Həcc ayinləri kitabı

Həccə getməyə düşmən mane olarsa nə etməli?

أَخْبَرَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ يَزِيدَ الْمُقْرِئُ ، قَالَ : حَدَّثَنَا أَبِي ، قَالَ : حَدَّثَنَا جُوَيْرِيَةُ ، عَنْ نَافِعٍ ، أَنَّ عَبْدَ اللهِ بْنَ عَبْدِ اللهِ ، وَسَالِمَ بْنَ عَبْدِ اللهِ ، أَخْبَرَاهُ أَنَّهُمَا كَلَّمَا عَبْدَ اللهِ بْنَ عُمَرَ ، لَمَّا نَزَلَ الْجَيْشُ بَابْنِ الزُّبَيْرِ قَبْلَ أَنْ يُقْتَلَ ، فَقَالاَ : لاَ يَضُرُّكَ أَنْ لاَ تَحُجَّ الْعَامَ ، إِنَّا نَخَافُ أَنْ يُحَالَ بَيْنَنَا وَبَيْنَ الْبَيْتِ ، قَالَ : خَرَجْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ، فَحَالَ كُفَّارُ قُرَيْشٍ دُونَ الْبَيْتِ ، فَنَحَرَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ هَدْيَهُ ، وَحَلَقَ رَأْسَهُ ، وَأُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ عُمْرَةً إِنْ شَاءَ اللَّهُ ، أَنْطَلِقُ فَإِنْ خُلِّيَ بَيْنِي وَبَيْنَ الْبَيْتِ طُفْتُ ، وَإِنْ حِيلَ بَيْنِي وَبَيْنَ الْبَيْتِ فَعَلْتُ مَا فَعَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا مَعَهُ ، ثُمَّ سَارَ سَاعَةً ، ثُمَّ قَالَ : فَإِنَّمَا شَأْنُهُمَا وَاحِدٌ ، أُشْهِدُكُمْ أَنِّي قَدْ أَوْجَبْتُ حَجَّةً مَعَ عُمْرَتِي ، فَلَمْ يَحْلِلْ مِنْهُمَا حَتَّى أَحَلَّ يَوْمَ النَّحْرِ وَأَهْدَى.

“Abdullah ibn Abdullah və Səlim ibn Abdullah ﵀ rəvayət edirlər ki, İbn əz-Zubeyr öldürülməmişdən qabaq Məkkə mühasirədə olduqda Abdullah ibn Ömərə dedik: “Bu il həcc etməməyin sənə zərər verməz, çünki Kəbəni təvaf etməyimizə əngəl çıxmağından qorxuruq”. O da belə buyurdu: “Biz Allah Elçisi ﷺ ilə birlidə yola çıxmışdıq. Qureyş kafirləri Kəbəni ziyarət etməyimizə mane oldular. Allah Elçisi ﷺ də qurbanını kəsdi və başını qırxdı. Siz də şahid olun ki, mən, Allahın izni ilə ümrə etməyi özümə vacib edib gedirəm. Əgər Kəbəni təvaf etməyə maneə olmazsa, təvaf edəcəyəm. Kəbə ilə mənim aramda bir maneə çıxsa, Allah Elçisinin ﷺ etdiyi kimi edəcəyəm”. Bir qədər yeridikdən sonra belə dedi: “Onlar ikisi də (ümrə və həcc) birdir. Şahid olun ki, ümrə ilə birlikdə həcc də edəcəyəm”. Sonra İbn Ömər Qurban bayramı gününə və qurbanını kəsənə qədər ehramdan çıxmadı”.”

Abdullah ibn Abdullah və Səlim ibn Abdullah
Səhih

İstinad

Nəsəi, 2859 (Həcc, 241)

Sunən ən-Nəsəi — Həcc ayinləri kitabı