Müzdəlifədə imamla qılınan Sübh namazına çatmayan
أَخْبَرَنَا إِسْمَعِيلُ بْنُ مَسْعُودٍ ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، عَنْ شُعْبَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ أَبِي السَّفَرِ ، قَالَ : سَمِعْتُ الشَّعْبِيَّ ، يَقُولُ : حَدَّثَنِي عُرْوَةُ بْنُ مُضَرِّسِ بْنِ أَوْسِ بْنِ حَارِثَةَ بْنِ لَأْمٍ ، قَالَ : أَتَيْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِجَمْعٍ ، فَقُلْتُ : هَلْ لِي مِنْ حَجٍّ ؟ فَقَالَ : مَنْ صَلَّى هَذِهِ الصَّلاَةَ مَعَنَا ، وَوَقَفَ هَذَا الْمَوْقِفَ حَتَّى يُفِيضَ ، وَأَفَاضَ قَبْلَ ذَلِكَ مِنْ عَرَفَاتٍ لَيْلاً أَوْ نَهَارًا ، فَقَدْ تَمَّ حَجُّهُ ، وَقَضَى تَفَثَهُ.
“Rəvayət edilir ki, Urva ibn Mudarris ibn Əus ibn Harisə ibn Ləm ﵁ demişdir: “Mən (Müzdəlifədə) Peyğəmbərin ﷺ yanına gələrək dedim: “Mənim həccim sayılırmı?” Peyğəmbər ﷺ buyurdu: “Kim gecə və gündüz Arafada dayanar, olduğumuz bu vaxtda namazı bizimlə qılar, bizimlə dayanarsa, onun həcci tam olmuş sayılar və həcc borcunu ödəmiş olur”.”
İstinad
Nəsəi, 3042 (Həcc, 424)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı