Həcc ayinləri kitabı

Allahın ﷿ bu kəlamı: “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin”. (əl-Əraf, 31)

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، قَالَ : حَدَّثَنَا مُحَمَّدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ سَلَمَةَ ، قَالَ : سَمِعْتُ مُسْلِمًا الْبَطِينَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : كَانَتِ الْمَرْأَةُ تَطُوفُ بِالْبَيْتِ وَهِيَ عُرْيَانَةٌ تَقُولُ : الْيَوْمَ يَبْدُو بَعْضُهُ أَوْ كُلُّهُ ... وَمَا بَدَا مِنْهُ فَلاَ أُحِلُّهُ قَالَ : فَنَزَلَتْ {يَا بَنِي آدَمَ خُذُوا زِينَتَكُمْ عِنْدَ كُلِّ مَسْجِدٍ}.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir qadın Kəbəni lüt təvaf edər və belə deyərdi: “Bu gün onun bir hissəsi və ya hamısı görünəcək, Bundan sonra isə görünən tərəfi haram ediləcək”. Sonra bu ayələr nazil oldu: “Məscidlərə gedərkən gözəl geyimlərinizi geyinin”. (əl-Əraf, 31)”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2956 (Həcc, 338)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı