Vəfat edən ehramlı kimsənin üzünün və başının açıq kəfənlənməsi
أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، قَالَ : سَمِعْتُ أَبَا بِشْرٍ يُحَدِّثُ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً وَقَعَ عَنْ رَاحِلَتِهِ ، فَأَقْعَصَتْهُ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ ، وَيُكَفَّنُ فِي ثَوْبَيْنِ خَارِجًا رَأْسُهُ وَوَجْهُهُ ، فَإِنَّهُ يُبْعَثُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.
“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi miniyindən yıxılaraq öldü. Allah Elçisi ﷺ də belə buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki parça ilə kəfənləyin, amma başını və üzünü açıq saxlayın, çünki o, Qiyamət günü təlbiyə deyərək diriləcək”.”
İstinad
Nəsəi, 2713 (Həcc, 95)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı