Həcc ayinləri kitabı

Ehramlı vəfat etdikdə ona neçə parça kəfən istifadə olunur?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الأَعْلَى ، قَالَ : حَدَّثَنَا خَالِدٌ ، قَالَ : حَدَّثَنَا شُعْبَةُ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً مُحْرِمًا صُرِعَ عَنْ نَاقَتِهِ ، فَأُوقِصَ ذُكِرَ أَنَّهُ قَدْ مَاتَ ، فَقَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ وَسِدْرٍ ، وَكَفِّنُوهُ فِي ثَوْبَيْنِ ، ثُمَّ قَالَ : عَلَى إِثْرِهِ خَارِجًا رَأْسُهُ ، قَالَ : وَلاَ تُمِسُّوهُ طِيبًا ، فَإِنَّهُ يُبْعَثُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا قَالَ شُعْبَةُ : فَسَأَلْتُهُ بَعْدَ عَشْرِ سِنِينَ ، فَجَاءَ بِالْحَدِيثِ كَمَا كَانَ يَجِيءُ بِهِ إِلاَّ أَنَّهُ قَالَ : وَلاَ تُخَمِّرُوا وَجْهَهُ ، وَرَأْسَهُ.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərlə ﷺ birlikdə idi. O, ehramlı olduğu halda dəvəsindən yıxıldı və boynu sınaraq öldü. Peyğəmbər ﷺ buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki (ehram) parçası ilə kəfənləyin. Başını örtməyin və ətir də vurmayın, çünki o, Qiyamət günü təlbiyə deyərək diriləcək”. Ravi Şubə deyir: “Bu hədisi mənə danışandan on il sonra Bişrdən soruşduqda ilk dəfə söylədiyi kimi söylədi. Bir yerdə fərq var idi, oda “üzünü və başını örtməyin” sözü idi”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2854 (Həcc, 236)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı