Ehramlı vəfat etdikdə ona ətir vurmağın qadağan edilməsi
أَخْبَرَنِي مُحَمَّدُ بْنُ قُدَامَةَ ، قَالَ : حَدَّثَنَا جَرِيرٌ ، عَنْ مَنْصُورٍ ، عَنِ الْحَكَمِ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : وَقَصَتْ رَجُلاً مُحْرِمًا نَاقَتُهُ ، فَقَتَلَتْهُ ، فَأُتِيَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ : اغْسِلُوهُ ، وَكَفِّنُوهُ ، وَلاَ تُغَطُّوا رَأْسَهُ ، وَلاَ تُقَرِّبُوهُ طِيبًا ، فَإِنَّهُ يُبْعَثُ يُهِلُّ.
“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi ehramlı ikən dəvəsindən yıxılıb ölmüşdü. Peyğəmbərə ﷺ bu xəbər çatdıqda buyurdu: “Onu qüsl edin, kəfənləyin, başını örtməyin və ətir vurmayın, çünki o, təlbiyə deyərək diriləcək”.”
İstinad
Nəsəi, 2856 (Həcc, 238)
Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı