Həcc ayinləri kitabı

Təməttu həcci edən ehramdan nə vaxt çıxır?

أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا عَبْدُ الْمَلِكِ ، عَنْ عَطَاءٍ ، عَنْ جَابِرٍ ، قَالَ : قَدِمْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لأَرْبَعٍ مَضَيْنَ مِنْ ذِي الْحِجَّةِ فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : أَحِلُّوا وَاجْعَلُوهَا عُمْرَةً فَضَاقَتْ بِذَلِكَ صُدُورُنَا ، وَكَبُرَ عَلَيْنَا ، فَبَلَغَ ذَلِكَ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : يَا أَيُّهَا النَّاسُ أَحِلُّوا ، فَلَوْلاَ الْهَدْيُ الَّذِي مَعِي لَفَعَلْتُ مِثْلَ الَّذِي تَفْعَلُونَ ، فَأَحْلَلْنَا حَتَّى وَطِئْنَا النِّسَاءَ ، وَفَعَلْنَا مَا يَفْعَلُ الْحَلاَلُ ، حَتَّى إِذَا كَانَ يَوْمُ التَّرْوِيَةِ ، وَجَعَلْنَا مَكَّةَ بِظَهْرٍ لَبَّيْنَا بِالْحَجِّ.

“Rəvayət edilir ki, Cabir ﵁ demişdir: “Zil-Hiccə ayının dördündə Allah Elçisi ﷺ ilə birlikdə yola düşdük. Peyğəmbər ﷺ buyurdu: “Ehramdan çıxın və həcc üçün başladığınız ibadəti ümrəyə dəyişdirin”. Bu bizə ağır gəldi. Vəziyyət Peyğəmbərə ﷺ çatdıqda buyurdu: “Ey insanlar, ehramdan çıxın, əgər mənim yanımda qurbanım olmasaydı, sizin etdiyiniz kimi mən də ehramdan çıxardım”. Beləcə biz ehramımızdan çıxdıq və hətta zövcələrimizlə yaxınlıq etdik. Zil-Hiccənin səkkizinci gününə qədər ehramsız birinin edə biləcəyi hər şeyi etdik. Tərviyə günü yenidən ehrama girərək həcc üçün təlbiyə gətirməyə başladıq”.”

Cabir
Səhih

İstinad

Nəsəi, 2994 (Həcc, 376)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı