Allahın ﷿ bu kəlamı: “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin”. (əl-Əraf, 31)
أَخْبَرَنَا أَبُو دَاوُدَ ، قَالَ : حَدَّثَنَا يَعْقُوبُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، عَنْ صَالِحٍ ، عَنْ ابْنِ شِهَابٍ ، أَنَّ حُمَيْدَ بْنَ عَبْدِ الرَّحْمَنِ ، أَخْبَرَهُ ، أَنَّ أَبَا هُرَيْرَةَ أَخْبَرَهُ أَنَّ أَبَا بَكْرٍ بَعَثَهُ فِي الْحَجَّةِ الَّتِي أَمَّرَهُ عَلَيْهَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، قَبْلَ حَجَّةِ الْوَدَاعِ فِي رَهْطٍ يُؤَذِّنُ فِي النَّاسِ ، أَلاَ لاَ يَحُجَّنَّ بَعْدَ الْعَامِ مُشْرِكٌ ، وَلاَ يَطُوفُ بِالْبَيْتِ عُرْيَانٌ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ Vida həccindən qabaq Əbu Bəkri həcdə əmir təyin etdiyi il, o ildən etibarən heç bir müşrikin həcc etməyəcəyini və lüt təvaf edə bilməyəcəyini insanlara bildirmək üçün məni bir dəstə ilə Məkkəyə göndərdi”.”
İstinad
Nəsəi, 2957 (Həcc, 339)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı