Həcc ayinləri kitabı

Ehramlı vəfat etdikdə onu sidr ilə qüsl etmək

أَخْبَرَنَا يَعْقُوبُ بْنُ إِبْرَاهِيمَ ، قَالَ : حَدَّثَنَا هُشَيْمٌ ، قَالَ : أَنْبَأَنَا أَبُو بِشْرٍ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنْ ابْنِ عَبَّاسٍ ، أَنَّ رَجُلاً كَانَ مَعَ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَوَقَصَتْهُ نَاقَتُهُ وَهُوَ مُحْرِمٌ ، فَمَاتَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ ، وَسِدْرٍ ، وَكَفِّنُوهُ فِي ثَوْبَيْهِ ، وَلاَ تُمِسُّوهُ بِطِيبٍ ، وَلاَ تُخَمِّرُوا رَأْسَهُ ، فَإِنَّهُ يُبْعَثُ يَوْمَ الْقِيَامَةِ مُلَبِّيًا.

“İbn Abbas ﵄ rəvayət edir ki, bir kişi Peyğəmbərlə ﷺ birlikdə idi. O, ehramda olduğu halda dəvəsindən yıxıldı və boynu sınaraq öldü. Allah Elçisi ﷺ buyurdu: “Onu su və sidr ilə qüsl edin, iki (ehram) parçası ilə kəfənləyin və ona ətir vurmayın. Başını isə örtməyin, çünki o, Qiyamət günü təlbiyə deyərək diriləcək”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2853 (Həcc, 235)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı