Həcc ayinləri kitabı

Ehramlı adam öldükdə onun üzünün və başının örtülməsinin qadağan olması

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ مُعَاوِيَةَ ، قَالَ : حَدَّثَنَا خَلَفٌ ، يَعْنِي ابْنَ خَلِيفَةَ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً كَانَ حَاجًّا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، وَأَنَّهُ لَفَظَهُ بَعِيرُهُ فَمَاتَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : يُغَسَّلُ ، وَيُكَفَّنُ فِي ثَوْبَيْنِ ، وَلاَ يُغَطَّى رَأْسُهُ ، وَوَجْهُهُ ، فَإِنَّهُ يَقُومُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Allah Elçisi ﷺ ilə birlikdə həcc edirdi. Həmin kişi dəvədən yıxılaraq vəfat etdi. Allah Elçisi ﷺ dedi: “Onu yuyun, ehram paltarları ilə kəfənləyin, lakin başını və üzünü örtməyin. Çünki o, Qiyamət günü təlbiyə gətirərək duracaq”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2857 (Həcc, 239)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı