Həcc ayinləri kitabı

Ehramlı vəfat etdikdə ona ətir vurmağın qadağan edilməsi

أَخْبَرَنَا قُتَيْبَةُ ، قَالَ : حَدَّثَنَا حَمَّادٌ ، عَنْ أَيُّوبَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، قَالَ : بَيْنَا رَجُلٌ وَاقِفٌ بِعَرَفَةَ مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذْ وَقَعَ مِنْ رَاحِلَتِهِ فَأَقْعَصَهُ - أَوْ قَالَ فَأَقْعَصَتْهُ - فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ ، وَكَفِّنُوهُ فِي ثَوْبَيْنِ ، وَلاَ تُحَنِّطُوهُ ، وَلاَ تُخَمِّرُوا رَأْسَهُ ، فَإِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَبْعَثُهُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi Allah Elçisi ﷺ ilə birlikdə Arafada idi. O, birdən miniyindən yıxıldı və boynu sınaraq öldü. Peyğəmbər ﷺ buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki (ehram) parçası ilə kəfənləyin, ətir vurmayın və başını da örtməyin. Şübhəsiz, Allah ﷿ onu Qiyamət günü diriltdikdə o, təlbiyə deyərək diriləcək”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2855 (Həcc, 237)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı