Həcc ayinləri kitabı

Ehramlı adam öldükdə onun başının örtülməsinin qadağan olması

أَخْبَرَنَا عِمْرَانُ بْنُ يَزِيدَ ، قَالَ : حَدَّثَنَا شُعَيْبُ بْنُ إِسْحَاقَ ، قَالَ : أَخْبَرَنِي ابْنُ جُرَيْجٍ ، قَالَ : أَخْبَرَنِي عَمْرُو بْنُ دِينَارٍ ، أَنَّ سَعِيدَ بْنَ جُبَيْرٍ ، أَخْبَرَهُ أَنَّ ابْنَ عَبَّاسٍ ، أَخْبَرَهُ قَالَ : أَقْبَلَ رَجُلٌ حَرَامًا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَخَرَّ مِنْ فَوْقِ بَعِيرِهِ ، فَوُقِصَ وَقْصًا فَمَاتَ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ : اغْسِلُوهُ بِمَاءٍ ، وَسِدْرٍ ، وَأَلْبِسُوهُ ثَوْبَيْهِ ، وَلاَ تُخَمِّرُوا رَأْسَهُ ، فَإِنَّهُ يَأْتِي يَوْمَ الْقِيَامَةِ يُلَبِّي.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Bir kişi Allah Elçisi ﷺ ilə birlikdə həcc edirdi. Həmin kişi dəvənin üstündən yıxılaraq boynu sındı və vəfat etdi. Allah Elçisi ﷺ buyurdu: “Onu su və sidr ilə yuyun, ehram paltarları ilə kəfənləyin, lakin başını örtməyin. Çünki o, Qiyamət günü təlbiyə gətirərək duracaq”.”

İbn Abbas
Səhih

İstinad

Nəsəi, 2858 (Həcc, 240)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı