Həcc ayinləri kitabı

Səfa təpəsinin üstündə “Allahu Əkbər” demək

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ سَلَمَةَ ، وَالْحَارِثُ بْنُ مِسْكِينٍ ، قِرَاءَةً عَلَيْهِ وَأَنَا أَسْمَعُ وَاللَّفْظُ لَهُ ، عَنْ ابْنِ الْقَاسِمِ ، قَالَ : حَدَّثَنِي مَالِكٌ ، عَنْ جَعْفَرِ بْنِ مُحَمَّدٍ ، عَنْ أَبِيهِ ، عَنْ جَابِرٍ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، كَانَ إِذَا وَقَفَ عَلَى الصَّفَا يُكَبِّرُ ثَلاَثًا ، وَيَقُولُ : لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ يَصْنَعُ ذَلِكَ ثَلاَثَ مَرَّاتٍ ، وَيَدْعُو ، وَيَصْنَعُ ، عَلَى الْمَرْوَةِ مِثْلَ ذَلِكَ.

“Cabir ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Səfa təpəsində dayandıqda üç dəfə təkbir edər və üç dəfə: “Lə ilə:hə illəllah, vahdəhu lə şəri:kə ləhu, ləhul-mulku va ləhul-həmdu va huvə alə: kulli şey in qadi:r!” deyərək dua edərdi. Mərva təpəsində də eyni şeyi edərdi.”

Cabir
Səhih

İstinad

Nəsəi, 2972 (Həcc, 354)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı