Həcc ayinləri kitabı

Allahın ﷿ bu kəlamı: “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin”. (əl-Əraf, 31)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، وَعُثْمَانُ بْنُ عُمَرَ ، قَالاَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنِ الْمُغِيرَةِ ، عَنِ الشَّعْبِيِّ ، عَنِ الْمُحَرَّرِ بْنِ أَبِي هُرَيْرَةَ ، عَنْ أَبِيهِ ، قَالَ : جِئْتُ مَعَ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ حِينَ بَعَثَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى أَهْلِ مَكَّةَ بِبَرَاءَةَ ، قَالَ : مَا كُنْتُمْ تُنَادُونَ ؟ قَالَ : كُنَّا نُنَادِي إِنَّهُ لاَ يَدْخُلُ الْجَنَّةَ ، إِلاَّ نَفْسٌ مُؤْمِنَةٌ ، وَلاَ يَطُوفُ بِالْبَيْتِ عُرْيَانٌ ، وَمَنْ كَانَ بَيْنَهُ وَبَيْنَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَهْدٌ ، فَأَجَلُهُ أَوْ أَمَدُهُ إِلَى أَرْبَعَةِ أَشْهُرٍ ، فَإِذَا مَضَتِ الأَرْبَعَةُ أَشْهُرٍ ، فَإِنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ، وَرَسُولُهُ ، وَلاَ يَحُجُّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، فَكُنْتُ أُنَادِي حَتَّى صَحِلَ صَوْتِي.

“əl-Muhərrar ibn Əbu Hureyra ﵁ atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ Əli ibn Əbu Talibi Məkkəlilərə “Bəraə” (ət-Tövbə) surəsini eşitdirmək üçün göndərdikdə mən Əlinin yanında idim”. Ravi dedi: “Siz nəyi elan edirdiniz?” Əbu Hureyra dedi: “Biz, mömin olmayanın Cənnətə girməyəcəyini, Kəbənin lüt təvaf edilməyəcəyini, kimin Allah Elçisi ﷺ ilə əhdi varsa, o əhdin müddəti bitənə qədər əhdə vəfa ediləcəyini, əhdi olmayana dörd ay vaxt veriləcəyini, Allah və Onun Elçisinin ﷺ müşriklərdən uzaq olmasını, bu ildən sonra heç bir müşrikin həcc etməyəcəyini səsimiz batana qədər elan etdik”.”

əl-Muhərrar ibn Əbu Hureyra
Səhih

İstinad

Nəsəi, 2958 (Həcc, 340)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı