaq?” Peyğəmbər ﷺ buyurdu: “Ehramdan tam çıxın!””

İbn Abbas
SəhihNəsəi, 2813 (Həcc, 195)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ مُسْلِمٍ وَهُوَ الْقُرِّيُّ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ ، يَقُولُ : أَهَلَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْعُمْرَةِ ، وَأَهَلَّ أَصْحَابُهُ بِالْحَجِّ ، وَأَمَرَ مَنْ لَمْ يَكُنْ مَعَهُ الْهَدْيُ ، أَنْ يَحِلَّ ، وَكَانَ فِيمَنْ لَمْ يَكُنْ مَعَهُ الْهَدْيُ طَلْحَةُ بْنُ عُبَيْدِ اللهِ ، وَرَجُلٌ آخَرُ فَأَحَلاَّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ ümrə niyyəti ilə ehrama girdi. Səhabələri isə ehrama həcc niyyəti ilə girdilər. Sonra yanında qurbanlıq heyvan gətirməyənlərə ehramdan çıxmağı əmr etdi. Təlhə ibn Ubeydullah və başqa bir nəfər də qurbanlıq heyvan gətirməyənlərdən idilər. Onlar da ehramdan çıxdılar”.”

İbn Abbas
SəhihNəsəi, 2814 (Həcc, 196)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْحَكَمِ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : هَذِهِ عُمْرَةٌ اسْتَمْتَعْنَاهَا ، فَمَنْ لَمْ يَكُنْ عِنْدَهُ هَدْيٌ ، فَلْيَحِلَّ الْحِلَّ كُلَّهُ ، فَقَدْ دَخَلَتِ الْعُمْرَةُ فِي الْحَجِّ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bu, ümrədir. Ümrə ilə həcci birləşdirdik. Kim yanında qurbanlıq heyvan gətirməyibsə, ehramdan tam şəkildə çıxsın. Beləliklə də ümrə həccin tərkibinə girmiş oldu”.”

İbn Abbas
SəhihNəsəi, 2815 (Həcc, 197)

Fəsil 78

Ehramda olan ov əti yeyə bilərmi?

مَا يَجُوزُ لِلْمُحْرِمِ أَكْلُهُ مِنَ الصَّيْدِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي النَّضْرِ ، عَنْ نَافِعٍ مَوْلَى أَبِي قَتَادَةَ ، عَنْ أَبِي قَتَادَةَ ، أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَتَّى إِذَا كَانَ بِبَعْضِ طَرِيقِ مَكَّةَ تَخَلَّفَ مَعَ أَصْحَابٍ لَهُ مُحْرِمِينَ ، وَهُوَ غَيْرُ مُحْرِمٍ ، وَرَأَى حِمَارًا وَحْشِيًّا فَاسْتَوَى عَلَى فَرَسِهِ ، ثُمَّ سَأَلَ أَصْحَابَهُ أَنْ يُنَاوِلُوهُ سَوْطَهُ ، فَأَبَوْا فَسَأَلَهُمْ رُمْحَهُ فَأَبَوْا فَأَخَذَهُ ، ثُمَّ شَدَّ عَلَى الْحِمَارِ فَقَتَلَهُ فَأَكَلَ مِنْهُ بَعْضُ أَصْحَابِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَبَى بَعْضُهُمْ ، فَأَدْرَكُوا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَسَأَلُوهُ عَنْ ذَلِكَ ؟ فَقَالَ : إِنَّمَا هِيَ طُعْمَةٌ أَطْعَمَكُمُوهَا اللَّهُ عَزَّ وَجَلَّ.

“Əbu Qatədə ﵁ rəvayət edir ki, Məkkəyə gedərkən yolda Allah Elçisi ﷺ ilə birlikdə idim. Səhabələrdən bəziləri ehramlı, bəziləri isə ehramsız idi. Mən də ehramsız olanlardan idim. Bir çöleşşəyini gördüm və atımla ona yönəldim. Yoldaşlarımdan qamçımı mənə uzatmalarını istədim, lakin vermədilər. Nizəmi də istədim, onu da vermədilər. Belə olduqda nizəmi özüm götürüb çöleşşəyinə atdım və onu öldürdüm. Bu heyvanın ətindən bəzi səhabələr yedilər, bəziləri isə yemədilər. Məsələni Allah Elçisinə ﷺ xəbər verdikdə buyurdu: “O, Allahın ﷿ sizə nəsib etdiyi nemətdir”.”

Əbu Qatədə
SəhihNəsəi, 2816 (Həcc, 198)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ الْمُنْكَدِرِ ، عَنْ مُعَاذِ بْنِ عَبْدِ الرَّحْمَنِ التَّيْمِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا مَعَ طَلْحَةَ بْنِ عُبَيْدِ اللهِ وَنَحْنُ مُحْرِمُونَ ، فَأُهْدِيَ لَهُ طَيْرٌ وَهُوَ رَاقِدٌ ، فَأَكَلَ بَعْضُنَا ، وَتَوَرَّعَ بَعْضُنَا ، فَاسْتَيْقَظَ طَلْحَةُ فَوَفَّقَ مَنْ أَكَلَهُ ، وَقَالَ : أَكَلْنَاهُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Muaz ibn Abdur-Rahmən ət-Teymi atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Təlhə ibn Ubeydullah ilə birlikdə idim. Hamımız ehramda idik. Təlhə yatdığı vaxt hədiyyə olaraq ona bir quş gətirildi. Bu quşun ətindən oradakıların bir qismi yedi, bir qismi isə o əti yeməkdən ehtiyat etdi. Bu əsnada Təlhə oyandı və o ətin yeyilə biləcəyini bildirərək dedi: “Biz Allah Elçisi ﷺ ilə ondan yemişdik”.”

Muaz ibn Abdur-Rahmən ət-Teymi atasından
SəhihNəsəi, 2817 (Həcc, 199)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، قَالَ : أَخْبَرَنِي مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ الْحَارِثِ ، عَنْ عِيسَى بْنِ طَلْحَةَ ، عَنْ عُمَيْرِ بْنِ سَلَمَةَ الضَّمْرِيِّ أَنَّهُ أَخْبَرَهُ ، عَنِ الْبَهْزِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ يُرِيدُ مَكَّةَ وَهُوَ مُحْرِمٌ حَتَّى إِذَا كَانُوا بِالرَّوْحَاءِ إِذَا حِمَارُ وَحْشٍ عَقِيرٌ ، فَذُكِرَ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : ودَعُوهُ فَإِنَّهُ يُوشِكُ أَنْ يَأْتِيَ صَاحِبُهُ فَجَاءَ الْبَهْزِيُّ وَهُوَ صَاحِبُهُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا رَسُولَ اللهِ صَلَّى اللَّهُ عَلَيْكَ وَسَلَّمَ شَأْنَكُمْ بِهَذَا الْحِمَارِ ، فَأَمَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَبَا بَكْرٍ فَقَسَّمَهُ بَيْنَ الرِّفَاقِ ، ثُمَّ مَضَى حَتَّى إِذَا كَانَ بِالأُثَايَةِ ، بَيْنَ الرُّوَيْثَةِ وَالْعَرْجِ ، إِذَا ظَبْيٌ حَاقِفٌ فِي ظِلٍّ وَفِيهِ سَهْمٌ ، فَزَعَمَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَمَرَ رَجُلاً يَقِفُ عِنْدَهُ لاَ يُرِيبُهُ أَحَدٌ مِنَ النَّاسِ ، حَتَّى يُجَاوِزَهُ.

“əl-Bəhzi ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Məkkəyə getmək üçün ehramlı olaraq yola çıxdı. ər-Ravha adlı yerə çatdıqda qıçı qırılmış bir çöleşşəyi gördülər. Bunu Allah Elçisinə ﷺ xəbər verdikdə o buyurdu: “Ona dəyməyin, indi yiyəsi gələr”. Sonra əl-Bəhzi Allah Elçisinin ﷺ yanına gəldi, çöleşşəyinin yiyəsi o idi. əl-Bəhzi dedi: “Ey Allahın Elçisi, bu çöleşşəyini götür, sənin olsun”. Allah Elçisi ﷺ də Əbu Bəkrə çöleşşəyini yoldaşları arasında paylaşdırmağı əmr etdi. Sonra bir az getdilər və ər-Ruveysə ilə əl-Arc deyilən yerlərin arasında olan əl-Usayə adlı yerə gəldilər. Baxıb gördülər ki, oxla vurulmuş bir ceyran kölgədə inildəyir. Allah Elçisi ﷺ bir nəfərin ceyrana yaxınlaşmasını və hamı onun yanından keçənə qədər onu hürkütməmələrini istədi”.”

əl-Bəhzi
SəhihNəsəi, 2818 (Həcc, 200)

Fəsil 79

Ehramda olan ov əti yeyə bilməzmi?

مَا لاَ يَجُوزُ لِلْمُحْرِمِ أَكْلُهُ مِنَ الصَّيْدِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، عَنْ مَالِكٍ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ بْنِ عُتْبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنِ الصَّعْبِ بْنِ جَثَّامَةَ أَنَّهُ أَهْدَى لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِمَارَ وَحْشٍ ، وَهُوَ بِالأَبْوَاءِ - أَوْ بِوَدَّانَ - فَرَدَّهُ عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمَّا رَأَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا فِي وَجْهِي ؟ قَالَ : أَمَا إِنَّهُ لَمْ نَرُدَّهُ عَلَيْكَ ، إِلاَّ أَنَّا حُرُمٌ.

“əs-Sabi ibn Cusəmə ﵁ rəvayət edir ki, mən “əl-Əbva” və ya “Vəddan” deyilən yerdə Allah Elçisinə ﷺ bir çöleşşəyini hədiyyə etmişdim. Lakin Allah Elçisi ﷺ bunu qəbul etmədi. O, üzümdən mənim kədərləndiyimi gördükdə buyurdu: “Ehramlı olduğuma görə rədd etdim, yoxsa qəbul edərdim”.”

əs-Sabi ibn Cusəmə
SəhihNəsəi, 2819 (Həcc, 201)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ صَالِحِ بْنِ كَيْسَانَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ الصَّعْبِ بْنِ جَثَّامَةَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَقْبَلَ حَتَّى إِذَا كَانَ بِوَدَّانَ رَأَى حِمَارَ وَحْشٍ فَرَدَّهُ عَلَيْهِ ، وَقَالَ : إِنَّا حُرُمٌ لاَ نَأْكُلُ الصَّيْدَ.

“əs-Sab ibn Cusəmə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Vəddana gəldikdə çöleşşəyini gördü və onu yeməyə yaxınlaşmadı. O buyurdu: “Biz ehramlıyıq, ona görə ov əti yemirik”.”

əs-Sab ibn Cusəmə
SəhihNəsəi, 2820 (Həcc, 202)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَفَّانُ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا قَيْسُ بْنُ سَعْدٍ ، عَنْ عَطَاءٍ ، أَنَّ ابْنَ عَبَّاسٍ ، قَالَ لِزَيْدِ بْنِ أَرْقَمَ : مَا عَلِمْتَ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أُهْدِيَ لَهُ عُضْوُ صَيْدٍ ، وَهُوَ مُحْرِمٌ فَلَمْ يَقْبَلْهُ ، قَالَ : نَعَمْ.

“Əta ﵀ rəvayət edir ki, İbn Abbas ﵄ Zeyd ibn Ərqama dedi: “Peyğəmbərə ﷺ ov ətindən yemək təklif edildikdə ehramlı olduğuna görə imtina etdiyini bilirdinmi?” Zeyd də: “Bəli” dedi”.”

Əta
SəhihNəsəi, 2821 (Həcc, 203)

أَخْبَرَنِي عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : سَمِعْتُ يَحْيَى ، وَسَمِعْتُ أَبَا عَاصِمٍ ، قَالاَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي الْحَسَنُ بْنُ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَدِمَ زَيْدُ بْنُ أَرْقَمَ فَقَالَ لَهُ ابْنُ عَبَّاسٍ يَسْتَذْكِرُهُ كَيْفَ أَخْبَرْتَنِي عَنْ لَحْمِ صَيْدٍ أُهْدِيَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ حَرَامٌ ؟ قَالَ : نَعَمْ ، أَهْدَى لَهُ رَجُلٌ عُضْوًا مِنْ لَحْمِ صَيْدٍ فَرَدَّهُ ، وَقَالَ : إِنَّا لاَ نَأْكُلُ ، إِنَّا حُرُمٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Zeyd ibn Ərqam gəldikdə İbn Abbas ﵄ ona yuxarıda deyilənləri xatırladaraq dedi: “Allah Elçisinin ﷺ ehramlı ikən ov ətinin ona hədiyyə edilməsi haqda mənə xəbər vermişdin”. Zeyd dedi: “Bəli, ona bir nəfər ov ətindən bir hissəni yemək üçün hədiyyə etmişdi, lakin Peyğəmbər ﷺ onu qəbul etməmiş və belə buyurmuşdu: “Biz bunu yeyə bilmərik, çünki ehramlıyıq”.”

İbn Abbas
SəhihNəsəi, 2821m (Həcc, 203m)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنِ الْحَكَمِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : أَهْدَى الصَّعْبُ بْنُ جَثَّامَةَ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رِجْلَ حِمَارِ وَحْشٍ تَقْطُرُ دَمًا ، وَهُوَ مُحْرِمٌ وَهُوَ بِقُدَيْدٍ ، فَرَدَّهَا عَلَيْهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ ehramlı ikən əs-Sab ibn Cusəmə Qudəd adlı yerdə ona vəhşi eşşəyin qanı axan halda budunu gətirdi, lakin Peyğəmbər ﷺ onu qəbul etmədi”.”

İbn Abbas
SəhihNəsəi, 2822 (Həcc, 204)

أَخْبَرَنَا يُوسُفُ بْنُ حَمَّادٍ الْمَعْنِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ حَبِيبٍ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، وَحَبِيبٌ ، وَهُوَ ابْنُ أَبِي ثَابِتٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ الصَّعْبَ بْنَ جَثَّامَةَ ، أَهْدَى لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِمَارًا ، وَهُوَ مُحْرِمٌ فَرَدَّهُ عَلَيْهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, əs-Sab ibn Cusəmə Peyğəmbər ﷺ ehramlı ikən ona vəhşi eşşək əti hədiyyə etdi, lakin Peyğəmbər ﷺ onu qəbul etmədi.”

İbn Abbas
SəhihNəsəi, 2823 (Həcc, 205)

Fəsil 80

Başqasının ovladığı ətdən ehramlı olan yeyə bilər, yoxsa yox?

إِذَا ضَحِكَ الْمُحْرِمُ فَفَطِنَ الْحَلاَلُ لِلصَّيْدِ فَقَتَلَهُ أَيَأْكُلُهُ أَمْ لاَ ؟

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي قَتَادَةَ ، قَالَ : انْطَلَقَ أَبِي مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَامَ الْحُدَيْبِيَةِ ، فَأَحْرَمَ أَصْحَابُهُ وَلَمْ يُحْرِمْ فَبَيْنَمَا أَنَا مَعَ أَصْحَابِي ضَحِكَ بَعْضُهُمْ إِلَى بَعْضٍ ، فَنَظَرْتُ فَإِذَا حِمَارُ وَحْشٍ فَطَعَنْتُهُ فَاسْتَعَنْتُهُمْ فَأَبَوْا أَنْ يُعِينُونِي فَأَكَلْنَا مِنْ لَحْمِهِ ، وَخَشِينَا أَنْ نُقْتَطَعَ ، فَطَلَبْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُرَفِّعُ فَرَسِي ، شَأْوًا وَأَسِيرُ شَأْوًا ، فَلَقِيتُ رَجُلاً مِنْ غِفَارٍ فِي جَوْفِ اللَّيْلِ ، فَقُلْتُ : أَيْنَ تَرَكْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : تَرَكْتُهُ وَهُوَ قَائِلٌ بِالسُّقْيَا فَلَحِقْتُهُ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنَّ أَصْحَابَكَ يَقْرَؤُونَ عَلَيْكَ السَّلاَمَ وَرَحْمَةَ اللهِ ، وَإِنَّهُمْ قَدْ خَشُوا أَنْ يُقْتَطَعُوا دُونَكَ ، فَانْتَظِرْهُمْ ، فَانْتَظَرَهُمْ فَقُلْتُ : يَا رَسُولَ اللهِ إِنِّي أَصَبْتُ حِمَارَ وَحْشٍ ، وَعِنْدِي مِنْهُ ، فَقَالَ لِلْقَوْمِ : كُلُوا ، وَهُمْ مُحْرِمُونَ.

“Rəvayət edilir ki, Abdullah ibn Əbu Qatədə ﵀ demişdir: “Atam Hudeybiyyə ilində Allah Elçisi ﷺ ilə birlikdə yola çıxmışdı. Yoldaşları ehrama girmişdilər, atam isə girməmişdi. Atam deyir: “Bu arada mən dostlarımla birlikdə olanda onlardan bir qismi digərlərinə baxaraq gülüşdülər. Bir də baxdım ki, çöleşşəyi! Heyvanı yaraladım, yoldaşlarımdan kömək istədim, lakin mənə kömək etmək istəmədilər. Heyvanın ətindən yedik, lakin qorxduq, ona görə Allah Elçisinə ﷺ çatmaq üçün atımı gah çapdım, gah da adi halda sürməyə başladım. Gecə vaxtı Ğifar qəbiləsindən olan bir adamla rastlaşdım və ona dedim: “Sən Allah Elçisini ﷺ harada tərk etdin?” O dedi: “O, günorta vaxtı əs-Sufyada yatmışdı”. Beləcə, Peyğəmbərə ﷺ çatdım və dedim: “Ey Allahın Elçisi, səhabələrin sənə Allahın salamını və rəhmətini diləyirlər. Onlar düşmən tərəfindən səninlə aralarının kəsilməsindən narahatdırlar”. Dolayı şəkildə onun səhabələrini gözləməsini dedim. O da səhabələrini gözləməyə başladı. Mən dedim: “Ey Allahın Elçisi, mən vəhşi bir eşşək ovladım, yanımda da ondan bir az var”. Peyğəmbər ﷺ orada olanlara: “Yeyin!” dedi. Onların hamısı ehramda idi.”

Abdullah ibn Əbu Qatədə
SəhihNəsəi, 2824 (Həcc, 206)

أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ النَّسَائِيُّ ، قَالَ : أَنْبَأَنَا مُحَمَّدٌ وَهُوَ ابْنُ الْمُبَارَكِ الصُّورِيُّ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ وَهُوَ ابْنُ سَلاَّمٍ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، قَالَ : أَخْبَرَنِي عَبْدُ اللهِ بْنُ أَبِي قَتَادَةَ ، أَنَّ أَبَاهُ ، أَخْبَرَهُ أَنَّهُ غَزَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَزْوَةَ الْحُدَيْبِيَةِ ، قَالَ : فَأَهَلُّوا بِعُمْرَةٍ غَيْرِي ، فَاصْطَدْتُ حِمَارَ وَحْشٍ ، فَأَطْعَمْتُ أَصْحَابِي مِنْهُ وَهُمْ مُحْرِمُونَ ، ثُمَّ أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَنْبَأْتُهُ أَنَّ عِنْدَنَا مِنْ لَحْمِهِ فَاضِلَةً ، فَقَالَ : كُلُوهُ وَهُمْ مُحْرِمُونَ.

“Abdullah ibn Əbu Qatədə ﵀ rəvayət edir ki, atası Allah Elçisi ﷺ ilə birlikdə Hudeybiyyə döyüşündə idi. Atası deyir: “Məndən başqa hamı ümrə niyyəti ilə ehrama girmişdi. Mən bir çöleşşəyini ovlayaraq dostlarım ehramlı olmalarına baxmayaraq onlara yedirtdim. Sonra Allah Elçisinin ﷺ yanına gəldim və bu haqda ona məlumat verərək dedim: “Yanımda o ətdən var”. Peyğəmbər ﷺ orada olanlara: “Yeyin!” dedi. Onların hamısı ehramda idi.”

Abdullah ibn Əbu Qatədə
SəhihNəsəi, 2825 (Həcc, 207)

Fəsil 81

Əgər ehramlı olan ova işarə edərsə, o ət ona halaldırmı?

إِذَا أَشَارَ الْمُحْرِمُ إِلَى الصَّيْدِ فَقَتَلَهُ الْحَلاَلُ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا أَبُو دَاوُدَ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، قَالَ : أَخْبَرَنِي عُثْمَانُ بْنُ عَبْدِ اللهِ بْنِ مَوْهَبٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ أَبِي قَتَادَةَ ، يُحَدِّثُ عَنْ أَبِيهِ ، أَنَّهُمْ كَانُوا فِي مَسِيرٍ لَهُمْ ، بَعْضُهُمْ مُحْرِمٌ وَبَعْضُهُمْ لَيْسَ بِمُحْرِمٍ ، قَالَ : فَرَأَيْتُ حِمَارَ وَحْشٍ فَرَكِبْتُ فَرَسِي ، وَأَخَذْتُ الرُّمْحَ فَاسْتَعَنْتُهُمْ فَأَبَوْا أَنْ يُعِينُونِي ، فَاخْتَلَسْتُ سَوْطًا مِنْ بَعْضِهِمْ ، فَشَدَدْتُ عَلَى الْحِمَارِ فَأَصَبْتُهُ ، فَأَكَلُوا مِنْهُ فَأَشْفَقُوا ، قَالَ : فَسُئِلَ عَنْ ذَلِكَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : هَلْ أَشَرْتُمْ أَوْ أَعَنْتُمْ ؟ قَالُوا : لاَ ، قَالَ : فَكُلُوا.

“Abdullah ibn Əbu Qatədə ﵀ rəvayət edir ki, bir dəfə atası yolda olarkən onların bir qismi ehramlı, bir qismi də ehramsız idi. Atası deyir: “Mən də bir çöleşşəyini görüb atıma mindim, nizəni götürüb dostlarımdan kömək istədim, lakin onlar mənə kömək etmədilər. Birinin nizəsini gizlincə götürdüm və çöleşşəyinə yaxınlaşıb ona atdım. Onu vurduqdan sonra onun ətindən ehtiyat edərək yedilər. Vəziyyəti Allah Elçisindən ﷺ soruşdular. Allah Elçisi ﷺ buyurdu: “Ovu ona göstərdinizmi və ya ovlamaq üçün ona yardım etdinizmi?” Onlar da: “Xeyr” dedilər. Onda Allah Elçisi ﷺ buyurdu: “Elə isə yeyin”.”

Abdullah ibn Əbu Qatədə
SəhihNəsəi, 2826 (Həcc, 208)

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ ، عَنْ عَمْرٍو ، عَنِ الْمُطَّلِبِ ، عَنْ جَابِرٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : صَيْدُ الْبَرِّ لَكُمْ حَلاَلٌ مَا لَمْ تَصِيدُوهُ ، أَوْ يُصَادَ لَكُمْ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : عَمْرُو بْنُ أَبِي عَمْرٍو لَيْسَ بِالْقَوِيِّ فِي الْحَدِيثِ ، وَإِنْ كَانَ قَدْ رَوَى عَنْهُ مَالِكٌ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Özünüz ovlamadığınız və sizin üçün ovlanmadığı müddətdə quruda yaşayan ov ətindən yeyə bilərsiniz”.”

Cabir
ZəifNəsəi, 2827 (Həcc, 209)

Fəsil 82

Ehramlı olan heyvanlardan quduz iti öldürə bilərmi?

مَا يَقْتُلُ الْمُحْرِمُ مِنَ الدَّوَابِّ قَتْلُ الْكَلْبِ الْعَقُورِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسٌ لَيْسَ عَلَى الْمُحْرِمِ فِي قَتْلِهِنَّ جُنَاحٌ : الْغُرَابُ ، وَالْحِدَأَةُ ، وَالْعَقْرَبُ ، وَالْفَأْرَةُ ، وَالْكَلْبُ الْعَقُورُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Ehramlının bu beş heyvanı öldürməsi günah deyil; qarğa, çalağan, əqrəb, siçovul və quduz it”.”

İbn Ömər
SəhihNəsəi, 2828 (Həcc, 210)

Fəsil 83

Ehramlının ilan öldürməsi

قَتْلُ الْحَيَّةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : حَدَّثَنَا قَتَادَةُ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ عَائِشَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسٌ يَقْتُلُهُنَّ الْمُحْرِمُ : الْحَيَّةُ ، وَالْفَأْرَةُ ، وَالْحِدَأَةُ ، وَالْغُرَابُ الأَبْقَعُ ، وَالْكَلْبُ الْعَقُورُ.

“Aişə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlı bu beş heyvanı öldürə bilər: ilan, siçovul, çalağan, qarğa və quduz it”.”

Aişə
SəhihNəsəi, 2829 (Həcc, 211)

Fəsil 84

Ehramlının siçovul öldürməsi

قَتْلُ الْفَأْرَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَذِنَ فِي قَتْلِ خَمْسٍ مِنَ الدَّوَابِّ لِلْمُحْرِمِ : الْغُرَابُ ، وَالْحِدَأَةُ ، وَالْفَأْرَةُ ، وَالْكَلْبُ الْعَقُورُ ، وَالْعَقْرَبُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ehramlının bu beş heyvanı öldürməsinə icazə vermişdir: qarğa, çalağan, siçovul quduz it və əqrəb”.”

İbn Ömər
SəhihNəsəi, 2830 (Həcc, 212)

Fəsil 85

Ehramlının kərtənkələ öldürməsi

قَتْلُ الْوَزَغِ

أَخْبَرَنِي أَبُو بَكْرِ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ عَرْعَرَةَ ، قَالَ : حَدَّثَنَا مُعَاذُ بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، عَنْ قَتَادَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، أَنَّ امْرَأَةً دَخَلَتْ عَلَى عَائِشَةَ وَبِيَدِهَا عُكَّازٌ ، فَقَالَتْ : مَا هَذَا ؟ فَقَالَتْ : لِهَذِهِ الْوَزَغِ لأَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَدَّثَنَا أَنَّهُ لَمْ يَكُنْ شَيْءٌ إِلاَّ يُطْفِئُ ، عَلَى إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ إِلاَّ هَذِهِ الدَّابَّةُ فَأَمَرَنَا بِقَتْلِهَا ، وَنَهَى عَنْ قَتْلِ الْجِنَّانِ ، إِلاَّ ذَا الطُّفْيَتَيْنِ ، وَالأَبْتَرَ ، فَإِنَّهُمَا يَطْمِسَانِ الْبَصَرَ ، وَيُسْقِطَانِ مَا فِي بُطُونِ النِّسَاءِ.

“Səid ibn əl-Museyyib ﵀ rəvayət etmişdir ki, bir qadın əlində əsa ilə Aişənin yanına gəldi. Aişə dedi: “Bu nədir?” Qadın dedi: “Bu, kərtənkələ öldürmək üçündür, çünki Allahın Peyğəmbəri ﷺ bizə bir hədis danışmışdı. Belə ki İbrahim oda atıldıqda bütün heyvanlar onu söndürməyə çalışmışlar, ancaq bu heyvanın odu söndürməkdə səyi olmamışdır. Ona görə də Peyğəmbər onun öldürülməsini əmr etmişdi. Həmçinin qısa quyruqlu ilanın və nəsli kəsilmiş ilanların öldürülməsini qadağan etdi. O ikisi insanların gözlərini kor edir və qadınların bətnlərindəki uşaqları salırlar”.”

Səid ibn əl-Museyyib
SəhihNəsəi, 2831 (Həcc, 213)

Fəsil 86

Ehramlının əqrəb öldürməsi

قَتْلُ الْعَقْرَبِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ أَبُو قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ ، قَالَ : أَخْبَرَنِي نَافِعٌ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسٌ مِنَ الدَّوَابِّ لاَ جُنَاحَ عَلَى مَنْ قَتَلَهُنَّ - أَوْ فِي قَتْلِهِنَّ - وَهُوَ حَرَامٌ : الْحِدَأَةُ ، وَالْفَأْرَةُ ، وَالْكَلْبُ الْعَقُورُ ، وَالْعَقْرَبُ ، وَالْغُرَابُ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlının bu beş heyvanı öldürməsi günah deyil: çalağan, siçovul, quduz it, əqrəb və qarğa”.”

İbn Ömər
SəhihNəsəi, 2832 (Həcc, 214)

Fəsil 87

Ehramlının çalağanı öldürməsi

قَتْلُ الْحِدَأَةِ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : أَنْبَأَنَا أَيُّوبُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ مَا نَقْتُلُ مِنَ الدَّوَابِّ إِذَا أَحْرَمْنَا ؟ قَالَ : خَمْسٌ لاَ جُنَاحَ عَلَى مَنْ قَتَلَهُنَّ : الْحِدَأَةُ ، وَالْغُرَابُ ، وَالْفَأْرَةُ ، وَالْعَقْرَبُ ، وَالْكَلْبُ الْعَقُورُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Bir kişi dedi: “Ey Allahın Elçisi, ehramlı olduqda hansı heyvanı öldürə bilərik?” Peyğəmbər ﷺ belə buyurdu: “Bu beş heyvanı öldürmək günah deyil: çalağan, qarğa, siçovul, əqrəb və quduz it”.”

İbn Ömər
SəhihNəsəi, 2833 (Həcc, 215)

Fəsil 88

Ehramlının qarğanı öldürməsi

قَتْلُ الْغُرَابِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ سُئِلَ مَا يَقْتُلُ الْمُحْرِمُ ؟ قَالَ : يَقْتُلُ الْعَقْرَبَ ، وَالْفُوَيْسِقَةَ ، وَالْحِدَأَةَ ، وَالْغُرَابَ ، وَالْكَلْبَ الْعَقُورَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbərə ﷺ ehramlının nəyi öldürməyə icazə verilməsi haqda sual verildi. Peyğəmbər ﷺ buyurdu: “Əqrəbi, daşıyıcı olan siçovulu, çalağanı, qarğanı və quduz iti öldürmək olar”.”

İbn Ömər
SəhihNəsəi, 2834 (Həcc, 216)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَمْسٌ مِنَ الدَّوَابِّ لاَ جُنَاحَ فِي قَتْلِهِنَّ عَلَى مَنْ قَتَلَهُنَّ فِي الْحَرَمِ وَالإِحْرَامِ : الْفَأْرَةُ ، وَالْحِدَأَةُ ، وَالْغُرَابُ ، وَالْعَقْرَبُ ، وَالْكَلْبُ الْعَقُورُ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Haram ərazisində ehramlının belə bu beş heyvanı öldürməsi günah deyil: siçovul, çalağan, qarğa, əqrəb və quduz it”.”

Səlim atasından
SəhihNəsəi, 2835 (Həcc, 217)

Fəsil 89

Ehramlı nəyi öldürə bilər?

مَا لاَ يَقْتُلُهُ الْمُحْرِمُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي ابْنُ جُرَيْجٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، عَنْ ابْنِ أَبِي عَمَّارٍ ، قَالَ : سَأَلْتُ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، عَنِ الضَّبُعِ فَأَمَرَنِي بِأَكْلِهَا قُلْتُ : أَصَيْدٌ هِيَ ؟ قَالَ : نَعَمْ قُلْتُ : أَسَمِعْتَهُ مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : نَعَمْ.

“Rəvayət edilir ki, İbn Əbu Əmmar ﵀ demişdir: “Mən Cabir ibn Abdullahdan kaftar haqda soruşdum. O da kaftar ətinin yeyilməsinin icazəli olmasını söylədi. Mən dedim: “Onu ovlamaq olar?” O dedi: “Bəli”. Mən dedim: “Sən bunu Allah Elçisindən ﷺ eşitmisən?” O da: “Bəli” dedi”.”

İbn Əbu Əmmar
SəhihNəsəi, 2836 (Həcc, 218)

Fəsil 90

Ehramlının evlənə bilməsi rüsxəti

الرُّخْصَةُ فِي النِّكَاحِ لِلْمُحْرِمِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا دَاوُدُ وَهُوَ ابْنُ عَبْدِ الرَّحْمَنِ الْعَطَّارُ ، عَنْ عَمْرٍو وَهُوَ ابْنُ دِينَارٍ ، قَالَ : سَمِعْتُ أَبَا الشَّعْثَاءِ يُحَدِّثُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : تَزَوَّجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir”.”

İbn Abbas
ZəifNəsəi, 2837 (Həcc, 219)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنَا عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّ أَبَا الشَّعْثَاءِ حَدَّثَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَكَحَ حَرَامًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ehramlı ikən evlənmişdir.”

İbn Abbas
ZəifNəsəi, 2838 (Həcc, 220)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يُونُسَ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُمَا مُحْرِمَانِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunə ilə ikisi də ehramlı ikən evlənmişdir.”

İbn Abbas
ZəifNəsəi, 2839 (Həcc, 221)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْحَاقَ الصَّاغَانِيُّ ، قَالَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ إِسْحَاقَ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ حُمَيْدٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir.”

İbn Abbas
ZəifNəsəi, 2840 (Həcc, 222)

أَخْبَرَنِي شُعَيْبُ بْنُ شُعَيْبِ بْنِ إِسْحَاقَ ، وَصَفْوَانُ بْنُ عَمْرٍو الْحِمْصِيُّ ، قَالاَ : حَدَّثَنَا أَبُو الْمُغِيرَةِ ، قَالَ : حَدَّثَنَا الأَوْزَاعِيُّ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَزَوَّجَ مَيْمُونَةَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məymunə ilə ehramlı ikən evlənmişdir.”

İbn Abbas
ZəifNəsəi, 2841 (Həcc, 223)

Fəsil 91

Ehramlı ikən evlənməyin qadağan olunması

النَّهْيُ عَنْ ذَلِكَ

أَخْبَرَنَا قُتَيْبَةُ ، عَنْ مَالِكٍ ، عَنْ نَافِعٍ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، أَنَّ أَبَانَ بْنَ عُثْمَانَ ، قَالَ : سَمِعْتُ عُثْمَانَ بْنَ عَفَّانَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يَخْطُبُ ، وَلاَ يُنْكِحُ.

“Rəvayət edilir ki, Osman ibn Əffan ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Ehramda olan nə evlənə bilər, nə qız istəmək məqsədilə danışa bilər, nə də başqasının nikahını kəsə bilər”.”

Osman ibn Əffan
SəhihNəsəi, 2842 (Həcc, 224)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ مَالِكٍ ، أَخْبَرَنِي نَافِعٌ ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، عَنْ أَبَانَ بْنِ عُثْمَانَ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ نَهَى أَنْ يَنْكِحَ الْمُحْرِمُ ، أَوْ يُنْكِحَ ، أَوْ يَخْطُبَ.

“Əban ibn Osman atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ehramlıya evlənməyi, qız istəmək məqsədilə danışmağı və başqasının nikahını kəsməsini qadağan etmişdir.”

Əban ibn Osman atasından
SəhihNəsəi, 2843 (Həcc, 225)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ سُفْيَانَ ، عَنْ أَيُّوبَ بْنِ مُوسَى ، عَنْ نُبَيْهِ بْنِ وَهْبٍ ، قَالَ : أَرْسَلَ عُمَرُ بْنُ عُبَيْدِ اللهِ بْنِ مَعْمَرٍ إِلَى أَبَانَ بْنِ عُثْمَانَ يَسْأَلُهُ أَيَنْكِحُ الْمُحْرِمُ ؟ فَقَالَ أَبَانُ : إِنَّ عُثْمَانَ بْنَ عَفَّانَ حَدَّثَ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ يَنْكِحُ الْمُحْرِمُ ، وَلاَ يَخْطُبُ.

“Rəvayət edilir ki, Nubeyh ibn Vəhb ﵀ demişdir: “Ömər ibn Ubeydullah ibn Mə'mər Əban ibn Osmana ehramlının kiminsə kəbinini kəsməsinin icazəli olub-olmadığını öyrənmək üçün adam göndərdi. Əban dedi: “Osman ibn Əffan dedi ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ehramlı olan nə başqasının nikahını kəsə bilər, nə də başqasından qız istəyə bilər”.”

Nubeyh ibn Vəhb
SəhihNəsəi, 2844 (Həcc, 226)

Fəsil 92

Ehramlının qan aldırması

الْحِجَامَةُ لِلْمُحْرِمِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ احْتَجَمَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ehramlı ikən qan aldırmışdır.”

İbn Abbas
SəhihNəsəi, 2845 (Həcc, 227)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ طَاوُوسٍ ، وَعَطَاءٌ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ احْتَجَمَ ، وَهُوَ مُحْرِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ ehramlı ikən qan aldırmışdır.”

İbn Abbas
SəhihNəsəi, 2846 (Həcc, 228)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، عَنْ سُفْيَانَ ، قَالَ : أَنْبَأَنَا عَمْرُو بْنُ دِينَارٍ ، قَالَ : سَمِعْتُ عَطَاءً ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ ، يَقُولُ : احْتَجَمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ ثُمَّ قَالَ بَعْدُ : أَخْبَرَنِي طَاوُوسٌ ، عَنْ ابْنِ عَبَّاسٍ يَقُولُ : احْتَجَمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ مُحْرِمٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ ehramlı ikən qan aldırmışdır”.”

İbn Abbas
SəhihNəsəi, 2847 (Həcc, 229)

Fəsil 93

Ehramlı hansısa bir səbəbə görə qan aldırması

حِجَامَةُ الْمُحْرِمِ مِنْ عِلَّةٍ تَكُونُ بِهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو الْوَلِيدِ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ احْتَجَمَ وَهُوَ مُحْرِمٌ مِنْ وَثْءٍ كَانَ بِهِ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir ehtiyacına görə ehramlı ikən qan aldırmışdır.”

Cabir
SəhihNəsəi, 2848 (Həcc, 230)

Fəsil 94

Ehramlının ayağının üstündən qan aldırması

حِجَامَةُ الْمُحْرِمِ عَلَى ظَهْرِ الْقَدَمِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا مَعْمَرٌ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ احْتَجَمَ وَهُوَ مُحْرِمٌ عَلَى ظَهْرِ الْقَدَمِ مِنْ وَثْءٍ كَانَ بِهِ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir ehtiyacına görə ehramlı ikən ayağında olan qançırın üstündən qan aldırmışdır.”

Ənəs
SəhihNəsəi, 2849 (Həcc, 231)

Fəsil 95

Ehramlının başının ortasından qan aldırması

حِجَامَةُ الْمُحْرِمِ وَسَطَ رَأْسِهِ

أَخْبَرَنِي هِلاَلُ بْنُ بِشْرٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَالِدٍ وَهُوَ ابْنُ عَثْمَةَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ بِلاَلٍ ، قَالَ : قَالَ عَلْقَمَةُ بْنُ أَبِي عَلْقَمَةَ ، أَنَّهُ سَمِعَ الأَعْرَجَ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ ابْنَ بُحَيْنَةَ يُحَدِّثُ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ احْتَجَمَ وَسَطَ رَأْسِهِ وَهُوَ مُحْرِمٌ ، بِلَحْيِ جَمَلٍ مِنْ طَرِيقِ مَكَّةَ.

“Abdullah ibn Buheynə ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Məkkəyə gedən yolun üstündə “Ləhyi Cəməl” adlı yerdə ehramlı ikən başının ortasından qan aldırmışdır.”

Abdullah ibn Buheynə
SəhihNəsəi, 2850 (Həcc, 232)

Fəsil 96

Ehramlının başında olan bitə görə əziyyət çəkməsi

فِي الْمُحْرِمِ يُؤْذِيهِ الْقَمْلُ فِي رَأْسِهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ عَبْدِ الْكَرِيمِ بْنِ مَالِكٍ الْجَزَرِيِّ ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، أَنَّهُ كَانَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُحْرِمًا ، فَآذَاهُ الْقَمْلُ فِي رَأْسِهِ فَأَمَرَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنْ يَحْلِقَ رَأْسَهُ ، وَقَالَ : صُمْ ثَلاَثَةَ أَيَّامٍ ، أَوْ أَطْعِمْ سِتَّةَ مَسَاكِينَ ، مُدَّيْنِ مُدَّيْنِ أَوْ انْسُكْ شَاةً ، أَيَّ ذَلِكَ فَعَلْتَ أَجْزَأَ عَنْكَ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ ehramlı ikən Allah Elçisinin ﷺ yanında idi. O, başında olan bitlərdən əziyyət çəkirdi. Allah Elçisi ﷺ ona başını keçəl etdirməyi əmr etdi və buyurdu: “Üç gün oruc tut və ya altı kasıbı iki mudd ərzaq verərək yedirt, ya da bir qoyun kəs. Bunlardan hansını etsən, əvəzini ödəmiş olarsan”.”

Kəb ibn Ucra
SəhihNəsəi, 2851 (Həcc, 233)

أَخْبَرَنِي أَحْمَدُ بْنُ سَعِيدٍ الرِّبَاطِيُّ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ عَبْدِ اللهِ وَهُوَ الدَّشْتَكِيُّ ، قَالَ : أَنْبَأَنَا عَمْرٌو وَهُوَ ابْنُ أَبِي قَيْسٍ ، عَنِ الزُّبَيْرِ وَهُوَ ابْنُ عَدِيٍّ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ كَعْبِ بْنِ عُجْرَةَ ، قَالَ : أَحْرَمْتُ ، فَكَثُرَ قَمْلُ رَأْسِي ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَتَانِي ، وَأَنَا أَطْبُخُ قِدْرًا لأَصْحَابِي فَمَسَّ رَأْسِي بِإِصْبَعِهِ ، فَقَالَ : انْطَلِقْ فَاحْلِقْهُ ، وَتَصَدَّقْ عَلَى سِتَّةِ مَسَاكِينَ.

“Rəvayət edilir ki, Kəb ibn Ucra ﵁ demişdir: “Mən ehramlı idim və başımda bit çoxalmışdı. Məsələ Peyğəmbərə ﷺ çatdıqda mənim yanıma gəldi. Bu vaxt mən qazanla yoldaşlarıma yemək bişirirdim. Peyğəmbər ﷺ başımı məsh etdi və buyurdu: “Get, başını keçəl elətdir və altı kasıbı yedirt”.”

Kəb ibn Ucra
SəhihNəsəi, 2852 (Həcc, 234)

Fəsil 97

Ehramlı vəfat etdikdə onu sidr ilə qüsl etmək

غَسْلُ الْمُحْرِمِ بِالسِّدْرِ إِذَا مَاتَ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا أَبُو بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً كَانَ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَقَصَتْهُ نَاقَتُهُ وَهُوَ مُحْرِمٌ ، فَمَاتَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ ، وَسِدْرٍ ، وَكَفِّنُوهُ فِي ثَوْبَيْهِ ، وَلاَ تُمِسُّوهُ بِطِيبٍ ، وَلاَ تُخَمِّرُوا رَأْسَهُ ، فَإِنَّهُ يُبْعَثُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərlə ﷺ birlikdə idi. O, ehramda olduğu halda dəvəsindən yıxıldı və boynu sınaraq öldü. Allah Elçisi ﷺ buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki (ehram) parçası ilə kəfənləyin və ona ətir vurmayın. Başını isə örtməyin, çünki o, Qiyamət günü təlbiyə deyərək diriləcək”.”

İbn Abbas
SəhihNəsəi, 2853 (Həcc, 235)

Fəsil 98

Ehramlı vəfat etdikdə ona neçə parça kəfən istifadə olunur?

فِي كَمْ يُكَفَّنُ الْمُحْرِمُ إِذَا مَاتَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً مُحْرِمًا صُرِعَ عَنْ نَاقَتِهِ ، فَأُوقِصَ ذُكِرَ أَنَّهُ قَدْ مَاتَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ ، وَكَفِّنُوهُ فِي ثَوْبَيْنِ ، ثُمَّ قَالَ : عَلَى إِثْرِهِ خَارِجًا رَأْسُهُ ، قَالَ : وَلاَ تُمِسُّوهُ طِيبًا ، فَإِنَّهُ يُبْعَثُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا قَالَ شُعْبَةُ : فَسَأَلْتُهُ بَعْدَ عَشْرِ سِنِينَ ، فَجَاءَ بِالْحَدِيثِ كَمَا كَانَ يَجِيءُ بِهِ إِلاَّ أَنَّهُ قَالَ : وَلاَ تُخَمِّرُوا وَجْهَهُ ، وَرَأْسَهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərlə ﷺ birlikdə idi. O, ehramlı olduğu halda dəvəsindən yıxıldı və boynu sınaraq öldü. Peyğəmbər ﷺ buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki (ehram) parçası ilə kəfənləyin. Başını örtməyin və ətir də vurmayın, çünki o, Qiyamət günü təlbiyə deyərək diriləcək”. Ravi Şubə deyir: “Bu hədisi mənə danışandan on il sonra Bişrdən soruşduqda ilk dəfə söylədiyi kimi söylədi. Bir yerdə fərq var idi, oda “üzünü və başını örtməyin” sözü idi”.”

İbn Abbas
SəhihNəsəi, 2854 (Həcc, 236)

Fəsil 99

Ehramlı vəfat etdikdə ona ətir vurmağın qadağan edilməsi

النَّهْيُ عَنْ أَنْ يُحَنَّطَ الْمُحْرِمُ إِذَا مَاتَ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : بَيْنَا رَجُلٌ وَاقِفٌ بِعَرَفَةَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ وَقَعَ مِنْ رَاحِلَتِهِ فَأَقْعَصَهُ - أَوْ قَالَ فَأَقْعَصَتْهُ - فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ ، وَكَفِّنُوهُ فِي ثَوْبَيْنِ ، وَلاَ تُحَنِّطُوهُ ، وَلاَ تُخَمِّرُوا رَأْسَهُ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَبْعَثُهُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi Allah Elçisi ﷺ ilə birlikdə Arafada idi. O, birdən miniyindən yıxıldı və boynu sınaraq öldü. Peyğəmbər ﷺ buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki (ehram) parçası ilə kəfənləyin, ətir vurmayın və başını da örtməyin. Şübhəsiz, Allah ﷿ onu Qiyamət günü diriltdikdə o, təlbiyə deyərək diriləcək”.”

İbn Abbas
SəhihNəsəi, 2855 (Həcc, 237)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنِ الْحَكَمِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : وَقَصَتْ رَجُلاً مُحْرِمًا نَاقَتُهُ ، فَقَتَلَتْهُ ، فَأُتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : اغْسِلُوهُ ، وَكَفِّنُوهُ ، وَلاَ تُغَطُّوا رَأْسَهُ ، وَلاَ تُقَرِّبُوهُ طِيبًا ، فَإِنَّهُ يُبْعَثُ يُهِلُّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi ehramlı ikən dəvəsindən yıxılıb ölmüşdü. Peyğəmbərə ﷺ bu xəbər çatdıqda buyurdu: “Onu qüsl edin, kəfənləyin, başını örtməyin və ətir vurmayın, çünki o, təlbiyə deyərək diriləcək”.”

İbn Abbas
SəhihNəsəi, 2856 (Həcc, 238)

Fəsil 100

Ehramlı adam öldükdə onun üzünün və başının örtülməsinin qadağan olması

النَّهْيُ عَنْ أَنْ يُخَمَّرَ وَجْهُ الْمُحْرِمِ ، وَرَأْسُهُ إِذَا مَاتَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا خَلَفٌ ، يَعْنِي ابْنَ خَلِيفَةَ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً كَانَ حَاجًّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَّهُ لَفَظَهُ بَعِيرُهُ فَمَاتَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُغَسَّلُ ، وَيُكَفَّنُ فِي ثَوْبَيْنِ ، وَلاَ يُغَطَّى رَأْسُهُ ، وَوَجْهُهُ ، فَإِنَّهُ يَقُومُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisi ﷺ ilə birlikdə həcc edirdi. Həmin kişi dəvədən yıxılaraq vəfat etdi. Allah Elçisi ﷺ dedi: “Onu yuyun, ehram paltarları ilə kəfənləyin, lakin başını və üzünü örtməyin. Çünki o, Qiyamət günü təlbiyə gətirərək duracaq”.”

İbn Abbas
SəhihNəsəi, 2857 (Həcc, 239)

Fəsil 101

Ehramlı adam öldükdə onun başının örtülməsinin qadağan olması

النَّهْيُ عَنْ تَخْمِيرِ رَأْسِ الْمُحْرِمِ إِذَا مَاتَ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ إِسْحَاقَ ، قَالَ : أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّ سَعِيدَ بْنَ جُبَيْرٍ ، أَخْبَرَهُ أَنَّ ابْنَ عَبَّاسٍ ، أَخْبَرَهُ قَالَ : أَقْبَلَ رَجُلٌ حَرَامًا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَّ مِنْ فَوْقِ بَعِيرِهِ ، فَوُقِصَ وَقْصًا فَمَاتَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ ، وَسِدْرٍ ، وَأَلْبِسُوهُ ثَوْبَيْهِ ، وَلاَ تُخَمِّرُوا رَأْسَهُ ، فَإِنَّهُ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يُلَبِّي.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi Allah Elçisi ﷺ ilə birlikdə həcc edirdi. Həmin kişi dəvənin üstündən yıxılaraq boynu sındı və vəfat etdi. Allah Elçisi ﷺ buyurdu: “Onu su və sidr ilə yuyun, ehram paltarları ilə kəfənləyin, lakin başını örtməyin. Çünki o, Qiyamət günü təlbiyə gətirərək duracaq”.”

İbn Abbas
SəhihNəsəi, 2858 (Həcc, 240)

Fəsil 102

Həccə getməyə düşmən mane olarsa nə etməli?

فِيمَنْ أُحْصِرَ بِعَدُوٍّ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا جُوَيْرِيَةُ ، عَنْ نَافِعٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَبْدِ اللهِ ، وَسَالِمَ بْنَ عَبْدِ اللهِ ، أَخْبَرَاهُ أَنَّهُمَا كَلَّمَا عَبْدَ اللهِ بْنَ عُمَرَ ، لَمَّا نَزَلَ الْجَيْشُ بَابْنِ الزُّبَيْرِ قَبْلَ أَنْ يُقْتَلَ ، فَقَالاَ : لاَ يَضُرُّكَ أَنْ لاَ تَحُجَّ الْعَامَ ، إِنَّا نَخَافُ أَنْ يُحَالَ بَيْنَنَا وَبَيْنَ الْبَيْتِ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَالَ كُفَّارُ قُرَيْشٍ دُونَ الْبَيْتِ ، فَنَحَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَدْيَهُ ، وَحَلَقَ رَأْسَهُ ، وَأُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ عُمْرَةً إِنْ شَاءَ اللَّهُ ، أَنْطَلِقُ فَإِنْ خُلِّيَ بَيْنِي وَبَيْنَ الْبَيْتِ طُفْتُ ، وَإِنْ حِيلَ بَيْنِي وَبَيْنَ الْبَيْتِ فَعَلْتُ مَا فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا مَعَهُ ، ثُمَّ سَارَ سَاعَةً ، ثُمَّ قَالَ : فَإِنَّمَا شَأْنُهُمَا وَاحِدٌ ، أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ حَجَّةً مَعَ عُمْرَتِي ، فَلَمْ يَحْلِلْ مِنْهُمَا حَتَّى أَحَلَّ يَوْمَ النَّحْرِ وَأَهْدَى.

“Abdullah ibn Abdullah və Səlim ibn Abdullah ﵀ rəvayət edirlər ki, İbn əz-Zubeyr öldürülməmişdən qabaq Məkkə mühasirədə olduqda Abdullah ibn Ömərə dedik: “Bu il həcc etməməyin sənə zərər verməz, çünki Kəbəni təvaf etməyimizə əngəl çıxmağından qorxuruq”. O da belə buyurdu: “Biz Allah Elçisi ﷺ ilə birlidə yola çıxmışdıq. Qureyş kafirləri Kəbəni ziyarət etməyimizə mane oldular. Allah Elçisi ﷺ də qurbanını kəsdi və başını qırxdı. Siz də şahid olun ki, mən, Allahın izni ilə ümrə etməyi özümə vacib edib gedirəm. Əgər Kəbəni təvaf etməyə maneə olmazsa, təvaf edəcəyəm. Kəbə ilə mənim aramda bir maneə çıxsa, Allah Elçisinin ﷺ etdiyi kimi edəcəyəm”. Bir qədər yeridikdən sonra belə dedi: “Onlar ikisi də (ümrə və həcc) birdir. Şahid olun ki, ümrə ilə birlikdə həcc də edəcəyəm”. Sonra İbn Ömər Qurban bayramı gününə və qurbanını kəsənə qədər ehramdan çıxmadı”.”

Abdullah ibn Abdullah və Səlim ibn Abdullah
SəhihNəsəi, 2859 (Həcc, 241)

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ الْبَصْرِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنِ الْحَجَّاجِ الصَّوَّافِ ، عَنْ يَحْيَى بْنِ أَبِي كَثِيرٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ الْحَجَّاجِ بْنِ عَمْرٍو الأَنْصَارِيِّ ، أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : مَنْ عَرِجَ أَوْ كُسِرَ فَقَدْ حَلَّ وَعَلَيْهِ حَجَّةٌ أُخْرَى فَسَأَلْتُ ابْنَ عَبَّاسٍ ، وَأَبَا هُرَيْرَةَ ، عَنْ ذَلِكَ فَقَالاَ : صَدَقَ.

“İkrimə ﵀ rəvayət edir ki, Həccac ibn Amr əl-Ənsari Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişdir: “Kim topal olar və ya ayağı sınarsa, ehramdan çıxar və gələn il həcc edər”. Mən İbn Abbas və Əbu Hureyradan bu haqda soruşdum, onlar: “Doğru söylədi” dedilər.”

İkrimə
SəhihNəsəi, 2860 (Həcc, 242)

أَخْبَرَنَا شُعَيْبُ بْنُ يُوسُفَ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ حَجَّاجِ بْنِ الصَّوَّافِ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ أَبِي كَثِيرٍ ، عَنْ عِكْرِمَةَ ، عَنِ الْحَجَّاجِ بْنِ عَمْرٍو ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : مَنْ كُسِرَ أَوْ عَرِجَ فَقَدْ حَلَّ وَعَلَيْهِ حَجَّةٌ أُخْرَى وَسَأَلْتُ ابْنَ عَبَّاسٍ ، وَأَبَا هُرَيْرَةَ ، فَقَالاَ : صَدَقَ ، وَقَالَ شُعَيْبٌ ، فِي حَدِيثِهِ : وَعَلَيْهِ الْحَجُّ مِنْ قَابِلٍ.

“İkrimə ﵀ rəvayət edir ki, Həccac ibn Amr Peyğəmbərin ﷺ belə buyurduğunu rəvayət etmişdir: “Kimin ayağı sınar və ya topal olarsa, ehramdan çıxar və gələn il həcc edər”. Mən İbn Abbas və Əbu Hureyradan bu haqda soruşdum, onlar: “Doğru söylədi” dedilər. Ravi rəvayətində: “Növbəti il yenidən həcc edər” demişdir.”

İkrimə
SəhihNəsəi, 2861 (Həcc, 243)

Fəsil 103

Məkkəyə daxil olmaq

دُخُولُ مَكَّةَ

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : أَنْبَأَنَا سُوَيْدٌ ، قَالَ : حَدَّثَنَا زُهَيْرٌ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، قَالَ : حَدَّثَنِي نَافِعٌ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ حَدَّثَهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَنْزِلُ بِذِي طُوًى يَبِيتُ بِهِ حَتَّى يُصَلِّيَ صَلاَةَ الصُّبْحِ حِينَ يَقْدَمُ إِلَى مَكَّةَ ، وَمُصَلَّى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَلِكَ ، عَلَى أَكَمَةٍ غَلِيظَةٍ ، لَيْسَ فِي الْمَسْجِدِ الَّذِي بُنِيَ ، ثَمَّ وَلَكِنْ أَسْفَلَ مِنْ ذَلِكَ عَلَى أَكَمَةٍ خَشِنَةٍ غَلِيظَةٍ.

“Abdullah ibn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Məkkəyə gəldikdə “Zu-Tuva” deyilən yerdə gecələdi və Sübh namazını da orada qıldı. Namaz qıldığı yer indiki məscidin yeri deyildi, sərt və bir az hündür bir yer idi. İndiki məscidin aşağı hissəsində olan çətin yer idi.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2862 (Həcc, 244)

Fəsil 104

Məkkəyə gecə daxil olmaq

دُخُولُ مَكَّةَ لَيْلاً

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، عَنْ شُعَيْبٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي مُزَاحِمُ بْنُ أَبِي مُزَاحِمٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ عَبْدِ اللهِ ، عَنْ مُحَرِّشٍ الْكَعْبِيِّ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، خَرَجَ لَيْلاً مِنَ الْجِعِرَّانَةِ حِينَ مَشَى مُعْتَمِرًا ، فَأَصْبَحَ بِالْجِعِرَّانَةِ كَبَائِتٍ حَتَّى إِذَا زَالَتِ الشَّمْسُ ، خَرَجَ عَنِ الْجِعِرَّانَةِ فِي بَطْنِ سَرِفَ ، حَتَّى جَامَعَ الطَّرِيقَ طَرِيقَ الْمَدِينَةِ ، مِنْ سَرِفَ.

“Muhərriş əl-Kə'bi ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ gecə vaxtı Ciranədən çıxdı və piyada gedərək ümrə etdi. Ciranədə gecələdikdən sonra günəş qərbə doğru meyl etdikdə oradan çıxdı və “Bətni Şərif” deyilən yol ilə gedərək Səriflə Mədinə yolunun birləşdiyi yerə qədər gəldi.”

Muhərriş əl-Kə'bi
SəhihNəsəi, 2863 (Həcc, 245)

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ سُفْيَانَ ، عَنْ إِسْمَعِيلَ بْنِ أُمَيَّةَ ، عَنْ مُزَاحِمٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ عَبْدِ اللهِ بْنِ خَالِدِ بْنِ أُسَيْدٍ ، عَنْ مُحَرِّشٍ الْكَعْبِيِّ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَرَجَ مِنَ الْجِعِرَّانَةِ لَيْلاً ، كَأَنَّهُ سَبِيكَةُ فِضَّةٍ ، فَاعْتَمَرَ ، ثُمَّ أَصْبَحَ بِهَا كَبَائِتٍ.

“Muhərriş əl-Kə'bi ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ gecə vaxtı Ciranədən çıxdı. O, sanki gümüş top kimi parıldayırdı. Ümrə edib Ciranəyə qayıtdı, elə bil ki, elə orada gecələmişdi.”

Muhərriş əl-Kə'bi
SəhihNəsəi, 2864 (Həcc, 246)

Fəsil 105

Məkkəyə haradan daxil olurlar?

مِنْ أَيْنَ يَدْخُلُ مَكَّةَ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، قَالَ : حَدَّثَنِي نَافِعٌ ، عَنْ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ مَكَّةَ مِنَ الثَّنِيَّةِ الْعُلْيَا الَّتِي بِالْبَطْحَاءِ ، وَخَرَجَ مِنَ الثَّنِيَّةِ السُّفْلَى.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Bətha deyilən yerin yuxarı tərəfindən Məkkəyə daxil oldu, çıxanda da Bəthanın aşağı tərəfindən çıxdı.”

İbn Ömər
SəhihNəsəi, 2865 (Həcc, 247)

Fəsil 106

Məkkəyə bayraqla girmək

دُخُولُ مَكَّةَ بِاللِّوَاءِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عَمَّارٍ الدُّهْنِيِّ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ مَكَّةَ ، وَلِوَاؤُهُ أَبْيَضُ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkəyə daxil olduqda onun bayrağı ağ rəngdə idi.”

Cabir
SəhihNəsəi, 2866 (Həcc, 248)

Fəsil 107

Məkkəyə ehramsız girmək

دُخُولُ مَكَّةَ بِغَيْرِ إِحْرَامٍ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ مَكَّةَ وَعَلَيْهِ الْمِغْفَرُ ، فَقِيلَ ابْنُ خَطَلٍ مُتَعَلِّقٌ بِأَسْتَارِ الْكَعْبَةِ فَقَالَ : اقْتُلُوهُ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkəyə daxil olduqda (başında) dəbilqə var idi. Ona İbn Xatalın Kəbənin örtüyündən yapışıb (aman dilədiyi) xəbər verildikdə Peyğəmbər ﷺ: “Öldürün onu!”– deyə buyurdu.”

Ənəs
SəhihNəsəi, 2867 (Həcc, 249)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الزُّبَيْرِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ أَنَسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ مَكَّةَ عَامَ الْفَتْحِ وَعَلَى رَأْسِهِ الْمِغْفَرُ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Fəth ilində Məkkəyə daxil olduqda başında dəbilqə var idi.”

Ənəs
SəhihNəsəi, 2868 (Həcc, 250)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ عَمَّارٍ ، قَالَ : حَدَّثَنِي أَبُو الزُّبَيْرِ الْمَكِّيُّ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ يَوْمَ فَتْحِ مَكَّةَ ، وَعَلَيْهِ عِمَامَةٌ سَوْدَاءُ بِغَيْرِ إِحْرَامٍ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ fəth günü Məkkəyə günü başında qara sarıq, özü də ehramsız olaraq daxil olmuşdur.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2869 (Həcc, 251)

Fəsil 108

Peyğəmbərin ﷺ Məkkəyə gəldiyi vaxt

الْوَقْتُ الَّذِي وَافَى فِيهِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَعْمَرٍ ، قَالَ : حَدَّثَنَا حَبَّانُ ، قَالَ : حَدَّثَنَا وُهَيْبٌ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ أَبِي الْعَالِيَةِ الْبَرَّاءِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ لِصُبْحِ رَابِعَةٍ وَهُمْ يُلَبُّونَ بِالْحَجِّ ، فَأَمَرَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنْ يَحِلُّوا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ və səhabələri həcc üçün ehrama girdikləri dördüncü günü Məkkəyə gəldilər. Allah Elçisi ﷺ onlara ehramdan çıxmalarını əmr etdi”.”

İbn Abbas
SəhihNəsəi, 2870 (Həcc, 252)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ يَحْيَى بْنِ كَثِيرٍ أَبُو غَسَّانَ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي الْعَالِيَةِ الْبَرَّاءِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَرْبَعٍ مَضَيْنَ مِنْ ذِي الْحِجَّةِ وَقَدْ أَهَلَّ بِالْحَجِّ ، فَصَلَّى الصُّبْحَ بِالْبَطْحَاءِ ، وَقَالَ : مَنْ شَاءَ أَنْ يَجْعَلَهَا عُمْرَةً فَلْيَفْعَلْ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Zil-Hiccə ayının dördündə gəldi və həcc üçün ehrama girdi. Sübh namazını əl-Bətha deyilən yerdə qıldı və buyurdu: “Kim istəyirsə ümrə etsin”.”

İbn Abbas
SəhihNəsəi, 2871 (Həcc, 253)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : عَطَاءٌ : قَالَ جَابِرٌ : قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ صَبِيحَةَ رَابِعَةٍ مَضَتْ مِنْ ذِي الْحِجَّةِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ Məkkəyə Zil-Hiccə ayının dördündə gəlmişdir”.”

Cabir
SəhihNəsəi, 2872 (Həcc, 254)

Fəsil 109

Ehramlı ikən imamın önündə gedərək kafirlərə meydan oxuyaraq şeir demək

إِنْشَادُ الشِّعْرِ فِي الْحَرَمِ وَالْمَشْيُ بَيْنَ يَدَيِ الإِمَامِ

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ مَكَّةَ فِي عُمْرَةِ الْقَضَاءِ وَعَبْدُ اللهِ بْنُ رَوَاحَةَ يَمْشِي بَيْنَ يَدَيْهِ وَهُوَ يَقُولُ : خَلُّوا بَنِي الْكُفَّارِ عَنْ سَبِيلِهِ ... الْيَوْمَ نَضْرِبْكُمْ عَلَى تَنْزِيلِهِ ضَرْبًا يُزِيلُ الْهَامَ عَنْ مَقِيلِهِ ... وَيُذْهِلُ الْخَلِيلَ عَنْ خَلِيلِهِ فَقَالَ لَهُ عُمَرُ : يَا ابْنَ رَوَاحَةَ بَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَفِي حَرَمِ اللهِ عَزَّ وَجَلَّ ، تَقُولُ الشِّعْرَ قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَلِّ عَنْهُ ، فَلَهُوَ أَسْرَعُ فِيهِمْ مِنْ نَضْحِ النَّبْلِ.

“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ qəza ümrəsi etmək üçün Məkkəyə girərkən Abdullah ibn Ravaha onun önündə gedərək belə deyirdi: “Çəkilin kafir övladları onun yolundan, Bu gün onun gəlməsi ilə sizi vuracağıq, Başı boyundan ayıran zərbə, Dostu dostdan ayıran zərbə”. Ömər ona dedi: “Ey İbn Ravaha! Həm Allah Elçisinin ﷺ qarşısında gedirsən, həm də Allahın ﷿ Haramında (Məkkədə) şeir oxuyursan”. Peyğəmbər ﷺ ona dedi: “Onunla işin olmasın! Onun dediyi düşmənə ox yarasından daha təsirlidir”.”

Ənəs
SəhihNəsəi, 2873 (Həcc, 255)

Fəsil 110

Məkkənin müqəddəsliyi

حُرْمَةُ مَكَّةَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، عَنْ جَرِيرٍ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ الْفَتْحِ : هَذَا الْبَلَدُ حَرَّمَهُ اللَّهُ يَوْمَ خَلَقَ السَّمَوَاتِ وَالأَرْضَ ، فَهُوَ حَرَامٌ بِحُرْمَةِ اللهِ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ يُعْضَدُ شَوْكُهُ وَلاَ يُنَفَّرُ صَيْدُهُ ، وَلاَ يَلْتَقِطُ لُقَطَتَهُ ، إِلاَّ مَنْ عَرَّفَهَا ، وَلاَ يُخْتَلَى خَلاَهُ قَالَ : الْعَبَّاسُ يَا رَسُولَ اللهِ إِلاَّ الإِذْخِرَ فَذَكَرَ كَلِمَةً مَعْنَاهَا إِلاَّ الإِذْخِرَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Fəth günü buyurdu: “Bu şəhər Allahın göyləri və yeri yaratdığı gündən bəri haram olan (müqəddəs) bir yerdir. Bu səbəblə də Qiyamətə qədər Allahın əmri ilə bura haram olan (müqəddəs) yerdir. Onun tikanları yolunmaz, ov heyvanları qovulmaz, tapılan şeylər yalnız yiyəsi tapılıb ona verilməsi üçün götürülə bilər. Bitkiləri də yolunmaz”. Abbas dedi: “Ey Allahın Elçisi, izxir otunu bu qadağalara daxil etmə!” O da izxir otunun yolunaraq toplanmasına icazə verdi”.”

İbn Abbas
SəhihNəsəi, 2874 (Həcc, 256)

Fəsil 111

Məkkədə döyüşməyin haram olması

تَحْرِيمُ الْقِتَالِ فِيهِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، قَالَ : حَدَّثَنَا مُفَضَّلٌ ، عَنْ مَنْصُورٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمَ فَتْحِ مَكَّةَ : إِنَّ هَذَا الْبَلَدَ حَرَامٌ ، حَرَّمَهُ اللَّهُ عَزَّ وَجَلَّ ، لَمْ يَحِلَّ فِيهِ الْقِتَالُ ، لأَحَدٍ قَبْلِي ، وَأُحِلَّ لِي سَاعَةً مِنْ نَهَارٍ ، فَهُوَ حَرَامٌ بِحُرْمَةِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkənin Fəthi günü buyurdu: “Bu şəhər haram olan (müqəddəs) yerdir. Onu Allah ﷿ haram etmişdir. Orada döyüşmək məndən qabaq heç kimə halal olmadı, mənə isə günün bir qismində halal edildi. O, Allahın ﷿ müqəddəsliyi ilə haram edilmişdir”.”

İbn Abbas
SəhihNəsəi, 2875 (Həcc, 257)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ سَعِيدِ بْنِ أَبِي سَعِيدٍ ، عَنْ أَبِي شُرَيْحٍ ، أَنَّهُ قَالَ : لِعَمْرِو بْنِ سَعِيدٍ وَهُوَ يَبْعَثُ الْبُعُوثَ إِلَى مَكَّةَ ائْذَنْ لِي أَيُّهَا الأَمِيرُ أُحَدِّثْكَ قَوْلاً ، قَامَ بِهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْغَدَ مِنْ يَوْمِ الْفَتْحِ سَمِعَتْهُ أُذُنَايَ وَوَعَاهُ قَلْبِي ، وَأَبْصَرَتْهُ عَيْنَايَ حِينَ تَكَلَّمَ بِهِ حَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، ثُمَّ قَالَ : إِنَّ مَكَّةَ حَرَّمَهَا اللَّهُ وَلَمْ يُحَرِّمْهَا النَّاسُ ، وَلاَ يَحِلُّ لاِمْرِئٍ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ ، أَنْ يَسْفِكَ بِهَا دَمًا ، وَلاَ يَعْضُدَ بِهَا شَجَرًا ، فَإِنْ تَرَخَّصَ أَحَدٌ لِقِتَالِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا فَقُولُوا لَهُ : إِنَّ اللَّهَ أَذِنَ لِرَسُولِهِ ، وَلَمْ يَأْذَنْ لَكُمْ ، وَإِنَّمَا أَذِنَ لِي فِيهَا سَاعَةً مِنْ نَهَارٍ ، وَقَدْ عَادَتْ حُرْمَتُهَا الْيَوْمَ كَحُرْمَتِهَا بِالأَمْسِ ، وَلْيُبَلِّغِ الشَّاهِدُ الْغَائِبَ.

“Rəvayət edilir ki, Əbu Şureyh ﵀ demişdir: “Amr ibn Səid Məkkəyə əsgər göndərərkən Əbu Şureyh ona dedi: “Ey əmir, icazə ver Məkkənin fəthinin sonrakı günü Allah Elçisinin ﷺ buyurduğu və qulaqlarımla eşitdiyim, qəlbimlə əzbərlədiyim, gözlərimlə gördüyüm bir kəlamlarını sənə xatırladım. O, Allaha həmd etdikdən və Ona tərif dedikdən sonra belə buyurmuşdur: “Həqiqətən, Məkkəni insanlar deyil, Allah müqəddəsləşdirmişdir. Allaha və Axirət gününə iman gətirən kimsəyə orada qan tökməsi və ağacları kəsməsi halal deyil. Kimsə çıxıb Allah Elçisinin ﷺ orada döyüşməsini dəlil gətirsə, ona deyin: “Öz elçisinə Allah izin verdi, sizə ki izin verməyib”. Mənə günün bir qismində döyüşməyə izin verilmişdir. Dünənki müqəddəsliyi isə yenidən geri qayıtmışdır. Burada olanlar bunu olmayanlara çatdırsın”.”

Əbu Şureyh
SəhihNəsəi, 2876 (Həcc, 258)

Fəsil 112

Məkkənin müqəddəsliyi

حُرْمَةُ الْحَرَمِ

أَخْبَرَنَا عِمْرَانُ بْنُ بَكَّارٍ ، قَالَ : حَدَّثَنَا بِشْرٌ ، أَخْبَرَنِي أَبِي ، عَنِ الزُّهْرِيِّ ، أَخْبَرَنِي سُحَيْمٌ ، أَنَّهُ سَمِعَ أَبَا هُرَيْرَةَ ، يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يَغْزُو هَذَا الْبَيْتَ جَيْشٌ فَيُخْسَفُ بِهِمْ بِالْبَيْدَاءِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu Evə doğru bir ordu hücum edəcək, lakin “əl-Beyda” adlı yerdə yerə batırılacaq”.”

Əbu Hureyra
SəhihNəsəi, 2877 (Həcc, 259)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِدْرِيسَ أَبُو حَاتِمٍ الرَّازِيُّ ، قَالَ : حَدَّثَنَا عُمَرُ بْنُ حَفْصِ بْنِ غِيَاثٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ مِسْعَرٍ ، قَالَ : أَخْبَرَنِي طَلْحَةُ بْنُ مُصَرِّفٍ ، عَنْ أَبِي مُسْلِمٍ الأَغَرِّ ، عَنْ أَبِي هُرَيْرَةَ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لاَ تَنْتَهِي الْبُعُوثُ عَنْ غَزْوِ هَذَا الْبَيْتِ ، حَتَّى يُخْسَفَ بِجَيْشٍ مِنْهُمْ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Bu Evi ələ keçirmək üçün bir çox ordular hücum edəcək. Onlardan biri yerə batırılacaq”.”

Əbu Hureyra
SəhihNəsəi, 2878 (Həcc, 260)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ دَاوُدَ الْمِصِّيصِيُّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ مُحَمَّدِ بْنِ سَابِقٍ ، قَالَ : حَدَّثَنَا أَبُو أُسَامَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ السَّلاَمِ ، عَنِ الدَّالاَنِيِّ ، عَنْ عَمْرِو بْنِ مُرَّةَ ، عَنْ سَالِمِ بْنِ أَبِي الْجَعْدِ ، عَنْ أَخِيهِ ، قَالَ : حَدَّثَنِي ابْنُ أَبِي رَبِيعَةَ ، عَنْ حَفْصَةَ بِنْتِ عُمَرَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُبْعَثُ جُنْدٌ إِلَى هَذَا الْحَرَمِ فَإِذَا كَانُوا بِبَيْدَاءَ مِنَ الأَرْضِ ، خُسِفَ بِأَوَّلِهِمْ وَآخِرِهِمْ ، وَلَمْ يَنْجُ أَوْسَطُهُمْ قُلْتُ : أَرَأَيْتَ إِنْ كَانَ فِيهِمْ مُؤْمِنُونَ ، قَالَ : تَكُونُ لَهُمْ قُبُورًا.

“Rəvayət edilir ki, Həfsa bint Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Bu Haram olan Evə (Məkəyə) doğru ordu hücum edəcək, lakin “əl-Beyda” adlı yerdə birinciləri və axırıncıları yerə batırılacaq. Onların ortada olanları da xilas olmayacaq”. Mən dedim: “Onların arasında möminlər olsa, necə olacaq?” Allah Elçisi ﷺ buyurdu: “Ora onlar üçün qəbir olacaq”.”

Həfsa bint Ömər
ZəifNəsəi, 2879 (Həcc, 261)

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ عِيسَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أُمَيَّةَ بْنِ صَفْوَانَ بْنِ عَبْدِ اللهِ بْنِ صَفْوَانَ ، سَمِعَ جَدَّهُ ، يَقُولُ : حَدَّثَتْنِي حَفْصَةُ ، أَنَّهُ قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَيَؤُمَّنَّ هَذَا الْبَيْتَ جَيْشٌ يَغْزُونَهُ ، حَتَّى إِذَا كَانُوا بِبَيْدَاءَ مِنَ الأَرْضِ ، خُسِفَ بِأَوْسَطِهِمْ ، فَيُنَادِي أَوَّلُهُمْ وَآخِرُهُمْ ، فَيُخْسَفُ بِهِمْ جَمِيعًا ، وَلاَ يَنْجُو إِلاَّ الشَّرِيدُ الَّذِي يُخْبِرُ عَنْهُمْ فَقَالَ لَهُ رَجُلٌ : أَشْهَدُ عَلَيْكَ أَنَّكَ مَا كَذَبْتَ عَلَى جَدِّكَ ، وَأَشْهَدُ عَلَى جَدِّكَ أَنَّهُ مَا كَذَبَ عَلَى حَفْصَةَ ، وَأَشْهَدُ عَلَى حَفْصَةَ أَنَّهَا لَمْ تَكْذِبْ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Rəvayət edilir ki, Həfsa ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Bu Evi (Kəbəni) ələ keçirmək üçün bir ordu hücum edəcək, lakin “əl-Beyda” adlı yerdə ordunun mərkəzində olanlar yerə batırılacaq. Öndə və arxada olanlar qışqırışacaqlar, lakin hamısı yerin dibinə batırılacaq. Yalnız bir nəfər qaçan, xəbər verən olaraq xilas olacaq”. Ravi dedi: “Mən inanıram ki, sən bu hədisi rəvayət edərkən babandan eşitmədiyin bir şeyi danışmazsan və inanıram ki, baban da Həfsadan eşitmədiyini danışmaz. Həmçinin Həfsa da Peyğəmbərin ﷺ adından yalan danışmaz”.”

Həfsa
SəhihNəsəi, 2880 (Həcc, 262)

Fəsil 113

Məkkədə heyvanlardan hansını öldürmək haram deyil?

مَا يُقْتَلُ فِي الْحَرَمِ مِنَ الدَّوَابِّ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسُ فَوَاسِقَ يُقْتَلْنَ فِي الْحِلِّ وَالْحَرَمِ : الْغُرَابُ ، وَالْحِدَأَةُ ، وَالْكَلْبُ الْعَقُورُ ، وَالْعَقْرَبُ ، وَالْفَأْرَةُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Beş növ zərərverici heyvan haramda da öldürülə bilər. Bunlar qarğa, çalağan (qırğı), quduzlaşmış it, əqrəb və sıçovuldur”.”

Aişə
SəhihNəsəi, 2881 (Həcc, 263)

Fəsil 114

Haramda ilan öldürmək

قَتْلُ الْحَيَّةِ فِي الْحَرَمِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا النَّضْرُ بْنُ شُمَيْلٍ ، قَالَ : أَنْبَأَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، سَمِعْتُ سَعِيدَ بْنَ الْمُسَيَّبِ يُحَدِّثُ ، عَنْ عَائِشَةَ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسُ فَوَاسِقَ يُقْتَلْنَ فِي الْحِلِّ وَالْحَرَمِ : الْحَيَّةُ ، وَالْكَلْبُ ، الْعَقُورُ ، وَالْغُرَابُ الأَبْقَعُ ، وَالْحِدَأَةُ ، وَالْفَأْرَةُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Beş növ zərərverici heyvan haramda da öldürülə bilər. Bunlar, ilan, quduz it, ala qarğa, çalağan (qırğı) və sıçovuldur”.”

Aişə
SəhihNəsəi, 2882 (Həcc, 264)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ حَفْصِ بْنِ غِيَاثٍ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْخَيْفِ مِنْ مِنًى ، حَتَّى نَزَلَتْ {وَالْمُرْسَلاَتِ عُرْفًا} فَخَرَجَتْ حَيَّةٌ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْتُلُوهَا ، فَابْتَدَرْنَاهَا ، فَدَخَلَتْ فِي جُحْرِهَا.

“Rəvayət edilir ki, Abdullah ﵂ demişdir: “Bir dəfə mən Minada Xayf məscidində Allah Elçisi ﷺ ilə birlikdə idim. Bu əsnada “And olsun xeyirlə göndərilənlərə” (əl-Mursələt surəsi) nazil oldu və ilan peyda oldu. Allah Elçisi ﷺ buyurdu: “Öldürün onu!” Biz qaçıb onu vurmaq istədikdə, o, yuvasına girdi”.”

Abdullah
SəhihNəsəi, 2883 (Həcc, 265)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ مُجَاهِدٍ ، عَنْ أَبِي عُبَيْدَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : كُنَّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ عَرَفَةَ ، الَّتِي قَبْلَ يَوْمِ عَرَفَةَ فَإِذَا حِسُّ الْحَيَّةِ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اقْتُلُوهَا فَدَخَلَتْ شَقَّ جُحْرٍ ، فَأَدْخَلْنَا عُودًا ، فَقَلَعْنَا بَعْضَ الْجُحْرِ ، فَأَخَذْنَا سَعَفَةً ، فَأَضْرَمْنَا فِيهَا نَارًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : وَقَاهَا اللَّهُ شَرَّكُمْ ، وَوَقَاكُمْ شَرَّهَا.

“Əbu Ubeydə atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Arafa günündən bir gün əvvəl gecə vaxtı Allah Elçisi ﷺ ilə birlikdə idim. Birdən bir ilan gördüm və Allah Elçisi ﷺ buyurdu: “Öldürün onu!” İlan da o dəqiqə bir deşiyə girdi. Biz də xurma yarpaqlarını yandıraraq o deşiyə tüstü verməyə başladıq və həmin deşiyə od vurduq. Allah Elçisi ﷺ buyurdu: “Allah onu sizin şərinizdən, sizi isə onun şərindən qorudu”.”

Əbu Ubeydə atasından
SəhihNəsəi, 2884 (Həcc, 266)

Fəsil 115

Kərtənkələni öldürmək

قَتْلُ الْوَزَغِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي عَبْدُ الْحَمِيدِ بْنُ جُبَيْرِ بْنِ شَيْبَةَ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أُمِّ شَرِيكٍ ، قَالَتْ : أَمَرَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، بِقَتْلِ الأَوْزَاغِ.

“Rəvayət edilir ki, Ummu Şərik ﵂ demişdir: “Allah Elçisi ﷺ bizə kərtənkələ öldürməyi əmr etdi”.”

Ummu Şərik
SəhihNəsəi, 2885 (Həcc, 267)

أَخْبَرَنَا وَهْبُ بْنُ بَيَانٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَالِكٌ ، وَيُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْوَزَغُ الْفُوَيْسِقُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Kərtənkələ zərərli heyvandır”.”

Aişə
SəhihNəsəi, 2886 (Həcc, 268)

Fəsil 116

Əqrəbi öldürmək

بَابُ قَتْلِ الْعَقْرَبِ

أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ خَالِدٍ الرَّقِّيُّ الْقَطَّانُ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، قَالَ : ابْنُ جُرَيْجٍ ، أَخْبَرَنِي أَبَانُ بْنُ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عُرْوَةَ أَخْبَرَهُ ، أَنَّ عَائِشَةَ قَالَتْ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَمْسٌ مِنَ الدَّوَابِّ كُلُّهُنَّ فَاسِقٌ يُقْتَلْنَ فِي الْحِلِّ وَالْحَرَمِ : الْكَلْبُ الْعَقُورُ ، وَالْغُرَابُ ، وَالْحِدَأَةُ ، وَالْعَقْرَبُ ، وَالْفَأْرَةُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Beş heyvan var ki, hamısı zərərvericidir. Hər yerdə və haram ərazisində öldürülə bilər. Onlar quduz it, ala qarğa, çalağan (qırğı), əqrəb və sıçovuldur”.”

Aişə
SəhihNəsəi, 2887 (Həcc, 269)

Fəsil 117

Haram ərazisində sıçovul öldürmək

قَتْلُ الْفَأْرَةِ فِي الحَرَمِ

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، أَنَّ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَمْسٌ مِنَ الدَّوَابِّ كُلُّهَا فَاسِقٌ يُقْتَلْنَ فِي الْحَرَمِ : الْغُرَابُ ، وَالْحِدَأَةُ ، وَالْكَلْبُ الْعَقُورُ ، وَالْفَأْرَةُ ، وَالْعَقْرَبُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş heyvan var ki, hamısı zərərvericidir. Onlar haram ərazisində öldürülə bilər. Onlar ala qarğa, quduz it, çalağan (qırğı), sıçovul və əqrəbdir”.”

Aişə
SəhihNəsəi, 2888 (Həcc, 270)

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ سَالِمَ بْنَ عَبْدِ اللهِ ، أَخْبَرَهُ أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ قَالَ : قَالَتْ حَفْصَةُ - زَوْجُ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَمْسٌ مِنَ الدَّوَابِّ لاَ حَرَجَ عَلَى مَنْ قَتَلَهُنَّ : الْعَقْرَبُ ، وَالْغُرَابُ ، وَالْحِدَأَةُ ، وَالْفَأْرَةُ ، وَالْكَلْبُ الْعَقُورُ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Həfsa ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Beş heyvan var ki, onları öldürmək qadağan deyil. Onlar əqrəb, ala qarğa, çalağan (qırğı), sıçovul və quduz itdir”.”

Həfsa
SəhihNəsəi, 2889 (Həcc, 271)

Fəsil 118

Haram ərazisində çalağanın öldürülməsi

قَتْلُ الْحِدَأَةِ فِي الحَرَمِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : خَمْسُ فَوَاسِقَ يُقْتَلْنَ فِي الْحِلِّ وَالْحَرَمِ : الْحِدَأَةُ ، وَالْغُرَابُ ، وَالْفَأْرَةُ ، وَالْعَقْرَبُ ، وَالْكَلْبُ الْعَقُورُ قَالَ : عَبْدُ الرَّزَّاقِ وَذَكَرَ بَعْضُ أَصْحَابِنَا أَنَّ مَعْمَرًا كَانَ يَذْكُرُهُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، وَعَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Beş heyvan var ki, onları Haram ərazisində öldürmək halaldır. Onlar çalağan (qırğı), ala qarğa, sıçovul, əqrəb və quduz itdir”.”

Aişə
SəhihNəsəi, 2890 (Həcc, 272)

Fəsil 119

Haram ərazisində ala qarğanın öldürülməsi

قَتْلُ الْغُرَابِ فِي الْحَرَمِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، قَالَ : أَنْبَأَنَا حَمَّادٌ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ وَهُوَ ابْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَمْسُ فَوَاسِقَ يُقْتَلْنَ فِي الْحَرَمِ : الْعَقْرَبُ ، وَالْفَأْرَةُ ، وَالْغُرَابُ ، وَالْكَلْبُ الْعَقُورُ ، وَالْحِدَأَةُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Beş heyvan var ki, onlar Haram ərazisində öldürülür. Onlar əqrəb, sıçovul, ala qarğa, quduz it və çalağandır”.”

Aişə
SəhihNəsəi, 2891 (Həcc, 273)

Fəsil 120

Haram ərazisində heyvanları ürkütməyin qadağan olması

النَّهْيُ أَنْ يُنَفَّرَ صَيْدُ الْحَرَمِ

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : هَذِهِ مَكَّةُ ، حَرَّمَهَا اللَّهُ عَزَّ وَجَلَّ يَوْمَ خَلَقَ السَّمَوَاتِ وَالأَرْضَ ، لَمْ تَحِلَّ لأَحَدٍ قَبْلِي ، وَلاَ لأَحَدٍ بَعْدِي ، وَإِنَّمَا أُحِلَّتْ لِي سَاعَةً مِنْ نَهَارٍ ، وَهِيَ سَاعَتِي هَذِهِ حَرَامٌ بِحَرَامِ ، اللهِ إِلَى يَوْمِ الْقِيَامَةِ ، لاَ يُخْتَلَى خَلاَهَا ، وَلاَ يُعْضَدُ شَجَرُهَا ، وَلاَ يُنَفَّرُ صَيْدُهَا ، وَلاَ تَحِلُّ لُقَطَتُهَا إِلاَّ لِمُنْشِدٍ فَقَامَ الْعَبَّاسُ وَكَانَ رَجُلاً مُجَرِّبًا ، فَقَالَ : إِلاَّ الإِذْخِرَ فَإِنَّهُ لِبُيُوتِنَا وَقُبُورِنَا ، فَقَالَ : إِلاَّ الإِذْخِرَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Bu, Məkkədir. Allah ﷿ onu göyləri və yeri yaratdığı gün haram (müqəddəs) etmişdir. Məndən qabaq bura heç kimə halal olmayıb və məndən sonra da heç kimə halal olmayacaq. Mənə də ancaq günün bir qismində halal edilmişdir. Bu saatdan Qiyamətə qədər bura haramdır. Buranın bitkiləri yolunmaz, ağacları kəsilməz, ov heyvanları ürküdülməz, itən əşya isə yalnız yiyəsi tapılmaq üçün götürülə bilər”. Abbas ayağa qalxdı - o cəsur adam idi - və dedi: “Ey Allahın Elçisi, izxir otunu bu qadağalara daxil etmə! Biz onu evlərimizdə və qəbirlərdə istifadə edirik”. O da: “İzxirdən başqa” deyərək onun yolunaraq toplanmasına icazə verdi”.”

İbn Abbas
SəhihNəsəi, 2892 (Həcc, 274)

Fəsil 121

Hacıları qarşılamaq

اسْتِقْبَالُ الْحَجِّ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ زَنْجُويَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ سُلَيْمَانَ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : دَخَلَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ فِي عُمْرَةِ الْقَضَاءِ وَابْنُ رَوَاحَةَ بَيْنَ يَدَيْهِ يَقُولُ : خَلُّوا بَنِي الْكُفَّارِ عَنْ سَبِيلِهِ ... الْيَوْمَ نَضْرِبْكُمْ عَلَى تَأْوِيلِهِ ضَرَبًا يُزِيلُ الْهَامَ عَنْ مَقِيلِهِ ... وَيُذْهِلُ الْخَلِيلَ عَنْ خَلِيلِهِ قَالَ عُمَرُ : يَا ابْنَ رَوَاحَةَ فِي حَرَمِ اللهِ ، وَبَيْنَ يَدَيْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، تَقُولُ هَذَا الشِّعْرَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : خَلِّ عَنْهُ ، فَوَالَّذِي نَفْسِي بِيَدِهِ ، لَكَلاَمُهُ أَشَدُّ عَلَيْهِمْ مِنْ وَقْعِ النَّبْلِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Peyğəmbər ﷺ qəza ümrəsi etmək üçün Məkkəyə girərkən İbn Ravaha onun önündə gedərək belə deyirdi: “Çəkilin, kafir övladları, onun yolundan, Bugün Onun gəlməsi ilə sizi vuracağıq - Başı boyundan ayıran zərbə, Dostu dostdan ayıran zərbə”. Ömər ona dedi: “Ey İbn Ravaha! Həm Allahın ﷿ Haramındasan, həm də Allah Elçisinin ﷺ qarşısında gedərək şeir oxuyursan”. Peyğəmbər ﷺ ona dedi: “Onunla işin olmasın! Canım Əlində Olana and olsun ki, onun dediyi düşmənə ox yarasından daha ağırdır”.”

Ənəs
SəhihNəsəi, 2893 (Həcc, 275)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، عَنْ خَالِدٍ الْحَذَّاءِ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا قَدِمَ مَكَّةَ ، اسْتَقْبَلَهُ أُغَيْلِمَةُ بَنِي هَاشِمٍ قَالَ : فَحَمَلَ وَاحِدًا بَيْنَ يَدَيْهِ ، وَآخَرَ خَلْفَهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Məkkəyə gəldikdə Bəni Hişam tayfasının kiçikləri onu qarşıladılar. Peyğəmbər ﷺ də onlardan birini miniyinin önünə, digərini isə arxasına mindirdi.”

İbn Abbas
SəhihNəsəi, 2894 (Həcc, 276)

Fəsil 122

Ev (Kəbə) görsəndikdə əlləri yuxarıya qaldırmağın tərk edilməsi

تَرْكُ رَفْعِ الْيَدَيْنِ عِنْدَ رُؤْيَةِ الْبَيْتِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ أَبَا قَزَعَةَ الْبَاهِلِيَّ ، يُحَدِّثُ ، عَنِ الْمُهَاجِرِ الْمَكِّيِّ ، قَالَ : سُئِلَ جَابِرُ بْنُ عَبْدِ اللهِ عَنِ الرَّجُلِ يَرَى الْبَيْتَ أَيَرْفَعُ يَدَيْهِ ، قَالَ : مَا كُنْتُ أَظُنُّ أَحَدًا يَفْعَلُ هَذَا إِلاَّ الْيَهُودَ ، حَجَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ نَكُنْ نَفْعَلُهُ.

“Rəvayət edilir ki, əl-Muhacir əl-Məkki ﵀ demişdir: “Cabir ibn Abdullahdan Kəbəni gördükdə əlləri qaldırmaq haqda soruşdular. O dedi: “Bunu ancaq yəhudilər edirlər. Biz Allah Elçisi ﷺ ilə birlikdə həcc etdik, lakin belə etmədik”.”

əl-Muhacir əl-Məkki
ZəifNəsəi, 2895 (Həcc, 277)

Fəsil 123

Kəbə evini gördükdə dua etmək

الدُّعَاءُ عِنْدَ رُؤْيَةِ الْبَيْتِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي عُبَيْدُ اللهِ بْنُ أَبِي يَزِيدَ ، أَنَّ عَبْدَ الرَّحْمَنِ بْنَ طَارِقِ بْنِ عَلْقَمَةَ ، أَخْبَرَهُ عَنْ أُمِّهِ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا جَاءَ مَكَانًا فِي دَارِ يَعْلَى اسْتَقْبَلَ ، الْقِبْلَةَ وَدَعَا.

“Abdur-Rahmən ibn Tariq ibn Alqamə anasından ﵀ rəvayət edir ki, Peyğəmbər ﷺ “Daru-Yalə” deyilən yerə gəldikdə qibləyə doğru dönər və dua edərdi.”

Abdur-Rahmən ibn Tariq ibn Alqamə anasından
ZəifNəsəi, 2896 (Həcc, 278)

Fəsil 124

Məscidul-Haramda (Məkkə məscidində) namaz qılmağın fəziləti

فَضْلُ الصَّلاَةِ فِي الْمَسْجِدِ الْحَرَامِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ مُوسَى بْنِ عَبْدِ اللهِ الْجُهَنِيِّ ، قَالَ : سَمِعْتُ نَافِعًا ، يَقُولُ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عُمَرَ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : صَلاَةٌ فِي مَسْجِدِي أَفْضَلُ مِنْ أَلْفِ صَلاَةٍ فِيمَا سِوَاهُ مِنَ الْمَسَاجِدِ إِلاَّ الْمَسْجِدَ الْحَرَامَ قَالَ : أَبُو عَبْدِ الرَّحْمَنِ : لاَ أَعْلَمُ أَحَدًا رَوَى هَذَا الْحَدِيثَ عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ غَيْرَ مُوسَى الْجُهَنِيِّ وَخَالَفَهُ ابْنُ جُرَيْجٍ وَغَيْرُهُ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Mənim məscidimdə qılınan namaz Məscidul-Haramdan başqa digər məscidlərdə qılınan min namazdan üstündür”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2897 (Həcc, 279)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، وَمُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : إِسْحَاقُ ، أَنْبَأَنَا وَقَالَ مُحَمَّدٌ ، حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : سَمِعْتُ نَافِعًا ، يَقُولُ : حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ عَبْدِ اللهِ بْنِ مَعْبَدِ بْنِ عَبَّاسٍ ، حَدَّثَهُ أَنَّ مَيْمُونَةَ زَوْجَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : صَلاَةٌ فِي مَسْجِدِي هَذَا ، أَفْضَلُ مِنْ أَلْفِ صَلاَةٍ فِيمَا سِوَاهُ مِنَ الْمَسَاجِدِ ، إِلاَّ الْمَسْجِدَ الْكَعْبَةَ.

“Rəvayət edilir ki, Peyğəmbərin ﷺ zövcəsi Məymunə demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Mənim bu məscidimdə qılınan namaz Kəbə məscidindən başqa digər məscidlərdə qılınan min namazdan üstündür”.”

Məymunə
SəhihNəsəi, 2898 (Həcc, 280)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَعْدِ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : سَمِعْتُ أَبَا سَلَمَةَ ، قَالَ : سَأَلْتُ الأَغَرَّ عَنْ هَذَا الْحَدِيثِ فَحَدَّثَ الأَغَرُّ أَنَّهُ ، سَمِعَ أَبَا هُرَيْرَةَ ، يُحَدِّثُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : صَلاَةٌ فِي مَسْجِدِي هَذَا ، أَفْضَلُ مِنْ أَلْفِ صَلاَةٍ فِيمَا سِوَاهُ مِنَ الْمَسَاجِدِ ، إِلاَّ الْكَعْبَةَ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Mənim bu məscidimdə qılınan namaz, Kəbədən başqa digər məscidlərdə qılınan min namazdan üstündür”.”

Əbu Hureyra
SəhihNəsəi, 2899 (Həcc, 281)

Fəsil 125

Kəbənin inşası

بِنَاءُ الْكَعْبَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ الصِّدِّيقِ ، أَخْبَرَ عَبْدُ اللهِ بْنَ عُمَرَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : أَلَمْ تَرَيْ أَنَّ قَوْمَكِ حِينَ بَنَوْا الْكَعْبَةَ اقْتَصَرُوا عَنْ قَوَاعِدِ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ فَقُلْتُ : يَا رَسُولَ اللهِ أَلاَ تَرُدُّهَا عَلَى قَوَاعِدِ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ ؟ قَالَ : لَوْلاَ حِدْثَانُ قَوْمِكِ بِالْكُفْرِ قَالَ : عَبْدُ اللهِ بْنُ عُمَرَ لَئِنْ كَانَتْ عَائِشَةُ سَمِعَتْ هَذَا مِنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، مَا أُرَى تَرْكَ اسْتِلاَمِ الرُّكْنَيْنِ اللَّذَيْنِ يَلِيَانِ الْحِجْرَ إِلاَّ أَنَّ الْبَيْتَ لَمْ يُتَمَّمْ عَلَى قَوَاعِدِ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Məgər görmürsənmi, qövmün Kəbəni inşa etdikdə İbrahimin ﵇ qoyduğu əsaslardan daha dar inşa etmişlər?!” Mən dedim: “Ey Allahın Elçisi, onu İbrahimin ﵇ əsasları üzərinə qaytara bilməzsənmi?” Peyğəmbər ﷺ buyurdu: “Əgər qövmüm küfrdən təzə çıxmasaydı, bunu edərdim”. Abdullah ibn Ömər dedi: “Əgər Aişə bu sözləri Allah Elçisindən ﷺ eşitməsəydi, əl-Hicrdən sonrakı iki yerə əl sürtməyi tərk etməyi Ev (Kəbə) İbrahimin ﵇ qoyduğu əsaslar üzərinə qayıdana qədər icazəli görməzdim”.”

Aişə
SəhihNəsəi, 2900 (Həcc, 282)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدَةُ ، وَأَبُو مُعَاوِيَةَ قَالاَ : حَدَّثَنَا هِشَامُ بْنُ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَوْلاَ حَدَاثَةُ عَهْدِ قَوْمِكِ بِالْكُفْرِ ، لَنَقَضْتُ الْبَيْتَ فَبَنَيْتُهُ عَلَى أَسَاسِ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ ، وَجَعَلْتُ لَهُ خَلْفًا فَإِنَّ قُرَيْشًا لَمَّا بَنَتِ الْبَيْتَ اسْتَقْصَرَتْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əgər qövmün küfrdən təzə çıxmasaydı, Kəbəni İbrahimin ﵇ əsasları üzərinə tikərdim və arxa tərəfinə də bir qapı əlavə edərdim, çünki Qureyş Evi (Kəbəni) tikərkən əsaslarını daha dar etmişdir”.”

Aişə
SəhihNəsəi, 2901 (Həcc, 283)

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، وَمُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، عَنْ خَالِدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنِ الأَسْوَدِ ، أَنَّ أُمَّ الْمُؤْمِنِينَ ، قَالَتْ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْلاَ أَنَّ قَوْمِي - وَفِي حَدِيثِ مُحَمَّدٍ قَوْمَكِ - حَدِيثُ عَهْدٍ بِجَاهِلِيَّةٍ لَهَدَمْتُ الْكَعْبَةَ ، وَجَعَلْتُ لَهَا بَابَيْنِ فَلَمَّا مَلَكَ ابْنُ الزُّبَيْرِ ، جَعَلَ لَهَا بَابَيْنِ.

“Rəvayət edilir ki, möminlərin Anası ﵂ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Əgər qövmüm cahiliyyədən təzə çıxmasaydı, Kəbəni söküb ona iki qapı əlavə edərək yenidən tikərdim”. İbn əz-Zubeyrin vaxtında Kəbəyə iki qapı qoyulmuşdu”.”

Möminlərin anası
SəhihNəsəi, 2902 (Həcc, 284)

أَخْبَرَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، قَالَ : أَنْبَأَنَا جَرِيرُ بْنُ حَازِمٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ بْنُ رُومَانَ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَهَا : يَا عَائِشَةُ لَوْلاَ أَنَّ قَوْمَكِ حَدِيثُ عَهْدٍ بِجَاهِلِيَّةٍ ، لأَمَرْتُ بِالْبَيْتِ ، فَهُدِمَ فَأَدْخَلْتُ فِيهِ مَا أُخْرِجَ مِنْهُ ، وَأَلْزَقْتُهُ بِالأَرْضِ ، وَجَعَلْتُ لَهُ بَابَيْنِ : بَابًا شَرْقِيًّا ، وَبَابًا غَرْبِيًّا ، فَإِنَّهُمْ قَدْ عَجَزُوا عَنْ بِنَائِهِ ، فَبَلَغْتُ بِهِ أَسَاسَ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ قَالَ : فَذَلِكَ الَّذِي حَمَلَ ابْنَ الزُّبَيْرِ عَلَى هَدْمِهِ قَالَ : يَزِيدُ وَقَدْ شَهِدْتُ ابْنَ الزُّبَيْرِ حِينَ هَدَمَهُ وَبَنَاهُ ، وَأَدْخَلَ فِيهِ مِنَ الْحِجْرِ وَقَدْ رَأَيْتُ أَسَاسَ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ حِجَارَةً كَأَسْنِمَةِ الإِبِلِ مُتَلاَحِكَةً.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ ona buyurdu: “Ey Aişə, əgər qövmün cahiliyyə adətlərindən yeni çıxmasaydı, Kəbəni söküb ətrafında qalan yerləri də ona əlavə edib, şərqə və qərbə tərəf hərəsinə bir qapı qoydurardım, çünki onların buna imkanları yox idi”. İbn əz-Zubeyr Peyğəmbərin ﷺ bu sözünə əsaslanaraq Kəbəni sökmüşdü. Ravi Yəzid deyir: “Kəbənin sökülməsinə mən də şahid olmuşdum, bünövrəsində İbrahimin ﵇ qoyduğu daşları gördüm, bir-birinə girmiş dəvə hörgücü kimi idi. Beləliklə, Hicrin bir qismini içinə daxil etmişdi”.”

Aişə
SəhihNəsəi, 2903 (Həcc, 285)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ زِيَادِ بْنِ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُخَرِّبُ الْكَعْبَةَ ذُو السُّوَيْقَتَيْنِ مِنَ الْحَبَشَةِ.

“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kəbəni Həbəşistandan olan nazik ayaqlı bir nəfər dağıdacaq”.”

Əbu Hureyra
SəhihNəsəi, 2904 (Həcc, 286)

Fəsil 126

Kəbəyə daxil olmaq

دُخُولُ الْبَيْتِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، أَنَّهُ انْتَهَى إِلَى الْكَعْبَةِ وَقَدْ دَخَلَهَا النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبِلاَلٌ ، وَأُسَامَةُ بْنُ زَيْدٍ ، وَأَجَافَ عَلَيْهِمْ عُثْمَانُ بْنُ طَلْحَةَ الْبَابَ فَمَكَثُوا فِيهَا مَلِيًّا ، ثُمَّ فَتَحَ الْبَابَ ، فَخَرَجَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَرَكِبْتُ الدَّرَجَةَ ، وَدَخَلْتُ الْبَيْتَ فَقُلْتُ : أَيْنَ صَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالُوا : هَا هُنَا وَنَسِيتُ أَنْ أَسْأَلَهُمْ كَمْ صَلَّى فِي الْبَيْتِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ Kəbəyə gəldikdə artıq Peyğəmbər ﷺ, Bilal və Usamə ibn Zeyd ora daxil olmuşdular. Osman ibn Təlhə Kəbənin qapısını bağladı. İçəridə uzun müddət qaldıqdan sonra qapını açdılar. Allah Elçisi ﷺ bayıra çıxdı. Mən də nərdivanlarla çıxıb Kəbəyə girdim və dedim: “Peyğəmbər ﷺ harada namaz qıldı?” Mənə dedilər: “Orada”. Amma neçə rükət qılmasını soruşmağı unutmuşdum”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2905 (Həcc, 287)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا ابْنُ عَوْنٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ وَمَعَهُ الْفَضْلُ بْنُ عَبَّاسٍ وَأُسَامَةُ بْنُ زَيْدٍ وَعُثْمَانُ بْنُ طَلْحَةَ وَبِلاَلٌ فَأَجَافُوا عَلَيْهِمُ الْبَابَ ، فَمَكَثَ فِيهِ مَا شَاءَ اللَّهُ ، ثُمَّ خَرَجَ قَالَ ابْنُ عُمَرَ : كَانَ أَوَّلُ مَنْ لَقِيتُ بِلاَلاً قُلْتُ : أَيْنَ صَلَّى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ قَالَ : مَا بَيْنَ الأُسْطُوَانَتَيْنِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ əl-Fədl ibn Abbas, Usamə ibn Zeyd, Osman ibn Təlhə və Bilal Kəbəyə daxil oldular. Sonra qapını bağladılar. Onlar Allahın istədiyi qədər orada qaldıqdan sonra çıxdılar. Mənim ilk qarşılaşdığım şəxs Bilal idi. Ona dedim: “Peyğəmbər ﷺ harada namaz qıldı?” O dedi: “İki sütunun arasında”.”

İbn Ömər
SəhihNəsəi, 2906 (Həcc, 288)

Fəsil 127

Kəbədə qılınan namazın yeri

مَوْضِعُ الصَّلاَةِ فِي الْبَيْتِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا السَّائِبُ بْنُ عُمَرَ ، قَالَ : حَدَّثَنِي ابْنُ أَبِي مُلَيْكَةَ ، أَنَّ ابْنَ عُمَرَ ، قَالَ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْكَعْبَةَ وَدَنَا خُرُوجُهُ وَوَجَدْتُ شَيْئًا ، فَذَهَبْتُ ، وَجِئْتُ سَرِيعًا ، فَوَجَدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ خَارِجًا ، فَسَأَلْتُ بِلاَلاً أَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْكَعْبَةِ ؟ قَالَ : نَعَمْ ، رَكْعَتَيْنِ بَيْنَ السَّارِيَتَيْنِ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Kəbəyə daxil oldu, çıxması yaxınlaşdıqda içimə bir hiss gəldi və tez ora getdim. Allah Elçisini ﷺ çıxanda gördüm. Bilaldan soruşdum: “Allah Elçisi ﷺ Kəbədə namaz qıldımı?” O dedi: “Bəli, o, iki sütunun arasında iki rükət namaz qıldı”.”

İbn Ömər
SəhihNəsəi, 2907 (Həcc, 289)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سَيْفُ بْنُ سُلَيْمَانَ ، قَالَ : سَمِعْتُ مُجَاهِدًا ، يَقُولُ : أُتِيَ ابْنُ عُمَرَ فِي مَنْزِلِهِ فَقِيلَ هَذَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ دَخَلَ الْكَعْبَةَ فَأَقْبَلْتُ ، فَأَجِدُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدْ خَرَجَ وَأَجِدُ بِلاَلاً عَلَى الْبَابِ قَائِمًا فَقُلْتُ : يَا بِلاَلُ أَصَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْكَعْبَةِ ؟ قَالَ : نَعَمْ قُلْتُ : أَيْنَ ؟ قَالَ : مَا بَيْنَ هَاتَيْنِ الأُسْطُوَانَتَيْنِ رَكْعَتَيْنِ ، ثُمَّ خَرَجَ فَصَلَّى رَكْعَتَيْنِ فِي وَجْهِ الْكَعْبَةِ.

“Rəvayət edilir ki, Seyf ibn Süleyman ﵀ demişdir: “Mən Mücahidin belə dediyini eşitdim: “İbn Ömər evində olanda bir nəfər gələrək dedi: “Allah Elçisi ﷺ Kəbəyə girdi”. İbn Ömər qalxıb Kəbəyə gəldi. Allah Elçisi ﷺ artıq çıxmışdı. İbn Ömər deyir: “Mən qapıda Bilal ilə qarşılaşdım və ona dedim: “Ey Bilal, Allah Elçisi ﷺ Kəbədə namaz qıldımı?” O dedi: “Bəli”. Mən dedim: “Hansı tərəfdə?” O dedi: “Bu iki sütunun arasında iki rükət namaz qıldı”. İbn Ömər də Kəbəyə doğru iki rükət namaz qıldı”.”

Seyf ibn Süleyman
SəhihNəsəi, 2908 (Həcc, 290)

أَخْبَرَنَا حَاجِبُ بْنُ سُلَيْمَانَ الْمَنْبِجِيُّ ، عَنْ ابْنِ أَبِي رَوَّادٍ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، قَالَ : دَخَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْكَعْبَةَ ، فَسَبَّحَ فِي نَوَاحِيهَا ، وَكَبَّرَ ، وَلَمْ يُصَلِّ ، ثُمَّ خَرَجَ فَصَلَّى خَلْفَ الْمَقَامِ رَكْعَتَيْنِ ، ثُمَّ قَالَ : هَذِهِ الْقِبْلَةُ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbəyə daxil oldu və Kəbənin künclərində Allahı təsbih edib təkbir dedi, lakin namaz qılmadı. Sonra oradan çıxıb İbrahim məqamının arxasında iki rükət namaz qıldı və buyurdu: “Bu, qiblədir”.”

Usamə ibn Zeyd
ZəifNəsəi, 2909 (Həcc, 291)

Fəsil 128

Hicr

الْحِجْرُ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ ابْنِ أَبِي زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا ابْنُ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، قَالَ : ابْنُ الزُّبَيْرِ ، سَمِعْتُ عَائِشَةَ تَقُولُ : إِنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : لَوْلاَ أَنَّ النَّاسَ حَدِيثٌ عَهْدُهُمْ بِكُفْرٍ ، وَلَيْسَ عِنْدِي مِنَ النَّفَقَةِ مَا يُقَوِّي عَلَى بِنَائِهِ ، لَكُنْتُ أَدْخَلْتُ فِيهِ مِنَ الْحِجْرِ خَمْسَةَ أَذْرُعٍ ، وَجَعَلْتُ لَهُ بَابًا يَدْخُلُ النَّاسُ مِنْهُ ، وَبَابًا يَخْرُجُونَ مِنْهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ belə buyurdu: “Əgər insanlar küfrdən yeni qurtulmuş olmasaydılar və maddi cəhətdən imkanım olsaydı, beş zira olan Hicri də Kəbənin ərazisinə daxil edib yenidən tikərdim. Həmçinin insanların birindən girib digərindən çıxacaqları iki qapı da əlavə edərdim”.”

Aişə
SəhihNəsəi, 2910 (Həcc, 292)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ سَعِيدٍ الرِّبَاطِيُّ ، قَالَ : حَدَّثَنَا وَهْبُ بْنُ جَرِيرٍ ، قَالَ : حَدَّثَنَا قُرَّةُ بْنُ خَالِدٍ ، عَنْ عَبْدِ الْحَمِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ عَمَّتِهِ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ قَالَتْ : حَدَّثَتْنَا عَائِشَةُ ، قَالَتْ : قُلْتُ يَا رَسُولَ اللهِ أَلاَ أَدْخُلُ الْبَيْتَ ؟ قَالَ : ادْخُلِي الْحِجْرَ فَإِنَّهُ مِنَ الْبَيْتِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, Kəbəyə girməyim?” O buyurdu: “Hicrə gir, çünki ora da Kəbədən sayılır”.”

Aişə
SəhihNəsəi, 2911 (Həcc, 293)

Fəsil 129

Hicrdə namaz qılmaq

الصَّلاَةُ فِي الْحِجْرِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الْعَزِيزِ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي عَلْقَمَةُ بْنُ أَبِي عَلْقَمَةَ ، عَنْ أُمِّهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كُنْتُ أُحِبُّ أَنْ أَدْخُلَ الْبَيْتَ ، فَأُصَلِّيَ فِيهِ ، فَأَخَذَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِي ، فَأَدْخَلَنِي الْحِجْرَ فَقَالَ : إِذَا أَرَدْتِ دُخُولَ الْبَيْتِ فَصَلِّي هَا هُنَا ، فَإِنَّمَا هُوَ قِطْعَةٌ مِنَ الْبَيْتِ ، وَلَكِنَّ قَوْمَكِ اقْتَصَرُوا حَيْثُ بَنَوْهُ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Bir dəfə Kəbəyə girib orada namaz qılmaq istədim. Allah Elçisi ﷺ də əlimdən tutub Hicrə daxil etdi və buyurdu: “Kəbəyə daxil olmaq istədikdə burada namaz qıl, çünki bura Kəbənin bir hissəsidir. Sənin qövmün Kəbəni tikərkən ərazisini qısaltmış (və Hicri kənarda qoymuşdur)”.”

Aişə
SəhihNəsəi, 2912 (Həcc, 294)

Fəsil 130

Kəbənin künclərində təkbir etmək

التَّكْبِيرُ فِي نَوَاحِي الْكَعْبَةِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَمْرٍو ، أَنَّ ابْنَ عَبَّاسٍ ، قَالَ : لَمْ يُصَلِّ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْكَعْبَةِ ، وَلَكِنَّهُ كَبَّرَ فِي نَوَاحِيهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Kəbəyə girdikdə orada namaz qılmamış, yalnız künclərində təkbir etmişdir”.”

İbn Abbas
SəhihNəsəi, 2913 (Həcc, 295)

Fəsil 131

Kəbədə zikr və dua etmək

الذِّكْرُ وَالدُّعَاءُ فِي الْبَيْتِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ بْنُ أَبِي سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَطَاءٌ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، أَنَّهُ دَخَلَ هُوَ وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ فَأَمَرَ بِلاَلاً فَأَجَافَ الْبَابَ وَالْبَيْتُ إِذْ ذَاكَ عَلَى سِتَّةِ أَعْمِدَةٍ ، فَمَضَى حَتَّى إِذَا كَانَ بَيْنَ الأُسْطُوَانَتَيْنِ اللَّتَيْنِ تَلِيَانِ بَابَ الْكَعْبَةِ ، جَلَسَ ، فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، وَسَأَلَهُ وَاسْتَغْفَرَهُ ، ثُمَّ قَامَ حَتَّى أَتَى مَا اسْتَقْبَلَ مِنْ دُبُرِ الْكَعْبَةِ فَوَضَعَ ، وَجْهَهُ ، وَخَدَّهُ عَلَيْهِ ، وَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، وَسَأَلَهُ ، وَاسْتَغْفَرَهُ ، ثُمَّ انْصَرَفَ إِلَى كُلِّ رُكْنٍ مِنْ أَرْكَانِ الْكَعْبَةِ فَاسْتَقْبَلَهُ بِالتَّكْبِيرِ ، وَالتَّهْلِيلِ ، وَالتَّسْبِيحِ ، وَالثَّنَاءِ عَلَى اللهِ ، وَالْمَسْأَلَةِ ، وَالاِسْتِغْفَارِ ، ثُمَّ خَرَجَ ، فَصَلَّى رَكْعَتَيْنِ مُسْتَقْبِلَ وَجْهِ الْكَعْبَةِ ، ثُمَّ انْصَرَفَ فَقَالَ : هَذِهِ الْقِبْلَةُ ، هَذِهِ الْقِبْلَةُ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ və Allah Elçisi ﷺ Kəbəyə daxil oldu. Allah Elçisi ﷺ Bilala qapının bağlanmasını əmr etdi. Bilal qapını bağladı. Kəbənin içində altı sütun var idi. Allah Elçisi ﷺ Kəbənin qapısına yaxın olan iki sütun arasına gəlib oturdu. O, Allaha həmd-səna və Ona təriflər dedikdən sonra Allahdan bəzi şeylər istədi və Ondan bağışlanma dilədi. Sonra ayağa durub Kəbənin hər bir küncündə təkbir, təhlil, təsbih edərək Allaha həmd-səna etdi, Ona dua edib bağışlanma dilədi. Sonra salam verdi və oradan çıxdı. Sonra Kəbəyə yönələrək iki rükət namaz qıldı və çevrilib: “Qiblə budur! Qiblə budur!” dedi”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 2914 (Həcc, 296)

Fəsil 132

Kürəyini və üzünü Kəbəyə söykəmək

وَضْعُ الصَّدْرِ ، وَالْوَجْهِ عَلَى مَا اسْتُقْبِلَ مِنْ دُبُرِ الْكَعْبَةِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، قَالَ : دَخَلْتُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْبَيْتَ ، فَجَلَسَ ، فَحَمِدَ اللَّهَ ، وَأَثْنَى عَلَيْهِ ، وَكَبَّرَ ، وَهَلَّلَ ، ثُمَّ مَالَ إِلَى مَا بَيْنَ يَدَيْهِ مِنَ الْبَيْتِ فَوَضَعَ صَدْرَهُ عَلَيْهِ ، وَخَدَّهُ ، وَيَدَيْهِ ، ثُمَّ كَبَّرَ ، وَهَلَّلَ ، وَدَعَا ، فَعَلَ ذَلِكَ بِالأَرْكَانِ كُلِّهَا ، ثُمَّ خَرَجَ فَأَقْبَلَ عَلَى الْقِبْلَةِ وَهُوَ عَلَى الْبَابِ ، فَقَالَ : هَذِهِ الْقِبْلَةُ ، هَذِهِ الْقِبْلَةُ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ ilə birlikdə Kəbəyə daxil oldum. O oturdu, Allaha həmd-səna dedi, təkbir və təhlil etdi. Sonra önə doğru əyildi, sinəsini, yanağını və əllərini Kəbənin divarına dayadı. Sonra təkbir edib “Lə iləhə illəllah” dedikdən sonra dua etdi. Bu etdiyini Kəbənin bütün künclərində etdi. Sonra bayıra çıxıb Kəbənin qapısında qibləyə çevrilərək: “Qiblə budur! Qiblə budur!” buyurdu”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 2915 (Həcc, 297)

Fəsil 133

Kəbəyə doğru qılınan namazın yeri

مَوْضِعُ الصَّلاَةِ مِنَ الْكَعْبَةِ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ عَبْدِ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ أُسَامَةَ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْبَيْتِ صَلَّى رَكْعَتَيْنِ فِي قُبُلِ الْكَعْبَةِ ، ثُمَّ قَالَ : هَذِهِ الْقِبْلَةُ.

“Rəvayət edilir ki, Usamə ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbədən çıxıb Kəbənin qarşısında iki rükət namaz qıldı, sonra: “Qiblə budur!” deyə buyurdu”.”

Usamə
SəhihNəsəi, 2916 (Həcc, 298)

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ النَّسَائِيُّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، عَنْ عَطَاءٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ ، يَقُولُ أَخْبَرَنِي أُسَامَةُ بْنُ زَيْدٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ دَخَلَ الْبَيْتَ فَدَعَا فِي نَوَاحِيهِ كُلِّهَا ، وَلَمْ يُصَلِّ فِيهِ حَتَّى خَرَجَ مِنْهُ ، فَلَمَّا خَرَجَ ، رَكَعَ رَكْعَتَيْنِ فِي قُبُلِ الْكَعْبَةِ.

“Usamə ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Kəbəyə daxil oldu və bütün künclərində dua etdi, lakin çıxana qədər orada namaz qılmadı. Çıxdıqda isə Kəbənin qapısında iki rükət namaz qıldı.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 2917 (Həcc, 299)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنِي السَّائِبُ بْنُ عُمَرَ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ السَّائِبِ ، عَنْ أَبِيهِ ، أَنَّهُ كَانَ يَقُودُ ابْنَ عَبَّاسٍ وَيُقِيمُهُ عِنْدَ الشُّقَّةِ الثَّالِثَةِ مِمَّا يَلِي الرُّكْنَ الَّذِي يَلِي الْحَجَرَ مِمَّا يَلِي الْبَابَ ، فَقَالَ ابْنُ عَبَّاسٍ أَمَا أُنْبِئْتَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي هَاهُنَا فَيَقُولُ : نَعَمْ ، فَيَتَقَدَّمُ فَيُصَلِّي.

“Muhəmməd ibn Abdullah ibn əs-Səib atasından ﵀ rəvayət edir ki, İbn Abbasın gözləri görmədiyinə görə ona kömək edirdim. Kəbənin qapısından və Həcərul-Əsvəd (Qara daş) küncündən sonra gələn üçüncü sütunun arasına gəldikdə İbn Abbas dedi: “Allah Elçisinin ﷺ burada namaz qıldığını bilirdinmi?” Abdullah ibn əs-Səib dedi: “Bəli, oraya daxil olar və namaz qılardı”.”

Muhəmməd ibn Abdullah ibn əs-Səib atasından
ZəifNəsəi, 2918 (Həcc, 300)

Fəsil 134

Kəbəni təvaf etdikdə deyilən fəzilətli zikrlər

ذِكْرُ الْفَضْلِ فِي الطَّوَافِ بِالْبَيْتِ

أَنْبَأَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ عَطَاءٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عُبَيْدِ بْنِ عُمَيْرٍ ، أَنَّ رَجُلاً قَالَ : يَا أَبَا عَبْدِ الرَّحْمَنِ مَا أَرَاكَ تَسْتَلِمُ إِلاَّ هَذَيْنِ الرُّكْنَيْنِ ؟ قَالَ : إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : إِنَّ مَسْحَهُمَا : يَحُطَّانِ الْخَطِيئَةَ وَسَمِعْتُهُ يَقُولُ : مَنْ طَافَ سَبْعًا ، فَهُوَ كَعِدْلِ رَقَبَةٍ.

“Rəvayət edilir ki, bir kişi Abdullah ibn Ubeyd ibn Umeyrə ﵀ dedi: “Ey Əbu Abdur-Rahmən, bu küncə əl sürtməyin səbəbi nədir?” O dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Bu iki küncə əl sürtmək günahları silib aparır”. Həmçinin onun belə dediyini eşitmişəm: “Kim Kəbəni yeddi dəfə təvaf edərsə, bir qul azad etmiş kimidir”.”

Abdullah ibn Ubeyd ibn Umeyrə
SəhihNəsəi, 2919 (Həcc, 301)

Fəsil 135

Kəbəni təvaf etdikdə deyilən sözlər

الْكَلاَمُ فِي الطَّوَافِ

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي سُلَيْمَانُ الأَحْوَلُ ، أَنَّ طَاوُوسًا ، أَخْبَرَهُ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّ وَهُوَ يَطُوفُ بِالْكَعْبَةِ بِإِنْسَانٍ ، يَقُودُهُ إِنْسَانٌ بِخِزَامَةٍ فِي أَنْفِهِ ، فَقَطَعَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِيَدِهِ ، ثُمَّ أَمَرَهُ أَنْ يَقُودَهُ بِيَدِهِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Kəbəni təvaf etdikdə bir adamın digərinin burnuna bir şey bağlayıb təvaf etdirdiyini gördü, həmin şeyi əli ilə qopardı və gözləri görməyən həmin adamın əlindən tutaraq təvaf etdirməsini əmr etdi.”

İbn Abbas
SəhihNəsəi, 2920 (Həcc, 302)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي سُلَيْمَانُ الأَحْوَلُ ، عَنْ طَاوُوسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : مَرَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِرَجُلٍ يَقُودُهُ رَجُلٌ بِشَيْءٍ ذَكَرَهُ فِي نَذْرٍ ، فَتَنَاوَلَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَطَعَهُ ، قَالَ : إِنَّهُ نَذْرٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ bir adamın digərini burnundan bağlatdıraraq Kəbəni təvaf etdirdiyini gördü. Həmin adam belə etməyi nəzir etmişdi. Peyğəmbər ﷺ ona yaxınlaşdı və onun burnundakını qopardı və: “Nəzir budur!” buyurdu”.”

İbn Abbas
SəhihNəsəi, 2921 (Həcc, 303)

Fəsil 136

Kəbəni təvaf etdikdə danışmaq

إِبَاحَةُ الْكَلاَمِ فِي الطَّوَافِ

أَخْبَرَنَا يُوسُفُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا حَجَّاجٌ ، عَنِ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي الْحَسَنُ بْنُ مُسْلِمٍ (ح) وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنِ ابْنِ وَهْبٍ ، أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، عَنِ الْحَسَنِ بْنِ مُسْلِمٍ ، عَنْ طَاوُوسٍ ، عَنْ رَجُلٍ ، أَدْرَكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الطَّوَافُ بِالْبَيْتِ صَلاَةٌ ، فَأَقِلُّوا مِنَ الْكَلاَمِ اللَّفْظُ لِيُوسُفَ. خَالَفَهُ حَنْظَلَةُ بْنُ أَبِي سُفْيَانَ.

“Tavus ﵀ bir kişidən rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Kəbəni təvaf etmək namaz qılmaq kimidir, ona görə də təvaf əsnasında az danışın”.”

Tavus
SəhihNəsəi, 2922 (Həcc, 304)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سُلَيْمَانَ ، قَالَ : أَنْبَأَنَا الشَّيْبَانِيُّ ، عَنْ حَنْظَلَةَ بْنِ أَبِي سُفْيَانَ ، عَنْ طَاوُوسٍ ، قَالَ : قَالَ عَبْدُ اللهِ بْنُ عُمَرَ : أَقِلُّوا الْكَلاَمَ فِي الطَّوَافِ ، فَإِنَّمَا أَنْتُمْ فِي الصَّلاَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Ömər ﵄ demişdir: “Təvaf əsnasında az danışın, çünki siz namazda sayılırsınız”.”

Abdullah ibn Ömər
SəhihNəsəi, 2923 (Həcc, 305)

Fəsil 137

Bütün vaxtlarda təvaf edilə bilər

إِبَاحَةُ الطَّوَافِ فِي كُلِّ الأَوْقَاتِ

أَخْبَرَنَا عَبْدُ اللهِ بْنُ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا أَبُو الزُّبَيْرِ ، عَنْ عَبْدِ اللهِ بْنِ بَابَاهَ ، عَنْ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : يَا بَنِي عَبْدِ مَنَافٍ ، لاَ تَمْنَعُنَّ أَحَدًا طَافَ بِهَذَا الْبَيْتِ ، وَصَلَّى أَيَّ سَاعَةٍ شَاءَ مِنْ لَيْلٍ أَوْ نَهَارٍ.

“Cubeyr ibn Mutim ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Ey Abdi-Mənaf oğulları! Gecənin və gündüzün istənilən hansı vaxtı olursa olsun, bu Evi (Kəbəni) təvaf etməyə və namaz qılmağa heç kimə mane olmayın!””

Cubeyr ibn Mutim
SəhihNəsəi, 2924 (Həcc, 306)

Fəsil 138

Xəstənin təvafı necədir?

كَيْفَ طَوَافُ الْمَرِيضِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ مُحَمَّدِ بْنِ عَبْدِ الرَّحْمَنِ بْنِ نَوْفَلٍ ، عَنْ عُرْوَةَ ، عَنْ زَيْنَبَ بِنْتِ أَبِي سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : شَكَوْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، إِنِّي أَشْتَكِي ، فَقَالَ : طُوفِي مِنْ وَرَاءِ النَّاسِ ، وَأَنْتِ رَاكِبَةٌ فَطُفْتُ ، وَرَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُصَلِّي إِلَى جَنْبِ الْبَيْتِ يَقْرَأُ بِالطُّورِ وَكِتَابٍ مَسْطُورٍ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən Allah Elçisinə ﷺ narahat olduğumu bildirdim. O da buyurdu: “Camaatın arxası ilə minik üzərində təvaf et!” Mən də Allah Elçisinin ﷺ dediyi kimi etdim. Allah Elçisi ﷺ də Kəbənin yanında namaz qılaraq “And olsun Tur dağına! And olsun yazılmış Kitaba!” (ət-Tur” surəsini) oxuyurdu”.”

Ummu Sələmə
SəhihNəsəi, 2925 (Həcc, 307)

Fəsil 139

Qadınların kişilərlə birlikdə təvaf etmələri

طَوَافُ الرِّجَالِ مَعَ النِّسَاءِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدَةَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : يَا رَسُولَ اللهِ مَا طُفْتُ طَوَافَ الْخُرُوجِ ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا أُقِيمَتِ الصَّلاَةُ فَطُوفِي عَلَى بَعِيرِكِ مِنْ وَرَاءِ النَّاسِ عُرْوَةُ لَمْ يَسْمَعْهُ مِنْ أُمِّ سَلَمَةَ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Mən dedim: “Ey Allahın Elçisi, çıxış təvafını etməmişəm”. Peyğəmbər ﷺ buyurdu: “Namaz qılınana qədər dəvənin üzərində camaatın ardı ilə təvafını et”.”

Ummu Sələmə
SəhihNəsəi, 2926 (Həcc, 308)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ ، عَنْ مَالِكٍ ، عَنْ أَبِي الأَسْوَدِ ، عَنْ عُرْوَةَ ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّهَا قَدِمَتْ مَكَّةَ وَهِيَ مَرِيضَةٌ ، فَذَكَرَتْ ذَلِكَ لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : طُوفِي مِنْ وَرَاءِ الْمُصَلِّينَ وَأَنْتِ رَاكِبَةٌ قَالَتْ : فَسَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَهُوَ عِنْدَ الْكَعْبَةِ يَقْرَأُ وَالطُّورِ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ xəstələnmiş vəziyyətdə Məkkəyə gəlmişdi. Məsələni Allah Elçisinə ﷺ xəbər verdikdə o buyurdu: “Camaatın arxası ilə minikdə təvaf et”. Ummu Sələmə deyir: “Allah Elçisi ﷺ Kəbənin yanında namaz qılır və “ət-Tur” surəsini oxuyurdu”.”

Ummu Sələmə
SəhihNəsəi, 2927 (Həcc, 309)

Fəsil 140

Minikdə təvaf etmək

الطَّوَافُ بِالْبَيْتِ عَلَى الرَّاحِلَةِ

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبٌ وَهُوَ ابْنُ إِسْحَاقَ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : طَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ حَوْلَ الْكَعْبَةِ عَلَى بَعِيرٍ يَسْتَلِمُ الرُّكْنَ بِمِحْجَنِهِ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ Vida həccində Kəbəni minik üzərində təvaf etdi. Əlindəki əsa ilə küncə işarə edirdi”.”

Aişə
SəhihNəsəi, 2928 (Həcc, 310)

Fəsil 141

Yalnız həcc edənin təvafı

طَوَافُ مَنْ أَفْرَدَ الْحَجَّ

أَخْبَرَنَا عَبْدَةُ بْنُ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا سُوَيْدٌ وَهُوَ ابْنُ عَمْرٍو الْكَلْبِيُّ ، عَنْ زُهَيْرٍ ، قَالَ : حَدَّثَنَا بَيَانٌ ، أَنَّ وَبَرَةَ ، حَدَّثَهُ قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ عُمَرَ وَسَأَلَهُ رَجُلٌ أَطُوفُ بِالْبَيْتِ وَقَدْ أَحْرَمْتُ بِالْحَجِّ ؟ قَالَ : وَمَا يَمْنَعُكَ ؟ قَالَ : رَأَيْتُ عَبْدَ اللهِ بْنَ عَبَّاسٍ يَنْهَى عَنْ ذَلِكَ وَأَنْتَ أَعْجَبُ إِلَيْنَا مِنْهُ ، قَالَ : رَأَيْنَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَحْرَمَ بِالْحَجِّ فَطَافَ بِالْبَيْتِ ، وَسَعَى بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ.

“Rəvayət edilir ki, Vəbra ﵀ demişdir: “Bir kişinin Abdullah ibn Ömərə belə sual verdiyini eşitdim: “Həcc üçün ehrama girdiyim halda təvaf edə bilərəmmi?” İbn Ömər dedi: “Buna nə maneə var ki?” O kişi də dedi: “Abdullah ibn Abbasın bunu qadağan etdiyini gördüm. Bu mövzuda sənin fikrin bizə daha xoş gəlir”. İbn Ömər dedi: “Biz Allah Elçisinin ﷺ həcc üçün ehrama girdiyini gördük, Kəbəni də təvaf etmiş, Səfa və Mərva arasında da səy etmişdi”.”

Vəbra
SəhihNəsəi, 2929 (Həcc, 311)

Fəsil 142

Yalnız ümrə üçün ehrama girənin təvafı

طَوَافُ مَنْ أَهَلَّ بِعُمْرَةٍ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ ، وَسَأَلْنَاهُ عَنْ رَجُلٍ قَدِمَ مُعْتَمِرًا ، فَطَافَ بِالْبَيْتِ ، وَلَمْ يَطُفْ بَيْنَ الصَّفَا ، وَالْمَرْوَةِ ، أَيَأْتِي أَهْلَهُ ؟ قَالَ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَطَافَ سَبْعًا ، وَصَلَّى خَلْفَ الْمَقَامِ رَكْعَتَيْنِ ، وَطَافَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، وَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ أُسْوَةٌ حَسَنَةٌ.

“Rəvayət edilir ki, Amr ﵀ demişdir: “Biz İbn Ömərdən soruşduq: “Ümrə edən Kəbəni təvaf edib Səfa və Mərva arasında səy etməyən kişi öz zövcəsi ilə yata bilərmi?” İbn Ömər dedi: “Allah Elçisi ﷺ Məkkəyə gəldiyi vaxt yeddi dəfə təvaf etdi. Sonra İbrahim məqamının arxasında iki rükət namaz qıldı və Səfa ilə Mərva arasında səy etdi. Şübhəsiz ki, Allah Elçisində ﷺ sizin üçün ən gözəl nümunə var”.”

Amr
SəhihNəsəi, 2930 (Həcc, 312)

Fəsil 143

Həcc və ümrəni birlikdə etmək istəyən qurban gətirməyibsə, nə etməlidir?

كَيْفَ يَفْعَلُ مَنْ أَهَلَّ بِالْحَجِّ وَالْعُمْرَةِ ، وَلَمْ يَسُقِ الْهَدْيَ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ الأَزْهَرِ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ الأَنْصَارِيُّ ، قَالَ : حَدَّثَنَا أَشْعَثُ ، عَنِ الْحَسَنِ ، عَنْ أَنَسٍ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَخَرَجْنَا مَعَهُ ، فَلَمَّا بَلَغَ ذَا الْحُلَيْفَةِ ، صَلَّى الظُّهْرَ ، ثُمَّ رَكِبَ رَاحِلَتَهُ ، فَلَمَّا اسْتَوَتْ بِهِ عَلَى الْبَيْدَاءِ ، أَهَلَّ بِالْحَجِّ وَالْعُمْرَةِ جَمِيعًا ، فَأَهْلَلْنَا مَعَهُ ، فَلَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ ، وَطُفْنَا ، أَمَرَ النَّاسَ أَنْ يَحِلُّوا ، فَهَابَ الْقَوْمُ ، فَقَالَ لَهُمْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : لَوْلاَ أَنَّ مَعِي الْهَدْيَ ، لأَحْلَلْتُ فَحَلَّ الْقَوْمُ حَتَّى حَلُّوا إِلَى النِّسَاءِ ، وَلَمْ يَحِلَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَلَمْ يُقَصِّرْ إِلَى يَوْمِ النَّحْرِ.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Allah Elçisi ﷺ həcc ziyarət üçün çıxdı, biz də onunla birlikdə idik. Zul-Huleyfəyə çatanda Zöhr namazını qıldı. Sonra miniyinə minərək əl-Beydaya gəldikdə həcc və ümrə üçün ehrama girdi. Biz də ehrama girdik. Allah Elçisi ﷺ Məkkəyə gəldikdə təvaflarımızı etdik. Allah Elçisi ehramdan çıxmağımızı əmr etdi. Camaat isə bundan çəkindi. Camaatın çəkindiyini gördükdə Allah Elçisi ﷺ buyurdu: “Əgər yanımda qurbanım olmasaydı, mən də ehramdan çıxardım”. İnsanlar ehramdan çıxdılar, hətta zövcələri ilə yatdılar. Allah Elçisi ﷺ qurban gününə qədər ehramdan çıxmadı və saçını da qısaltmadı”.”

Ənəs
ZəifNəsəi, 2931 (Həcc, 313)

Fəsil 144

Qiran həcc edənin təvafı

طَوَافُ الْقَارِنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ بْنِ مُوسَى ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ قَرَنَ الْحَجَّ وَالْعُمْرَةَ ، فَطَافَ طَوَافًا وَاحِدًا ، وَقَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُهُ.

“Nafi ﵀ rəvayət edir ki, İbn Ömər həcc ilə ümrəni birləşdirərək bir təvaf etdi və dedi: “Mən Allah Elçisinin ﷺ də belə etdiyini görmüşəm”.”

Nafi
SəhihNəsəi, 2932 (Həcc, 314)

أَخْبَرَنَا عَلِيُّ بْنُ مَيْمُونٍ الرَّقِّيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَيُّوبَ السَّخْتِيَانِيِّ ، وَأَيُّوبُ بْنُ مُوسَى ، وَإِسْمَعِيلُ بْنُ أُمَيَّةَ ، وَعُبَيْدُ اللهِ بْنُ عُمَرَ ، عَنْ نَافِعٍ ، قَالَ : خَرَجَ عَبْدُ اللهِ بْنُ عُمَرَ فَلَمَّا أَتَى ذَا الْحُلَيْفَةِ ، أَهَلَّ بِالْعُمْرَةِ ، فَسَارَ قَلِيلاً ، فَخَشِيَ أَنْ يُصَدَّ عَنِ الْبَيْتِ فَقَالَ : إِنْ صُدِدْتُ ، صَنَعْتُ كَمَا صَنَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : وَاللَّهِ مَا سَبِيلُ الْحَجِّ إِلاَّ سَبِيلُ الْعُمْرَةِ ، أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ مَعَ عُمْرَتِي حَجًّا فَسَارَ حَتَّى أَتَى قُدَيْدًا فَاشْتَرَى مِنْهَا هَدْيًا ، ثُمَّ قَدِمَ مَكَّةَ ، فَطَافَ بِالْبَيْتِ سَبْعًا ، وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، وَقَالَ : هَكَذَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ.

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Abdullah ibn Ömər ümrə etmək üçün yola çıxdı və Zul-Huleyfəyə çatdıqda ehrama girdi. Bir az yol getdikdən sonra Kəbənin təvaf edilməsinə maneə olunmasından qorxdu və belə dedi: “Əgər Kəbəni təvaf etməyimə mane olunsa, Allah Elçisinin ﷺ etdiyi kimi edərəm. Həcc və ümrə ikisi də eynidir. Şahid olun ki, ümrə ilə həcci birlikdə etməyə qərar verdim”. Bir az yeridikdən sonra Qudeydə adlı yerə gəlib oradan bir qurban aldı. Məkkəyə gəldi, Kəbəni yeddi dəfə təvaf etdikdən sonra Səfa və Mərva arasında səy etdi və belə dedi: “Mən Allah Elçisinin ﷺ də belə etdiyini görmüşəm”.”

Nafi
SəhihNəsəi, 2933 (Həcc, 315)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ مَهْدِيٍّ ، أَخْبَرَنِي هَانِئُ بْنُ أَيُّوبَ ، عَنْ طَاوُوسٍ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، طَافَ ، طَوَافًا وَاحِدًا.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ bir dəfə təvaf etdi.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2934 (Həcc, 316)

Fəsil 145

Qara daş (Həcərul-Əsvəd) haqda

ذِكْرُ الْحَجَرِ الأَسْوَدِ

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ يَعْقُوبَ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ دَاوُدَ ، عَنْ حَمَّادِ بْنِ سَلَمَةَ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْحَجَرُ الأَسْوَدُ مِنَ الْجَنَّةِ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Qara daş (Həcərul-Əsvəd) Cənnətdən gətirilmişdir”.”

İbn Abbas
ZəifNəsəi, 2935 (Həcc, 317)

Fəsil 146

Qara daşa əl sürtmək

اسْتِلاَمُ الْحَجَرِ الأَسْوَدِ

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عَبْدِ الأَعْلَى ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ ، أَنَّ عُمَرَ ، قَبَّلَ الْحَجَرَ ، وَالْتَزَمَهُ ، وَقَالَ : رَأَيْتُ أَبَا الْقَاسِمِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِكَ ، حَفِيًّا.

“Suveyd ibn Ğafələ ﵀ rəvayət edir ki, Ömər qara daşı (Həcərul-Əsvədi) öpərək ona əllərini sürtdü və belə dedi: “Mən Əbul-Qasimin səni öpdüyünü gördüm, ona görə öpürəm”.”

Suveyd ibn Ğafələ
SəhihNəsəi, 2936 (Həcc, 318)

Fəsil 147

Qara daşı öpmək

تَقْبِيلُ الْحَجَرِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عِيسَى بْنُ يُونُسَ ، وَجَرِيرٌ ، عَنِ الأَعْمَشِ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَابِسِ بْنِ رَبِيعَةَ ، قَالَ : رَأَيْتُ عُمَرَ جَاءَ إِلَى الْحَجَرِ فَقَالَ : إِنِّي لأَعْلَمُ أَنَّكَ حَجَرٌ ، وَلَوْلاَ أَنِّي رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُقَبِّلُكَ ، مَا قَبَّلْتُكَ ثُمَّ دَنَا مِنْهُ ، فَقَبَّلَهُ.

“Rəvayət edilir ki, Abis ibn Rabia ﵀ demişdir: “Mən Ömərin qara daşın yanına gəldiyini gördüm. O dedi: “Mən bilirəm ki, sən bir daşsan. Əgər Allah Elçisinin ﷺ səni öpdüyünü görməsəydim, mən də öpməzdim”. Sonra yaxınlaşıb onu öpdü”.”

Abis ibn Rabia
SəhihNəsəi, 2937 (Həcc, 319)

Fəsil 148

Qara daşı necə öpmək lazımdır?

كَيْفَ يُقَبَّلُ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا الْوَلِيدُ ، عَنْ حَنْظَلَةَ ، قَالَ : رَأَيْتُ طَاوُوسًا يَمُرُّ بِالرُّكْنِ ، فَإِنْ وَجَدَ عَلَيْهِ زِحَامًا مَرَّ ، وَلَمْ يُزَاحِمْ ، وَإِنْ رَآهُ خَالِيًا ، قَبَّلَهُ ثَلاَثًا ، ثُمَّ قَالَ : رَأَيْتُ ابْنَ عَبَّاسٍ ، فَعَلَ مِثْلَ ذَلِكَ ، وَقَالَ ابْنُ عَبَّاسٍ : رَأَيْتُ عُمَرَ بْنَ الْخَطَّابِ ، فَعَلَ مِثْلَ ذَلِكَ ، ثُمَّ قَالَ : إِنَّكَ حَجَرٌ ، لاَ تَنْفَعُ وَلاَ تَضُرُّ ، وَلَوْلاَ أَنِّي رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَبَّلَكَ ، مَا قَبَّلْتُكَ ، ثُمَّ قَالَ : عُمَرُ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَعَلَ مِثْلَ ذَلِكَ.

“Rəvayət edilir ki, Hənzələ ﵀ demişdir: “Mən Tavusu qara daşı ziyarət edərkən gördüm. Camaat çox olardısa yanından keçərdi, camaat az olanda onu üç dəfə öpər və belə deyərdi: “Mən İbn Abbasın eynilə belə etdiyini gördüm. İbn Abbas da Ömər ibn əl-Xattabın belə etdiyini gördüyünü və belə dediyini söyləmişdir: “Sən faydası və zərəri olmayan bir daşsan. Allah Elçisinin ﷺ səni öpdüyünü görməsəydim, səni öpməzdim”. Sonra Ömər belə dedi: “Mən Allah Elçisinin ﷺ belə etdiyini görmüşəm”.”

Hənzələ
ZəifNəsəi, 2938 (Həcc, 320)

Fəsil 149

Qara daşa əl sürtmək və təvaf etmək necə başlanır?

كَيْفَ يَطُوفُ أَوَّلَ مَا يَقْدَمُ وَعَلَى أَيِّ شِقَّيْهِ يَأْخُذُ إِذَا اسْتَلَمَ الْحَجَرَ

أَخْبَرَنَا عَبْدُ الأَعْلَى بْنُ وَاصِلِ بْنِ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، عَنْ سُفْيَانَ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ ، دَخَلَ الْمَسْجِدَ فَاسْتَلَمَ الْحَجَرَ ، ثُمَّ مَضَى عَلَى يَمِينِهِ ، فَرَمَلَ ثَلاَثًا ، وَمَشَى أَرْبَعًا ، ثُمَّ أَتَى الْمَقَامَ فَقَالَ : {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} فَصَلَّى رَكْعَتَيْنِ ، وَالْمَقَامُ بَيْنَهُ وَبَيْنَ الْبَيْتِ ثُمَّ أَتَى الْبَيْتَ بَعْدَ الرَّكْعَتَيْنِ ، فَاسْتَلَمَ الْحَجَرَ ، ثُمَّ خَرَجَ إِلَى الصَّفَا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Məkkəyə gəldikdə məscidə daxil oldu və qara daşa əl sürtdü. Sonra qara daşın sağ tərəfindən təvaf etməyə başladı. Təvafın ilk üç dövrəsini iti addımlarla, son dörd dövrəsini isə adi addımlarla keçdi. Sonra İbrahim məqamına gələrək: “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) deyərək iki rükət namaz qıldı. Namaz qılanda İbrahim məqamı onunla Kəbə arasında idi. İki rükət qıldıqdan sonra Kəbəyə gələrək yenidən qara daşı öpdü. Sonra Səfa təpəsinə çıxdı”.”

Cabir
SəhihNəsəi, 2939 (Həcc, 321)

Fəsil 150

Neçə təvafda iti addımlar atılır?

كَمْ يَسْعَى

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، كَانَ يَرْمُلُ الثَّلاَثَ ، وَيَمْشِي الأَرْبَعَ ، وَيَزْعُمُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَفْعَلُ ذَلِكَ.

“Nafi ﵀ rəvayət edir ki, Abdullah ibn Ömər təvafın ilk üç dövrənsini sürətli yerişlə, sonrakı dörd dövrəni isə yerişlə tamamlayar və Allah Elçisinin ﷺ də belə etdiyini deyərdi.”

Nafi
SəhihNəsəi, 2940 (Həcc, 322)

Fəsil 151

Neçə təvafda adi addımlar atılır?

كَمْ يَمْشِي

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، عَنْ مُوسَى بْنِ عُقْبَةَ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا طَافَ فِي الْحَجِّ وَالْعُمْرَةِ أَوَّلَ مَا يَقْدَمُ ، فَإِنَّهُ يَسْعَى ثَلاَثَةَ أَطْوَافٍ ، وَيَمْشِي أَرْبَعًا ، ثُمَّ يُصَلِّي سَجْدَتَيْنِ ، ثُمَّ يَطُوفُ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ həcc və ümrə təvafının hər ikisində də ilk üç dövrəni sürətlə və sərt şəkildə, sonrakı dövrələrdə isə adi addımlarla təvaf edərdi. İki rükət namaz qıldıqdan sonra Səfa və Mərva arasında səy edərdi.”

İbn Ömər
SəhihNəsəi, 2941 (Həcc, 323)

Fəsil 152

Yeddi təvafdan üçü sürətli olmalıdır

الْخَبَبُ فِي الثَّلاَثَةِ مِنَ السَّبْعِ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرٍو ، وَسُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ يَقْدَمُ مَكَّةَ ، يَسْتَلِمُ الرُّكْنَ الأَسْوَدَ ، أَوَّلَ مَا يَطُوفُ يَخُبُّ ثَلاَثَةَ أَطْوَافٍ مِنَ السَّبْعِ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Məkkəyə gəldikdə qara daşa əl vurar və edəcəyi yeddi təvafın ilk üçünü sürətlə yeriyərək edərdi”.”

Səlim atasından
SəhihNəsəi, 2942 (Həcc, 324)

Fəsil 153

Həcc və ümrədə daş atmaq

الرَّمَلُ فِي الْحَجِّ وَالْعُمْرَةِ

أَخْبَرَنِي مُحَمَّدٌ ، وَعَبْدُ الرَّحْمَنِ ، ابْنَا عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ قَالاَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ اللَّيْثِ ، عَنْ أَبِيهِ ، عَنْ كَثِيرِ بْنِ فَرْقَدٍ ، عَنْ نَافِعٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، كَانَ يَخُبُّ فِي طَوَافِهِ حِينَ يَقْدَمُ فِي حَجٍّ أَوْ عُمْرَةٍ ثَلاَثًا ، وَيَمْشِي أَرْبَعًا ، قَالَ : وَكَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَفْعَلُ ذَلِكَ.

“Nafi ﵀ rəvayət edir ki, Abdullah ibn Ömər həcc və ümrəd zamanı hər təvafda ilk üç dövrəni sürətlə yeriyər, sonrakı dörd dövrəni isə adi yerişlə edər və Allah Elçisinin ﷺ belə etdiyini deyərdi.”

Nafi
SəhihNəsəi, 2943 (Həcc, 325)

Fəsil 154

Təvaf qara daşda başlayıb qara daşda qurtarır

الرَّمَلُ مِنَ الْحِجْرِ إِلَى الْحِجْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَمَلَ مِنَ الْحِجْرِ إِلَى الْحِجْرِ حَتَّى انْتَهَى إِلَيْهِ ثَلاَثَةَ أَطْوَافٍ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ qara daşda başlayıb qara daşda qurtararaq təvafın ilk üç dövrəsini sürətlə yeridiyini görmüşəm”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2944 (Həcc, 326)

Fəsil 155

Peyğəmbər ﷺ Kəbəni təvaf etdikdə ilk üç dövrəni sürətlə edərdi

الْعِلَّةُ الَّتِي مِنْ أَجْلِهَا سَعَى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْبَيْتِ

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ سُلَيْمَانَ ، عَنْ حَمَّادِ بْنِ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنْ ابْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : لَمَّا قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ مَكَّةَ قَالَ الْمُشْرِكُونَ : وَهَنَتْهُمْ حُمَّى يَثْرِبَ ، وَلَقُوا مِنْهَا شَرًّا ، فَأَطْلَعَ اللَّهُ نَبِيَّهُ عَلَيْهِ الصَّلاَةُ وَالسَّلاَمُ عَلَى ذَلِكَ فَأَمَرَ أَصْحَابَهُ أَنْ يَرْمُلُوا ، وَأَنْ يَمْشُوا مَا بَيْنَ الرُّكْنَيْنِ وَكَانَ الْمُشْرِكُونَ مِنْ نَاحِيَةِ الْحِجْرِ فَقَالُوا : لَهَؤُلاَءِ أَجْلَدُ مِنْ كَذَا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ və səhabələri Məkkəyə gəldikdə müşriklər dedilər: “Mədinənin qızdırması bunlara xoş təsir etmədiyinə görə zəifləyiblər”. Allah da bunu Peyğəmbərinə ﷺ xəbər verdi. Allah Elçisi ﷺ də səhabələrinə müşriklərin olduğu qara daş tərəfdən keçərkən (sağ çiyinlərini açaraq) sürətlə yeriməyi buyurdu. Müşriklər dedilər: “Bunlar əvvəlkindən daha qüvvətli olublar”.”

İbn Abbas
SəhihNəsəi, 2945 (Həcc, 327)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنِ الزُّبَيْرِ بْنِ عَرَبِيٍّ ، قَالَ : سَأَلَ رَجُلٌ ابْنَ عُمَرَ ، عَنِ اسْتِلاَمِ الْحَجَرِ ؟ ، فَقَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَلِمُهُ ، وَيُقَبِّلُهُ فَقَالَ الرَّجُلُ : أَرَأَيْتَ إِنْ زُحِمْتُ عَلَيْهِ أَوْ غُلِبْتُ عَلَيْهِ ؟ فَقَالَ ابْنُ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا : اجْعَلْ أَرَأَيْتَ بِالْيَمَنِ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَلِمُهُ ، وَيُقَبِّلُهُ.

“Rəvayət edilir ki, əz-Zubeyr ibn Arabi ﵀ demişdir: “Bir kişi İbn Ömərdən soruşdu: “Qara daşı necə salamlayım?” O da buyurdu: “Mən Allah Elçisinin ﷺ qara daşı salamlayarkən və öpərkən gördüm”. Kişi dedi: “Adam çox olsa və yaxınlaşa bilməsəm necə?” İbn Ömər ﵄ dedi: “Yəməndən gələnlər haqda bir düşün! Əlbəttə ki adam çox olacaq. Mən Allah Elçisinin ﷺ bəzən qara daşı öpdüyünü, bəzən də salamladığını görmüşəm”.”

əz-Zubeyr ibn Arabi
SəhihNəsəi, 2946 (Həcc, 328)

Fəsil 156

Hər təvafda Kəbənin iki küncünə salam verilməsi

اسْتِلاَمُ الرُّكْنَيْنِ فِي كُلِّ طَوَافٍ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ أَبِي رَوَّادٍ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ يَسْتَلِمُ الرُّكْنَ الْيَمَانِيَ ، وَالْحَجَرَ فِي كُلِّ طَوَافٍ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ hər təvafda həm Yəmən küncünə, həm də qara daşa salam verərdi.”

İbn Ömər
HəsənNəsəi, 2947 (Həcc, 329)

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، قَالاَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا عُبَيْدُ اللهِ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ لاَ يَسْتَلِمُ إِلاَّ الْحَجَرَ وَالرُّكْنَ الْيَمَانِيَ.

“İbn Ömər ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ yanız Yəmən küncünə və qara daşa salam verərdi.”

İbn Ömər
SəhihNəsəi, 2948 (Həcc, 330)

Fəsil 157

Yəmən rüknündə olan hər iki küncün də məsh edilməsi

مَسْحُ الرُّكْنَيْنِ الْيَمَانِيَيْنِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : لَمْ أَرَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَمْسَحُ مِنَ الْبَيْتِ ، إِلاَّ الرُّكْنَيْنِ الْيَمَانِيَيْنِ.

“Səlim atanın ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Kəbənin yalnız Yəmən küncü tərəfdə olan iki küncü məsh edərdi.”

Səlim atasından
SəhihNəsəi, 2949 (Həcc, 331)

Fəsil 158

Kəbənin son iki küncünə toxunmamaq

تَرْكُ اسْتِلاَمِ الرُّكْنَيْنِ الآخَرَيْنِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : أَنْبَأَنَا ابْنُ إِدْرِيسَ ، عَنْ عُبَيْدِ اللهِ ، وَابْنُ جُرَيْجٍ ، وَمَالِكٌ ، عَنِ الْمَقْبُرِيِّ ، عَنْ عُبَيْدِ بْنِ جُرَيْجٍ ، قَالَ : قُلْتُ لاِبْنِ عُمَرَ رَأَيْتُكَ لاَ تَسْتَلِمُ مِنَ الأَرْكَانِ إِلاَّ هَذَيْنِ الرُّكْنَيْنِ الْيَمَانِيَيْنِ ، قَالَ : لَمْ أَرَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَلِمُ إِلاَّ هَذَيْنِ الرُّكْنَيْنِ مُخْتَصَرٌ.

“Rəvayət edilir ki, Ubeyd ibn Cureyc ﵀ demişdir: “Mən İbn Ömərə dedim: “Mən sənin Yəmən tərəfdə olan künclərdən başqa heç bir küncə toxunmadığını görürəm”. Abdullah dedi: “Allah Elçisinin ﷺ bu iki küncdən başqa yerə toxunmadığına görə belə edirəm”.”

Ubeyd ibn Cureyc
SəhihNəsəi, 2950 (Həcc, 332)

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرٍو ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : لَمْ يَكُنْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَلِمُ مِنْ أَرْكَانِ الْبَيْتِ ، إِلاَّ الرُّكْنَ الأَسْوَدَ ، وَالَّذِي يَلِيهِ مِنْ نَحْوِ دُورِ الْجُمَحِيِّينَ.

“Səlim atasının ﵁ belə dediyini rəvayət edir: “Allah Elçisi ﷺ Kəbənin künclərindən yalnız qara daş olan küncə və Cumahilərin evləri tərəfdə olan küncə toxunardı”.”

Səlim atasından
SəhihNəsəi, 2951 (Həcc, 333)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، قَالَ : قَالَ عَبْدُ اللهِ رَضِيَ اللَّهُ عَنْهُ مَا تَرَكْتُ اسْتِلاَمَ هَذَيْنِ الرُّكْنَيْنِ مُنْذُ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَلِمُهُمَا الْيَمَانِيَ ، وَالْحَجَرَ فِي شِدَّةٍ ، وَلاَ رَخَاءٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ bu iki küncə toxunmasını gördüyümdən bu yana basabas vaxtı və boşluq olduqda onlara toxunmağı heç vaxt tərk etmədim”.”

Abdullah
SəhihNəsəi, 2952 (Həcc, 334)

أَخْبَرَنَا عِمْرَانُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْوَارِثِ ، قَالَ : حَدَّثَنَا أَيُّوبُ ، عَنْ نَافِعٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : مَا تَرَكْتُ اسْتِلاَمَ الْحَجَرِ فِي رَخَاءٍ ، وَلاَ شِدَّةٍ ، مُنْذُ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْتَلِمُهُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Mən Allah Elçisinin ﷺ qara daş olan küncə toxunmasını gördüyümdən bu yana basabas vaxtı və boşluq olduqda onlara toxunmağı heç vaxt tərk etmədim”.”

İbn Ömər
SəhihNəsəi, 2953 (Həcc, 335)

Fəsil 159

Qara daşı salamlama əsa ilə də edilir

اسْتِلاَمُ الرُّكْنِ بِالْمِحْجَنِ

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، وَسُلَيْمَانُ بْنُ دَاوُدَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي يُونُسُ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عَبْدِ اللهِ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، طَافَ فِي حَجَّةِ الْوَدَاعِ ، عَلَى بَعِيرٍ يَسْتَلِمُ الرُّكْنَ بِمِحْجَنٍ.

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Vida həccində dəvə üzərində təvaf etdi və ehtiram əlaməti olaraq qara daşa əsa ilə toxundu.”

Abdullah ibn Abbas
SəhihNəsəi, 2954 (Həcc, 336)

Fəsil 160

Qara daşa işarə etmək

الإِشَارَةُ إِلَى الرُّكْنِ

أَخْبَرَنَا بِشْرُ بْنُ هِلاَلٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الْوَارِثِ ، عَنْ خَالِدٍ ، عَنْ عِكْرِمَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ يَطُوفُ بِالْبَيْتِ عَلَى رَاحِلَتِهِ ، فَإِذَا انْتَهَى إِلَى الرُّكْنِ أَشَارَ إِلَيْهِ.

“Abdullah ibn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Kəbəni miniyinin üzərində təvaf edən zaman qara daşın səmtinə çatdıqda işarə edərdi.”

Abdullah ibn Abbas
SəhihNəsəi, 2955 (Həcc, 337)

Fəsil 161

Allahın ﷿ bu kəlamı: “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin”. (əl-Əraf, 31)

قَوْلُهُ عَزَّ وَجَلَّ {خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ}

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَلَمَةَ ، قَالَ : سَمِعْتُ مُسْلِمًا الْبَطِينَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَتِ الْمَرْأَةُ تَطُوفُ بِالْبَيْتِ وَهِيَ عُرْيَانَةٌ تَقُولُ : الْيَوْمَ يَبْدُو بَعْضُهُ أَوْ كُلُّهُ ... وَمَا بَدَا مِنْهُ فَلاَ أُحِلُّهُ قَالَ : فَنَزَلَتْ {يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın Kəbəni lüt təvaf edər və belə deyərdi: “Bu gün onun bir hissəsi və ya hamısı görünəcək, Bundan sonra isə görünən tərəfi haram ediləcək”. Sonra bu ayələr nazil oldu: “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin”. (əl-Əraf, 31)”.”

İbn Abbas
SəhihNəsəi, 2956 (Həcc, 338)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ حُمَيْدَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، أَخْبَرَهُ ، أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُ أَنَّ أَبَا بَكْرٍ بَعَثَهُ فِي الْحَجَّةِ الَّتِي أَمَّرَهُ عَلَيْهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَبْلَ حَجَّةِ الْوَدَاعِ فِي رَهْطٍ يُؤَذِّنُ فِي النَّاسِ ، أَلاَ لاَ يَحُجَّنَّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، وَلاَ يَطُوفُ بِالْبَيْتِ عُرْيَانٌ.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Vida həccindən qabaq Əbu Bəkri həcdə əmir təyin etdiyi il, o ildən etibarən heç bir müşrikin həcc etməyəcəyini və lüt təvaf edə bilməyəcəyini insanlara bildirmək üçün məni bir dəstə ilə Məkkəyə göndərdi”.”

Əbu Hureyra
SəhihNəsəi, 2957 (Həcc, 339)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، وَعُثْمَانُ بْنُ عُمَرَ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْمُغِيرَةِ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ الْمُحَرَّرِ بْنِ أَبِي هُرَيْرَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جِئْتُ مَعَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ حِينَ بَعَثَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَهْلِ مَكَّةَ بِبَرَاءَةَ ، قَالَ : مَا كُنْتُمْ تُنَادُونَ ؟ قَالَ : كُنَّا نُنَادِي إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ ، إِلاَّ نَفْسٌ مُؤْمِنَةٌ ، وَلاَ يَطُوفُ بِالْبَيْتِ عُرْيَانٌ ، وَمَنْ كَانَ بَيْنَهُ وَبَيْنَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَهْدٌ ، فَأَجَلُهُ أَوْ أَمَدُهُ إِلَى أَرْبَعَةِ أَشْهُرٍ ، فَإِذَا مَضَتِ الأَرْبَعَةُ أَشْهُرٍ ، فَإِنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ، وَرَسُولُهُ ، وَلاَ يَحُجُّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، فَكُنْتُ أُنَادِي حَتَّى صَحِلَ صَوْتِي.

“əl-Muhərrar ibn Əbu Hureyra ﵁ atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Əli ibn Əbu Talibi Məkkəlilərə “Bəraə” (ət-Tövbə) surəsini eşitdirmək üçün göndərdikdə mən Əlinin yanında idim”. Ravi dedi: “Siz nəyi elan edirdiniz?” Əbu Hureyra dedi: “Biz, mömin olmayanın Cənnətə girməyəcəyini, Kəbənin lüt təvaf edilməyəcəyini, kimin Allah Elçisi ﷺ ilə əhdi varsa, o əhdin müddəti bitənə qədər əhdə vəfa ediləcəyini, əhdi olmayana dörd ay vaxt veriləcəyini, Allah və Onun Elçisinin ﷺ müşriklərdən uzaq olmasını, bu ildən sonra heç bir müşrikin həcc etməyəcəyini səsimiz batana qədər elan etdik”.”

əl-Muhərrar ibn Əbu Hureyra
SəhihNəsəi, 2958 (Həcc, 340)

Fəsil 162

İki rükət olan təvaf namazı harada qılınır?

أَيْنَ يُصَلِّي رَكْعَتَيِ الطَّوَافِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ يَحْيَى ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ كَثِيرِ بْنِ كَثِيرٍ ، عَنْ أَبِيهِ ، عَنِ الْمُطَّلِبِ بْنِ أَبِي وَدَاعَةَ ، قَالَ : رَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، حِينَ فَرَغَ مِنْ سُبُعِهِ ، جَاءَ حَاشِيَةَ الْمَطَافِ ، فَصَلَّى رَكْعَتَيْنِ ، وَلَيْسَ بَيْنَهُ وَبَيْنَ الطَّوَّافِينَ أَحَدٌ.

“Rəvayət edilir ki, Muttalib ibn Əbu Vədəa ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yeddi dövrədən ibarət təvaf etdiyini, təvaf ətrafına çəkilib iki rükət namaz qıldığını gördüm. Onunla təvaf edənlər arasında heç bir maneə yox idi”.”

Muttalib ibn Əbu Vədəa
ZəifNəsəi, 2959 (Həcc, 341)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، قَالَ : ، يَعْنِي ابْنَ عُمَرَ قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَطَافَ بِالْبَيْتِ سَبْعًا ، وَصَلَّى خَلْفَ الْمَقَامِ رَكْعَتَيْنِ ، وَطَافَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، وَقَالَ : {لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللهِ أُسْوَةٌ حَسَنَةٌ}.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkəyə gəldikdə Kəbəni yeddi dəfə təvaf etdi və İbrahim məqamının arxasında iki rükət namaz qıldı. Onunla təvaf edənlər arasında heç bir maneə yox idi. Sonra Səfa və Mərvada səy etmək üçün çıxdı və buyurdu: “Allah Elçisi ﷺ sizə... gözəl nümunədir” (əl-Əhzab, 21).”

İbn Ömər
SəhihNəsəi, 2960 (Həcc, 342)

Fəsil 163

Təvaf namazından sonra deyilən söz

الْقَوْلُ بَعْدَ رَكْعَتَيِ الطَّوَافِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ قَالَ : طَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْبَيْتِ سَبْعًا ، رَمَلَ مِنْهَا ثَلاَثًا ، وَمَشَى أَرْبَعًا ، ثُمَّ قَامَ عِنْدَ الْمَقَامِ فَصَلَّى رَكْعَتَيْنِ ، ثُمَّ قَرَأَ ، {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} وَرَفَعَ صَوْتَهُ يُسْمِعُ النَّاسَ ، ثُمَّ انْصَرَفَ فَاسْتَلَمَ ، ثُمَّ ذَهَبَ فَقَالَ : نَبْدَأُ بِمَا بَدَأَ اللَّهُ بِهِ ، فَبَدَأَ بِالصَّفَا ، فَرَقِيَ عَلَيْهَا ، حَتَّى بَدَا لَهُ الْبَيْتُ ، فَقَالَ ثَلاَثَ مَرَّاتٍ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، يُحْيِي وَيُمِيتُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، فَكَبَّرَ اللَّهَ وَحَمِدَهُ ، ثُمَّ دَعَا بِمَا قُدِّرَ لَهُ ، ثُمَّ نَزَلَ مَاشِيًا ، حَتَّى تَصَوَّبَتْ قَدَمَاهُ فِي بَطْنِ الْمَسِيلِ ، فَسَعَى حَتَّى صَعِدَتْ قَدَمَاهُ ، ثُمَّ مَشَى حَتَّى أَتَى الْمَرْوَةَ ، فَصَعِدَ فِيهَا ، ثُمَّ بَدَا لَهُ الْبَيْتُ ، فَقَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، قَالَ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ : ثُمَّ ذَكَرَ اللَّهَ ، وَسَبَّحَهُ ، وَحَمِدَهُ ، ثُمَّ دَعَا عَلَيْهَا بِمَا شَاءَ اللَّهُ فَعَلَ هَذَا حَتَّى فَرَغَ مِنَ الطَّوَافِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbəni yeddi dəfə təvaf etdi. Bunun ilk üç dövrəsini yeyin şəkildə, sonrakı dörd dövrəsini isə adi addımlarla etdi. Sonra İbrahim məqamının yanında durub iki rükət namaz qıldı, sonra da: “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) ayəsini insanlara eşitdirmək üçün səsini qaldırdı. Sonra dönüb Kəbəni salamladı. Sonra (Səfaya) gedərək belə buyurdu: “Mən Allahın başladığından başlayıram”. Sonra Səfanın Kəbə görünəcək yerinə gəlib üç dəfə buyurdu: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi va yumi:tu va huvə alə: kulli şey in qadi:r!” Allaha təkbir və təhmid etdikdən sonra bacardığı qədər dua etdi. Sonra yeriyərək təpədən aşağı düşdü. Bətnil-Məsəl adlı yerə gəldikdə sürətlə yeriməyə başladı və yenidən Mərvaya doğru yeriməyə başladı. Mərva təpəsinə çıxıb oradan Kəbə görünəcək yerdə: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” dedi və bunu üç dəfə təkrarladı. Sonra Allahı zikr etdi, Onu təkbir və təhmid edərək Allahın istədiyi qədər dua etdi. Təvafı tamamlayana qədər bu şəkildə davam etdi”.”

Cabir
SəhihNəsəi, 2961 (Həcc, 343)

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، طَافَ سَبْعًا رَمَلَ ثَلاَثًا ، وَمَشَى أَرْبَعًا ، ثُمَّ قَرَأَ : {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} ، فَصَلَّى سَجْدَتَيْنِ ، وَجَعَلَ الْمَقَامَ بَيْنَهُ وَبَيْنَ الْكَعْبَةِ ، ثُمَّ اسْتَلَمَ الرُّكْنَ ، ثُمَّ خَرَجَ ، فَقَالَ : إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ ، فَابْدَؤُوا بِمَا بَدَأَ اللَّهُ بِهِ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Kəbəni yeddi dəfə təvaf etdi. Bunun ilk üç dövrəsini yeyin şəkildə, sonrakı dörd dövrəsini isə adi addımlarla etdi. Sonra bu ayəni: “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) oxudu, sonra iki səcdə etdi (iki rükət namaz qıldı). İbrahim məqamı onunla Kəbənin arasında idi. Sonra qara daşı salamlayaraq Səfa təpəsinə çıxdı və buyurdu: “Həqiqətən, Səfa və Mərva Allahın nişanələrindəndir” (əl-Bəqərə, 158). Mən də Allahın başladığından başlayıram”.”

Cabir
SəhihNəsəi, 2962 (Həcc, 344)

Fəsil 164

Təvaf namazında nə oxunur?

الْقِرَاءَةُ فِي رَكْعَتَيِ الطَّوَافِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عُثْمَانَ بْنِ سَعِيدِ بْنِ كَثِيرِ بْنِ دِينَارٍ ، عَنِ الْوَلِيدِ ، عَنْ مَالِكٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا انْتَهَى إِلَى مَقَامِ إِبْرَاهِيمَ قَرَأَ : {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} فَصَلَّى رَكْعَتَيْنِ ، فَقَرَأَ فَاتِحَةَ الْكِتَابِ ، وَ{قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ}، وَ{قُلْ هُوَ اللَّهُ أَحَدٌ} ثُمَّ عَادَ إِلَى الرُّكْنِ فَاسْتَلَمَهُ ، ثُمَّ خَرَجَ إِلَى الصَّفَا.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ İbrahim məqamına yaxınlaşdıqda “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) ayəsini oxudu, sonra iki rükət namaz qıldı. “əl-Fatihə” surəsi ilə “De: “Ey kafirlər!” (əl-Kəfirun) və “De: O Allah təkdir!” (əl-İxlas) surələrini oxudu, sonra qara daşın salamladı, sonra da Səfa təpəsinə çıxdı.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2963 (Həcc, 345)

Fəsil 165

Zəmzəm suyundan içmək

الشُّرْبُ مِنْ زَمْزَمَ

أَخْبَرَنَا زِيَادُ بْنُ أَيُّوبَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا عَاصِمٌ ، وَمُغِيرَةُ (ح) وَأَنْبَأَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا عَاصِمٌ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، شَرِبَ مِنْ مَاءِ زَمْزَمَ وَهُوَ قَائِمٌ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ ayaq üstə Zəmzəm suyundan içdi.”

İbn Abbas
SəhihNəsəi, 2964 (Həcc, 346)

Fəsil 166

Zəmzəm suyundan ayaq üstə içmək

الشُّرْبُ مِنْ زَمْزَمَ قَائِمًا

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ الْمُبَارَكِ ، عَنْ عَاصِمٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : سَقَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ زَمْزَمَ ، فَشَرِبَهُ وَهُوَ قَائِمٌ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Mən Zəmzəm suyundan Allah Elçisinə ﷺ süzdüm, o da suyu ayaq üstə içdi”.”

İbn Abbas
SəhihNəsəi, 2965 (Həcc, 347)

Fəsil 167

Təvafdan çıxdıqda Səfa qapısından çıxaraq Səfaya gəlmək

ذِكْرُ خُرُوجِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى الصَّفَا مِنَ الْبَابِ الَّذِي يُخْرَجُ مِنْهُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : سَمِعْتُ ابْنَ عُمَرَ ، يَقُولُ : لَمَّا قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَكَّةَ ، طَافَ بِالْبَيْتِ سَبْعًا ، ثُمَّ صَلَّى خَلْفَ الْمَقَامِ رَكْعَتَيْنِ ، ثُمَّ خَرَجَ إِلَى الصَّفَا مِنَ الْبَابِ الَّذِي يُخْرَجُ مِنْهُ ، فَطَافَ بِالصَّفَا وَالْمَرْوَةِ قَالَ : شُعْبَةُ ، وَأَخْبَرَنِي أَيُّوبُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ ابْنِ عُمَرَ أَنَّهُ قَالَ : سُنَّةٌ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Məkkəyə gəldikdə Kəbəni yeddi dəfə təvaf etdi və İbrahim məqamının arxasında iki rükət namaz qıldı. Oradan Səfaya gedən qapıdan Səfa təpəsinə çıxdı və Səfa və Mərvada səy etdi”. İbn Ömər dedi: “Bu, sünnədir”.”

İbn Ömər
SəhihNəsəi, 2966 (Həcc, 348)

Fəsil 168

Səfa və Mərvada deyilən zikr

ذِكْرُ الصَّفَا وَالْمَرْوَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، قَالَ : قَرَأْتُ عَلَى عَائِشَةَ {فَلاَ جُنَاحَ} عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا قُلْتُ : مَا أُبَالِي ، أَنْ لاَ أَطُوفَ بَيْنَهُمَا فَقَالَتْ : بِئْسَ مَا قُلْتَ : إِنَّمَا كَانَ نَاسٌ مِنْ أَهْلِ الْجَاهِلِيَّةِ لاَ يَطُوفُونَ بَيْنَهُمَا ، فَلَمَّا كَانَ الإِسْلاَمُ وَنَزَلَ الْقُرْآنُ {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ} الآيَةَ فَطَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَطُفْنَا مَعَهُ فَكَانَتْ سُنَّةً.

“Rəvayət edilir ki, Urva ﵀ demişdir: “Mən Aişəyə: “Bu iki dağ arasında səy etməsində ona heç bir günah yoxdur” (əl-Bəqərə, 158) bu ayəni oxuyaraq onların arasında səy etməyəcəm”- dedim. Aişə dedi: “Sənin dediyin necə də pisdir”. Mən dedim: “Pis olan nə dedim ki?” O dedi: “İnsanlar cahiliyyət dövründə onları səy etməzdilər. İslam gəldikdə Quranda olan bu ayə nazil oldu: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” (əl-Bəqərə, 158). Allah Elçisi ﷺ orada səy etdi, biz də onunla birlikdə səy etdik, çünki bu, sünnədir”.”

Urva
SəhihNəsəi, 2967 (Həcc, 349)

أَخْبَرَنِي عَمْرُو بْنُ عُثْمَانَ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ شُعَيْبٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ عُرْوَةَ ، قَالَ : سَأَلْتُ عَائِشَةَ ، عَنْ قَوْلِ اللهِ عَزَّ وَجَلَّ {فَلاَ جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا} فَوَاللَّهِ مَا عَلَى أَحَدٍ جُنَاحٌ أَنْ لاَ يَطُوفَ بِالصَفَا وَالْمَرْوَةِ ، قَالَتْ عَائِشَةُ : بِئْسَمَا قُلْتَ يَا ابْنَ أُخْتِي ‍إِنَّ هَذِهِ الآيَةَ لَوْ كَانَتْ كَمَا أَوَّلْتَهَا ، كَانَتْ فَلاَ جُنَاحَ عَلَيْهِ أَنْ لاَ يَطَّوَّفَ بِهِمَا ، وَلَكِنَّهَا نَزَلَتْ فِي الأَنْصَارِ قَبْلَ أَنْ يُسْلِمُوا ، كَانُوا يُهِلُّونَ لِمَنَاةَ الطَّاغِيَةِ الَّتِي كَانُوا يَعْبُدُونَ عِنْدَ الْمُشَلَّلِ ، وَكَانَ مَنْ أَهَلَّ لَهَا يَتَحَرَّجُ أَنْ يَطُوفَ بِالصَّفَا وَالْمَرْوَةِ ، فَلَمَّا سَأَلُوا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ ذَلِكَ ؟ أَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ ، {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللهِ} فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلاَ جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا ثُمَّ قَدْ سَنَّ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، الطَّوَافَ بَيْنَهُمَا ، فَلَيْسَ لأَحَدٍ أَنْ يَتْرُكَ الطَّوَافَ بِهِمَا.

“Rəvayət edilir ki, Urva ﵀ demişdir: “Mən Aişədən Uca Allahın: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə niyyəti ilə ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz...” (əl-Bəqərə, 158) sözü haqqında soruşdum və “Allaha and olsun ki, Səfa və Mərvanı təvaf etməyən kimsəyə günah yoxdur”– dedim. Aişə dedi: “Sənin dediyin necə də pisdir, ey bacım oğlu! Əgər bu ayə sənin dediyin kimi təfsir olunsaydı, şübhəsiz ki, onları təvaf etməmək günah sayılmazdı. Lakin bu ayə ənsar barəsində nazil olmuşdur. Onlar İslam dinini qəbul etməmişdən əvvəl tapındıqları Mənat adlı bütü ziyarət etmək məqsədilə Müşəlləl deyilən yerdən yola düşərdilər. Hər kim Mənatı ziyarət etmək məqsədilə ora gələrdisə, Səfa və Mərvanı təvaf etməyi özünə günah hesab edərdi. Onlar bu haqda Allah Elçisindən ﷺ soruşduqda Allah ﷿ bu ayəni nazil etdi: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” (əl-Bəqərə, 158). Kim həcc və ümrə edərsə, onların arasında səy etmək günah deyil. Sonra Allah Elçisi ﷺ hər iki təpə arasında səy etməyi sünnə etdi və o zamandan bu yana bu sünnəni heç kim tərk etmədi”.”

Urva
SəhihNəsəi, 2968 (Həcc, 350)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حِينَ خَرَجَ مِنَ الْمَسْجِدِ وَهُوَ يُرِيدُ الصَّفَا ، وَهُوَ يَقُولُ : نَبْدَأُ بِمَا بَدَأَ اللَّهُ بِهِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ məsciddən çıxıb Səfaya qalxdıqda: “Biz də Allahın başladığından başlayırıq” dediyini eşitmişəm”.”

Cabir
SəhihNəsəi, 2969 (Həcc, 351)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنَا جَابِرٌ ، قَالَ : خَرَجَ رَسُولُ اللهِ إِلَى الصَّفَا وَقَالَ : نَبْدَأُ بِمَا بَدَأَ اللَّهُ بِهِ ، ثُمَّ قَرَأَ : {إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ}.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Səfaya çıxdıqda belə buyurdu: “Biz də Allahın başladığından başlayırıq” və bu ayəni oxudu: “Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir...” (əl-Bəqərə, 158)”.”

Cabir
SəhihNəsəi, 2970 (Həcc, 352)

Fəsil 169

Səfa təpəsində durmaq üçün yer

مَوْضِعُ الْقِيَامِ عَلَى الصَّفَا

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : حَدَّثَنَا جَابِرٌ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَقِيَ عَلَى الصَّفَا ، حَتَّى إِذَا نَظَرَ إِلَى الْبَيْتِ كَبَّرَ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Səfa təpəsinə çıxdı və Kəbəni görə biləcəyi yerə gəldikdə təkbir etdi.”

Cabir
SəhihNəsəi, 2971 (Həcc, 353)

Fəsil 170

Səfa təpəsinin üstündə “Allahu Əkbər” demək

التَّكْبِيرُ عَلَى الصَّفَا

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا وَقَفَ عَلَى الصَّفَا يُكَبِّرُ ثَلاَثًا ، وَيَقُولُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ يَصْنَعُ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، وَيَدْعُو ، وَيَصْنَعُ ، عَلَى الْمَرْوَةِ مِثْلَ ذَلِكَ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Səfa təpəsində dayandıqda üç dəfə təkbir edər və üç dəfə: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” deyərək dua edərdi. Mərva təpəsində də eyni şeyi edərdi.”

Cabir
SəhihNəsəi, 2972 (Həcc, 354)

Fəsil 171

Səfa təpəsinin üstündə “lə iləhə illəllah” demək

التَّهْلِيلُ عَلَى الصَّفَا

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، أَنَّهُ سَمِعَ أَبَاهُ ، يُحَدِّثُ ، أَنَّهُ سَمِعَ جَابِرًا عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ وَقَفَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، عَلَى الصَّفَا يُهَلِّلُ اللَّهَ عَزَّ وَجَلَّ ، وَيَدْعُو بَيْنَ ذَلِكَ.

“Cabir ﵁ Peyğəmbərin ﷺ həcc etməsindən danışarkən Allah Elçisinin ﷺ Səfa təpəsində dayandığını və Allaha ﷿ “Səndən başqa ibadətə layiq məbud yoxdur” dediyini və bu təpələrin arasında dua etdiyini demişdir.”

Cabir
SəhihNəsəi, 2973 (Həcc, 355)

Fəsil 172

Səfa təpəsinin üstündə zikr etmək

الذِّكْرُ وَالدُّعَاءُ عَلَى الصَّفَا

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : طَافَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالْبَيْتِ سَبْعًا رَمَلَ مِنْهَا ثَلاَثًا ، وَمَشَى أَرْبَعًا ، ثُمَّ قَامَ عِنْدَ الْمَقَامِ ، فَصَلَّى رَكْعَتَيْنِ ، وَقَرَأَ : {وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى} ، وَرَفَعَ صَوْتَهُ يُسْمِعُ النَّاسَ ، ثُمَّ انْصَرَفَ فَاسْتَلَمَ ، ثُمَّ ذَهَبَ ، فَقَالَ : نَبْدَأُ بِمَا بَدَأَ اللَّهُ بِهِ ، فَبَدَأَ بِالصَّفَا ، فَرَقِيَ عَلَيْهَا حَتَّى بَدَا لَهُ الْبَيْتُ وَقَالَ ثَلاَثَ مَرَّاتٍ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، يُحْيِي وَيُمِيتُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، وَكَبَّرَ اللَّهَ وَحَمِدَهُ ، ثُمَّ دَعَا بِمَا قُدِّرَ لَهُ ، ثُمَّ نَزَلَ مَاشِيًا حَتَّى تَصَوَّبَتْ قَدَمَاهُ فِي بَطْنِ الْمَسِيلِ ، فَسَعَى حَتَّى صَعِدَتْ قَدَمَاهُ ، ثُمَّ مَشَى حَتَّى أَتَى الْمَرْوَةَ ، فَصَعِدَ فِيهَا ، ثُمَّ بَدَا لَهُ الْبَيْتُ ، فَقَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، قَالَ : ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، ثُمَّ ذَكَرَ اللَّهَ وَسَبَّحَهُ وَحَمِدَهُ ، ثُمَّ دَعَا عَلَيْهَا بِمَا شَاءَ اللَّهُ فَعَلَ هَذَا حَتَّى فَرَغَ مِنَ الطَّوَافِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Kəbəni yeddi dəfə təvaf etdi. Bunun ilk üç dövrəsini sürətlə, sonrakı dörd dövrəsini isə adi addımlarla etdi. Sonra İbrahim məqamında dayandı və iki rükət namaz qıldı. Sonra bu ayəni: “İbrahimin durduğu yeri namazgah edin” (əl-Bəqərə, 125) oxudu və insanların eşitməsi üçün səsini qaldırdı. Sonra qara daşa tərəf dönüb onu salamladı. Sonra Səfa təpəsinə doğru getdi və buyurdu: “Biz Allahın başladığından başlayırıq”. Sonra Səfa təpəsindən başladı və Kəbə görünən yerə gələrək üç dəfə dedi: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi va yumi:tu va huvə alə: kulli şey in qadi:r!” Sonra Allaha təkbir dedi və Ona həmd etdi. Sonra bacardığı qədər dua etdi. Sonra yeriyərək aşağı endi. Bətnil-Məsil deyilən yerə gələnə qədər sürətlə yeridi. Sonra yenidən Mərva təpəsinə qədər adi addımlarla yeridi. Mərvaya gəldikdə Kəbəni görə biləcək bir yerə çıxıb üç dəfə: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” Sonra Allahı zikr etdi, Onu təsbih etdi və Ona həmd etdi. Sonra Allahın istədiyi qədər Allaha dua etdi. Beləcə səy etməyi bitirənə qədər davam etdi”.”

Cabir
SəhihNəsəi, 2974 (Həcc, 356)

Fəsil 173

Səfa və Mərva arasında miniklə səy etmək

الطَّوَافُ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ عَلَى الرَّاحِلَةِ

أَخْبَرَنِي عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : أَنْبَأَنَا شُعَيْبٌ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : طَافَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ عَلَى رَاحِلَتِهِ بِالْبَيْتِ وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ لِيَرَاهُ النَّاسُ ، وَلِيُشْرِفَ ، وَلِيَسْأَلُوهُ إِنَّ النَّاسَ غَشُوهُ.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Peyğəmbər ﷺ Vida həccində insanlar çox olduqda Kəbəni təvaf etməyi və Səfa və Mərva arasında səy etməyi insanların görməsi, həcc haqda soruşmaları və nəyi necə etməyi görmələri üçün minik üzərində etdi”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2975 (Həcc, 357)

Fəsil 174

Səfa və Mərva arasında yerimək

الْمَشْيُ بَيْنَهُمَا

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ السَّرِيِّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَطَاءِ بْنِ السَّائِبِ ، عَنْ كَثِيرِ بْنِ جُمْهَانَ ، قَالَ : رَأَيْتُ ابْنَ عُمَرَ يَمْشِي بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ فَقَالَ : إِنْ أَمْشِي فَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَمْشِي ، وَإِنْ أَسْعَى فَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسْعَى.

“Rəvayət edilir ki, Kəsir ibn Cumhan ﵀ demişdir: “Mən İbn Ömərin Səfa və Mərva arasında yeridiyini gördüm. O dedi: “Əgər yeriyirəmsə, deməli Allah Elçisinin ﷺ yeridiyini görmüşəm. Əgər səy edirəmsə, deməli Allah Elçisinin ﷺ səy etdiyini görmüşəm”.”

Kəsir ibn Cumhan
SəhihNəsəi, 2976 (Həcc, 358)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ قَالَ : أَنْبَأَنَا الثَّوْرِيُّ ، عَنْ عَبْدِ الْكَرِيمِ الْجَزَرِيِّ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ قَالَ : رَأَيْتُ ابْنَ عُمَرَ ذَكَرَ نَحْوَهُ إِلاَّ أَنَّهُ قَالَ : وَأَنَا شَيْخٌ كَبِيرٌ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀: “Mən İbn Ömərin... gördüm” dedi və yuxarıda olan hədisi rəvayət etdi.”

Səid ibn Cubeyr
SəhihNəsəi, 2977 (Həcc, 359)

Fəsil 175

Səfa və Mərva arasında sürətlə yerimək

الرَّمَلُ بَيْنَهُمَا

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنَا صَدَقَةُ بْنُ يَسَارٍ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : سَأَلُوا ابْنَ عُمَرَ هَلْ رَأَيْتَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَمَلَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ؟ فَقَالَ : كَانَ فِي جَمَاعَةٍ مِنَ النَّاسِ ، فَرَمَلُوا ، فَلاَ أُرَاهُمْ ، رَمَلُوا إِلاَّ بِرَمَلِهِ.

“Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “İbn Ömərdən soruşdular: “Sən Allah Elçisinin ﷺ Səfa və Mərva arasında səy etdiyini görmüsənmi?” İbn Ömər dedi: “Camaatın arasında Peyğəmbər ﷺ səy etdiyinə görə səy edənlər var idi”.”

əz-Zuhri
ZəifNəsəi, 2978 (Həcc, 360)

Fəsil 176

Səfa və Mərva arasında səy etmək

السَّعْيُ بَيْنَ الصَّفَا وَالمَرْوَةِ

أَخْبَرَنَا أَبُو عَمَّارٍ الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : إِنَّمَا سَعَى النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ ، لِيُرِيَ الْمُشْرِكِينَ قُوَّتَهُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Səfa və Mərva arasında səy etməyi müşriklərə gücünü göstərmək üçün etmişdi”.”

İbn Abbas
SəhihNəsəi, 2979 (Həcc, 361)

Fəsil 177

“Bətnil-Məsəl” adlı yerdə səy etmək

السَّعْيُ فِي بَطْنِ الْمَسِيلِ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ بُدَيْلٍ ، عَنِ الْمُغِيرَةِ بْنِ حَكِيمٍ ، عَنْ صَفِيَّةَ بِنْتِ شَيْبَةَ عَنِ امْرَأَةٍ قَالَتْ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَسْعَى فِي بَطْنِ الْمَسِيلِ ، وَيَقُولُ : لاَ يُقْطَعُ الْوَادِي إِلاَّ شَدًّا.

“Safiyyə bint Şeybə ﵀ bir qadının belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ “Bətnil-Məsəl” adlı yerdə səy etdiyini və belə buyurduğunu gördüm: “Bu vadini ancaq sürətlə yeriyərək keçmək lazımdır”.”

Safiyyə bint Şeybə
SəhihNəsəi, 2980 (Həcc, 362)

Fəsil 178

Kəbəni ziyarət etdikdə adi addımlarla yeriməyin yeri

مَوْضِعُ الْمَشْيِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا نَزَلَ مِنَ الصَّفَا ، مَشَى حَتَّى إِذَا انْصَبَّتْ قَدَمَاهُ فِي بَطْنِ الْوَادِي سَعَى حَتَّى يَخْرُجَ مِنْهُ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Səfa təpəsindən düşdükdə adi yerişlə yeriyər, (Səfa və Mərva arasında olan) “Bətnil-Vadi” (çuxur olan yerə) gəldikdə sürətlə yeriyər, sonra yenidən adi addımlarla yeriməyə başlayardı.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2981 (Həcc, 363)

Fəsil 179

Kəbəni ziyarət etdikdə sürətlə yeriməyin yeri

مَوْضِعُ الرَّمَلِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ سُفْيَانَ ، عَنْ جَعْفَرٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، قَالَ : لَمَّا تَصَوَّبَتْ قَدَمَا رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي بَطْنِ الْوَادِي ، رَمَلَ حَتَّى خَرَجَ مِنْهُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Səfa və Mərva arasında olan “Bətnil-Vadi” (çuxur olan yerə) gəldikdə oradan çıxana qədər sürətlə yeriyərdi”.”

Cabir
SəhihNəsəi, 2982 (Həcc, 364)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي قَالَ ، حَدَّثَنَا جَابِرٌ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، نَزَلَ يَعْنِي عَنِ الصَّفَا حَتَّى إِذَا انْصَبَّتْ قَدَمَاهُ فِي الْوَادِي ، رَمَلَ حَتَّى إِذَا صَعِدَ مَشَى.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Səfadan düşüb (Səfa və Mərva arasında olan) çuxur olan yerə gəldikdə sürətlə yeriyər, sonra yenidən adi addımlarla yeriməyə başlayardı.”

Cabir
SəhihNəsəi, 2983 (Həcc, 365)

Fəsil 180

Mərva təpəsində ayaq üstə durmağın yeri

مَوْضِعُ الْقِيَامِ عَلَى الْمَرْوَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ شُعَيْبٍ ، قَالَ : أَنْبَأَنَا اللَّيْثُ ، عَنْ ابْنِ الْهَادِ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ أَتَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَرْوَةَ ، فَصَعِدَ فِيهَا ، ثُمَّ بَدَا لَهُ الْبَيْتُ فَقَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، قَالَ : ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ثُمَّ ذَكَرَ اللَّهَ وَسَبَّحَهُ ، وَحَمِدَهُ ، ثُمَّ دَعَا بِمَا شَاءَ اللَّهُ فَعَلَ هَذَا حَتَّى فَرَغَ مِنَ الطَّوَافِ.

“Cabir ibn Abdullah ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ Mərva təpəsinə qalxdı, sonra Kəbə görünən yerə gəlib belə dua etdi: “Lə ilə:hə illəllah, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” Cabir deyir: “Bu sözləri üç dəfə təkrarladıqdan sonra Allahı zikr edib Onu təsbih və Ona həmd etdi. Sonra Allahın istədiyi qədər dua etdi və səyi qurtarana qədər belə etdi”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 2984 (Həcc, 366)

Fəsil 181

Mərva təpəsində “təkbir” etmək

التَّكْبِيرُ عَلَيْهَا

أَخْبَرَنَا عَلِيُّ بْنُ حُجْرٍ ، قَالَ : حَدَّثَنَا إِسْمَعِيلُ ، قَالَ : أَنْبَأَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ذَهَبَ إِلَى الصَّفَا فَرَقِيَ عَلَيْهَا حَتَّى بَدَا لَهُ الْبَيْتُ ، ثُمَّ وَحَّدَ اللَّهَ عَزَّ وَجَلَّ ، وَكَبَّرَ ، وَقَالَ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ يُحْيِي وَيُمِيتُ وَهُوَ ، عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، ثُمَّ مَشَى حَتَّى إِذَا انْصَبَّتْ قَدَمَاهُ ، سَعَى حَتَّى إِذَا صَعِدَتْ قَدَمَاهُ مَشَى حَتَّى أَتَى الْمَرْوَةَ فَفَعَلَ عَلَيْهَا كَمَا فَعَلَ عَلَى الصَّفَا حَتَّى قَضَى طَوَافَهُ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Səfa təpəsinə doğru getdi və Kəbə görünən yerə çıxana qədər ora dırmaşdı, sonra Allahı ﷿ təkləşdirərək təkbir etdi və belə dua etdi: “Lə ilə:hə illəllah, vahdəhu lə: şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu, yuhyi və yumi:tu va huvə alə kulli şey in qadi:r!” Cabir deyir: “Bu sözləri üç dəfə təkrarladıqdan sonra Allahı zikr edib Onu təsbih və Ona həmd etdi. Sonra Allahın istədiyi qədər dua etdi və səyi qurtarana qədər belə etdi”. Sonra Səfa ilə Mərva arasında yeriməyə başladı. Vadinin çökək olan yerinə çatdıqda sürətləndi. Sonra Mərva təpəsinə gələnə qədər adi addımlarla yeridi. Səy etməyi bitirənə qədər belə etdi.”

Cabir
SəhihNəsəi, 2985 (Həcc, 367)

Fəsil 182

Qiran və təməttu həccini edənlər Səfa və Mərva arasında səyi necə etməlidirlər?

كَمْ طَوَافُ الْقَارِنِ وَالْمُتَمَتِّعِ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، أَنَّهُ سَمِعَ جَابِرًا ، يَقُولُ : لَمْ يَطُفِ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابُهُ بَيْنَ الصَّفَا وَالْمَرْوَةِ إِلاَّ طَوَافًا وَاحِدًا.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Peyğəmbər ﷺ və səhabələri Səfa və Mərva arasında bir dəfə səy etmişdilər”.”

Cabir
SəhihNəsəi, 2986 (Həcc, 368)

Fəsil 183

Ümrə edən saçını harada qısaldır?

أَيْنَ يُقَصِّرُ الْمُعْتَمِرُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي الْحَسَنُ بْنُ مُسْلِمٍ ، أَنَّ طَاوُوسًا ، أَخْبَرَهُ أَنَّ ابْنَ عَبَّاسٍ أَخْبَرَهُ ، عَنْ مُعَاوِيَةَ ، أَنَّهُ قَصَّرَ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِشْقَصٍ فِي عُمْرَةٍ عَلَى الْمَرْوَةِ.

“Müaviyə ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ ümrə etdikdə Mərva təpəsində saçını “mişkas” (oxun iti ucu və ya enli qayçı) ilə qısaltmışdır.”

Müaviyə
SəhihNəsəi, 2987 (Həcc, 369)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ عَبْدِ اللهِ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّزَّاقِ ، قَالَ : أَنْبَأَنَا مَعْمَرٌ ، عَنْ ابْنِ طَاوُوسٍ ، عَنْ أَبِيهِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ مُعَاوِيَةَ ، قَالَ : قَصَّرْتُ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى الْمَرْوَةِ بِمِشْقَصِ أَعْرَابِيٍّ.

“Rəvayət edilir ki, Müaviyə ﵁ demişdir: “Mən Allah Elçisi ﷺ Mərva təpəsində ikən bədəvilərin “mişkas” (oxun iti ucu və ya enli qayçı) ilə onun saçını qısaltdım”.”

Müaviyə
SəhihNəsəi, 2988 (Həcc, 370)

Fəsil 184

Saç necə qısaldılır?

كَيْفَ يُقَصِّرُ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا الْحَسَنُ بْنُ مُوسَى ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ سَلَمَةَ ، عَنْ قَيْسِ بْنِ سَعْدٍ ، عَنْ عَطَاءٍ ، عَنْ مُعَاوِيَةَ ، قَالَ : أَخَذْتُ مِنْ أَطْرَافِ شَعْرِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِشْقَصٍ كَانَ مَعِي بَعْدَ مَا طَافَ بِالْبَيْتِ وَبِالصَّفَا وَالْمَرْوَةِ فِي أَيَّامِ الْعَشْرِ قَالَ : قَيْسٌ وَالنَّاسُ يُنْكِرُونَ هَذَا عَلَى مُعَاوِيَةَ.

“Rəvayət edilir ki, Muaviyə ﵁ demişdir: “Mən (Zil-Hiccə ayının) onuncu günü Allah Elçisi ﷺ Kəbəni və Səfa və Mərva təpələrini təvaf etdikdən sonra yanımda olan “mişqas” (oxun ucu və ya enli qayçı) ilə onun saçlarının ucunu kəsdim”. Ravi Qeys deyir: “Müaviyənin Peyğəmbərin ﷺ saçını kəsməsini insanlar xoş görmədilər”.”

Muaviyə
ZəifNəsəi, 2989 (Həcc, 371)

Fəsil 185

Həcc üçün ehrama girib qurban göndərən nə etməlidir?

مَا يَفْعَلُ مَنْ أَهَلَّ بِالْحَجِّ وَأَهْدَى

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ رَافِعٍ ، عَنْ يَحْيَى وَهُوَ ابْنُ آدَمَ عَنْ سُفْيَانَ وَهُوَ ابْنُ عُيَيْنَةَ قَالَ : حَدَّثَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لاَ نُرَى إِلاَّ الْحَجَّ ، قَالَتْ : فَلَمَّا أَنْ طَافَ بِالْبَيْتِ وَبَيْنَ الصَّفَا وَالْمَرْوَةِ قَالَ : مَنْ كَانَ مَعَهُ هَدْيٌ فَلْيُقِمْ عَلَى إِحْرَامِهِ ، وَمَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ ، فَلْيَحْلِلْ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə yalnız həcc etmək üçün yola çıxdıq. Kəbəni və Səfa və Mərva təpələrini təvaf etdikdən sonra Peyğəmbər ﷺ buyurdu: “Yanında qurbanı olanlar ehramlı olaraq qalsın, qurbanı olmayanlar isə ehramdan çıxsın”.”

Aişə
SəhihNəsəi, 2990 (Həcc, 372)

Fəsil 186

Ümrə üçün ehrama girib qurban göndərən nə etməlidir?

مَا يَفْعَلُ مَنْ أَهَلَّ بِعُمْرَةٍ وَأَهْدَى

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا سُوَيْدٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، فَمِنَّا مَنْ أَهَلَّ بِالْحَجِّ ، وَمِنَّا مَنْ أَهَلَّ بِعُمْرَةٍ وَأَهْدَى ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَهَلَّ بِعُمْرَةٍ وَلَمْ يُهْدِ فَلْيَحْلِلْ ، وَمَنْ أَهَلَّ بِعُمْرَةٍ فَأَهْدَى فَلاَ يَحِلَّ ، وَمَنْ أَهَلَّ بِحَجَّةِ فَلْيُتِمَّ حَجَّهُ قَالَتْ عَائِشَةُ : وَكُنْتُ مِمَّنْ أَهَلَّ بِعُمْرَةٍ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Vida həccini etmək üçün yola çıxdıq. Bir qismimiz həcc üçün, bir qismimiz isə ümrə üçün ehrama girmişdi. Allah Elçisi ﷺ buyurdu: “Ümrə üçün ehrama girib qurbanı olmayanlar ehramdan çıxsınlar, qurbanı olanlar isə ehramlı qalsınlar. Həcc üçün ehrama girənlər həclərini tamamlasınlar”. Aişə deyir: “Mən ehrama ümrə üçün girmişdim”.”

Aişə
SəhihNəsəi, 2991 (Həcc, 373)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُبَارَكِ ، قَالَ : حَدَّثَنَا أَبُو هِشَامٍ ، قَالَ : حَدَّثَنَا وُهَيْبُ بْنُ خَالِدٍ ، عَنْ مَنْصُورِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أُمِّهِ ، عَنْ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، قَالَتْ : قَدِمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مُهِلِّينَ بِالْحَجِّ ، فَلَمَّا دَنَوْنَا مِنْ مَكَّةَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ لَمْ يَكُنْ مَعَهُ هَدْيٌ فَلْيَحْلِلْ ، وَمَنْ كَانَ مَعَهُ هَدْيٌ فَلْيُقِمْ عَلَى إِحْرَامِهِ قَالَتْ : وَكَانَ مَعَ الزُّبَيْرِ هَدْيٌ ، فَأَقَامَ عَلَى إِحْرَامِهِ ، وَلَمْ يَكُنْ مَعِي هَدْيٌ فَأَحْلَلْتُ ، فَلَبِسْتُ ثِيَابِي وَتَطَيَّبْتُ مِنْ طِيبِي ، ثُمَّ جَلَسْتُ إِلَى الزُّبَيْرِ فَقَالَ : اسْتَأْخِرِي عَنِّي ، فَقُلْتُ : أَتَخْشَى أَنْ أَثِبَ عَلَيْكَ.

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkr ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə həcc etmək üçün yola çıxdıq. Məkkəyə yaxınlaşdıqda Allah Elçisi ﷺ belə buyurdu: “Yanında qurbanı olmayanlar ehramdan çıxsın, qurbanı olanlar isə ehramlı olaraq qalsın”. Əsma deyir: “əz-Zubeyrin yanında qurbanı var idi, ona görə də ehramlı idi. Mənim isə qurbanım yox idi deyə ehramdan çıxdım, paltarımı geyinib ətirləndikdən sonra əz-Zubeyrin yanında oturdum. əz-Zubeyr dedi: “Məndən uzaq dur!” Mən dedim: “Paltarımın sənə dəyməsindən qorxursan?!””

Əsma bint Əbu Bəkr
SəhihNəsəi, 2992 (Həcc, 374)

Fəsil 187

Tərviyə günündən qabaq xütbə demək

الْخُطْبَةُ قَبْلَ يَوْمِ التَّرْوِيَةِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : قَرَأْتُ عَلَى أَبِي قُرَّةَ مُوسَى بْنِ طَارِقٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، حِينَ رَجَعَ مِنْ عُمْرَةِ الْجِعِرَّانَةِ بَعَثَ أَبَا بَكْرٍ عَلَى الْحَجِّ فَأَقْبَلْنَا مَعَهُ ، حَتَّى إِذَا كَانَ بِالْعَرْجِ ثَوَّبَ بِالصُّبْحِ ، ثُمَّ اسْتَوَى لِيُكَبِّرَ فَسَمِعَ الرَّغْوَةَ خَلْفَ ظَهْرِهِ ، فَوَقَفَ عَلَى التَّكْبِيرِ ، فَقَالَ : هَذِهِ رَغْوَةُ نَاقَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْجَدْعَاءِ ، لَقَدْ بَدَا لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْحَجِّ فَلَعَلَّهُ أَنْ يَكُونَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنُصَلِّيَ مَعَهُ ، فَإِذَا عَلِيٌّ عَلَيْهَا ، فَقَالَ لَهُ أَبُو بَكْرٍ : أَمِيرٌ أَمْ رَسُولٌ ؟ قَالَ : لاَ بَلْ رَسُولٌ ، أَرْسَلَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِبَرَاءَةَ أَقْرَؤُهَا عَلَى النَّاسِ فِي مَوَاقِفِ الْحَجِّ ، فَقَدِمْنَا مَكَّةَ فَلَمَّا كَانَ قَبْلَ التَّرْوِيَةِ بِيَوْمٍ ، قَامَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَخَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ عَنْ مَنَاسِكِهِمْ حَتَّى إِذَا فَرَغَ قَامَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ فَقَرَأَ عَلَى النَّاسِ بَرَاءَةٌ حَتَّى خَتَمَهَا ، ثُمَّ خَرَجْنَا مَعَهُ حَتَّى إِذَا كَانَ يَوْمُ عَرَفَةَ قَامَ أَبُو بَكْرٍ فَخَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ عَنْ مَنَاسِكِهِمْ ، حَتَّى إِذَا فَرَغَ قَامَ عَلِيٌّ فَقَرَأَ عَلَى النَّاسِ بَرَاءَةٌ حَتَّى خَتَمَهَا ، ثُمَّ كَانَ يَوْمُ النَّحْرِ فَأَفَضْنَا ، فَلَمَّا رَجَعَ أَبُو بَكْرٍ خَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ عَنْ إِفَاضَتِهِمْ ، وَعَنْ نَحْرِهِمْ ، وَعَنْ مَنَاسِكِهِمْ ، فَلَمَّا فَرَغَ قَامَ عَلِيٌّ فَقَرَأَ عَلَى النَّاسِ بَرَاءَةٌ حَتَّى خَتَمَهَا ، فَلَمَّا كَانَ يَوْمُ النَّفْرِ الأَوَّلُ ، قَامَ أَبُو بَكْرٍ فَخَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ كَيْفَ يَنْفِرُونَ ، وَكَيْفَ يَرْمُونَ ، فَعَلَّمَهُمْ مَنَاسِكَهُمْ ، فَلَمَّا فَرَغَ ، قَامَ عَلِيٌّ فَقَرَأَ بَرَاءَةٌ عَلَى النَّاسِ حَتَّى خَتَمَهَا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : ابْنُ خُثَيْمٍ ، لَيْسَ بِالْقَوِيِّ فِي الْحَدِيثِ ، وَإِنَّمَا أَخْرَجْتُ هَذَا لِئَلاَّ يُجْعَلَ ابْنُ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ وَمَا كَتَبْنَاهُ إِلاَّ عَنْ إِسْحَاقَ بْنِ إِبْرَاهِيمَ ، وَيَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، لَمْ يَتْرُكْ حَدِيثَ ابْنِ خُثَيْمٍ ، وَلاَ عَبْدِ الرَّحْمَنِ ، إِلاَّ أَنَّ عَلِيَّ بْنَ الْمَدِينِيِّ ، قَالَ : ابْنُ خُثَيْمٍ مُنْكَرُ الْحَدِيثِ ، وَكَأَنَّ عَلِيَّ بْنَ الْمَدِينِيِّ خُلِقَ لِلْحَدِيثِ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ əl-Ciran ümrəsini edib qayıtdıqda Əbu Bəkri həccə göndərdi. Mən də onun yanında idim. əl-Arc deyilən yerə gəldikdə Sübh namazını qılmaq üçün dayandıq. Təkbir edib namaza başladıqda arxada bir dəvə səsi eşitdi, namaza başlamadı və dedi: “Bu səs Allah Elçisinin ﷺ dəvəsi əl-Cidanın səsidir. Bəlkə Allah Elçisi ﷺ həccə gəlib. Əgər odursa, namazı birlikdə qılarıq”. Baxıb gördük ki, bu, Əlidir. Əbu Bəkr ona dedi: “Əmir olaraq gəlmisən, yoxsa elçi?” O da: “Xeyr, elçi. Allah Elçisi ﷺ məni insanlar həcdə durduqdları əsnada “Bəraə” (ət-Tövbə) surəsini onlara çatdırmağım üçün göndərdi”. Biz Məkkəyə gəldik və tərviyə günündən bir gün qabaq (Zil-Hiccənin 8-ci günü) Əbu Bəkr ﵁ ayağa durub insanlara xütbə verdi və onlara həcdə ediləcək əməlləri xatırlatdı. Xütbəsini bitirdikdə Əli ﵁ ayağa qalxdı və insanlara “Bəraə” (ət-Tövbə) surəsini sonuna qədər oxudu. Sonra biz birlikdə Arafa günü çıxdıq və Əbu Bəkr insanlara həccin ərkanlarından bəhs etdi. Sonra Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu. Sonra qurban kəsilən gün camaatın arasından keçib həcdən qayıdanda Əbu Bəkr insanlara xütbə verdi və həcdə edilənlərdən, qurbanların kəsilməsindən və həcc ərkanlarından bəhs etdi. Xütbəni bitirdikdə Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu. Bayram günü olduqda ərkanları yerinə yetirdik. Əbu Bəkr də ərkanları yerinə yetirdikdə insanlara daha bir xütbə verdi. İfada təvafından, qurbandan və digər ərkanlardan bəhs etdi. Danışığını bitirdikdə Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu. Qurban kəsilən gündən sonrakı gün Əbu Bəkr qalxıb insanlara xütbə verdi, necə qayıdacaqlarını, şeytana daşı necə atacaqlarını və digər ərkanları öyrətdi. Danışığını bitirdikdən sonra Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu.”

Cabir
ZəifNəsəi, 2993 (Həcc, 375)

Fəsil 188

Təməttu həcci edən ehramdan nə vaxt çıxır?

الْمُتَمَتِّعُ مَتَى يُهِلُّ بِالْحَجِّ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : قَدِمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَرْبَعٍ مَضَيْنَ مِنْ ذِي الْحِجَّةِ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحِلُّوا وَاجْعَلُوهَا عُمْرَةً فَضَاقَتْ بِذَلِكَ صُدُورُنَا ، وَكَبُرَ عَلَيْنَا ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ أَحِلُّوا ، فَلَوْلاَ الْهَدْيُ الَّذِي مَعِي لَفَعَلْتُ مِثْلَ الَّذِي تَفْعَلُونَ ، فَأَحْلَلْنَا حَتَّى وَطِئْنَا النِّسَاءَ ، وَفَعَلْنَا مَا يَفْعَلُ الْحَلاَلُ ، حَتَّى إِذَا كَانَ يَوْمُ التَّرْوِيَةِ ، وَجَعَلْنَا مَكَّةَ بِظَهْرٍ لَبَّيْنَا بِالْحَجِّ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Zil-Hiccə ayının dördündə Allah Elçisi ﷺ ilə birlikdə yola düşdük. Peyğəmbər ﷺ buyurdu: “Ehramdan çıxın və həcc üçün başladığınız ibadəti ümrəyə dəyişdirin”. Bu bizə ağır gəldi. Vəziyyət Peyğəmbərə ﷺ çatdıqda buyurdu: “Ey insanlar, ehramdan çıxın, əgər mənim yanımda qurbanım olmasaydı, sizin etdiyiniz kimi mən də ehramdan çıxardım”. Beləcə biz ehramımızdan çıxdıq və hətta zövcələrimizlə yaxınlıq etdik. Zil-Hiccənin səkkizinci gününə qədər ehramsız birinin edə biləcəyi hər şeyi etdik. Tərviyə günü yenidən ehrama girərək həcc üçün təlbiyə gətirməyə başladıq”.”

Cabir
SəhihNəsəi, 2994 (Həcc, 376)

Fəsil 189

Minada nə zikrlər edilir?

مَا ذُكِرَ فِي مِنًى

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، حَدَّثَنِي مَالِكٌ ، عَنْ مُحَمَّدِ بْنِ عَمْرِو بْنِ حَلْحَلَةَ الدُّؤَلِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ عِمْرَانَ الأَنْصَارِيِّ ، عَنْ أَبِيهِ ، قَالَ : عَدَلَ إِلَيَّ عَبْدُ اللهِ بْنُ عُمَرَ ، وَأَنَا نَازِلٌ ، تَحْتَ سَرْحَةٍ بِطَرِيقِ مَكَّةَ ، فَقَالَ : مَا أَنْزَلَكَ تَحْتَ هَذِهِ الشَّجَرَةِ ؟ فَقُلْتُ : أَنْزَلَنِي ظِلُّهَا قَالَ عَبْدُ اللهِ : فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : إِذَا كُنْتَ بَيْنَ الأَخْشَبَيْنِ مِنْ مِنًى ، وَنَفَخَ بِيَدِهِ نَحْوَ الْمَشْرِقِ ، فَإِنَّ هُنَاكَ وَادِيًا يُقَالُ لَهُ السُّرَّبَةُ - وَفِي حَدِيثِ الْحَارِثِ ، يُقَالُ لَهُ : السُّرَرُ - بِهِ سَرْحَةٌ سُرَّ تَحْتَهَا سَبْعُونَ نَبِيًّا.

“Muhəmməd ibn İmran əl-Ənsari atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Məkkəyə gedən yolda böyük bir ağacın altında oturarkən Abdullah ibn Ömər mənə dedi: “Niyə bu ağacın altında oturmusan?” Mən də: “Kölgələnmək üçün” dedim. Abdullah dedi: “Allah Elçisi ﷺ belə buyurmuşdu: “Minada iki ağacın arasında oturduğunuz zaman – günçıxan tərəfə işarə edərək – bu tərəfdə bir vadi var ki, adına əs-Surrabə deyilir. Onun altından yetmiş peyğəmbər keçib”.”

Muhəmməd ibn İmran əl-Ənsari atasından
ZəifNəsəi, 2995 (Həcc, 377)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمِ بْنِ نُعَيْمٍ ، قَالَ : أَنْبَأَنَا سُوَيْدٌ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ عَبْدِ الْوَارِثِ ثِقَةٌ ، قَالَ : حَدَّثَنَا حُمَيْدٌ الأَعْرَجُ ، عَنْ مُحَمَّدِ بْنِ إِبْرَاهِيمَ التَّيْمِيِّ ، عَنْ رَجُلٍ مِنْهُمْ يُقَالُ لَهُ : عَبْدُ الرَّحْمَنِ بْنُ مُعَاذٍ ، قَالَ : خَطَبَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِمِنًى ، فَفَتَحَ اللَّهُ أَسْمَاعَنَا حَتَّى إِنْ كُنَّا لَنَسْمَعُ مَا يَقُولُ وَنَحْنُ فِي مَنَازِلِنَا ، فَطَفِقَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُعَلِّمُهُمْ مَنَاسِكَهُمْ حَتَّى بَلَغَ الْجِمَارَ فَقَالَ : بِحَصَى الْخَذْفِ وَأَمَرَ الْمُهَاجِرِينَ أَنْ يَنْزِلُوا فِي مُقَدَّمِ الْمَسْجِدِ ، وَأَمَرَ الأَنْصَارَ أَنْ يَنْزِلُوا فِي مُؤَخَّرِ الْمَسْجِدِ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Muaz ﵁ demişdir: “Allah Elçisi ﷺ Minada xütbə verdi. Həmin vaxt Allah qulaqlarımızı açmışdı və biz olduğumuz yerdə deyilənlərin hamısını eşidirdik. Peyğəmbər ﷺ həcdə edilməsi lazım olan hər şeyi, atılacaq daşların ölçüsünü belə bildirdi. Mühacirlərə məscidin ön tərəfində, ənsara da onlardan arxada durmalarını buyurdu”.”

Abdur-Rahmən ibn Muaz
SəhihNəsəi, 2996 (Həcc, 378)

Fəsil 190

Tərviyə günü imam Zöhr namazını harada qılır?

أَيْنَ يُصَلِّي الإِمَامُ الظُّهْرَ يَوْمَ التَّرْوِيَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ إِسْمَعِيلَ بْنِ إِبْرَاهِيمَ ، وَعَبْدُ الرَّحْمَنِ بْنُ مُحَمَّدِ بْنِ سَلاَّمٍ ، قَالاَ : حَدَّثَنَا إِسْحَاقُ الأَزْرَقُ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ رُفَيْعٍ ، قَالَ : سَأَلْتُ أَنَسَ بْنَ مَالِكٍ ، فَقُلْتُ : أَخْبِرْنِي بِشَيْءٍ عَقَلْتَهُ ، عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَيْنَ صَلَّى الظُّهْرَ يَوْمَ التَّرْوِيَةِ ؟ قَالَ : بِمِنًى فَقُلْتُ : أَيْنَ صَلَّى الْعَصْرَ يَوْمَ النَّفْرِ ؟ قَالَ : بِالأَبْطَحِ.

“Rəvayət edilir ki, Abdul-Əziz ibn Rufey ﵀ demişdir: “Mən Ənəs ibn Malikdən soruşdum: “Tərviyə günü Allah Elçisinin ﷺ Zöhr namazını harada qıldığı haqda mənə məlumat verə bilərsənmi?” O dedi: “Minada” Mən dedim: “Bəs Qurban günündən sonrakı gündə Əsr namazını harada qıldı?” O dedi: “Əbtahda”.”

Abdul-Əziz ibn Rufey
SəhihNəsəi, 2997 (Həcc, 379)

Fəsil 191

Minadan Arafaya nə vaxt getmək lazımdır?

الْغُدُوُّ مِنْ مِنًى إِلَى عَرَفَةَ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ الأَنْصَارِيِّ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : غَدَوْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مِنًى إِلَى عَرَفَةَ ، فَمِنَّا الْمُلَبِّي ، وَمِنَّا الْمُكَبِّرُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Minadan Arafaya duha vaxtı getmişdik, kimimiz təlbiyə, kimimiz də təkbir edirdik”.”

İbn Ömər
SəhihNəsəi, 2998 (Həcc, 380)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي سَلَمَةَ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : غَدَوْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى عَرَفَاتٍ ، فَمِنَّا الْمُلَبِّي ، وَمِنَّا الْمُكَبِّرُ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Biz Allah Elçisi ﷺ ilə birlikdə Arafaya duha vaxtı getmişdik. Yolda kimimiz təlbiyə, kimimiz də təkbir edirdi”.”

İbn Ömər
SəhihNəsəi, 2999 (Həcc, 381)

Fəsil 192

Arafaya gedən yolda təkbir etmək

التَّكْبِيرُ فِي الْمَسِيرِ إِلَى عَرَفَةَ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا الْمُلاَئِيُّ يَعْنِي أَبَا نُعَيْمٍ الْفَضْلَ بْنَ دُكَيْنٍ ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، قَالَ : حَدَّثَنِي مُحَمَّدُ بْنُ أَبِي بَكْرٍ الثَّقَفِيُّ ، قَالَ : قُلْتُ لأَنَسٍ ، وَنَحْنُ غَادِيَانِ مِنْ مِنًى إِلَى عَرَفَاتٍ : مَا كُنْتُمْ تَصْنَعُونَ فِي التَّلْبِيَةِ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي هَذَا الْيَوْمِ ؟ قَالَ : كَانَ الْمُلَبِّي يُلَبِّي ، فَلاَ يُنْكَرُ عَلَيْهِ ، وَيُكَبِّرُ الْمُكَبِّرُ ، فَلاَ يُنْكَرُ عَلَيْهِ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Əbu Bəkr əs-Səqafi ﵀ demişdir: “Biz səhər vaxtı Minadan Arafaya gedərkən Ənəsə dedim: “Siz bu gün Allah Elçisi ﷺ ilə birlikdə necə təlbiyə gətirirdiniz?” O dedi: “Təlbiyə deyən təlbiyə deyirdi, heç kim də ona etiraz etmirdi. Təkbir edən də təkbir edirdi, ona da etiraz edən yox idi”.”

Muhəmməd ibn Əbu Bəkr əs-Səqafi
SəhihNəsəi, 3000 (Həcc, 382)

Fəsil 193

Arafaya gedən yolda təlbiyə etmək

التَّلْبِيَةُ فِيهِ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ رَجَاءٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ عُقْبَةَ ، عَنْ مُحَمَّدِ بْنِ أَبِي بَكْرٍ وَهُوَ الثَّقَفِيُّ ، قَالَ : قُلْتُ لأَنَسٍ ، غَدَاةَ عَرَفَةَ : مَا تَقُولُ فِي التَّلْبِيَةِ فِي هَذَا الْيَوْمِ ؟ قَالَ : سِرْتُ هَذَا الْمَسِيرَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَصْحَابِهِ ، وَكَانَ مِنْهُمُ الْمُهِلُّ ، وَمِنْهُمُ الْمُكَبِّرُ ، فَلاَ يُنْكِرُ أَحَدٌ مِنْهُمْ عَلَى صَاحِبِهِ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Əbu Bəkr əs-Səqafi ﵀ demişdir: “Arafa günü səhər vaxtı Ənəsə dedim: “Siz bu gün təlbiyə dedikdə nə söyləyirdiniz?” O dedi: “Mən bu yolçuluğu Allah Elçisi ﷺ və onun səhabələri ilə birgə getdim. Onlardan təlbiyə deyən də, təkbir edən də var idi. Onlardan heç kim öz dostuna etiraz etməzdi”.”

Muhəmməd ibn Əbu Bəkr əs-Səqafi
SəhihNəsəi, 3001 (Həcc, 383)

Fəsil 194

Arafa günü hansı zikrlər edilir?

مَا ذُكِرَ فِي يَوْمِ عَرَفَةَ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ أَبِيهِ ، عَنْ قَيْسِ بْنِ مُسْلِمٍ ، عَنْ طَارِقِ بْنِ شِهَابٍ ، قَالَ : قَالَ يَهُودِيٌّ لِعُمَرَ : لَوْ عَلَيْنَا نَزَلَتْ هَذِهِ الآيَةُ لاَتَّخَذْنَاهُ عِيدًا {الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ} قَالَ عُمَرُ : قَدْ عَلِمْتُ الْيَوْمَ الَّذِي أُنْزِلَتْ فِيهِ ، وَاللَّيْلَةَ الَّتِي أُنْزِلَتْ : لَيْلَةَ الْجُمُعَةِ ، وَنَحْنُ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَرَفَاتٍ.

“Rəvayət edilir ki, Tariq ibn Şihab ﵀ demişdir: “Bir yəhudi Ömərə belə dedi: “Bu ayə “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3) bizə nazil olsaydı, (həmin günü) bayram edərdik”. Ömər dedi: “Mən bu ayənin nazil olduğu günü də, gecəni də bilirəm. Bu ayə Allah Elçisinə ﷺ cümə gecəsi Arafada nazil olanda biz onun yanında olanda idik”.”

Tariq ibn Şihab
SəhihNəsəi, 3002 (Həcc, 384)

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، عَنْ ابْنِ وَهْبٍ ، قَالَ : أَخْبَرَنِي مَخْرَمَةُ ، عَنْ أَبِيهِ ، قَالَ : سَمِعْتُ يُونُسَ ، عَنْ ابْنِ الْمُسَيَّبِ ، عَنْ عَائِشَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : مَا مِنْ يَوْمٍ أَكْثَرَ مِنْ أَنْ يُعْتِقَ اللَّهُ عَزَّ وَجَلَّ فِيهِ عَبْدًا أَوْأَمَةً مِنَ النَّارِ مِنْ يَوْمِ عَرَفَةَ ، وَإِنَّهُ لَيَدْنُو ، ثُمَّ يُبَاهِي بِهِمُ الْمَلاَئِكَةَ ، وَيَقُولُ : مَا أَرَادَ هَؤُلاَءِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : يُشْبِهُ أَنْ يَكُونَ يُونُسَ بْنَ يُوسُفَ الَّذِي رَوَى عَنْهُ مَالِكٌ وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Allahın ﷿ oddan Arafa gündəki qədər çox qul azad etdiyi başqa bir gün yoxdur. Həqiqətən, o gün (Allah dünya səmasına) yaxınlaşır və mələklərin qarşısında (Arafada olanlarla) öyünərək buyurur: “Bunlar nə istəyirlər?””

Aişə
SəhihNəsəi, 3003 (Həcc, 385)

Fəsil 195

Arafa günü oruc tutmağın qadağan edilməsi

النَّهْيُ عَنْ صَوْمِ يَوْمِ عَرَفَةَ

أَخْبَرَنِي عُبَيْدُ اللهِ بْنُ فَضَالَةَ بْنِ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ وَهُوَ ابْنُ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ عَلِيٍّ ، قَالَ : سَمِعْتُ أَبِي ، يُحَدِّثُ ، عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : إِنَّ يَوْمَ عَرَفَةَ وَيَوْمَ النَّحْرِ وَأَيَّامَ التَّشْرِيقِ عِيدُنَا أَهْلَ الإِسْلاَمِ ، وَهِيَ أَيَّامُ أَكْلٍ وَشُرْبٍ.

“Uqbə ibn Amir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, Arafa günü, Qurban kəsilən gün və təşriq günləri biz müsəlmanların bayram günləridir. Həmin günlər yeyib-içmək günləridir”.”

Uqbə ibn Amir
SəhihNəsəi, 3004 (Həcc, 386)

Fəsil 196

Arafa günü yavaş getmək

الرَّوَاحُ يَوْمَ عَرَفَةَ

أَخْبَرَنَا يُونُسُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : أَخْبَرَنِي أَشْهَبُ ، قَالَ : أَخْبَرَنِي مَالِكٌ ، أَنَّ ابْنَ شِهَابٍ ، حَدَّثَهُ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، قَالَ : كَتَبَ عَبْدُ الْمَلِكِ بْنُ مَرْوَانَ إِلَى الْحَجَّاجِ بْنِ يُوسُفَ يَأْمُرُهُ أَنْ لاَ يُخَالِفَ ابْنَ عُمَرَ ، فِي أَمْرِ الْحَجِّ ، فَلَمَّا كَانَ يَوْمُ عَرَفَةَ ، جَاءَهُ ابْنُ عُمَرَ ، حِينَ زَالَتِ الشَّمْسُ وَأَنَا مَعَهُ ، فَصَاحَ عِنْدَ سُرَادِقِهِ : أَيْنَ هَذَا ؟ فَخَرَجَ إِلَيْهِ الْحَجَّاجُ وَعَلَيْهِ مِلْحَفَةٌ مُعَصْفَرَةٌ ، فَقَالَ لَهُ : مَا لَكَ يَا أَبَا عَبْدِ الرَّحْمَنِ ؟ قَالَ : الرَّوَاحَ إِنْ كُنْتَ تُرِيدُ السُّنَّةَ ، فَقَالَ لَهُ : هَذِهِ السَّاعَةَ فَقَالَ لَهُ : نَعَمْ ، فَقَالَ : أُفِيضُ عَلَيَّ مَاءً ثُمَّ أَخْرُجُ إِلَيْكَ ، فَانْتَظَرَهُ حَتَّى خَرَجَ فَسَارَ بَيْنِي وَبَيْنَ أَبِي ، فَقُلْتُ : إِنْ كُنْتَ تُرِيدُ أَنْ تُصِيبَ السُّنَّةَ ، فَأَقْصِرِ الْخُطْبَةَ ، وَعَجِّلِ الْوُقُوفَ ، فَجَعَلَ يَنْظُرُ إِلَى ابْنِ عُمَرَ كَيْمَا يَسْمَعَ ذَلِكَ مِنْهُ ، فَلَمَّا رَأَى ذَلِكَ ابْنُ عُمَرَ ، قَالَ : صَدَقَ.

“Rəvayət edilir ki, Səlim ibn Abdullah ﵀ demişdir: “Abdul-Məlik ibn Mərvan Həccac ibn Yusufa məktub yazaraq həcc ilə əlaqəli məsələlərdə İbn Ömərə müxalif olmamağı tapşırdı. Arafa günü günəş batmağa meyl etdikdə İbn Ömər onun yanına gəldi. Mən də onun yanında idim. Onun çadırına yaxınlaşdıqda İbn Ömər bərkdən dedi: “O haradadır?” Həccac sarı rəngli cübbədə çadırdan çıxıb dedi: “Nə olub, ey Əbu Abdur-Rahmən?” İbn Ömər dedi: “Əgər sünnə ilə getmək istəyirsənsə, gəl Arafaya!” Həccac ona dedi: “Bu saatda?” İbn Ömər dedi: “Bəli”. Həccac dedi: “Qoy yuyunum, gəlim gedək”. O gələnə qədər İbn Ömər onu gözlədi, Həccac gəldikdə mənimlə atamın arasında getməyə başladı. Mən ona dedim: “Əgər sünnəyə tabe olmaq istəyirsənsə, xütbəni qısa de, dayanmağa tələs”. Həccac İbn Ömərin bu məsələdə bir şey deyib-deməyəcəyinə baxdı. İbn Ömər də: “Doğru söylədi”- dedi”.”

Səlim ibn Abdullah
SəhihNəsəi, 3005 (Həcc, 387)

Fəsil 197

Arafada təlbiyə etmək

التَّلْبِيَةُ بِعَرَفَةَ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ الأَوْدِيُّ ، قَالَ : حَدَّثَنَا خَالِدُ بْنُ مَخْلَدٍ ، قَالَ : حَدَّثَنَا عَلِيُّ بْنُ صَالِحٍ ، عَنْ مَيْسَرَةَ بْنِ حَبِيبٍ ، عَنِ الْمِنْهَالِ بْنِ عَمْرٍو ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، قَالَ : كُنْتُ مَعَ ابْنِ عَبَّاسٍ ، بِعَرَفَاتٍ ، فَقَالَ : مَا لِي لاَ أَسْمَعُ النَّاسَ يُلَبُّونَ ؟ قُلْتُ : يَخَافُونَ مِنْ مُعَاوِيَةَ ، فَخَرَجَ ابْنُ عَبَّاسٍ ، مِنْ فُسْطَاطِهِ ، فَقَالَ : لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ ، لَبَّيْكَ فَإِنَّهُمْ قَدْ تَرَكُوا السُّنَّةَ مِنْ بُغْضِ عَلِيٍّ.

“Rəvayət edilir ki, Səid ibn Cubeyr ﵀ demişdir: “Bir dəfə İbn Abbasla birlikdə Arafada idim. İbn Abbas dedi: “Nəyə görə insanların təlbiyə dediklərini eşitmirəm?” Mən dedim: “Çünki Müaviyədən qorxurlar”. İbn Abbas çadırından çıxıb: “Ləbbeyk, Alla:hummə ləbbeyk, ləbbeykə...” deyərək təlbiyə gətirməyə başladı və dedi: “Əliyə qəzəbli olduqlarına görə sünnəni tərk etmişlər”.”

Səid ibn Cubeyr
SəhihNəsəi, 3006 (Həcc, 388)

Fəsil 198

Arafada namazdan qabaq xütbə vermək

الْخُطْبَةُ بِعَرَفَةَ قَبْلَ الصَّلاَةِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، عَنْ سَلَمَةَ بْنِ نُبَيْطٍ ، عَنْ أَبِيهِ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ عَلَى جَمَلٍ أَحْمَرَ بِعَرَفَةَ قَبْلَ الصَّلاَةِ.

“Sələmə ibn Nubeyt atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisinin ﷺ qırmızı dəvənin üstündə namazdan qabaq xütbə verdiyini görmüşəm”.”

Sələmə ibn Nubeyt atasından
SəhihNəsəi, 3007 (Həcc, 389)

Fəsil 199

Arafada dəvənin üstündə xütbə vermək

الْخُطْبَةُ يَوْمَ عَرَفَةَ عَلَى النَّاقَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ ابْنِ الْمُبَارَكِ ، عَنْ سَلَمَةَ بْنِ نُبَيْطٍ ، عَنْ أَبِيهِ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَخْطُبُ يَوْمَ عَرَفَةَ عَلَى جَمَلٍ أَحْمَرَ.

“Sələmə ibn Nubeyt atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən Allah Elçisini ﷺ qırmızı dəvənin üstündə xütbə verən görmüşəm”.”

Sələmə ibn Nubeyt atasından
SəhihNəsəi, 3008 (Həcc, 390)

Fəsil 200

Arafada deyilən xütbəni qısa etmək

قَصْرُ الْخُطْبَةِ بِعَرَفَةَ

أَخْبَرَنَا أَحْمَدُ بْنُ عَمْرِو بْنِ السَّرْحِ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، أَخْبَرَنِي مَالِكٌ ، عَنْ ابْنِ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عُمَرَ ، جَاءَ إِلَى الْحَجَّاجِ بْنِ يُوسُفَ يَوْمَ عَرَفَةَ حِينَ زَالَتِ الشَّمْسُ وَأَنَا مَعَهُ ، فَقَالَ : الرَّوَاحَ إِنْ كُنْتَ تُرِيدُ السُّنَّةَ ، فَقَالَ : هَذِهِ السَّاعَةَ قَالَ : نَعَمْ ، قَالَ سَالِمٌ : فَقُلْتُ لِلْحَجَّاجِ : إِنْ كُنْتَ تُرِيدُ أَنْ تُصِيبَ الْيَوْمَ السُّنَّةَ فَأَقْصِرِ الْخُطْبَةَ ، وَعَجِّلِ الصَّلاَةَ ، فَقَالَ عَبْدُ اللهِ بْنُ عُمَرَ : صَدَقَ.

“Səlim ibn Abdullah ﵀ rəvayət edir ki, Abdullah ibn Ömər Arafa günü günəş batmağa doğru meyl etdikdə Həccac ibn Yusufun yanına gələrək dedi: “Əgər sünnəyə müvafiq olmaq istəyirsənsə, (Arafaya) gəl!” Mən də orada idim. Həccac dedi: “Bu saatda?” İbn Ömər: “Bəli”- dedi. Mən Həccaca dedim: “Əgər bu gün yenə sünnəyə müvafiq olmaq istəyirsənsə, xütbəni qısa et, namazı da tez qıl!” Abdullah ibn Ömər məni təsdiq edrək: “Doğru söylədi” dedi”.”

Səlim ibn Abdullah
SəhihNəsəi, 3009 (Həcc, 391)

Fəsil 201

Arafada Zöhr namazı ilə Əsr namazını birləşdirmək

الْجَمْعُ بَيْنَ الظُّهْرِ وَالْعَصْرِ بِعَرَفَةَ

أَخْبَرَنَا إِسْمَاعِيلُ بْنُ مَسْعُودٍ ، عَنْ خَالِدٍ ، عَنْ شُعْبَةَ ، عَنْ سُلَيْمَانَ ، عَنْ عُمَارَةَ بْنِ عُمَيْرٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يُصَلِّي الصَّلاَةَ لِوَقْتِهَا إِلاَّ بِجَمْعٍ وَعَرَفَاتٍ.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ Arafadakı namazlardan başqa bütün namazları vaxtında qılardı”.”

Abdullah
SəhihNəsəi, 3010 (Həcc, 392)

Fəsil 202

Arafada dua etdikdə əlləri qaldırmaq

رَفْعُ الْيَدَيْنِ فِي الدُّعَاءِ بِعَرَفَةَ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، عَنْ هُشَيْمٍ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، قَالَ : قَالَ أُسَامَةُ بْنُ زَيْدٍ : كُنْتُ رَدِيفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَرَفَاتٍ ، فَرَفَعَ يَدَيْهِ يَدْعُو ، فَمَالَتْ بِهِ نَاقَتُهُ ، فَسَقَطَ خِطَامُهَا فَتَنَاوَلَ الْخِطَامَ بِإِحْدَى يَدَيْهِ ، وَهُوَ رَافِعٌ يَدَهُ الأُخْرَى.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Arafada Peyğəmbərin ﷺ miniyinin arxasında idim. O, dua edərkən əllərini qaldırmışdı. Dəvə başını hərəkət etdirdikdə yüyənlər əlindən düşmüş, bir əlini yuxarı qaldırdığı halda digər əli ilə yüyəni (yuxarı qaldırdığı tərəfdə) tuturdu”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 3011 (Həcc, 393)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا أَبُو مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا هِشَامٌ ، عَنْ أَبِيهِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَتْ قُرَيْشٌ تَقِفُ بِالْمُزْدَلِفَةِ ، وَيُسَمَّوْنَ الْحُمْسَ ، وَسَائِرُ الْعَرَبِ تَقِفُ بِعَرَفَةَ ، فَأَمَرَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى نَبِيَّهُ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يَقِفَ بِعَرَفَةَ ، ثُمَّ يَدْفَعُ مِنْهَا ، فَأَنْزَلَ اللَّهُ عَزَّ وَجَلَّ : {ثُمَّ أَفِيضُوا مِنْ حَيْثُ أَفَاضَ النَّاسُ}.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Qureyş tayfası Müzdəlifədə Hums deyilən yerdə, digər ərəb tayfaları isə Arafada dururdu. Bərəkəti bol və uca olan Allah Öz Peyğəmbərinə ﷺ Arafada durmağı əmr etdi və bu halı dəyişdirdi. Allah ﷿ da bu ayəni nazil etdi: “Sonra insanların axışıb gəldiyi yerdən siz də gəlin...” (əl-Bəqərə ,199)”.”

Aişə
SəhihNəsəi, 3012 (Həcc, 394)

أَخْبَرَنَا قُتَيْبَةُ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ مُحَمَّدِ بْنِ جُبَيْرِ بْنِ مُطْعِمٍ ، عَنْ أَبِيهِ ، قَالَ : أَضْلَلْتُ بَعِيرًا لِي ، فَذَهَبْتُ أَطْلُبُهُ بِعَرَفَةَ يَوْمَ عَرَفَةَ ، فَرَأَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاقِفًا ، فَقُلْتُ : مَا شَأْنُ هَذَا إِنَّمَا هَذَا مِنَ الْحُمْسِ.

“Muhəmməd ibn Cubeyr ibn Mutim atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Mən dəvəmi itirmişdim və Arafa günü onu axtarmağa getmişdim. Allah Elçisinin ﷺ orada durduğunu gördüm”. Ravi Muhəmməd atasından soruşdu: “Onun durduğu yer hara idi?” Atası dedi: “Ora əl-Hums idi”.”

Muhəmməd ibn Cubeyr ibn Mutim atasından
SəhihNəsəi, 3013 (Həcc, 395)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ عَمْرِو بْنِ عَبْدِ اللهِ بْنِ صَفْوَانَ ، أَنَّ يَزِيدَ بْنَ شَيْبَانَ ، قَالَ : كُنَّا وُقُوفًا بِعَرَفَةَ مَكَانًا بَعِيدًا مِنَ الْمَوْقِفِ ، فَأَتَانَا ابْنُ مِرْبَعٍ الأَنْصَارِيُّ ، فَقَالَ : إِنِّي رَسُولُ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَيْكُمْ ، يَقُولُ : كُونُوا عَلَى مَشَاعِرِكُمْ ، فَإِنَّكُمْ عَلَى إِرْثٍ مِنْ إِرْثِ أَبِيكُمْ إِبْرَاهِيمَ عَلَيْهِ السَّلاَمُ.

“Rəvayət edilir ki, Yəzid ibn Şaban ﵁ demişdir: “Biz Arafada olarkən durmalı olduğumuz yerdən uzaqda idik. İbn Mirbə əl-Ənsari bizim yanımıza gələrək dedi: “Məni sizin yanınıza Allah Elçisi ﷺ göndərdi və buyurdu: “Durmalı olduğumuz yerdə durun, çünki atanız İbrahimin ﵇ varisisiniz”.”

Yəzid ibn Şaban
SəhihNəsəi, 3014 (Həcc, 396)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ ، فَسَأَلْنَاهُ عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَدَّثَنَا أَنَّ نَبِيَّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : عَرَفَةُ كُلُّهَا مَوْقِفٌ.

“Cəfər ibn Muhəmməd atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Biz Cabir ibn Abdullahın yanına gələrək ondan Peyğəmbərin ﷺ həcci haqda soruşduq. O dedi: “Allahın Peyğəmbəri ﷺ buyurdu: “Bütün Arafa dayanmaq üçün yerdir”.”

Cəfər ibn Muhəmməd atasından
SəhihNəsəi, 3015 (Həcc, 397)

Fəsil 203

Arafada durmağın vacib olması

فَرْضُ الْوُقُوفِ بِعَرَفَةَ

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ بُكَيْرِ بْنِ عَطَاءٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَعْمَرَ ، قَالَ : شَهِدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَأَتَاهُ نَاسٌ ، فَسَأَلُوهُ عَنِ الْحَجِّ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : الْحَجُّ عَرَفَةُ ، فَمَنْ أَدْرَكَ لَيْلَةَ عَرَفَةَ قَبْلَ طُلُوعِ الْفَجْرِ مِنْ لَيْلَةِ جَمْعٍ ، فَقَدْ تَمَّ حَجُّهُ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yamər ﵁ demişdir: “Camaatın Allah Elçisinin ﷺ yanına gələrək həclə əlaqəli suallar verdiyinə şahid oldum. Allah Elçisi ﷺ onlara buyurdu: “Həcc Arafadır. Kim günəş çıxmazdan qabaq Arafada olarsa, həcci tam sayılır”.”

Abdur-Rahmən ibn Yamər
SəhihNəsəi, 3016 (Həcc, 398)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : حَدَّثَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ عَبَّاسٍ ، قَالَ : أَفَاضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ عَرَفَاتٍ ، وَرِدْفُهُ أُسَامَةُ بْنُ زَيْدٍ ، فَجَالَتْ بِهِ النَّاقَةُ وَهُوَ رَافِعٌ يَدَيْهِ لاَ تُجَاوِزَانِ رَأْسَهُ ، فَمَا زَالَ يَسِيرُ عَلَى هِينَتِهِ حَتَّى انْتَهَى إِلَى جَمْعٍ.

“Rəvayət edilir ki, əl-Fədl ibn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Arafadan qayıdarkən Usamə ibn Zeyd onun miniyinin tərkində idi. Dəvə çox sürətli gedirdi, o da əlini yuxarı qaldırmışdı. Amma əli başından yuxarıda deyildi. Bu minvalla Müzdəlifədə olan topluma gəlib çatdılar”.”

əl-Fədl ibn Abbas
SəhihNəsəi, 3017 (Həcc, 399)

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ يُونُسَ بْنِ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ قَيْسِ بْنِ سَعْدٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَاسٍ ، أَنَّ أُسَامَةَ بْنَ زَيْدٍ ، قَالَ : أَفَاضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ عَرَفَةَ وَأَنَا رَدِيفُهُ ، فَجَعَلَ يَكْبَحُ رَاحِلَتَهُ حَتَّى أَنَّ ذِفْرَاهَا لَيَكَادُ يُصِيبُ قَادِمَةَ الرَّحْلِ وَهُوَ يَقُولُ : يَا أَيُّهَا النَّاسُ ، عَلَيْكُمْ بِالسَّكِينَةِ وَالْوَقَارِ ، فَإِنَّ الْبِرَّ لَيْسَ فِي إِيضَاعِ الإِبِلِ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵁ demişdir: “Allah Elçisi ﷺ Arafadan qayıdarkən mən onun miniyinin tərkində idim. O, dəvənin yüyənini tez-tez çəkirdi deyə dəvənin qulaqları yüyənə toxunurdu. Allah Elçisi ﷺ belə deyirdi: “Ey insanlar, sükunət içində və vüqarlı olun! Həqiqətən, yaxşılıq dəvələri sürətli sürməkdə deyil”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 3018 (Həcc, 400)

Fəsil 204

Arafadan qayıdarkən sükunət içində olmağın əmr edilməsi

الأَمْرُ بِالسَّكِينَةِ فِي الإِفَاضَةِ مِنْ عَرَفَةَ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَلِيِّ بْنِ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا مُحْرِزُ بْنُ الْوَضَّاحِ ، عَنْ إِسْمَعِيلَ ، يَعْنِي ابْنَ أُمَيَّةَ ، عَنْ أَبِي غَطَفَانَ بْنِ طَرِيفٍ ، حَدَّثَهُ أَنَّهُ سَمِعَ ابْنَ عَبَّاسٍ ، يَقُولُ : لَمَّا دَفَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ شَنَقَ نَاقَتَهُ حَتَّى أَنَّ رَأْسَهَا لَيَمَسُّ وَاسِطَةَ رَحْلِهِ ، وَهُوَ يَقُولُ لِلنَّاسِ : السَّكِينَةَ السَّكِينَةَ عَشِيَّةَ عَرَفَةَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Arafadan qayıdarkən dəvəsinin yüyənini tez-tez çəkirdi deyə dəvənin başı yüyənə toxunurdu. Allah Elçisi ﷺ insanlara belə deyirdi: “Sükunət içində olun! Sükunət içində olun ki, axşama kimi Arafada dayana bilək!”

İbn Abbas
SəhihNəsəi, 3019 (Həcc, 401)

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا اللَّيْثُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ أَبِي مَعْبَدٍ ، مَوْلَى ابْنِ عَبَّاسٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ عَبَّاسٍ ، وَكَانَ رَدِيفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ فِي عَشِيَّةِ عَرَفَةَ وَغَدَاةِ جَمْعٍ لِلنَّاسِ حِينَ دَفَعُوا : عَلَيْكُمُ السَّكِينَةَ وَهُوَ كَافٌّ نَاقَتَهُ ، حَتَّى إِذَا دَخَلَ مُحَسِّرًا ، وَهُوَ مِنْ مِنًى ، قَالَ : عَلَيْكُمْ بِحَصَى الْخَذْفِ الَّذِي يُرْمَى بِهِ ، فَلَمْ يَزَلْ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُلَبِّي ، حَتَّى رَمَى الْجَمْرَةَ.

“əl-Fədl ibn Abbas ﵄ rəvayət edir ki, o, Allah Elçisinin ﷺ miniyinin tərkində idi. Allah Elçisi ﷺ buyurdu: “Arafa günü axşamdan səhərə qədər Müzdəlifədə dayanılacaq. Sükunətdə olun!” Allah Elçisi ﷺ dəvəsinin yüyənini tez-tez dartırdı. Minada olan Muhassir vadisinə gəldikdə buyurdu: “Sütunlarda atacağınız daşları yığmağa başlayın!” Beləcə, sütunlarda daş atmanı bitirənə qədər təlbiyə etməyi tərk etmədi.”

əl-Fədl ibn Abbas
SəhihNəsəi, 3020 (Həcc, 402)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : أَفَاضَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَعَلَيْهِ السَّكِينَةُ ، وَأَمَرَهُمْ بِالسَّكِينَةِ ، وَأَوْضَعَ فِي وَادِي مُحَسِّرٍ ، وَأَمَرَهُمْ أَنْ يَرْمُوا الْجَمْرَةَ بِمِثْلِ حَصَى الْخَذْفِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ (Arafadan) qayıtdıqda sükunətdə qayıdır, insanlara da sükunətdə olmağı əmr edirdi. Muhassir vadisinə gəldikdə bir qədər sürətini artırdı və insanlara sütunlarda istifadə etmək üçün kiçik daşlar yığmağı əmr etdi”.”

Cabir
SəhihNəsəi, 3021 (Həcc, 403)

أَخْبَرَنِي أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا سُلَيْمَانُ بْنُ حَرْبٍ ، قَالَ : حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، عَنْ أَيُّوبَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَفَاضَ مِنْ عَرَفَةَ ، وَجَعَلَ يَقُولُ : السَّكِينَةَ عِبَادَ اللهِ يَقُولُ بِيَدِهِ هَكَذَا ، وَأَشَارَ أَيُّوبُ ، بِبَاطِنِ كَفِّهِ إِلَى السَّمَاءِ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Arafadan qayıdarkən: “Sükunətdə olun, ey Allahın qulları!”- deyir və əli ilə onlara işarə edirdi. Ravi Əyyub: “Ovcunu səmaya çevirərək”- dedi.”

Cabir
SəhihNəsəi, 3022 (Həcc, 404)

Fəsil 205

Arafadan necə qayıtmaq lazımdır?

كَيْفَ السَّيْرُ مِنْ عَرَفَةَ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ هِشَامٍ ، عَنْ أَبِيهِ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، أَنَّهُ سُئِلَ عَنْ مَسِيرِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَجَّةِ الْوَدَاعِ ، قَالَ : كَانَ يَسِيرُ الْعَنَقَ ، فَإِذَا وَجَدَ فَجْوَةً نَصَّ وَالنَّصُّ : فَوْقَ الْعَنَقِ.

“Rəvayət edilir ki, Usamə ibn Zeyddən ﵁ Allah Elçisinin ﷺ Vida həccindən necə qayıtması haqda soruşuldu. Usamə dedi: “Miniyini sürətli olmağa yaxın şəkildə sürər, yol daha rahat olduqda miniyini sürətləndirərdi”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 3023 (Həcc, 405)

Fəsil 206

Arafadan qayıtdıqda harada dayanmaq lazımdır?

النُّزُولُ بَعْدَ الدَّفْعِ مِنْ عَرَفَةَ

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ حَيْثُ أَفَاضَ مِنْ عَرَفَةَ مَالَ إِلَى الشِّعْبِ ، قَالَ : فَقُلْتُ لَهُ : أَتُصَلِّي الْمَغْرِبَ ؟ قَالَ : الْمُصَلَّى أَمَامَكَ.

“Usamə ibn Zeyd ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Arafadan qayıtdıqda əş-Şib adlı yerə tərəf gedirdi. Usamə ona dedi: “Məğrib namazını qılacaqsan?” Peyğəmbər ﷺ buyurdu: “Namaz qılınacaq yer qabaqdadır”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 3024 (Həcc, 406)

أَخْبَرَنَا مُحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، عَنْ كُرَيْبٍ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ نَزَلَ الشِّعْبَ الَّذِي يَنْزِلُهُ الأُمَرَاءُ فَبَالَ ، ثُمَّ تَوَضَّأَ وُضُوءًا خَفِيفًا ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلاَةَ ؟ قَالَ : الصَّلاَةُ أَمَامَكَ فَلَمَّا أَتَيْنَا الْمُزْدَلِفَةَ لَمْ يَحُلَّ آخِرُ النَّاسِ حَتَّى صَلَّى.

“Usamə ibn Zeyd ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ (səfərdə) əmirlərin gecələdiyi əş-Şib adlı yerdə gecələmişdi. Subaşına çıxdıqdan sonra yüngül dəstəmaz aldı. Usamə deyir: “Mən ona dedim: “Ey Allahın Elçisi, namaz qılacaqsan?” O dedi: “Namaz irəlidə qılınacaq”. Biz də Müzdəlifəyə gəldikdə namaz qılmaq üçün camaatın hamısının gəlməsini gözlədik”.”

Usamə ibn Zeyd
SəhihNəsəi, 3025 (Həcc, 407)

Fəsil 207

Müzdəlifədə iki namazı birləşdirmək

الْجَمْعُ بَيْنَ الصَّلاَتَيْنِ بِالْمُزْدَلِفَةِ

أَخْبَرَنَا يَحْيَى بْنُ حَبِيبِ بْنِ عَرَبِيٍّ ، عَنْ حَمَّادٍ ، عَنْ يَحْيَى ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ يَزِيدَ ، عَنْ أَبِي أَيُّوبَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ بِجَمْعٍ.

“Əbu Əyyub ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Məğrib və İşa namazlarını birləşdirib qıldı.”

Əbu Əyyub
SəhihNəsəi, 3026 (Həcc, 408)

أَخْبَرَنَا الْقَاسِمُ بْنُ زَكَرِيَّا ، قَالَ : حَدَّثَنَا مُصْعَبُ بْنُ الْمِقْدَامِ ، عَنْ دَاوُدَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ ابْنِ مَسْعُودٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ بِجَمْعٍ.

“İbn Məsud ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Məğrib və İşa namazlarını birləşdirib qıldı.”

İbn Məsud
SəhihNəsəi, 3027 (Həcc, 409)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ أَبِي ذِئْبٍ ، قَالَ : حَدَّثَنِي الزُّهْرِيُّ ، عَنْ سَالِمٍ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، جَمَعَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ بِجَمْعٍ بِإِقَامَةٍ وَاحِدَةٍ ، لَمْ يُسَبِّحْ بَيْنَهُمَا ، وَلاَ عَلَى إِثْرِ كُلِّ وَاحِدَةٍ مِنْهُمَا.

“Səlim atasından rəvayət edir ki, Allah Elçisi ﷺ Məğrib və İşa namazlarını bir iqamə ilə birləşdirib qıldı. Onların arasında zikr etmədi və onlardan başqa heç nə qılmadı.”

Səlim atasından
SəhihNəsəi, 3028 (Həcc, 410)

أَخْبَرَنَا عِيسَى بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا ابْنُ وَهْبٍ ، عَنْ يُونُسَ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ عُبَيْدَ اللهِ بْنَ عَبْدِ اللهِ ، أَخْبَرَهُ أَنَّ أَبَاهُ ، قَالَ : جَمَعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَيْنَ الْمَغْرِبِ وَالْعِشَاءِ ، لَيْسَ بَيْنَهُمَا سَجْدَةٌ ، صَلَّى الْمَغْرِبَ ثَلاَثَ رَكَعَاتٍ ، وَالْعِشَاءَ رَكْعَتَيْنِ وَكَانَ عَبْدُ اللهِ بْنُ عُمَرَ ، يَجْمَعُ كَذَلِكَ حَتَّى لَحِقَ بِاللَّهِ عَزَّ وَجَلَّ.

“Ubeydullah ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Məğrib ilə İşa namazlarını birləşdirdi. Onların ikisinin arasında əlavə namaz qılmadı. Məğrib namazını üç rükət, İşa namazını iki rükət qıldı. Abdullah ibn Ömər də Allaha ﷿ qovuşana qədər bu iki namazı (Arafadan qayıdarkən) birləşdirib qıldı”.”

Ubeydullah ibn Abdullah atasından
SəhihNəsəi, 3029 (Həcc, 411)

أَخْبَرَنَا عَمْرُو بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا أَبُو نُعَيْمٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَلَمَةَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عُمَرَ ، قَالَ : صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَغْرِبَ وَالْعِشَاءَ بِجَمْعٍ بِإِقَامَةٍ وَاحِدَةٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ Məğrib və İşa namazlarını birləşdirərək bir iqamə ilə qıldı”.”

İbn Ömər
SəhihNəsəi, 3030 (Həcc, 412)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ حَاتِمٍ ، قَالَ : أَنْبَأَنَا حِبَّانُ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ ، عَنْ إِبْرَاهِيمَ بْنِ عُقْبَةَ ، أَنَّ كُرَيْبًا ، قَالَ : سَأَلْتُ أُسَامَةَ بْنَ زَيْدٍ ، وَكَانَ رِدْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَشِيَّةَ عَرَفَةَ ، فَقُلْتُ : كَيْفَ فَعَلْتُمْ ؟ قَالَ : أَقْبَلْنَا نَسِيرُ حَتَّى بَلَغْنَا الْمُزْدَلِفَةَ ، فَأَنَاخَ ، فَصَلَّى الْمَغْرِبَ ، ثُمَّ بَعَثَ إِلَى الْقَوْمِ ، فَأَنَاخُوا فِي مَنَازِلِهِمْ ، فَلَمْ يَحُلُّوا حَتَّى صَلَّى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْعِشَاءَ الآخِرَةَ ، ثُمَّ حَلَّ النَّاسُ فَنَزَلُوا ، فَلَمَّا أَصْبَحْنَا انْطَلَقْتُ عَلَى رِجْلَيَّ فِي سُبَّاقِ قُرَيْشٍ ، وَرَدِفَهُ الْفَضْلُ.

“Rəvayət edilir ki, Kureyb ﵁ demişdir: “Mən Arafa günü Allah Elçisinin ﷺ tərkində olan Usamə ibn Zeyddən soruşdum: “Siz həmin vaxt nə edirdiniz?” O dedi: “Yeriyərək Müzdəlifəyə qədər getdik, Allah Elçisi ﷺ orada gecələdi. Məğrib namazını qılıb camaatın da gecələməsi üçün xəbər göndərdi. Allah Elçisi ﷺ İşa namazını qılana qədər camaatın gəlməsi davam etdi. Camaatın gəlməsi dayandıqda, hamısı birlikdə orada gecələdilər. Səhər olduqda Qureyşin ilk yola çıxanları ilə birlikdə mən də çıxdım. Bu əsnada Allah Elçisinin ﷺ miniyinin tərkində əl-Fədl var idi”.”

Kureyb
SəhihNəsəi, 3031 (Həcc, 413)

Fəsil 208

Qadınların və uşaqların Müzdəlifədən tez çıxması

تَقْدِيمُ النِّسَاءِ وَالصِّبْيَانِ إِلَى مَنَازِلِهِمْ بِمُزْدَلِفَةَ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، قَالَ : أَنْبَأَنَا سُفْيَانُ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ أَبِي يَزِيدَ ، قَالَ : سَمِعْتُ ابْنَ عَبَّاسٍ ، يَقُولُ : أَنَا مِمَّنْ قَدَّمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْمُزْدَلِفَةِ فِي ضَعَفَةِ أَهْلِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Müzdəlifə gecəsi Allah Elçisi ﷺ ailəsini və zəif olanları bir az tez yola salmışdı. Mən də onların arasında idim”.”

İbn Abbas
SəhihNəsəi, 3032 (Həcc, 414)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مَنْصُورٍ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ عَمْرٍو ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كُنْتُ فِيمَنْ قَدَّمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةَ الْمُزْدَلِفَةِ فِي ضَعَفَةِ أَهْلِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Müzdəlifə gecəsi Allah Elçisi ﷺ ailəsini və zəif olanları bir az tez yola salanda mən də onların arasında idim”.”

İbn Abbas
SəhihNəsəi, 3033 (Həcc, 415)

أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا أَبُو عَاصِمٍ ، وَعَفَّانُ ، وَسُلَيْمَانُ ، عَنْ شُعْبَةَ ، عَنْ مُشَاشٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَمَرَ ضَعَفَةَ بَنِي هَاشِمٍ أَنْ يَنْفِرُوا مِنْ جَمْعٍ بِلَيْلٍ.

“əl-Fədl ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Bəni Haşim tayfasından zəif olanların Müzdəlifə gecəsi yola salınmalarını əmr etmişdir.”

əl-Fədl
SəhihNəsəi, 3034 (Həcc, 416)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنَا عَطَاءٌ ، عَنْ سَالِمِ بْنِ شَوَّالٍ ، أَنَّ أُمَّ حَبِيبَةَ ، أَخْبَرَتْهُ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، أَمَرَهَا أَنْ تُغَلِّسَ مِنْ جَمْعٍ إِلَى مِنًى.

“Ummu Həbibə ﵂ rəvayət edir ki, Peyğəmbər ﷺ ona Müzdəlifədən Minaya gedərkən ala-qaranlıqda yola çıxmağı əmr etdi.”

Ummu Həbibə
SəhihNəsəi, 3035 (Həcc, 417)

أَخْبَرَنَا عَبْدُ الْجَبَّارِ بْنُ الْعَلاَءِ ، عَنْ سُفْيَانَ ، عَنْ عَمْرٍو ، عَنْ سَالِمِ بْنِ شَوَّالٍ ، عَنْ أُمِّ حَبِيبَةَ ، قَالَتْ : كُنَّا نُغَلِّسُ عَلَى عَهْدِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مِنَ الْمُزْدَلِفَةِ إِلَى مِنًى.

“Rəvayət edilir ki, Ummu Həbibə ﵂ demişdir: “Allah Elçisinin ﷺ dövründə Müzdəlifədən Minaya getmək üçün ala-qaranlıqda yola çıxdıq”.”

Ummu Həbibə
SəhihNəsəi, 3036 (Həcc, 418)

Fəsil 209

Qadınların sübhdən qabaq Müzdəlifədən çıxmalarının rüsxəti

الرُّخْصَةُ لِلنِّسَاءِ فِي الإِفَاضَةِ مِنْ جَمْعٍ قَبْلَ الصُّبْحِ

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا مَنْصُورٌ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنِ الْقَاسِمِ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : إِنَّمَا أَذِنَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِسَوْدَةَ فِي الإِفَاضَةِ قَبْلَ الصُّبْحِ مِنْ جَمْعٍ لأَنَّهَا كَانَتِ امْرَأَةً ثَبِطَةً.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ kök olduğuna görə Səudanın Müzdəlifədən sübhdən qabaq çıxmasına izn vermişdi”.”

Aişə
SəhihNəsəi, 3037 (Həcc, 419)

Fəsil 210

Müzdəlifədə Sübh namazının qılınma vaxtı

الْوَقْتُ الَّذِي يُصَلِّي فِيهِ الصُّبْحَ بِالْمُزْدَلِفَةِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ الْعَلاَءِ ، قَالَ : حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ عُمَارَةَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، عَنْ عَبْدِ اللهِ ، قَالَ : مَا رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَّى صَلاَةً قَطُّ إِلاَّ لِمِيقَاتِهَا إِلاَّ صَلاَةَ الْمَغْرِبِ وَالْعِشَاءِ ، صَلاَّهُمَا بِجَمْعٍ ، وَصَلاَةَ الْفَجْرِ يَوْمَئِذٍ قَبْلَ مِيقَاتِهَا.

“Rəvayət edilir ki, Abdullah ﵁ demişdir: “Allah Elçisi ﷺ heç bir vaxtın namazını həmin namazın vaxtının xaricində qılmazdı. Yalnız Müzdəlifədə Məğrib ilə İşa namazını bir vaxtda, Sübh namazını isə həmişə qıldığı vaxtından bir az əvvəl qılmışdı”.”

Abdullah
SəhihNəsəi, 3038 (Həcc, 420)

Fəsil 211

Müzdəlifədə imamla qılınan Sübh namazına çatmayan

فِيمَنْ لَمْ يُدْرِكْ صَلاَةَ الصُّبْحِ مَعَ الإِمَامِ بِالْمُزْدَلِفَةِ

أَخْبَرَنَا سَعِيدُ بْنُ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ إِسْمَعِيلَ ، وَدَاوُدَ ، وَزَكَرِيِّا ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عُرْوَةَ بْنِ مُضَرِّسٍ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَاقِفًا بِالْمُزْدَلِفَةِ ، فَقَالَ : مَنْ صَلَّى مَعَنَا صَلاَتَنَا هَذِهِ هَا هُنَا ، ثُمَّ أَقَامَ مَعَنَا وَقَدْ وَقَفَ قَبْلَ ذَلِكَ بِعَرَفَةَ لَيْلاً أَوْ نَهَارًا ، فَقَدْ تَمَّ حَجُّهُ.

“Rəvayət edilir ki, Urva ibn Mudarris ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ Müzdəlifədə dayandığını gördüm. O buyurdu: “Kim əvvəl Arafada gecə və gündüz bir qədər durar, sonra mənimlə bu vaxt burada Sübh namazını qılar, sonra mənimlə birlikdə dayanarsa, onun həcci tam olmuş sayılar”.”

Urva ibn Mudarris
SəhihNəsəi, 3039 (Həcc, 421)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنِي جَرِيرٌ ، عَنْ مُطَرِّفٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عُرْوَةَ بْنِ مُضَرِّسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ أَدْرَكَ جَمْعًا مَعَ الإِمَامِ وَالنَّاسِ حَتَّى يُفِيضَ مِنْهَا ، فَقَدْ أَدْرَكَ الْحَجَّ ، وَمَنْ لَمْ يُدْرِكْ مَعَ النَّاسِ وَالإِمَامِ ، فَلَمْ يُدْرِكْ.

“Rəvayət edilir ki, Urva ibn Mudarris ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim (Müzdəlifədə) mənimlə və camaatla olar, buradan gedənə qədər (bizimlə) burada qalarsa, həccə çatmış sayılır. Kim də camaatla birlikdə olmazsa, həccə çatmamış sayılır”.”

Urva ibn Mudarris
SəhihNəsəi, 3040 (Həcc, 422)

أَخْبَرَنَا عَلِيُّ بْنُ الْحُسَيْنِ ، قَالَ : حَدَّثَنَا أُمَيَّةُ ، عَنْ شُعْبَةَ ، عَنْ سَيَّارٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ عُرْوَةَ بْنِ مُضَرِّسٍ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجَمْعٍ ، فَقُلْتُ : يَا رَسُولَ اللهِ ، إِنِّي أَقْبَلْتُ مِنْ جَبَلَيْ طَيِّئٍ لَمْ أَدَعْ حَبْلاً إِلاَّ وَقَفْتُ عَلَيْهِ ، فَهَلْ لِي مِنْ حَجٍّ ؟ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : مَنْ صَلَّى هَذِهِ الصَّلاَةَ مَعَنَا ، وَقَدْ وَقَفَ قَبْلَ ذَلِكَ بِعَرَفَةَ لَيْلاً أَوْ نَهَارًا ، فَقَدْ تَمَّ حَجُّهُ ، وَقَضَى تَفَثَهُ.

“Rəvayət edilir ki, Urva ibn Mudarris ﵁ demişdir: “Mən Peyğəmbərin ﷺ yanına gələrək dedim: “Ey Allahın Elçisi! Mən “Cəbəley Tayyiin” adlı yerdən gəlirəm. Buraya gələnə qədər dayanmadığım heç bir təpə qalmadı. Mənim həccim sayılırmı?” Allah Elçisi ﷺ buyurdu: “Kim gecə və gündüz Arafada dayanar, olduğumuz bu vaxtda namazı bizimlə qılarsa, onun həcci tam olmuş sayılar və həcc borcunu ödəmiş olur”.”

Urva ibn Mudarris
SəhihNəsəi, 3041 (Həcc, 423)

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي السَّفَرِ ، قَالَ : سَمِعْتُ الشَّعْبِيَّ ، يَقُولُ : حَدَّثَنِي عُرْوَةُ بْنُ مُضَرِّسِ بْنِ أَوْسِ بْنِ حَارِثَةَ بْنِ لَأْمٍ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجَمْعٍ ، فَقُلْتُ : هَلْ لِي مِنْ حَجٍّ ؟ فَقَالَ : مَنْ صَلَّى هَذِهِ الصَّلاَةَ مَعَنَا ، وَوَقَفَ هَذَا الْمَوْقِفَ حَتَّى يُفِيضَ ، وَأَفَاضَ قَبْلَ ذَلِكَ مِنْ عَرَفَاتٍ لَيْلاً أَوْ نَهَارًا ، فَقَدْ تَمَّ حَجُّهُ ، وَقَضَى تَفَثَهُ.

“Rəvayət edilir ki, Urva ibn Mudarris ibn Əus ibn Harisə ibn Ləm ﵁ demişdir: “Mən (Müzdəlifədə) Peyğəmbərin ﷺ yanına gələrək dedim: “Mənim həccim sayılırmı?” Peyğəmbər ﷺ buyurdu: “Kim gecə və gündüz Arafada dayanar, olduğumuz bu vaxtda namazı bizimlə qılar, bizimlə dayanarsa, onun həcci tam olmuş sayılar və həcc borcunu ödəmiş olur”.”

Urva ibn Mudarris ibn Əus ibn Harisə ibn Ləm
SəhihNəsəi, 3042 (Həcc, 424)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ إِسْمَعِيلَ ، قَالَ : أَخْبَرَنِي عَامِرٌ ، قَالَ : أَخْبَرَنِي عُرْوَةُ بْنُ مُضَرِّسٍ الطَّائِيُّ ، قَالَ : أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقُلْتُ : أَتَيْتُكَ مِنْ جَبَلَيْ طَيِّئٍ ، أَكْلَلْتُ مَطِيَّتِي ، وَأَتْعَبْتُ نَفْسِي ، مَا بَقِيَ مِنْ حَبْلٍ إِلاَّ وَقَفْتُ عَلَيْهِ ، فَهَلْ لِي مِنْ حَجٍّ ؟ فَقَالَ : مَنْ صَلَّى صَلاَةَ الْغَدَاةِ هَا هُنَا مَعَنَا ، وَقَدْ أَتَى عَرَفَةَ قَبْلَ ذَلِكَ ، فَقَدْ قَضَى تَفَثَهُ ، وَتَمَّ حَجُّهُ.

“Rəvayət edilir ki, Urva ibn Mudarris ət-Tai ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ yanına gələrək dedim: “Mən “Cəbəley Tayyiin” adlı yerdən gəldim. Miniyimi sürətlə sürdüm və özümü yordum. Dayanmadığım heç bir təpə qalmadı. Mənim həccim sayılırmı?” Allah Elçisi ﷺ belə buyurdu: “Kim Arafada dayanar və bizimlə namaz qılarsa, həcc borcunu ödəmiş olar və onun həcci tamdır”.”

Urva ibn Mudarris ət-Tai
SəhihNəsəi, 3043 (Həcc, 425)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، قَالَ : حَدَّثَنِي بُكَيْرُ بْنُ عَطَاءٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ الرَّحْمَنِ بْنَ يَعْمَرَ الدِّيلِيَّ ، قَالَ : شَهِدْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِعَرَفَةَ وَأَتَاهُ نَاسٌ مِنْ نَجْدٍ ، فَأَمَرُوا رَجُلاً ، فَسَأَلَهُ عَنِ الْحَجِّ ، فَقَالَ : الْحَجُّ عَرَفَةُ ، مَنْ جَاءَ لَيْلَةَ جَمْعٍ قَبْلَ صَلاَةِ الصُّبْحِ فَقَدْ أَدْرَكَ حَجَّهُ ، أَيَّامُ مِنًى ثَلاَثَةُ أَيَّامٍ ، مَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلاَ إِثْمَ عَلَيْهِ ، وَمَنْ تَأَخَّرَ فَلاَ إِثْمَ عَلَيْهِ ، ثُمَّ أَرْدَفَ رَجُلاً فَجَعَلَ يُنَادِي بِهَا فِي النَّاسِ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yamər əd-Dili ﵁ demişdir: “Mən Peyğəmbəri ﷺ Arafada gördüm. Onun yanına Nəcddən bir dəstə insan gəlmişdi. Aralarından bir kişidən Peyğəmbərdən ﷺ həcc ilə əlaqəli suallar verməsini tələb etdilər. Peyğəmbər ﷺ buyurdu: “Həcc Arafadır. Kim Sübh namazından qabaq Müzdəlifəyə çatıbsa, həccə çatmış sayılır. Minada olan günlər üç gündür. Kim tələsərək iki gündə qayıdarsa, ona bir günah yoxdur. Kim gecikərsə, ona da bir günah yoxdur”. Peyğəmbər ﷺ bunları insanlara nida edərək söyləməsi üçün bir nəfəri göndərdi”.”

Abdur-Rahmən ibn Yamər əd-Dili
SəhihNəsəi, 3044 (Həcc, 426)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنِي أَبِي ، قَالَ : أَتَيْنَا جَابِرَ بْنَ عَبْدِ اللهِ ، فَحَدَّثَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : الْمُزْدَلِفَةُ كُلُّهَا مَوْقِفٌ.

“Cəfər ibn Muhəmməd atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Biz Cabir ibn Abdullahın yanına gəlmişdik. O bizə Allah Elçisindən ﷺ rəvayət edərək dedi: “Müzdəlifənin hər yeri dayanmaq üçündür”.”

Cəfər ibn Muhəmməd atasından
SəhihNəsəi, 3045 (Həcc, 427)

Fəsil 212

Müzdəlifədə deyilən təlbiyə

بَابُ التَّلْبِيَةِ بِالْمُزْدَلِفَةِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، فِي حَدِيثِهِ عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ حُصَيْنٍ ، عَنْ كَثِيرٍ وَهُوَ ابْنُ مُدْرِكٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، قَالَ : قَالَ ابْنُ مَسْعُودٍ ، وَنَحْنُ بِجَمْعٍ : سَمِعْتُ الَّذِي أُنْزِلَتْ عَلَيْهِ سُورَةُ الْبَقَرَةِ يَقُولُ فِي هَذَا الْمَكَانِ : لَبَّيْكَ اللَّهُمَّ لَبَّيْكَ.

“Rəvayət edilir ki, İbn Məsud ﵁ demişdir: “Biz Müzdəlifədə idik. əl-Bəqərə surəsinin nazil olduğu şəxsdən eşitdim ki, belə deyirdi: “Ləbbeyk, Alla:hummə Ləbbeyk!””

İbn Məsud
SəhihNəsəi, 3046 (Həcc, 428)

Fəsil 213

Müzdəlifədə dayanmağın müddəti

بَابُ : وَقْتِ الإِفَاضَةِ مِنْ جَمْعٍ

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ عَمْرِو بْنِ مَيْمُونٍ ، قَالَ : سَمِعْتُهُ يَقُولُ : شَهِدْتُ عُمَرَ ، بِجَمْعٍ ، فَقَالَ : إِنَّ أَهْلَ الْجَاهِلِيَّةِ كَانُوا لاَ يُفِيضُونَ حَتَّى تَطْلُعَ الشَّمْسُ ، وَيَقُولُونَ : أَشْرِقْ ثَبِيرُ وَإِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، خَالَفَهُمْ ، ثُمَّ أَفَاضَ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ.

“Rəvayət edilir ki, Amr ibn Məymun ﵀ demişdir: “Müzdəlifədə Ömərin belə buyurduğunun şahidi oldum: “Həqiqətən, cahiliyyət əhli günəş çıxana qədər Müzdəlifədən uzaqlaşmaz və belə deyərdilər: “Günəşi çıxart!” Allah Elçisi ﷺ də onlara müxalif olaraq günəş çıxmadan Müzdəlifədən uzaqlaşdı”.”

Amr ibn Məymun
SəhihNəsəi, 3047 (Həcc, 429)

Fəsil 214

Zəiflərin Sübh namazını Minada qılmasına rüsxət verilməsi

بَابُ : الرُّخْصَةِ لِلضَّعَفَةِ أَنْ يُصَلُّوا يَوْمَ النَّحْرِ الصُّبْحَ بِمِنًى

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ عَبْدِ الْحَكَمِ ، عَنْ أَشْهَبَ ، أَنَّ دَاوُدَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، حَدَّثَهُمْ أَنَّ عَمْرَو بْنَ دِينَارٍ ، حَدَّثَهُ ، أَنَّ عَطَاءَ بْنَ أَبِي رَبَاحٍ حَدَّثَهُمْ أَنَّهُ سَمِعَ ابْنَ عَبَّاسٍ ، يَقُولُ : أَرْسَلَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي ضَعَفَةِ أَهْلِهِ ، فَصَلَّيْنَا الصُّبْحَ بِمِنًى ، وَرَمَيْنَا الْجَمْرَةَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ məni və ailə üzvlərindən zəif olanları mənimlə Minaya göndərdi, biz də birlikdə Sübh namazını qılıb sütunlara daş atdıq”.”

İbn Abbas
SəhihNəsəi, 3048 (Həcc, 430)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ آدَمَ بْنِ سُلَيْمَانَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحِيمِ بْنُ سُلَيْمَانَ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ الْقَاسِمِ ، عَنْ أَبِيهِ ، عَنْ أُمِّ الْمُؤْمِنِينَ عَائِشَةَ ، قَالَتْ : وَدِدْتُ أَنِّي اسْتَأْذَنْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا اسْتَأْذَنَتْهُ سَوْدَةُ ، فَصَلَّيْتُ الْفَجْرَ بِمِنًى قَبْلَ أَنْ يَأْتِيَ النَّاسُ ، وَكَانَتْ سَوْدَةُ امْرَأَةً ثَقِيلَةً ثَبِطَةً ، فَاسْتَأْذَنَتْ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَأَذِنَ لَهَا ، فَصَلَّتِ الْفَجْرَ بِمِنًى ، وَرَمَتْ قَبْلَ أَنْ يَأْتِيَ النَّاسُ.

“Rəvayət edilir ki, möminlərin anası Aişə ﵂ demişdir: “Səudə kimi mən də Allah Elçisindən ﷺ icazə alıb camaatdan əvvəl Sübh namazını Minada qıldım. Səudə kök qadın idi. O, Allah Elçisindən ﷺ izin istədi, o da Səudəyə izin verdi. Səudə Sübh namazını Minada qıldı və camaat Minaya gəlməzdən qabaq sütunları daşladı”.”

Aişə
SəhihNəsəi, 3049 (Həcc, 431)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ يَحْيَى بْنِ سَعِيدٍ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، أَنَّ مَوْلًى لأَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، أَخْبَرَهُ قَالَ : جِئْتُ مَعَ أَسْمَاءَ بِنْتِ أَبِي بَكْرٍ ، مِنًى بِغَلَسٍ ، فَقُلْتُ لَهَا : لَقَدْ جِئْنَا مِنًى بِغَلَسٍ ، فَقَالَتْ : قَدْ كُنَّا نَصْنَعُ هَذَا مَعَ مَنْ هُوَ خَيْرٌ مِنْكَ.

“Rəvayət edilir ki, Əsma bint Əbu Bəkrin ﵄ köləlikdən azad etdiyi Əta ibn Əbu Rabah ﵀ demişdir: “Əsma bint Əbu Bəkr ilə ala-qaranlıqda gəldik. Ona dedim: “Biz artıq ala-qaranlıqda Minaya gəlmişik”. O da buyurdu: “Səndən daha xeyirli olanlarla da biz bunu belə edərdik”.”

Əsma bint Əbu Bəkr
SəhihNəsəi, 3050 (Həcc, 432)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : سُئِلَ أُسَامَةُ بْنُ زَيْدٍ ، وَأَنَا جَالِسٌ مَعَهُ ، كَيْفَ كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَسِيرُ فِي حَجَّةِ الْوَدَاعِ حِينَ دَفَعَ ؟ قَالَ : كَانَ يُسَيِّرُ نَاقَتَهُ ، فَإِذَا وَجَدَ فَجْوَةً نَصَّ.

“Hişam ibn Urva atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Mən Usamə ibn Zeydin yanında olanda ondan soruşdular: “Allah Elçisi ﷺ Vida həccində hansı sürətlə gedərdi?” O dedi: “O, dəvədə adi sürətlə gedər, imkan olduqda sürətini bir az artırardı”.”

Hişam ibn Urva atasından
SəhihNəsəi, 3051 (Həcc, 433)

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنِ الفَضْلِ بْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلنَّاسِ حِينَ دَفَعُوا عَشِيَّةَ عَرَفَةَ وَغَدَاةَ جَمْعٍ : عَلَيْكُمْ بِالسَّكِينَةِ وَهُوَ كَافٌّ نَاقَتَهُ ، حَتَّى إِذَا دَخَلَ مِنًى فَهَبَطَ ، حِينَ هَبَطَ مُحَسِّرًا ، قَالَ : عَلَيْكُمْ بِحَصَى الْخَذْفِ الَّذِي يُرْمَى بِهِ الْجَمْرَةُ وَقَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُشِيرُ بِيَدِهِ كَمَا يَخْذِفُ الإِنْسَانُ.

“Rəvayət edilir ki, Fədl ibn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Arafa gününün axşamı və Müzdəlifə gecəsi gedərkən camaata “Yavaş olun!” deyir, özü də dəvənin yüyənini çəkirdi. Minanın sərhədlərinə gəldikdə eyni şəkildə davam etdi. Muhassir vadisinə gəldikdə buyurdu: “Sütunlara atacağınız daşları toplayın!” Allah Elçisi ﷺ bunu deyərkən əli ilə daşları atırmış kimi işarə edirdi”.”

Fədl ibn Abbas
SəhihNəsəi, 3052 (Həcc, 434)

Fəsil 215

Muhassir vadisindən sürətlə keçmək

بَابُ الإِيضَاعِ فِي وَادِي مُحَسِّرٍ

أَخْبَرَنَا إِبْرَاهِيمُ بْنُ مُحَمَّدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ سُفْيَانَ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَوْضَعَ فِي وَادِي مُحَسِّرٍ.

“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ Muhassir vadisindən sürətlə keçmişdir.”

Cabir
SəhihNəsəi, 3053 (Həcc, 435)

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، قَالَ : دَخَلْنَا عَلَى جَابِرِ بْنِ عَبْدِ اللهِ ، فَقُلْتُ : أَخْبِرْنِي عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، دَفَعَ مِنَ الْمُزْدَلِفَةِ قَبْلَ أَنْ تَطْلُعَ الشَّمْسُ ، وَأَرْدَفَ الْفَضْلَ بْنَ الْعَبَّاسِ حَتَّى أَتَى مُحَسِّرًا حَرَّكَ قَلِيلاً ، ثُمَّ سَلَكَ الطَّرِيقَ الْوُسْطَى الَّتِي تُخْرِجُكَ عَلَى الْجَمْرَةِ الْكُبْرَى حَتَّى أَتَى الْجَمْرَةَ الَّتِي عِنْدَ الشَّجَرَةِ ، فَرَمَى بِسَبْعِ حَصَيَاتٍ يُكَبِّرُ مَعَ كُلِّ حَصَاةٍ مِنْهَا - حَصَى الْخَذْفِ - رَمَى مِنْ بَطْنِ الْوَادِي.

“Cəfər ibn Muhəmməd atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Biz Cabir ibn Abdullahın yanına gəlmişdik. Mən dedim: “Mənə Peyğəmbərin ﷺ həcci haqda məlumat ver”. O dedi: “Allah Elçisi ﷺ günəş çıxmamışdan qabaq Müzdəlifədən çıxıb getməyə başladı. Fədl ibn Abbas da onun miniyinin üstündə idi. O, Muhassir vadisinə gəldikdə bir az sürətləndi. Böyük sütuna çıxan orta yola girib ağacın yanındakı sütuna gedərək yeddi daş atdı. Hər dəfə daş atanda təkbir edirdi. Daşları Bətnil-Vadidən atırdı”.”

Cəfər ibn Muhəmməd atasından
SəhihNəsəi, 3054 (Həcc, 436)

Fəsil 216

Sütunların yanına gedənədək təkbir etmək

بَابُ : التَّلْبِيَةِ فِي السَّيْرِ

أَخْبَرَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، عَنْ سُفْيَانَ وَهُوَ ابْنُ حَبِيبٍ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ جُرَيْجٍ ، وَعَبْدِ الْمَلِكِ بْنِ أَبِي سُلَيْمَانَ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ عَبَّاسٍ ، أَنَّهُ كَانَ رَدِيفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ يَزَلْ يُلَبِّي حَتَّى رَمَى الْجَمْرَةَ.

“Rəvayət edilir ki, Fədl ibn Abbas ﵄ Peyğəmbərin ﷺ miniyinin tərkində olarkən Peyğəmbər ﷺ sütunlara daş atana qədər təlbiyə gətirməyə davam etdi.”

Fədl ibn Abbas
SəhihNəsəi, 3055 (Həcc, 437)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حَبِيبٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، لَبَّى حَتَّى رَمَى الْجَمْرَةَ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Allah Elçisi ﷺ sütuna daş atana qədər təlbiyə gətirməyə davam etmişdir.”

İbn Abbas
SəhihNəsəi, 3056 (Həcc, 438)

Fəsil 217

Sütunlar üçün daş yığmaq

بَابُ : الْتِقَاطِ الْحَصَى

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ الدَّوْرَقِيُّ ، قَالَ : حَدَّثَنَا ابْنُ عُلَيَّةَ ، قَالَ : حَدَّثَنَا عَوْفٌ ، قَالَ : حَدَّثَنَا زِيَادُ بْنُ حُصَيْنٍ ، عَنْ أَبِي الْعَالِيَةِ ، قَالَ : قَالَ ابْنُ عَبَّاسٍ : قَالَ لِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَدَاةَ الْعَقَبَةِ وَهُوَ عَلَى رَاحِلَتِهِ : هَاتِ ، الْقُطْ لِي فَلَقَطْتُ لَهُ حَصَيَاتٍ هُنَّ حَصَى الْخَذْفِ ، فَلَمَّا وَضَعْتُهُنَّ فِي يَدِهِ ، قَالَ : بِأَمْثَالِ هَؤُلاَءِ ، وَإِيَّاكُمْ وَالْغُلُوَّ فِي الدِّينِ ، فَإِنَّمَا أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمُ الْغُلُوُّ فِي الدِّينِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Aqabə gününün sonrakı günü miniyinin üzərində mənə dedi: “Gəl mənim üçün daş yığ!” Mən də sapand daşı böyüklüyündə daşları onun əlinə qoyduqda əlindəkilərdən birini göstərərək dedi: “Bunun kimiləri yığ! Dində həddi aşmaqdan çəkinin! Çünki sizdən əvvəlkilər dini məsələlərdə özlərini çətinliklərə salaraq hədlərini aşdıqlarına görə həlak oldular”.”

İbn Abbas
SəhihNəsəi, 3057 (Həcc, 439)

Fəsil 218

Sütunlar üçün daşları haradan yığmaq lazımdır?

بَابُ : مِنْ أَيْنَ يَلْتَقِطُ الْحَصَى

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ ، عَنْ أَبِي مَعْبَدٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِلنَّاسِ حِينَ دَفَعُوا عَشِيَّةَ عَرَفَةَ وَغَدَاةَ جَمْعٍ : عَلَيْكُمْ بِالسَّكِينَةِ وَهُوَ كَافٌّ نَاقَتَهُ ، حَتَّى إِذَا دَخَلَ مِنًى فَهَبَطَ ، حِينَ هَبَطَ مُحَسِّرًا قَالَ : عَلَيْكُمْ بِحَصَى الْخَذْفِ الَّذِي تُرْمَى بِهِ الْجَمْرَةُ قَالَ : وَالنَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُشِيرُ بِيَدِهِ كَمَا يَخْذِفُ الإِنْسَانُ.

“Rəvayət edilir ki, Fədl ibn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Arafa gününün axşamı və Müzdəlifə gecəsi gedərkən camaata “Yavaş olun!” deyir, özü də dəvənin yüyənini çəkirdi. Minanın sərhədlərinə gəldikdə eyni şəkildə davam etdi. Muhassir vadisinə gəldikdə isə buyurdu: “Sütunlarda atacağınız daşları toplayın!” Allah Elçisi ﷺ bunu deyərkən əli ilə daşları atırmış kimi işarə edirdi”.”

Fədl ibn Abbas
SəhihNəsəi, 3058 (Həcc, 440)

Fəsil 219

Sütunlara atılan daşların miqdarı

بَابُ : قَدْرِ حَصَى الرَّمْيِ

أَخْبَرَنَا عُبَيْدُ اللهِ بْنُ سَعِيدٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا عَوْفٌ ، قَالَ : حَدَّثَنَا زِيَادُ بْنُ حُصَيْنٍ ، عَنْ أَبِي الْعَالِيَةِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ غَدَاةَ الْعَقَبَةِ وَهُوَ وَاقِفٌ عَلَى رَاحِلَتِهِ : هَاتِ ، الْقُطْ لِي فَلَقَطْتُ لَهُ حَصَيَاتٍ هُنَّ حَصَى الْخَذْفِ ، فَوَضَعْتُهُنَّ فِي يَدِهِ ، وَجَعَلَ يَقُولُ بِهِنَّ فِي يَدِهِ وَوَصَفَ يَحْيَى تَحْرِيكَهُنَّ فِي يَدِهِ بِأَمْثَالِ هَؤُلاَءِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Aqabə gününün sonrakı günü miniyinin üzərində mənə dedi: “Gəl, mənim üçün daş yığ!” Mən sapand daşı böyüklüyündə daşları onun əlinə qoyduqda əlindəkilərdən birini göstərərək: (Ravi Yəhya bunu dedikdə əlini hərəkət etdirərək) “Bunun kimilərini yığ!” dedi”.”

İbn Abbas
SəhihNəsəi, 3059 (Həcc, 441)

Fəsil 220

Sütunlara minik üstündə getmək və ehramlı adamın kölgələnməsi

بَابُ : الرُّكُوبِ إِلَى الْجِمَارِ وَاسْتِظْلاَلِ الْمُحْرِمِ

أَخْبَرَنِي عَمْرُو بْنُ هِشَامٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، عَنْ أَبِي عَبْدِ الرَّحِيمِ ، عَنْ زَيْدِ بْنِ أَبِي أُنَيْسَةَ ، عَنْ يَحْيَى بْنِ الْحُصَيْنِ ، عَنْ جَدَّتِهِ أُمِّ حُصَيْنٍ ، قَالَتْ : حَجَجْتُ فِي حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَرَأَيْتُ بِلاَلاً يَقُودُ بِخِطَامِ رَاحِلَتِهِ ، وَأُسَامَةُ بْنُ زَيْدٍ رَافِعٌ عَلَيْهِ ثَوْبَهُ يُظِلُّهُ مِنَ الْحَرِّ وَهُوَ مُحْرِمٌ حَتَّى رَمَى جَمْرَةَ الْعَقَبَةِ ، ثُمَّ خَطَبَ النَّاسَ ، فَحَمِدَ اللَّهَ وَأَثْنَى عَلَيْهِ ، وَذَكَرَ قَوْلاً كَثِيرًا.

“Rəvayət edilir ki, Ummu Husayn ﵂ demişdir: “Mən Peyğəmbər ﷺ ilə birlikdə həcdə idim və Bilalın onun dəvəsinin yüyənindən tutaraq getdiyini gördüm. Usamə ibn Zeyd isə ehramlı olmasına baxmayaraq istinin təsirindən Peyğəmbəri ﷺ qorumaq üçün paltarı ilə onu kölgələndirirdi. Peyğəmbər ﷺ bu vəziyyətdə böyük sütunu daşladıqdan sonra insanlara xütbə verdi, Allaha həmd-səna etdi və bir çox şeylər danışdı”.”

Ummu Husayn
SəhihNəsəi, 3060 (Həcc, 442)

أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا وَكِيعٌ ، قَالَ : حَدَّثَنَا أَيْمَنُ بْنُ نَابِلٍ ، عَنْ قُدَامَةَ بْنِ عَبْدِ اللهِ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَرْمِي جَمْرَةَ الْعَقَبَةِ يَوْمَ النَّحْرِ عَلَى نَاقَةٍ لَهُ صَهْبَاءَ ، لاَ ضَرْبَ ، وَلاَ طَرْدَ ، وَلاَ إِلَيْكَ إِلَيْكَ.

“Rəvayət edilir ki, Qudamə ibn Abdullah ﵁ demişdir: “Mən Allah Elçisini ﷺ Qurban bayramı günü qırmızımtıl dəvənin üstündə böyük sütunu daşlayarkən gördüm. Daşları nə bərk, nə də yavaş atır, nə çox uzaqda, nə də sütunların yaxınlığında idi”.”

Qudamə ibn Abdullah
SəhihNəsəi, 3061 (Həcc, 443)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى بْنُ سَعِيدٍ ، قَالَ : أَنْبَأَنَا ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي أَبُو الزُّبَيْرِ أَنَّهُ سَمِعَ جَابِرَ بْنَ عَبْدِ اللهِ ، يَقُولُ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَرْمِي الْجَمْرَةَ وَهُوَ عَلَى بَعِيرِهِ ، وَهُوَ يَقُولُ : يَا أَيُّهَا النَّاسُ ، خُذُوا مَنَاسِكَكُمْ ، فَإِنِّي لاَ أَدْرِي لَعَلِّي لاَ أَحُجُّ بَعْدَ عَامِي هَذَا.

“Rəvayət edilir ki, Cabir ibn Abdullah ﵄ demişdir: “Mən Allah Elçisini ﷺ dəvəsinin üstündə sütunları daşlayarkən gördüm. Belə deyirdi: “Ey insanlar, həcc ərkanlarını məndən götürün! Bilmirəm, ola bilər ki, mən bu ildən sonra daha həcc edə bilməyim”.”

Cabir ibn Abdullah
SəhihNəsəi, 3062 (Həcc, 444)

Fəsil 221

Qurban bayramı günü böyük sütuna daş atmağın vaxtı

بَابُ : وَقْتِ رَمْيِ جَمْرَةِ الْعَقَبَةِ يَوْمَ النَّحْرِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ يَحْيَى بْنِ أَيُّوبَ بْنِ إِبْرَاهِيمَ الثَّقَفِيُّ الْمَرْوَزِيُّ ، قَالَ : أَنْبَأَنَا عَبْدُ اللهِ بْنُ إِدْرِيسَ ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : رَمَى رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْجَمْرَةَ يَوْمَ النَّحْرِ ، ضُحًى وَرَمَى بَعْدَ يَوْمِ النَّحْرِ إِذَا زَالَتِ الشَّمْسُ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Allah Elçisi ﷺ Qurban bayramı günü duha vaxtı, ondan sonrakı gün isə günörtadan sonra sütuna daş atdı”.”

Cabir
SəhihNəsəi, 3063 (Həcc, 445)

Fəsil 222

Günəş çıxmamışdan qabaq böyük sütunu daşlamağın qadağan olması

بَابُ النَّهْيِ عَنْ رَمْيِ جَمْرَةِ الْعَقَبَةِ قَبْلَ طُلُوعِ الشَّمْسِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سُفْيَانَ الثَّوْرِيِّ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنِ الْحَسَنِ الْعُرَنِيِّ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : بَعَثَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أُغَيْلِمَةَ بَنِي عَبْدِ الْمُطَّلِبِ عَلَى حُمُرَاتٍ يَلْطَحُ أَفْخَاذَنَا ، وَيَقُولُ : أُبَيْنِيَّ ، لاَ تَرْمُوا جَمْرَةَ الْعَقَبَةِ حَتَّى تَطْلُعَ الشَّمْسُ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ bizi - Abdul-Muttalib oğullarının kiçik uşaqlarını qırmızı dəvələrin üstündə tezdən Minaya göndərdikdə budlarımız dəvənin yüyəninə toxunurdu. O buyurdu: “Övladlarım! Böyük sütunu günəş çıxmadan daşlamayın!””

İbn Abbas
SəhihNəsəi, 3064 (Həcc, 446)

أَخْبَرَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، قَالَ : حَدَّثَنَا بِشْرُ بْنُ السَّرِيِّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حَبِيبٍ ، عَنْ عَطَاءٍ ، عَنْ ابْنِ عَبَّاسٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَدَّمَ أَهْلَهُ ، وَأَمَرَهُمْ أَنْ لاَ يَرْمُوا الْجَمْرَةَ حَتَّى تَطْلُعَ الشَّمْسُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ ailə üzvlərini göndərərkən onlara günəş çıxmayana qədər sütunu daşlamamağı əmr etdi.”

İbn Abbas
SəhihNəsəi, 3065 (Həcc, 447)

Fəsil 223

Günəş çıxmamışdan qabaq qadınlara böyük sütunu daşlamaq üçün rüsxət verilməsi

بَابُ : الرُّخْصَةِ فِي ذَلِكَ لِلنِّسَاءِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الأَعْلَى بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ عَبْدِ الرَّحْمَنِ الطَّائِفِيُّ ، عَنْ عَطَاءِ بْنِ أَبِي رَبَاحٍ ، قَالَ : حَدَّثَتْنِي عَائِشَةُ بِنْتُ طَلْحَةَ ، عَنْ خَالَتِهَا عَائِشَةَ ، أُمِّ الْمُؤْمِنِينَ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَمَرَ إِحْدَى نِسَائِهِ أَنْ تَنْفِرَ مِنْ جَمْعٍ لَيْلَةَ جَمْعٍ ، فَتَأْتِيَ جَمْرَةَ الْعَقَبَةِ فَتَرْمِيَهَا ، وَتُصْبِحَ فِي مَنْزِلِهَا وَكَانَ عَطَاءٌ ، يَفْعَلُهُ حَتَّى مَاتَ.

“Möminlərin anası Aişə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ zövcələrindən birinə gecə böyük sütunun yanına gələrək elə gecə vaxtı onu daşlamağı və orada qalmağını əmr etdi... Əta da ölənə qədər belə etdi.”

Aişə
ZəifNəsəi, 3066 (Həcc, 448)

Fəsil 224

Axşamdan sonra sütunu daşlamaq

بَابُ : الرَّمْيِ بَعْدَ الْمَسَاءِ

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ بَزِيعٍ ، قَالَ : حَدَّثَنَا يَزِيدُ وَهُوَ ابْنُ زُرَيْعٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ عِكْرِمَةَ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُسْأَلُ أَيَّامَ مِنًى ، فَيَقُولُ : لاَ حَرَجَ فَسَأَلَهُ رَجُلٌ ، فَقَالَ : حَلَقْتُ قَبْلَ أَنْ أَذْبَحَ ؟ قَالَ : لاَ حَرَجَ ، فَقَالَ رَجُلٌ : رَمَيْتُ بَعْدَ مَا أَمْسَيْتُ ؟ قَالَ : لاَ حَرَجَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Allah Elçisi ﷺ Mina günləri haqda soruşulanda: “Zərəri yoxdur” deyərdi. Bir kişi dedi: “Qurban kəsmədən saçımı qırxdırdım”. Allah Elçisi ﷺ ona dedi: “Zərəri yoxdur”. Digəri dedi: “Axşamdan sonra sütunu daşladım”. Ona da: “Zərəri yoxdur”- dedi.”

İbn Abbas
SəhihNəsəi, 3067 (Həcc, 449)

Fəsil 225

Çobanların sütunları daşlaması

بَابُ : رَمْيِ الرُّعَاةِ

أَخْبَرَنَا الْحُسَيْنُ بْنُ حُرَيْثٍ ، وَمُحَمَّدُ بْنُ الْمُثَنَّى ، عَنْ سُفْيَانَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي بَكْرٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي الْبَدَّاحِ بْنِ عَدِيٍّ ، عَنْ أَبِيهِ ، أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَخَّصَ لِلرُّعَاةِ أَنْ يَرْمُوا يَوْمًا وَيَدَعُوا يَوْمًا.

“Əbul-Bəddəh ibn Adiy atasından ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ çobanların sütunu bir gün daşlayıb bir gün daşlamamalarına rüxsət verdi.”

Əbul-Bəddəh ibn Adiy atasından
SəhihNəsəi, 3068 (Həcc, 450)

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا مَالِكٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ أَبِي بَكْرٍ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي الْبَدَّاحِ بْنِ عَاصِمِ بْنِ عَدِيٍّ ، عَنْ أَبِيهِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَخَّصَ لِلرُّعَاةِ فِي الْبَيْتُوتَةِ يَرْمُونَ يَوْمَ النَّحْرِ ، وَالْيَوْمَيْنِ اللَّذَيْنِ بَعْدَهُ يَجْمَعُونَهُمَا فِي أَحَدِهِمَا.

“Əbul-Bəddəh ibn Asim ibn Adiy atasından ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ çobanların sütunu gecə vaxtı daşlamasına izin verdi. İlk gün belə daşladıqdan sonra, qalan iki günü də bir gündə birləşdirib daşlaya bilərlər.”

Əbul-Bəddəh ibn Asim ibn Adiy atasından
SəhihNəsəi, 3069 (Həcc, 451)

Fəsil 226

Böyük sütuna daş atmağın yeri

بَابُ : الْمَكَانِ الَّذِي تُرْمَى مِنْهُ جَمْرَةُ الْعَقَبَةِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي مُحَيَّاةَ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنْ عَبْدِ الرَّحْمَنِ ، يَعْنِي ابْنَ يَزِيدَ ، قَالَ : قِيلَ لِعَبْدِ اللهِ بْنِ مَسْعُودٍ : إِنَّ نَاسًا يَرْمُونَ الْجَمْرَةَ مِنْ فَوْقِ الْعَقَبَةِ ، قَالَ : فَرَمَى عَبْدُ اللهِ مِنْ بَطْنِ الْوَادِي ثُمَّ قَالَ : مِنْ هَا هُنَا ، وَالَّذِي لاَ إِلَهَ غَيْرُهُ رَمَى الَّذِي أُنْزِلَتْ عَلَيْهِ سُورَةُ الْبَقَرَةِ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Bir dəfə Abdullah ibn Məsuda deyildi: “İnsanlar böyük sütunu üst tərəfdən daşlayır”. Abdullah Bətnil-Vadinin ortasından sütunu daşlamağa başladı. Sonra dedi: “Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun ki, özünə əl-Bəqərə surəsi nazil olan şəxs daşı buradan atmışdır”.”

Abdur-Rahmən ibn Yəzid
SəhihNəsəi, 3070 (Həcc, 452)

أَخْبَرَنَا الْحَسَنُ بْنُ مُحَمَّدٍ الزَّعْفَرَانِيُّ ، وَمَالِكُ بْنُ الْخَلِيلِ ، قَالاَ : حَدَّثَنَا ابْنُ أَبِي عَدِيٍّ ، عَنْ شُعْبَةَ ، عَنِ الْحَكَمِ ، وَمَنْصُورٌ ، عَنْ إِبْرَاهِيمَ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، قَالَ : رَمَى عَبْدُ اللهِ ، الْجَمْرَةَ بِسَبْعِ حَصَيَاتٍ ، جَعَلَ الْبَيْتَ عَنْ يَسَارِهِ ، وَعَرَفَةَ عَنْ يَمِينِهِ وَقَالَ : هَا هُنَا مَقَامِ الَّذِي أُنْزِلَتْ عَلَيْهِ سُورَةُ الْبَقَرَةِ. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : مَا أَعْلَمُ أَحَدًا قَالَ فِي هَذَا الْحَدِيثِ مَنْصُورٌ غَيْرَ ابْنِ أَبِي عَدِيٍّ ، وَاللَّهُ تَعَالَى أَعْلَمُ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Abdullah Kəbəni sol tərəfdə, Arafanı isə sağ tərəfdə qoyaraq sütuna yeddi daş atdı və belə dedi: “əl-Bəqərə” surəsi özünə nazil olan şəxsin daş atdığı yer buradır”.”

Abdur-Rahmən ibn Yəzid
SəhihNəsəi, 3071 (Həcc, 453)

أَخْبَرَنَا مُجَاهِدُ بْنُ مُوسَى ، عَنْ هُشَيْمٍ ، عَنْ مُغِيرَةَ ، عَنْ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ يَزِيدَ ، قَالَ : رَأَيْتُ ابْنَ مَسْعُودٍ ، رَمَى جَمْرَةَ الْعَقَبَةِ مِنْ بَطْنِ الْوَادِي ، ثُمَّ قَالَ : هَا هُنَا ، وَالَّذِي لاَ إِلَهَ غَيْرُهُ مَقَامُ الَّذِي أُنْزِلَتْ عَلَيْهِ سُورَةُ الْبَقَرَةِ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid ﵀ demişdir: “Mən İbn Məsudun böyük sütunu Bətnil-Vadinin ortasından daşladığını gördüm. Sonra belə dedi: “Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun ki, “əl-Bəqərə” surəsi özünə nazil olan şəxs daşı buradan atmışdır”.”

Abdur-Rahmən ibn Yəzid
SəhihNəsəi, 3072 (Həcc, 454)

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : أَنْبَأَنَا ابْنُ أَبِي زَائِدَةَ ، قَالَ : حَدَّثَنَا الأَعْمَشُ - سَمِعْتُ الْحَجَّاجَ يَقُولُ : لاَ تَقُولُوا : سُورَةَ الْبَقَرَةِ ، قُولُوا : السُّورَةَ الَّتِي يُذْكَرُ فِيهَا الْبَقَرَةُ - فَذَكَرْتُ ذَلِكَ لِإِبْرَاهِيمَ ، فَقَالَ : أَخْبَرَنِي عَبْدُ الرَّحْمَنِ بْنُ يَزِيدَ ، أَنَّهُ كَانَ مَعَ عَبْدِ اللهِ ، حِينَ رَمَى جَمْرَةَ الْعَقَبَةِ ، فَاسْتَبْطَنَ الْوَادِيَ ، وَاسْتَعْرَضَهَا - يَعْنِي الْجَمْرَةَ - فَرَمَاهَا بِسَبْعِ حَصَيَاتٍ ، وَكَبَّرَ مَعَ كُلِّ حَصَاةٍ ، فَقُلْتُ : إِنَّ أُنَاسًا يَصْعَدُونَ الْجَبَلَ ، فَقَالَ : هَا هُنَا ، وَالَّذِي لاَ إِلَهَ غَيْرُهُ رَأَيْتُ الَّذِي أُنْزِلَتْ عَلَيْهِ سُورَةُ الْبَقَرَةِ رَمَى.

“Rəvayət edilir ki, Aməş ﵀ demişdir: “Həccac belə dedi: “əl-Bəqərə” surəsinə “inək surəsi” deməyin! Bu surəyə “içində inəkdən bəhs edilən surə” deyin”. Mən bu sözü İbrahimə dedim, o da belə buyurdu: “Abdur-Rahmən ibn Yəzid mənə xəbər verdi ki, Abdullah ibn Məsud böyük sütunu daşladığı vaxt o da orada imiş. Abdullah Bətnil-Vadinin ortasında sütuna yönələrək yeddi daş atmış və hər dəfə daş atanda təkbir etmişdi. Mən də: “Camaat dağa dırmaşıb oradan daş atır” dedikdə o demişdir: “Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun ki, “əl-Bəqərə” surəsi özünə nazil olan şəxs daşları buradan atmışdır”.”

Aməş
SəhihNəsəi, 3073 (Həcc, 455)

أَخْبَرَنِي مُحَمَّدُ بْنُ آدَمَ ، عَنْ عَبْدِ الرَّحِيمِ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ عُمَرَ - وَذَكَرَ آخَرُ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَمَى الْجَمْرَةَ بِمِثْلِ حَصَى الْخَذْفِ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ sütunlara sapand daşı boyda daş atdı.”

Cabir
SəhihNəsəi, 3074 (Həcc, 456)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، عَنْ ابْنِ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ ، قَالَ : رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَرْمِي الْجِمَارَ بِمِثْلِ حَصَى الْخَذْفِ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Mən Allah Elçisinin ﷺ sütunları sapand daşı boyda daşlarla daşladığını gördüm”.”

Cabir
SəhihNəsəi, 3075 (Həcc, 457)

Fəsil 227

Sütunlara atılan daşların sayı

بَابُ : عَدَدِ الْحَصَى الَّتِي يَرْمِي بِهَا الْجِمَارَ

أَخْبَرَنِي إِبْرَاهِيمُ بْنُ هَارُونَ ، قَالَ : حَدَّثَنَا حَاتِمُ بْنُ إِسْمَعِيلَ ، قَالَ : حَدَّثَنَا جَعْفَرُ بْنُ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ حُسَيْنٍ ، عَنْ أَبِيهِ ، قَالَ : دَخَلْنَا عَلَى جَابِرِ بْنِ عَبْدِ اللهِ ، فَقُلْتُ : أَخْبِرْنِي عَنْ حَجَّةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ؟ فَقَالَ : إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، رَمَى الْجَمْرَةَ الَّتِي عِنْدَ الشَّجَرَةِ بِسَبْعِ حَصَيَاتٍ ، يُكَبِّرُ مَعَ كُلِّ حَصَاةٍ مِنْهَا - حَصَى الْخَذْفِ ، رَمَى مِنْ بَطْنِ الْوَادِي ، ثُمَّ انْصَرَفَ إِلَى الْمَنْحَرِ فَنَحَرَ.

“Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn atasının ﵀ belə dediyini rəvayət etmişdir: “Biz Cabir ibn Abdullahın yanına gəldik. Mən dedim: “Mənə Peyğəmbərin ﷺ həcci haqda xəbər ver”. O dedi: “Allah Elçisi ﷺ ağacın altından sütuna yeddi daş atdı və hər dəfə daş atanda təkbir edirdi. Bu daşları Bətnil-Vadinin ortasından atırdı. Sonra qurban kəsilmə yerinə gedərək qurbanını kəsdi”.”

Cəfər ibn Muhəmməd ibn Əli ibn Hüseyn atasından
SəhihNəsəi, 3076 (Həcc, 458)

أَخْبَرَنِي يَحْيَى بْنُ مُوسَى الْبَلْخِيُّ ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ ابْنِ أَبِي نَجِيحٍ ، قَالَ : قَالَ مُجَاهِدٌ : قَالَ سَعْدٌ : رَجَعْنَا فِي الْحَجَّةِ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَبَعْضُنَا يَقُولُ : رَمَيْتُ بِسَبْعِ حَصَيَاتٍ ، وَبَعْضُنَا يَقُولُ : رَمَيْتُ بِسِتٍّ ، فَلَمْ يَعِبْ بَعْضُهُمْ عَلَى بَعْضٍ.

“Rəvayət edilir ki, Səd ﵁ demişdir: “Biz Peyğəmbər ﷺ ilə birlikdə həcdən qayıtdıq. Bəzilərimiz: “Mən yeddi daş atdım”, bəzilərimiz də: “Mən altı daş atdım” deyir və heç kəs bir-birini məzəmmət etmirdi”.”

Səd
SəhihNəsəi, 3077 (Həcc, 459)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ قَتَادَةَ ، قَالَ : سَمِعْتُ أَبَا مِجْلَزٍ ، يَقُولُ : سَأَلْتُ ابْنَ عَبَّاسٍ ، عَنْ شَيْءٍ مِنْ أَمْرِ الْجِمَارِ ؟ فَقَالَ : مَا أَدْرِي رَمَاهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِسِتٍّ ، أَوْ بِسَبْعٍ.

“Rəvayət edilir ki, Əbu Micləz ﵀ demişdir: “Mən İbn Abbasa sütunlarla əlaqəli sual verdim. O da: “Mən Allah Elçisinin ﷺ altı, yoxsa yeddi daş atdığını bilmirəm”- dedi”.”

Əbu Micləz
SəhihNəsəi, 3078 (Həcc, 460)

Fəsil 228

Hər dəfə daş atanda təkbir etmək

بَابُ : التَّكْبِيرِ مَعَ كُلِّ حَصَاةٍ

أَخْبَرَنِي هَارُونُ بْنُ إِسْحَاقَ الْهَمْدَانِيُّ الْكُوفِيُّ ، قَالَ : حَدَّثَنَا حَفْصٌ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عَلِيِّ بْنِ الْحُسَيْنِ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنْ أَخِيهِ الْفَضْلِ بْنِ عَبَّاسٍ ، قَالَ : كُنْتُ رِدْفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ يَزَلْ يُلَبِّي حَتَّى رَمَى جَمْرَةَ الْعَقَبَةِ ، فَرَمَاهَا بِسَبْعِ حَصَيَاتٍ ، يُكَبِّرُ مَعَ كُلِّ حَصَاةٍ.

“Rəvayət edilir ki, İbn Abbasın qardaşı əl-Fədl ibn Abbas ﵄ demişdir: “Bir dəfə mən Peyğəmbərin ﷺ miniyinin tərkində idim və o, böyük sütunu daşlamağa başlayana qədər təlbiyə etməyi tərk etmədi. O, yeddi daş atdı və hər dəfə taş atanda təkbir edirdi”.”

əl-Fədl ibn Abbas
SəhihNəsəi, 3079 (Həcc, 461)

Fəsil 229

Sütun daşlanmağa başlananda təlbiyə etməyin dayandırılması

بَابُ : قَطْعِ الْمُحْرِمِ التَّلْبِيَةِ إِذَا رَمَى جَمْرَةَ الْعَقَبَةِ

أَخْبَرَنَا هَنَّادُ بْنُ السَّرِيِّ ، عَنْ أَبِي الأَحْوَصِ ، عَنْ خُصَيْفٍ ، عَنْ مُجَاهِدٍ ، عَنْ ابْنِ عبَّاسٍ ، قَالَ : قَالَ الْفَضْلُ بْنُ عَبَّاسٍ : كُنْتُ رِدْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَمَا زِلْتُ أَسْمَعُهُ يُلَبِّي حَتَّى رَمَى جَمْرَةَ الْعَقَبَةِ ، فَلَمَّا رَمَى قَطَعَ التَّلْبِيَةَ.

“Rəvayət edilir ki, əl-Fədl ibn Abbas ﵄ demişdir: “Bir dəfə mən Allah Elçisinin ﷺ miniyinin tərkində idim və o, böyük sütunu daşlamağa başlayana qədər təlbiyə etməyini eşitdim. Sütunları daşlamağa başladıqda isə təlbiyə etməyi dayandırdı”.”

əl-Fədl ibn Abbas
SəhihNəsəi, 3080 (Həcc, 462)

أَخْبَرَنَا هِلاَلُ بْنُ الْعَلاَءِ بْنِ هِلاَلٍ ، قَالَ : حَدَّثَنَا حُسَيْنٌ ، قَالَ : حَدَّثَنَا أَبُو خَيْثَمَةَ ، قَالَ : حَدَّثَنَا خُصَيْفٌ ، عَنْ مُجَاهِدٍ ، وَعَامِرٌ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ الْفَضْلَ ، أَخْبَرَهُ أَنَّهُ كَانَ رَدِيفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَّهُ لَمْ يَزَلْ يُلَبِّي حَتَّى رَمَى الْجَمْرَةَ.

“Rəvayət edilir ki, əl-Fədl ﵁ Allah Elçisinin ﷺ miniyinin tərkində idi. Allah Elçisi ﷺ sütunu daşlamağa başlayana qədər təlbiyə etməyə davam etdi.”

əl-Fədl
SəhihNəsəi, 3081 (Həcc, 463)

أَخْبَرَنَا أَبُو عَاصِمٍ خُشَيْشُ بْنُ أَصْرَمَ ، عَنْ عَلِيِّ بْنِ مَعْبَدٍ ، قَالَ : حَدَّثَنَا مُوسَى بْنُ أَعْيَنَ ، عَنْ عَبْدِ الْكَرِيمِ الْجَزَرِيِّ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، عَنِ الْفَضْلِ بْنِ الْعَبَّاسِ ، أَنَّهُ كَانَ رَدِيفَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَلَمْ يَزَلْ يُلَبِّي حَتَّى رَمَى جَمْرَةَ الْعَقَبَةِ.

“Rəvayət edilir ki, əl-Fədl ibn Abbas ﵄ Allah Elçisinin ﷺ miniyinin tərkində idi. Allah Elçisi ﷺ sütunu daşlamağa başlayana qədər təlbiyə etməyə davam etdi.”

əl-Fədl ibn Abbas
SəhihNəsəi, 3082 (Həcc, 464)

Fəsil 230

Sütunlara daş atdıqdan sonra dua etmək

بَابُ : الدُّعَاءِ بَعْدَ رَمْيِ الْجِمَارِ

أَخْبَرَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، قَالَ : حَدَّثَنَا عُثْمَانُ بْنُ عُمَرَ ، قَالَ : أَنْبَأَنَا يُونُسُ ، عَنِ الزُّهْرِيِّ ، قَالَ : بَلَغَنَا أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَمَى الْجَمْرَةَ الَّتِي تَلِي الْمَنْحَرَ - مَنْحَرَ مِنًى - رَمَاهَا بِسَبْعِ حَصَيَاتٍ يُكَبِّرُ كُلَّمَا رَمَى بِحَصَاةٍ ، ثُمَّ تَقَدَّمَ أَمَامَهَا ، فَوَقَفَ مُسْتَقْبِلَ الْقِبْلَةِ رَافِعًا يَدَيْهِ ، يَدْعُو يُطِيلُ الْوُقُوفَ ، ثُمَّ يَأْتِي الْجَمْرَةَ الثَّانِيَةَ فَيَرْمِيهَا بِسَبْعِ حَصَيَاتٍ ، يُكَبِّرُ كُلَّمَا رَمَى بِحَصَاةٍ ، ثُمَّ يَنْحَدِرُ ذَاتَ الشِّمَالِ ، فَيَقِفُ مُسْتَقْبِلَ الْبَيْتِ ، رَافِعًا يَدَيْهِ يَدْعُو ، ثُمَّ يَأْتِي الْجَمْرَةَ الَّتِي عِنْدَ الْعَقَبَةِ ، فَيَرْمِيهَا بِسَبْعِ حَصَيَاتٍ ، وَلاَ يَقِفُ عِنْدَهَا قَالَ الزُّهْرِيُّ : سَمِعْتُ سَالِمًا ، يُحَدِّثُ بِهَذَا ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَكَانَ ابْنُ عُمَرَ يَفْعَلُهُ.

“Rəvayət edilir ki, əz-Zuhri ﵀ demişdir: “Bizə gəlib çatdığına görə Allah Elçisi ﷺ Minada qurban kəsilən yerin yanındakı sütunu daşladıqda yeddi daşdan istifadə etmiş və hər dəfə də daş atanda təkbir etmişdi. Sonra sütunun qarşısına keçib qibləyə yönəldi və əllərini qaldıraraq uzun müddət dua etdi. Sonra ikinci sütunun yanına gələrək yeddi daş atdı və hər daşı atanda təkbir etdi. Sonra sol tərəfdə aşağı enib qibləyə yönələrək əllərini qaldırdı və dua etdi. Sonra böyük sütuna tərəf getdi və ona yeddi daş atdı, lakin orada dayanmadı”. əz-Zuhri deyir: “Səlimdən bu şəkildə eşitmişəm. O, atası İbn Ömərdən, o da Allah Elçisinin ﷺ belə etdiyini görmüşdür. İbn Ömər özü də eynilə belə edərdi”.”

əz-Zuhri
SəhihNəsəi, 3083 (Həcc, 465)

Fəsil 231

Sütunları daşladıqdan sonra ehramlı olana nə halal olur?

بَابُ : مَا يَحِلُّ لِلْمُحْرِمِ بَعْدَ رَمْيِ الْجِمَارِ

أَخْبَرَنَا عَمْرُو بْنُ عَلِيٍّ ، قَالَ : حَدَّثَنَا يَحْيَى ، قَالَ : حَدَّثَنَا سُفْيَانُ ، عَنْ سَلَمَةَ بْنِ كُهَيْلٍ ، عَنِ الْحَسَنِ الْعُرَنِيِّ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : إِذَا رَمَى الْجَمْرَةَ فَقَدْ حَلَّ لَهُ كُلُّ شَيْءٍ ، إِلاَّ النِّسَاءَ ، قِيلَ : وَالطِّيبُ ؟ قَالَ : أَمَّا أَنَا ، فَقَدْ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، يَتَضَمَّخُ بِالْمِسْكِ ، أَفَطِيبٌ هُوَ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Sütunlar daşlandıqdan sonra qadınlarla cinsi yaxınlıqdan başqa hər şey halal olur”. Bu vaxt İbn Abbasdan: “Gözəl ətir də halaldır?” deyə soruşuldu. İbn Abbas dedi: “Mən Allah Elçisinin ﷺ müşk ətirindən istifadə etdiyini görmüşəm. O, ətir sayılmırmı?””

İbn Abbas
SəhihNəsəi, 3084 (Həcc, 466)