Tərviyə günündən qabaq xütbə demək
أَخْبَرَنَا إِسْحَاقُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : قَرَأْتُ عَلَى أَبِي قُرَّةَ مُوسَى بْنِ طَارِقٍ ، عَنْ ابْنِ جُرَيْجٍ ، قَالَ : حَدَّثَنِي عَبْدُ اللهِ بْنُ عُثْمَانَ بْنِ خُثَيْمٍ ، عَنْ أَبِي الزُّبَيْرِ ، عَنْ جَابِرٍ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، حِينَ رَجَعَ مِنْ عُمْرَةِ الْجِعِرَّانَةِ بَعَثَ أَبَا بَكْرٍ عَلَى الْحَجِّ فَأَقْبَلْنَا مَعَهُ ، حَتَّى إِذَا كَانَ بِالْعَرْجِ ثَوَّبَ بِالصُّبْحِ ، ثُمَّ اسْتَوَى لِيُكَبِّرَ فَسَمِعَ الرَّغْوَةَ خَلْفَ ظَهْرِهِ ، فَوَقَفَ عَلَى التَّكْبِيرِ ، فَقَالَ : هَذِهِ رَغْوَةُ نَاقَةِ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْجَدْعَاءِ ، لَقَدْ بَدَا لِرَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي الْحَجِّ فَلَعَلَّهُ أَنْ يَكُونَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَنُصَلِّيَ مَعَهُ ، فَإِذَا عَلِيٌّ عَلَيْهَا ، فَقَالَ لَهُ أَبُو بَكْرٍ : أَمِيرٌ أَمْ رَسُولٌ ؟ قَالَ : لاَ بَلْ رَسُولٌ ، أَرْسَلَنِي رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِبَرَاءَةَ أَقْرَؤُهَا عَلَى النَّاسِ فِي مَوَاقِفِ الْحَجِّ ، فَقَدِمْنَا مَكَّةَ فَلَمَّا كَانَ قَبْلَ التَّرْوِيَةِ بِيَوْمٍ ، قَامَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ فَخَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ عَنْ مَنَاسِكِهِمْ حَتَّى إِذَا فَرَغَ قَامَ عَلِيٌّ رَضِيَ اللَّهُ عَنْهُ فَقَرَأَ عَلَى النَّاسِ بَرَاءَةٌ حَتَّى خَتَمَهَا ، ثُمَّ خَرَجْنَا مَعَهُ حَتَّى إِذَا كَانَ يَوْمُ عَرَفَةَ قَامَ أَبُو بَكْرٍ فَخَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ عَنْ مَنَاسِكِهِمْ ، حَتَّى إِذَا فَرَغَ قَامَ عَلِيٌّ فَقَرَأَ عَلَى النَّاسِ بَرَاءَةٌ حَتَّى خَتَمَهَا ، ثُمَّ كَانَ يَوْمُ النَّحْرِ فَأَفَضْنَا ، فَلَمَّا رَجَعَ أَبُو بَكْرٍ خَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ عَنْ إِفَاضَتِهِمْ ، وَعَنْ نَحْرِهِمْ ، وَعَنْ مَنَاسِكِهِمْ ، فَلَمَّا فَرَغَ قَامَ عَلِيٌّ فَقَرَأَ عَلَى النَّاسِ بَرَاءَةٌ حَتَّى خَتَمَهَا ، فَلَمَّا كَانَ يَوْمُ النَّفْرِ الأَوَّلُ ، قَامَ أَبُو بَكْرٍ فَخَطَبَ النَّاسَ فَحَدَّثَهُمْ كَيْفَ يَنْفِرُونَ ، وَكَيْفَ يَرْمُونَ ، فَعَلَّمَهُمْ مَنَاسِكَهُمْ ، فَلَمَّا فَرَغَ ، قَامَ عَلِيٌّ فَقَرَأَ بَرَاءَةٌ عَلَى النَّاسِ حَتَّى خَتَمَهَا. قَالَ أَبُو عَبْدِ الرَّحْمَنِ : ابْنُ خُثَيْمٍ ، لَيْسَ بِالْقَوِيِّ فِي الْحَدِيثِ ، وَإِنَّمَا أَخْرَجْتُ هَذَا لِئَلاَّ يُجْعَلَ ابْنُ جُرَيْجٍ ، عَنْ أَبِي الزُّبَيْرِ وَمَا كَتَبْنَاهُ إِلاَّ عَنْ إِسْحَاقَ بْنِ إِبْرَاهِيمَ ، وَيَحْيَى بْنُ سَعِيدٍ الْقَطَّانُ ، لَمْ يَتْرُكْ حَدِيثَ ابْنِ خُثَيْمٍ ، وَلاَ عَبْدِ الرَّحْمَنِ ، إِلاَّ أَنَّ عَلِيَّ بْنَ الْمَدِينِيِّ ، قَالَ : ابْنُ خُثَيْمٍ مُنْكَرُ الْحَدِيثِ ، وَكَأَنَّ عَلِيَّ بْنَ الْمَدِينِيِّ خُلِقَ لِلْحَدِيثِ.
“Cabir ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ əl-Ciran ümrəsini edib qayıtdıqda Əbu Bəkri həccə göndərdi. Mən də onun yanında idim. əl-Arc deyilən yerə gəldikdə Sübh namazını qılmaq üçün dayandıq. Təkbir edib namaza başladıqda arxada bir dəvə səsi eşitdi, namaza başlamadı və dedi: “Bu səs Allah Elçisinin ﷺ dəvəsi əl-Cidanın səsidir. Bəlkə Allah Elçisi ﷺ həccə gəlib. Əgər odursa, namazı birlikdə qılarıq”. Baxıb gördük ki, bu, Əlidir. Əbu Bəkr ona dedi: “Əmir olaraq gəlmisən, yoxsa elçi?” O da: “Xeyr, elçi. Allah Elçisi ﷺ məni insanlar həcdə durduqdları əsnada “Bəraə” (ət-Tövbə) surəsini onlara çatdırmağım üçün göndərdi”. Biz Məkkəyə gəldik və tərviyə günündən bir gün qabaq (Zil-Hiccənin 8-ci günü) Əbu Bəkr ﵁ ayağa durub insanlara xütbə verdi və onlara həcdə ediləcək əməlləri xatırlatdı. Xütbəsini bitirdikdə Əli ﵁ ayağa qalxdı və insanlara “Bəraə” (ət-Tövbə) surəsini sonuna qədər oxudu. Sonra biz birlikdə Arafa günü çıxdıq və Əbu Bəkr insanlara həccin ərkanlarından bəhs etdi. Sonra Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu. Sonra qurban kəsilən gün camaatın arasından keçib həcdən qayıdanda Əbu Bəkr insanlara xütbə verdi və həcdə edilənlərdən, qurbanların kəsilməsindən və həcc ərkanlarından bəhs etdi. Xütbəni bitirdikdə Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu. Bayram günü olduqda ərkanları yerinə yetirdik. Əbu Bəkr də ərkanları yerinə yetirdikdə insanlara daha bir xütbə verdi. İfada təvafından, qurbandan və digər ərkanlardan bəhs etdi. Danışığını bitirdikdə Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu. Qurban kəsilən gündən sonrakı gün Əbu Bəkr qalxıb insanlara xütbə verdi, necə qayıdacaqlarını, şeytana daşı necə atacaqlarını və digər ərkanları öyrətdi. Danışığını bitirdikdən sonra Əli ayağa qalxdı və insanlara “Bəraə” surəsini sonuna qədər oxudu.”
İstinad
Nəsəi, 2993 (Həcc, 375)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı